Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə14/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   180

 

~ 41 ~ 


 

Burada  yağıntılar  (vacib  risk  amillərindən  biri  –  yığım  vaxtı 

yağıĢların  yağması  və  gilənin  çürüməsidir)  və  günəĢli  günlər 

çoxdur.  Cənubi  ada  daha  soyuq,  mötədil  dəniz  iqlimlidir:  iyulda 

orta  temperatur  –  5

0

C,  yanvarda  –  14



0

C-dir.  Burada  çöküntülər 

xeyli azdır, günəĢ isə Ģimal adasında olduğu kimidir; lakin külək və 

Ģaxtalar  üzümlüklərə  zərər  verir.  Üzümlüklərin  çox  hissəsi 

düzənlikdədir.  Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  Yeni 

Zenlandiya  –  dünyanın  ən  çox  cənub  və  ən  çox  cənub  Ģərq 

ölkəsidir. 

Yeni  Zenlandiyanın ətirli Sovinyon və ġardone Ģərabları bütün 

dünyanı 

təəccübləndirir. 

Yeni 

Zenlandiyanın 



qanunları 

Avstraliyanınkına 

oxĢardır. 

Burada 


da 

üzümlüklərin 

məhsuldarlığına heç bir məhdudiyyət qoyulmur. 

Yeni  Zenlandiya  sakit  okeanda  böyük  olmayan  dövlətdir. 

Xəritəyə  baxanda  inanmaq  olmur  ki,  Antraktidadan  çox  da  uzaq 

olmayan bu iki adada üzüm yetiĢdirilə bilər. Hazırda bu ölkə dünya 

Ģərab  istehsalının  1,3%-ni  verir,  2012-ci  ildə  ölkənin  bütün 

Ģərabçılıq müəssisələri üzvi olmalıdır. 



 

1.4. Afrika 

Cənubi  Afrika  respublikası  (CAR).  Üzüm  Cənubi  Afrikaya 

1655-ci  ildə  Holland  müstəmləkəçiləri  tərəfindən  gətirilmiĢdir. 

1688-ci  ildə  fransızlar  müasir  CAR  ərazisində  möhkəmləndikdən 

sonra  üzümlüklərin  sahəsi  xeyli  geniĢlənmiĢ  və  Kap  Ģərablarının 

keyfiyyəti  yaxĢılaĢmıĢdır.  XIX  əsrin  əvvəllərində  buradan 

Ġngiltərəyə çoxlu miqdarda desert Ģərablar ixrac olunurdu. 1885-ci 

ildə  fillokseranın  yayılması  nəticəsində  üzüm  bitkisi  davamlı 

calaqaltılar əsasında salınmağa baĢlandı.  

CAR-da  əsasən  aĢağıdakı  üzüm  sortları  becərilir:  ağ  ġenin, 

Palomino,  Senso,  ağ  Kleret,  Qrin  qreyl,  Pedro  Lyus,  Pinotoj, 

Kolombar,  Kaberne-Sovinyon,  Rislinq,  Muskadel;  süfrə  sortları  – 

Ġsgəndəriyyə muskatı, ağ oval KiĢmiĢ, Barlinka, Alfons Vavella və 

b.  ġərab  sortları  üzümlüklərin  88%-ni,  süfrə  6%,  qurutmaq  üçün 



 

~ 42 ~ 


 

sortlar  6%-ni  təĢkil edir. Üzümlükləri  əsasən  suvarılandır və çoxu 

Ģpalerdə 

becərilir. 

Üzümü 

kooperativlər 



(84%), 

Ģəxsi 


mülkiyyətçilər  (12%)  və  milli  kommersiya  Ģirkətləri  (4%)  emal 

edir.  ġərab  istehsalına  görə  CAR  dünyada  altıncı  yerdə  durur 

(2004-cü il). 

ġərab üzüm sortlarının 50%-i üzüm arağı və digər spirtlər, 40%-

i natural (turĢ və kəmĢirin süfrə, oynaq və Ģpuçi) və 10%-i tünd və 

desert  Ģərablar  üçün  istifadə  olunur.  Natural  (təbii)  Ģərabların  çox 

hissəsi  (o  cümlədən,  95%  qırmızı  Ģərablar)  sahil  zonasında, 

tündləĢdirilmiĢ  –  Böyük  Kapda  hazırlanır.  Ən  yaxĢı  ağ  təbii 

Ģərablar  Rislinq,  Ağ  ġenen,  Ağ  Kleret;  qırmızı  –  Kaberne 

Sovinyon,  Senso  və  Pinotaj  üzüm  sortlarından  hazırlanır. 

Stellenbos  rayonunun  qırmızı  Ģərabları  burqundu;  Konstansiya 

vadisinin  Ģərabları  bordonu  xatırladır.  CAR  Portuqaliyada  qəbul 

edilən texnologiyada portveyn; ənənəvi ispan solera üsulu ilə xeres 

tipli  Ģərablar  hazırlayır.  Müasir  texnoloji  üsulların  –  soyuqla 

iĢləmə, nizamlanan qıcqırma, süni iqlimlə zirzəmidə yetiĢdirmə və 

s. tətbiqinə baxmayaraq, CAR Ģərabları üzümün yüksək Ģəkərliyinə 

və  aĢağı  turĢuluğuna  görə  Avropa  Ģərablarının  keyfiyyətini  verə 

bilmir.  1973-cü  ildən  Ģərabların  mənĢəyinə  (istehsal  olunduğu 

yerə)  görə  adlandırılma  sistemi  qəbul  olunmuĢdur.  CAR  öz 

məhsullarını əsasən Böyük Britaniyaya ixrac edir.  

CAR-ın  üzümçülük  və  Ģərabçılıq  üzrə  ən  iri  elmi  mərkəzi 

Enologiya  və  üzümçülük  üzrə  tədqiqat  institutudur  (Stellenbos 

Ģəhəri).  Burada  torpaqĢünaslıq,  seleksiya,  xəstəliklər  və  bitkiləri 

mühafizə,  üzümçülüyün  mexanikləĢdirilməsi,  həmçinin  kimyəvi 

tərkibinin öyrənilməsi və Ģərabın mikrobiologiyası üzrə tədqiqatlar 

aparılır.  Stellenbosda  meyvəçilik  institutu  da  yerləĢir  ki,  burada 

üzümün  qurudulması,  nematodlarla  mübarizəyə  dair  tədqiqatlar 

aparılır.  Üzümçü  alimlərdən–  Ġ.Van  Zil,  E.ArĢer,  D.Juber, 

D.Boqraç;  Ģərabçılıq  üzrə  –  K.di  Plessis,  R.EĢcnbrux,  E.LeRu, 

Q.Vaqeneri qeyd etmək olar.  



Əlcəzair.  Üzümçülüklə  çox  qədimdən  məĢğul  olur.  ġərabçılıq 

məhsulları  ölkənin  ən  əsas  sərvətlərindəndir.  Becərilən  ən  yaxĢı 

üzüm  sortları  Qrenaj,  Murvedr,  Senso,  Sira,  Karinyan,  Aramon, 



 

~ 43 ~ 


 

Kleret,  yerli  sort  Farrana  və  baĢqalarıdır.  BirbaĢa  hasiledici 

hibridlər əkinlərin 4-5%-ni təĢkil edir.  

Əlcəzairin  isti  iqlimi  üzümdə  yüksək  (19-23%)  Ģəkər  və  aĢağı 

turĢuluq  (pH  3,4-3,5)  toplanmasına  səbəb  olur.  Belə  üzümdən 

yüksək spirtli süfrə Ģərabı (11-16 h.%) alınır.  

Hazırlanan  əsas  Ģərablar  qırmızı  süfrə,  Ģirin  (likor),  Ģipuçidir. 

Burada həmçinin Ģirə və cecədən araq hazırlanır.  



 

1.5. Asiya 

Türkiyə.  Türkiyədə Ģərabçılığın tarixi təqribən 6000 il bundan 

əvvələ  gedib  çıxır.  Üzümlüklərin  sahəsinə  görə  (755  min  ha) 

Türkiyə  dünyada  5-ci  yeri  (2004),  üzüm  istehsalına  görə  (39  min 

sent) 6-cı yeri tutur. Son 10 ildə hər il Ģərab istehsalının 20% artımı 

müĢahidə olunmaqdadır. 

Türkiyədə 100-ə yaxın Ģərab zavodunda ildə 275 mln litrə yaxın 

Ģərab  istehsal  olunur.  Bu  da  demək  olar  ki,  Kanadanın  Ģərab 

istehsalına  bərabər  olub,  Livan  və  Ġsrail  kimi  məĢhur  Ģərab 

istehsalçılarından yüksəkdir. 

Türkiyənin dünyada tanınan iki iri Ģərabçılıq Ģirkəti – Doluca və 

Kavaklıdərə 1925-ci ildə yaradılmıĢdır.  

Çoxlu  sayda  xırda  Ģərabçılıq  müəssisələri  hələ  də  köhnə 

avadınlıqlarla iĢləyir. Polad çənlər, temperatur nəzarəti və butulka 

doldurma  xəttinə  yalnız  üç  nəhəng  –  Doluca,  Kavaklıdərə  və 

Sevilən  Ģirkətləri  malikdir.  Doluca  –  Frakiyada,  Kavaklıdərə  isə 

Anadoluda  yerləĢməklə,  Türkiyənin  Ģərabçılıq  sənayesində 

dominantlıq edir və ildə uyğun olaraq 13 və 20 mln butulka Ģərab 

istehsal  edirlər.  Türkiyənin  ücüncü  iri  Ģirkəti  Sevilənlə  birlikdə 

onlar türk Ģərabının 90%-ni buraxırlar.  

TanınmıĢ Doluca firması son 10 ildə üzümçülük və Ģərabçılığa 

40  mln  dollar  sərmayə  qoymuĢdur.  Bu  yeni  üzümlük  ərazilərinin 

seçilməsi,  palıd  çəlləklərin  sınaqdan  keçirilməsi  və  s.  Ģəklində 

həyata keçirilir. OxĢar vəziyyət Kavaklıdərə Ģirkəti ilə əlaqədar da 

baĢ verir. Belə ki, Anadolu üzümçülük regionunda vulkan mənĢəli 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə