119
artistlərini birləşdirmişdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın
mədəni inkişafında
mühüm rol oynasa da, hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin
süqutundan sonra Birləşmiş Dövlət Teatrı yaradıldı. Teatrda Bakıda
fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-
ci ildə yandırılmış Tağıyev teatrının binası respublika hökumətinin
qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət
Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də
M.F.Axundzadənin "Hacı Qara" komediyasının yeni quruluşda
tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının (1933-cü ildən
M.Əzizbəyov
adına)
təntənəli
açılışı
oldu.
Azərbaycan
dramaturgiyasının inkişafında, teatr sənətinin təşəkkülündə böyük
xidmətlər
göstərən
N.Vəzirov,
Ə.Haqverdiyev, C.Məmmədquluzadə,
Süleyman Sani Axundov kimi realist-
demokrat
yazıçıların
fəaliyyəti,
N.Nərimanov, Ü.Hacıbəyov, Müslüm
Maqomayev, Cəfər Cabbarlı və başqa
görkəmli ədəbiyyat və incəsənət
xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf
prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün
münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.
20-ci illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası"
(Süleyman Sani Axundov), "Şeyx Sənan", "Knyaz" (Hüseyn Cavid),
"Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş"
(N.V.Qoqol), "Həyatın dibində" (Maksim Qorki), "Qaçaqlar" (F.Şiller),
"Otello" (U.Şekspir) və s. əsərlər tamaşaya qoyulmuşdu. 20-ci illərdən
teatrda aktyorlardan A.M.Şərifzadə, Ülvi Rəcəb, M.A.Əliyev,
S.Ruhulla, Mərziyə Davudova, İsmayıl Hidayətzadə, Rza Təhmasib,
Kazım Ziya, Mustafa Mərdanov, Məmmədəli Vəlixanlı, Əli Qurbanov,
Sona Hacıyeva, Əzizə Məmmədova,
Möhsün
Sənani,
M.Yermakova
(Məxfurə xanım), rejissor Aleksandr Tuqanov, Bakı Teatr
Texnikumunun ilk məzunlarından Fatma Qədri, Rza Əfqanlı, İsmayıl
Dağıstanlı və başqaları fəaliyyət göstərmişdilər.
1930-cu ildə kollektiv Moskvada
Ümumittifaq teatr və sənət olimpiadasında,
Leninqrad və Kazan şəhərlərindəki
qastrollarda "Hacı Qara", "Sevil", "Od
gəlini", "Hamlet" , "Gülən adam"
tamaşaları ilə çıxış etmişdir.
1935-1941-ci
illər
Azərbaycan
Dövlət Dram Teatrının yetkinləşmə
dövrüdür. Bu dövrdə teatr "Həyat" (Mirzə
İbrahimov), "Toy" (Sabit Rəhman)
pyeslərini, "Vaqif', "Xanlar" (Səməd
Vurğun), "Qaçaq Nəbi" (Süleyman
Rüstəm) kimi tarixi qəhrəmanlıq dramlarını tamaşaya qoydu. "Vaqif"
pyesinin dərin vətənpərvərlik ideyası teatrın səhnəsində sənətkarlıqla
canlandırılmışdı (rejissor Adil İsgəndərov). Klassik dünya dramaturgiyası
örnəklərindən sayılan "Maqbet" (U.Şekspir; rejissor A.A.Tuqanov, baş
rollarda A.Şərifzadə və Mərziyə Davudova) əsərinin tamaşası Azərbaycan səhnə sənəti tarixində dərin
iz buraxmışdır. Bu dövrdə teatrın rejissor heyətində İ.Hidayətzadə, Rza Darablı, R.Təhmasib, Yusif