Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə72/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   180

 

~ 227 ~ 


 

Balıq yapıĢqanı Ģəraba olduqca yumĢaq təsir göstərib, onun tərkib 

hissələrinə toxunmur və öz xususiyyətlərini vermir.  

ġərabın  balıq  yapıĢqanı  ilə  iĢlənməsinin  texnoloji  səmərəsi  bir 

çox  cəhətdən  onun  iĢçi  məhlulunun  düzgün  hazırlanmasından 

asılıdır.  Onu  hazırlamaq  üçün  balıq  yapıĢqanı  bıçaqla  xırda-xırda 

doğranıb  vannaya  doldurulur,  taxta  cəkiclə  əzilir,  sonra  iyini 

çıxartmaq üçün, günəĢ altında saxlanıb qurudulur. Bundan sonra 2-

3  gün  suda  isladılır  (tez-tez  suyu  təzələməklə)  və  təmiz  su  əlavə 

edilməklə  5-8  faizli  məhlulu  hazırlanır.  Bu  məhlul  su  hamamında 

qarıĢdırmaq  Ģərti  ilə  qızdırılır.  QarıĢdırma  yapıĢqan  tamam  həll 

olana  qədər  davam  etdirilir  və  məhlul  tordan  keçirilərək  istifadə 

olunur.  

ġəraba  vurulmazdan  əvvəl  labaratoriyada  balıq  yapıĢqanı 

məhlulu  hazırlanır  və  nümunəvi  yapıĢqanlanma  ilə  dozası 

müəyyənləĢdirilir.  

 

10.2.2. 

Mineral maddələrlə işləmə

                                             

(Bentonit, Palıqors

kit 

və s.)

 

Mineral  maddələrlə  iĢləmə    Ģərabçılıqda  geniĢ  tətbiq  sahəsi 

tapmıĢdır.  Belə  maddələrə  bentonit,  poliakrilamid,  palıqorskit, 

hidroslyuda, silisium 4-oksid, diatomit aiddir. 

Dispers  minerallarla  iĢlədikdə  durulmanın  əsasən  koaqulyasiya 

(flokulyasiya) mexanizmi müĢahidə olunmaqla, durulducu ilə Ģərab 

komponentləri  arasında  qarĢılıqlı  kimyəvi  əlaqə  yaranmır.  ġərabı 

çirkləndirən xırda hissəciklərlə mineral durulducu arasında əsasən  

adsorbsiya  prosesi  baĢ  verir.  Bu  vaxt  mineralların  hissəcikləri  ilə 

Ģərabdakı hissəciklərin birləĢməsindən iri kütlə alınır. 

ġərabın  yaxĢı  durulması və sabitləĢdirilməsi  üçün, bulanıqlığın 

tip  və  xarekterindən  asılı  olaraq,  bu  və  ya  digər  mineral  seçilir. 

Zülal bulanlıqlı  Ģirə və Ģərablar bentonit,  palıqorskit, hidroslyuda, 

kaolin və baĢqa dispers minerallarla iĢlənə bilər. 



Bentonit  -  Ģirə  və  Ģərabın  universal  durulducusu  və  sabitləĢ-

diricisi  kimi  daha  geniĢ  tətbiq  sahəsi  tapmıĢdır.  O,  əsasən 




 

~ 228 ~ 


 

montmorillonit  və  beydelit  qrup  minerallarından  ibarətdir.  Xarici 

görüĢcə bentonit boz yaxud çəhrayı çalarlı ağ tozdur. Müsbət yüklü 

kolloidlərə  malik  Ģərablar  bentonitin  köməkliyi  ilə  duruldulur. 

Nəm  bentonit  istifadədən  əvvəl  120

0

C  temperaturda  30-35  dəqiqə 



qurudulur.  Bentonitin  optimal  dozası  hər  bir  fərdi  hal  üçün  sınaq 

iĢlənmə  ilə  müəyyən  olunur.  Sınaq  iĢlənmə  mütləq  istehsalat 

Ģəraitində  tətbiq  olunan  bentonit  və  su  ilə  aparılmalıdır.  Bu 

iĢlənmədə  kifayət  qədər  duruluq  və  sabitlik  yaradan  bentonit 

dozası müəyyənləĢdirilir.  

Ġstehsalat  Ģəraitində  bentonit  zərif  toz  halına  düĢənədək  ələnir. 

Sonra dörd qat artıq miqdarda su ilə qarıĢdırılır. AlınmıĢ qarıĢıq isti 

buğla 70-75

0

C  temperatura  qədər  qızdırılır  və  ĢiĢməsi  üçün  1  gün 



saxlanır.  Sonra  həmin  kütlə  ikinci  dəfə  qarıĢdırılır  və  ondan 

istifadə edərək Ģərabda 5-10%-li suspenziya hazırlanır. Suspenziya 

gözcüyünün  diametri  2-3  mm  olan  tordan  süzüldükdən  sonra 

istifadə üçün yararlı olur. 

Ġstehsalat  Ģəraitində  durultma  aparmaq  üçün  sınaq  iĢlənməsi 

əsasında müəyyənləĢdirilmiĢ suspenziya az miqdarda duruldulacaq 

Ģirə yaxud Ģərab ilə qarıĢdırılır. QarıĢdırılma fasiləsiz aparılmaqla, 

məhlul  dərhal  əsas  qaba  vurulur.  Çöküntünün  əmələ  gəlməsi  və 

sıxlaĢması üçün material 10 günə qədər sakit saxlanır. Bentonit su 

suspenziyasında  mənfi  yüklü  olur  və  Ģərab  ilə  qarıĢdırıldıqda 

kolloidlərin 

yükünü 


neytrallaĢdırır. 

Bulanlıq 

hissəciklər 

yapıĢqanlanır,  irilənir  və  çökür.  DurulmuĢ  material  eyni  vaxtda 

süzgəcdən keçirilməklə çöküntüdən ayrılır. Bentonit çöküntüsünün 

tərkibində  qalan  Ģərabı  ayırmaq  məqsədi  ilə  onu  sıxır  yaxud 

sentrifuqadan keçirirlər.  

Bentonitlə Ģərabı iĢlədikdə zülal maddələri çökür, oksidləĢdirici 

fermentlər  adsorbsiya  olunur,  iy  və  dadda  olan  çatıĢmazlıqlar 

aradan qalxaraq Ģərab durulur.  

Süfrə  Ģərablarını  iĢləmək  üçün  jelatin,  balıq  yapıĢqanı  və 

bentonitin  aĢağıdakı  dozasından  istifadə  olunur:  ağ  süfrə  Ģərab-

larını  iĢləmək  üçün  balıq  yapıĢqanı  1,2-2,5  q/hl,  jelatin  2-8  q/hl; 

qırmızı  süfrə  Ģərabları  üçün  jelatin  8-15  q/hl,  bentonit  (ordinarlar 

üçün) 2-10 q/dm

3




 

~ 229 ~ 


 

Palıqorskit. Çerkasski (Ukrayna) palıqorskiti özünü təbəqəli  – 

lentli  quruluĢlu  uzanmıĢ  formalı  kristallarla  gilli  mineral  kimi 

göstərir.  

Palıqorskit  bentonitdən  (montmorillonit)  ikinci  məsaməliyinin 

böyük  səthi  ilə  fərqlənir  ki,  bu  ona  yüksək  sorbsiya  etmə  xassəsi 

verir.  Palıqorskitin  və  Çerkasski  mənĢəli  digər  mineralların  əsas 

üstünlüyü  ondan  ibarətdir  ki,  onlar  sulu  suspenziya  hazırlanması 

üçün  uzun  müddət  tələb  etmir,  bentonitə  nisbətən  materialın 

durulma  müddətini  2  dəfədən  çox  qısaldır,  az  həcmdə  çöküntü 

əmələ gətirməklə Ģərab itkisini azaldır. 

Palıqorskit  quru  binalarda  saxlanır.  Onu  tətbiq  etməzdən  əvvəl 

120


0

C temperaturda 30-50 dəqiqə qurudurlar. ġərabı iĢləmək üçün 

palıqorskitin  20  faizli  sulu  suspenziyasından  istifadə  olunur.  O, 

qarıĢdırıcıya  malik  ölçü  qablarında  hazırlanır,  toz  halına  qədər 

xırdalanmıĢ  palıqorskit  isti  su  ilə  (75-80

0

C)  1:3  nisbətində 



qarıĢdırılır  və  3-4  saatdan  sonra  suspenziya  bir  cinsli  zərif 

dispesirli kütlə alınana qədər intensiv qarıĢdırılır. Sonra qaba (20% 

qatılıqda polıqorskit almaq üçün) codluğu 6 mq. ekv/dm

3

-dan çox 



olmayan  su  əlavə  olunur.  Palıqorskit  suspenziyasını  6  günə  qədər 

saxlamaq olar. 

ġərabı  iĢləmək  üçün,  lazım  olan  palıqorskitin  20%-li  sulu 

suspenziyasının  miqdarı,  təlimata  uyğun  sınaq  iĢləməsi  əsasında 

hər bir fərdi hal üçün, ayrıca müəyyən olunur. Suspenziya, iĢlənən 

materialla aralıq qabda təqribən 1:1 nisbətində qarıĢdırılır və sonra 

fasiləsiz  qarıĢdırmaqla  əsas  qaba  verilir.  Bu  proses  1-2  saat 

müddətində  suspenziyanın  bütün  həcmdə  bərabər  yayılmasına 

qədər  aparılır.  Sakit  saxlanma  dövründə  hər  gün  çöküntüdən  orta 

nümunə  götürülür  və  (FEK-də)  iĢıq  sıxlığına  görə  durulmasına 

nəzarət olunur.  

Durulmanın  qurtarmasını  iĢıq  sıxlığının  minumum  qiymət 

almasına  əsasən  bilmək  olar.  Proses  qurtardıqdan  sonra  material 

dekantasiya  yolu  ilə  çöküntüdən  ayrılır  və  sücgəcdən  keçirilir. 

Palıqorskitlə  iĢlənmə  lazım  gələrsə,  sarı  qan  duzu  və  jelatinlə 

birlikdə aparıla bilər. 



Hidroslyuda.  Çerksski  mənĢəli  hidroslyuda  özünü  yaĢıltəhər, 


Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə