Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   46   47   48   49   50   51   52   53   ...   94

92 
 
hesab olunur. Xalçaçılıq sənətinə çox böyük təsir göstərmiş Təbriz miniatür rəssamlığı həmin dövrdə ən yüksək 
çiçəklənmə mərhələsinə çatır. 
XVI əsrdə Təbrizdə Azərbaycan Səfəvi hökmdarlarının himayədarlıq etdikləri və o zamanlar üçün çox 
böyük  sayılan  saray  emalatxanaları  fəaliyyət  göstərirdi;  burada  xalça  ustaları  ilə  sıx  əlaqəli  şəkildə  peşəkar 
miniatürçü rəssamlar da çalışır, yeni "Ləçəktürünc", "Ovçuluq", "Əfşan", "Xətai", "Ağaclı" və s. xalçalar üçün 
mürəkkəb kompozisiyalı eskizlər hazırlayırdılar. Bu dövrdə yaradılan xalça sənəti inciləri öz üslub vəhdəti, real 
həyati motivlərin miniatür rəngkarlığa xas poetikliyi, zərifliyi və ənənəvi müstəvi-dekorativ bəzək ünsürlərinin 
ahəngdar  şəkildə  uzlaşdırılması,  forma  və  tənasüblərin  zərgər  dəqiqliyi,  naxışların  və  rəng  ahəngdarlığının 
incəliyi ilə seçilir. 
Miniatürçü rəssamlar xalça sənətinə yeni nəfəs gətirmiş, son 
nəticədə özləri də xalça sənətindən bəhrələnmişlər. Bu bir daha təsdiq 
edir  ki,  Azərbaycanda  məişət  də,  yüksək  sənət  də  bütün  dövrlərdə 
daim  xalça  ilə  bağlı  olmuşdur.  Təsadüfi  deyil  ki,  həmin  dövr  xalça 
sənətinin  bizə  gəlib  çatmış  üç  min  nümunəsinin  azı  200-ü  şedevr 
hesab olunur və bu gün Milanın Poldi-Petsolli, Parisin Tətbiqi Sənət, 
Budapeştin  Tətbiqi  Sənət,  Londonun  Viktoriya  və  Albert  və  s. 
muzeylərində saxlanılır. 
XVI-XVII  əsrlərdə  Azərbaycan  xalça  məhsulunun  əmtəə 
dərəcəsi  daim  yüksəlirdi  və  Azərbaycanda  müstəqil  xanlıqların  yarandığı  dövrdə  -  XVIII-XIX  əsrlərdə  yerli 
hökmdarlar xalça istehsalmı genişləndirməyə cəhd göstərirdilər. Xanlar bütün xarici ticarəti, o cümlədən xarici 
bazarda xalı-xalça ticarətini öz inhisarları altına almışdılar. 
Bununla  əlaqədar  XIX  əsrin  əvvəllərində  Azərbaycanın  bir  çox 
yerlərində  geniş  yayılmış  xalça  emalatxanalarında  -  karxanalarda  yerli 
ustaların  "xançeşni"  adlandırdıqları  xüsusi  xalçalar  toxunurdu.  Hazırda 
Moskva  şəhərindəki  Dövlət  Tarix  Muzeyində  Bakı  yaxınlığındakı  Xilə 
kəndində üzərində "1801. Karxaneyi-Xilə" toxunmuş xalça saxlanmaqdadır. 
Xalça  sənətinin  yaranmasını  saysız-
hesabsız  utilitar  funksiya  daşıyan  xovsuz 
xalçaların meydana çıxması ilə əlaqələndirirlər. 
"Palaz",  "Kilim",  "Cecim",  "Şəddə",  "Vərni", 
"Zili", "Sumax"  və bir sıra başqa xovsuz xalça 
və  xalça  məmulatları  arabaların,  çadırların 
üstünün,  yan-yörəsinin  örtülməsində  istifadə 
olunmuş,  pərdə,  örtük,  ayaqaltı  kimi  işlənmiş, 
döşəməyə salınmışdır. 
Ən geniş yayılmış xovsuz xalça növü 
palazdır. 
Palaz 
Azərbaycanın 
bütün 
bölgələrində  -  Quba,  Şirvan,  Muğan,  Bakı, 
Qarabağ,  Gəncə,  Qazax,  Göyçə,  Borçalı  və 
Cənubi  Azərbaycanda  toxunur.  Nadir 
nümunələri  I-II  əsrlərə  aid  Mingəçevir 
məzarlarından tapılmışdır. Ərəb mənbələrində 
X  əsrdə  Muğanda  toxunmuş  palazların  məşhur  olduğu  göstərilir.  Məişətdə 
palazdan döşənəcək, çadırların qurulmasında, örtük, geyim  və s. kimi geniş 
istifadə  olunur.  Palazın  əsas  bəzəyi  onun  üfüqi  zolaqlarıdır.  Məişətdə 
müxtəlif  məqsədlərlə  işlədilən  bir  sıra  əşyalar  palaz  toxunuşlu  olur.  Palaz 
materialına,  texnikasına,  ölçüsünə,  istifadəsinə,  bədii  xüsusiyyətinə  görə  "Bərə 
tiftiyi", "Yüküzü", "Ağ palaz", "Qara palaz", "Əbri palaz", "Taxtamicə palaz" və 
s. adlandırılır. 
Qədim  dövrlərdə,  eləcə  də  orta  əsrlərdə  dini  mərasimlərdə,  yas  mərasimlərində  palaz  xüsusi  yer  tuturdu. 
Hökmdarların  və  onların  ailələrinin  yas  mərasimlərində  şəhər  minarələri  palaza  bürünürdü.  Dini  mərasimlərdə 
palazdan geyim kimi istifadə edilmiş və Azərbaycanda "palaz geymək" adəti olmuşdur. Zərif, incə Çiyi palazlar evin 
divarından asılır, pərdə, örtük kimi istifadə edilir və ailə quran qızlara cehiz kimi verilirdi. Vaxtilə Çiyi palazı süzəni - 
süfrə kimi işlətmək üçün onun zolaqlarının üzərinə əlavə "naxış ipi"ndən tikmə üsulu - çitəmə ilə naxış salmırdı. Bu 
da  onun  adını  müəyyənləşdirmişdir.  Qədim  türk  dillərində  "çi/yi",  "çi/kin"  sözləri  tikiş  üsulu  ilə  naxışsalma, 
tikmə deməkdir. Xocahəsən və Qobu kəndlərində xüsusi sifarişlə incə, nazik toxunmuş Çiyi palazlar ölçüsünə 
görə deyil, daha çox çəkisinə görə qiymətləndirilmişdir. 


93 
 
Cecim, əsasən, Qarabağ, Qazax, Naxçıvan, Şəki, Şirvan (Zərdab), Göyçə, Cənubi Azərbaycanda toxunur. 
Şirvanda cecim daha çox, ipəkdən, Qarabağda, Göyçədə yundan toxunur. Cecimlərdən döşənəcək və divar xalçası 
kimi  Azərbaycan  xalqının  məişətində  geniş  istifadə  olunur.  Ondan  vaxtilə  parça  kimi  qadın  və  kişi  geyimləri, 
döşəküzü, yüküzü, müxtəlif örtüklər, çanta, xurcun, yəhər qaşı və s. əşyalar hazırlanırdı. Cecimin bəzəkləri şaquli 
istiqamətli  enli  və  ensiz  zolaqlardan  ibarət  olur,  çox  vaxt  zolaqların  üzəri  müxtəlif  formalı  həndəsi  naxışlarla 
bəzədilir. Cecim, əsasən, üfüqi yer hanasında toxunur, eni 0,35-0,40 m-dək, uzunluğu isə 15-16 m-dək və daha artıq 
olur. Bu ölçülər cecimin toxunma texnikası ilə şərtlənir. 
Üfüqi dəzgahda toxunan cecimlərə "Yer cecimi", şaquli dəzgahda toxunan cecimlərə isə "Qara cecim" 
deyilir. Texnikasına və bədii xüsusiyyətlərinə görə cecimlər iki növə bölünür: Alaköynək və Həmyan cecimlər. 
Cecimlər  materialına,  texnikasına,  məişətdə  istifadəsinə,  bədii  xüsusiyyətlərinə  görə  İp  cecimi,  Ladı  cecim, 
Şəddə  cecim,  Yer  cecimi,  cecimi  parça  və  s.  adlandırılır.  XVI  əsr  Təbriz  miniatürlərində  təsvir  olunmuş 
cecimlər öz gözəllikləri ilə diqqəti cəlb edir. 
Kilimin əsas toxunma mərkəzləri Şirvan, Bakı, Qazax, Göyçə, Qarabağ və Təbrizdir. Məişətdə müxtəlif 
məqsədlərlə işlədilən bir sıra əşyalar kilim toxunuşlu olur. Ornament, naxışlar qısa çıxıntılar və diaqonal xətlərlə 
xarakterizə  edilir  ki,  bu  da  toxunma  texnikasından  irəli  gəlir.  Cənubi  Azərbaycanın  "Sənnə"  kilimləri  xüsusi 
sıxlığı,  incəliyi  və  zərif  işləmələri  ilə  fərqlənir.  Kilimlər  materialına,  texnikasına,  istifadəsinə,  bədii 
xüsusiyyətlərinə, toxunduğu yerə görə Dal kilimi, Çadır örtüyü, Gərdəklik qırmızı kilim, Namazlıq, Çaxmaxlı 
kilim, Saya kilim, Sənnə kilim, Şamaxı palazı, Şamt və s. adlandırılır. 
Şəddənin əsas istehsal mərkəzləri Qarabağ, Qazax, Naxçıvan, Cənubi Azərbaycan ( Ərdəbil, Meşqin, 
Muğan)  və  Göyçədir.  Məişətdə  şəddədən  mərasim  pərdələri  və  örtükləri,  qalın  toxunan  şəddədən  döşənəcək, 
divar örtüyü, nazik və zərif şəddədən isə parça kimi qadın və kişilərin geyiminin hazırlanmasında, həmçinin də 
süfrə və s. kimi istifadə edilir, balaca qırmızı şəddələr ayaq altına salınır. Şəddənin əsas üç növü olur: birrəngli - 
Şal şəddə; damalı - Dama-dama şəddə və məzmunlu - Zili və Dəvəli şəddələr. 
Şəddənin  əsas  xüsusiyyəti  şaquli  zolaq  və  damalarının  olması,  ara  sahəsinin  daha  çox  qırmızı-göy, 
qırmızı-qara  rənglərin  uyğunluğunun  üstünlüyü  ilə  seçilməsidir.  Qarabağ  şəddələri  üçün  isə  qırmızı  fon 
xarakterikdir. Şəddə sözünün kökünün "Şətrənc", "Şadevərd", yəni şahmat sözündən olduğu ehtimal edilir. 
Vərninin  əsas  istehsal  mərkəzləri  Qarabağ  (Bərdə,  Şuşa, 
Ağcabədi,  Cəbrayıl,  Ləmbəran),  Qazax,  Naxçıvan  və  Cənubi 
Azərbaycandır.  Vərnilərdən  pərdə,  yüküzü, döşənəcək,  örtük,  həmçinin 
dəyə  və  çadırların  dekorativ  bəzəyi  kimi  istifadə  olunur.  Muğanda 
vərnidən  döşənəcək  kimi  istifadə  etmək  üçün  altına  keçə  tikilirdi. 
Qarabağ  vərnisinin  ornamentinin  əsas  elementi  xalçanın  bütün sahəsini 
tutan,  S,  ya  Z  formalı  stilizə  olunmuş  əjdaha  təsviridir.  Əjdaha  bolluq 
rəmzi  kimi,  eləcə  də  evin,  ailənin,  qəbilənin  qoruyucusu  hesab  olunur. 
Vərni ornamentləri qədim dövrlərdə şər qüvvələrin rəmzi də sayılmışdır 
(əjdaha  ikili  səciyyəli  mifik  obrazdır).  Cənubi  Azərbaycanda  toxunan 
vərnilər  quş  və  ağac  təsvirləri  ilə  bəzədilir.  Vərnilər  iki  hissədən  ibarət 
toxunur  və  sonra  bir-birinə  tikilir.  Bu  səbəbdən  Qarabağda  (Ləmbəran) 
vərnilər  "həmyan",  yəni  ikiyanlı  adlandırılır.  Nyu-Yorkdakı 
Metropoliten-muzeydə  saxlanan,  XVIII  əsrə  aid  incə  naxışlı  vərni  öz 
gözəlliyi ilə seçilir. 
Zilinin  əsas  istehsal  mərkəzləri  Qarabağ,  Qazax,  Bakı,  Naxçıvan, 
Göyçə  və  Cənubi  Azərbaycan  hesab  olunur.  Zilidən  ibadət  xalçası,  pərdə, 
divar örtüyü, döşənəcək kimi istifadə edilir. Zilinin bəzəklərini stilizə edilmiş 
quş və heyvan rəsmləri, rəmzi təsvirlər, müxtəlif formalı həndəsi və nəbati 
motivli  ornamentlər  təşkil  edir.  Bakı  zililəri  zərifliyi,  zəngin  rəng 
çalarları  ilə  şöhrət  qazanmışdır.  X  əsrdə  Xoy,  Bərgi,  Ərcicə,  Əxlate, 
Naxçıvan, Bidlis zilinin toxunduğu məşhur məntəqələr idi. XVI-XVIII 
əsrlərdə  Qarabağ  (Cəbrayıl)  ipək  zilinin  toxunduğu  əsas  mərkəz 
olmuşdur.  
Sumaxın  ilk  əsas  istehsal  mərkəzi  Şirvan  (Şamaxı)  olmuş,  həmçinin  Cənubi  Azərbaycan  (Əhər, 
Mərənd, Urmiya), Qarabağ (Cəbrayıl, Laçın) və Naxçıvanda toxunmuşdur. Sonralar sumaxın istehsal mərkəzi 
Qubaya  keçmiş  və  XIX  əsrdə  xeyli  populyarlaşaraq,  Azərbaycanın  digər  bölgələrində  də  geniş  yayılmışdır. 
Sumaxdan məişətdə döşənəcək, divar örtüyü, kiçik ölçülülərdən - sumaxçalardan isə ibadət xalçası - namazlıq 
kimi  istifadə  edilir.  Sumaxın  bədii  tərtibatında  Şirvan,  Quba,  Qarabağ,  Gəncə  xovlu  xalçalarının 
kompozisiyalarından istifadə olunur. Sumaxlar texnikasına görə Qarımış fərş, ölçüsünə görə Sumaxça, Sumax 
palaz, Göllü pa-laz və s. adlandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə