171
əmələ gəlməsi üçün xüsusi alətidir.
1
Əməyin əksi olan
tənbəlliyi, bekarçılığı tənqid edən mütəfəkkir həm də göstərirdi
ki, bir çox digər mənfi keyfiyyətlər də var ki, bunlara qarşı
həmişə mübarizə aparılmalıdır, söhbət rüşvətxorluqdan,
sərxoşluqdan gedir. Zərdabi həm də vətən sevgisini, vətənin
xoşbəxtliyi və rifahı uğrunda mübarizəni alqışlayır, bu sahədə
özü
də bir nümunə, örnək olmağa çalışırdı.
XX əsrin birinci yarısında ictimai fikrin inkişafı xeyli
dərəcədə əvvəlki dövrün, yəni XIX əsrin ikinci yarısının
mənəvi həyatının təsiri altında formalaşırdı. Həmin dövrdə
bütün sonrakı tarixə təsir etmiş bir sıra kəşflər (məsələn,
hüceyrə, təkamül, radioaktiv işıqlanma nəzəriyyələrinin
meydana gəlməsi, və s.) edilmişdi, humanitar və ictimai
elmlərin bir çox sahələri (sosial fəlsəfə, siyasi fikir və siyasi
proseslərinin tədqiqi, sosial faktların siyasi iqtisad, sosiologiya
və psixologiya çərçivəsində onların tədqiqı və s.) inkişaf edirdi.
Dünyada artmaqda olan bütövlülük və qarşılıqlı asılılıq
ictimai-siyasi həyatda, sosial proseslərin idarə olunması
xarakterində əks olunur, yeni humanitar düşüncənin əmələ
gəlməsi prosesi baş verir, köhnə dünyagörüşünün sərhədləri
aşılanırdı. Xalqlar, regionlar, ölkələr inkişafa yeni impuls
qazandı.
Əxlaq problemlərinə maraq təsadüfi deyildi, çünki adət
və ənənələrlə, dini əsaslarla bağlı ənənəvi həyat tərzi siyasi və
ictimai-iqtisadi proseslərin əhəmiyyətli təsirinə məruz qalaraq
dəyişməli idi.
Bu dövr öz inkişafının xarakterinə və mənəvi həyatın
məzmununa görə çox mürəkkəb olmuşdur. Burada Yeni dövr
adlandırılan mərhələ hələ davam edirdi. Bu zaman Qərb
mədəniyyəti, həyat tərzi, ictimai-iqtisadi dəyərlərinin təsiri
müsəlman Şərqi üçün səciyyəvi olan dəyərlər, normalar və
istiqamətlənmələrin inkişafı ilə birləşirdi. Bu prosesə həmçinin
idarəetmə formalarının dəyişilməsini tələb edən ictimai-siyasi
1
Yenə orada, s. 158