128
Y.Ələkbərov və başqalarının rejissor quruluşlarında göstərilən tamaşalarda xalq artistləri H.Bağırov,
A.Bəşirqızı, M.Əhmədov, F.Mahmudova, əməkdar artistlər R. Məmmədov, X.Qafarova, X.Muradov,
G.Salmanova, S.Musayeva, E.Əhədzadə, L.Səfərova və başqaları. çıxış edirlər.
Ayrı-ayrı illərdə teatrda rejissorlar A.M.Şərifzadə, H.Əliyev, H.İsmayılov, S.Dadaşov, Şəmsi
Bədəlbəyli, Əliheydər Ələkbərov, Niyaz Şərifov və başqaları, aktyorlar Bülbül, H.Hacıbababəyov,
A.Terequlova, Ə.Qəmərlinski, E.Axundova, D.Şaraplı, Cahan Talışinskaya, Nina Mironova,
A.Cavadov, Əhməd Anatollu, Əlihüseyn Qafarlı, Münəvvər Kələntərli, Lütfəli Abdullayev,
N.Zeynalova, İ.Hüseynov, Bəşir Səfəroğlu, K.Kərimov, Şəfıqə Qasımova, Nəcibə Behbudova,
İmamverdi Bağırov, Səyavuş Aslan, Hacıbaba Bağırov, dirijorlar Çingiz Hacıbəyov, S.Ələsgərov,
rəssamlar Əsgər Abbasov, Həsən Mustafayev, Fyodor Qusak və başqaları. fəaliyyət göstərmişlər. 80-ci
illərin sonlarından teatrda əməkdar artistlər Alim Abalmasov, Afaq Bəşirqızı, L.A.Vinoqradova, Arif
Quliyev, Ofelya Məmmədzadə, Vladimir Marçenko, İrina Podqornaya və başqaları çalışmışlar. 1967-
ci ildə teatra Şıxəli Qurbanovun adı verilmişdir.
1922-ci ildə vahid truppada birləşmiş Naxçıvan aktyorlarının iştirakı ilə Naxçıvan Dövlət Dram
Teatrı yaradıldı. Burada çalışan aktyorlardan R.İsfəndiyarlı, H.Mahmudov, Ə.Xəlilov, H.Səfərli,
M.Mirişli, M.Bağırov, C.Zülfüqarlı, Ə.Abbasov, Y.Şahtaxtlı, S.Mövləvi, İ.Musayev, İbrahim
Həmzəyev, Zəroş Həmzəyeva, Aydın Şahsuvarov, rejissor Baxşı Qələndərli, Vəli Babayev və
başqalarının fəaliyyəti teatrın tarixində mühüm mərhələ təşkil edir.
Teatrda Azərbaycan və dünya klassiklərinin əsərləri, o cümlədən "Elektra" (Sofokl),
"Mehmanxana sahibəsi" (K.Qoldoni), "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Otello" (U.Şekspir), "Şeyx
Sənan", "Səyavuş" (H.Cavid), "Vaqif" (S.Vurğun), "Dəli yığıncağı" (C.Məmmədquluzadə), "Həyat"
(M.İbrahimov), "Onlar dörd nəfər idilər" (K.M.Simonov), "Kor
padşah" (N.Hikmət), "Astana" (A.Dudarev) və s. pyesləri tamaşaya
qoyulmuşdur. Teatrın repertuarında yerli müəlliflərdən Kəmalə
Ağayeva, Hüseyn İbrahimov, Məmmədəli Tarıverdiyev, Əliyar
Yusifli, Hüseyn Razi və başqalarının əsərlərinə də geniş yer verilir.
80-ci illərin sonlarından teatrda xalq artistləri Əkbər Qardaşbəyov,
Məmməd Quliyev, Zemfira Əliyeva, Firuzə Əlixanova, Əyyub
Haqverdiyev, Sofiya Hüseynova, əməkdar artistlər Həsən Ağayev,
Kamran Quliyev, Əyyub Məmmədov, T.Məmmədova, Sona
Mirzəyeva, T.Mövləvi, Rafiq Hüseynov, Roza Cəfərxanova
fəaliyyət
göstərmişlər.
1965-ci
ildə
teatra
Cəlil
Məmmədquluzadənin adı verilmişdir.
Gəncədə professional teatr sənətinin yaranması və inkişafında
Bakı Türk İşçi teatrının 1932-ci ildə buraya köçürülməsinin mühüm
rolu olmuşdur. 1933-1941-ci illərdə teatrda "Almaz" (C.Cabbarlı),
"Həyat" (M.İbrahimov), "Xanlar" (S.Vurğun), "Kreml saatı"
(N.F.Poqodin), "Qaçaq Nəbi" (S.Rüstəm), "Toy" (S.Rəhman),
"Qaçaqlar" (F.Şiller) kimi orijinal quruluşlu tamaşalar
göstərilmişdir.
Teatrın
yaradıcılıq
istiqamətinin
müəyyənləşməsində aktyorlardan Ə.Yusifzadə, İ.Talıblı, Solmaz
Orlinskaya, M.Cəfərov, Məxfurə xanım (M.Yermakova), Məmməd
Bürcəliyev, Məmmədrza Şeyxzamanov, M.Avşarov, Sadıq
Həsənzadə, Əhməd Salahlı, Ə.Qafarlı, Kərim Sultanov, rejissorlar
Ələkbər Seyfi, Həbib İsmayılov, İ.Əfəndiyev, A.Ə.Dadaşov,
sonralar Həsən Ağayev, Hüseyn Sultanov və başqalarının xidməti olmuşdur. Teatrda bir müddət xalq
artistləri Ə.Ələkbərov, M.Məmmədov, Kazım Ziya, A.Gəraybəyli, Ə.Sultanov, B.Şəkinskaya və
başqaları işləmişlər. 1941-1945-ci müharibə illərində teatrın repertuarında vətənpərvərlik ruhunda
yazılmış əsərlərə geniş yer verilmişdir. 50-60-cı illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Kəllə"
(N.Hikmət), "Böyük ürək" (İ.Qasımov, H.Seyidbəyli), "Tülkü və üzüm" (G.Figeyredo), "Kişilər"
(A.Məmmədov), "Komsomol poeması" (İ.Coşğun; S.Vurğunun eyniadlı poeması üzrə) və s. əsərlər
oynanılmış, təcrübəli aktyorlarla yanaşı Mənsurə Cəfərova, A.Məmmədov, R.Tağıyeva və başqaları.
129
fəaliyyət göstərmişlər. 70-80-ci illərdə teatrın tamaşaları mövzu aktuallığı, maraqlı səhnə şərhi və
aktyor oyunu ilə xarakterizə olunur.
Teatrda xalq artistləri Ə.Abbasov, Zülfüqar Baratzadə, Sədayə Mustafayeva, rəssamlar Bəhram
Əfəndiyev, R.Məmmədov, T.Qafarov, Tahir Tahirov, əməkdar artistlər Qurban Abbasov, Əli
Allahverdiyev, Telman Əliyev, Firuzə Bədirbəyli, Faiq Qasımov, Ağa Məmmədov, R.Nadirov və
başqaları. fəaliyyət göstərmişlər. 1954-cü ildə teatra C.Cabbarlının adı verilmişdir.
XIX əsrin 70-ci illərində Şəkidə yerli ziyalılar xeyriyyə məqsədilə M.F.Axundzadə, N.Vəzirov,
Ə.Haqverdiyev, N.Nərimanov, R.Əfəndiyev, Namiq Kamal və başqalarının əsərlərinin tamaşasını
hazırlamışlar. Sovet hakimiyyəti qurulduqdan sonra Şəkidə dram dərnəkləri yaranmış, xalq artistləri
İ.Osmanlı, İ.Dağıstanlı səhnə fəaliyyətinə bu dərnəklərdə başlamışlar. 1933-1950-ci illərdə Şəkidə
fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə xalq teatrı fəaliyyət göstərmişdir. İndiki Şəki
Dram Teatrı 1975-ci ildə yaradılmış, 1976-cı ildə "Komsomol poeması" (İ.Coşğun; S.Vurğunun eyni-
adlı əsəri üzrə) ilə açılışı olmuşdur. Teatr "Aydın" (C.Cabbarlı), "Nişanlı qız", "Toy", "Yalan"
(S.Rəhman), "Adamın adamı", "Sizi deyib gəlmişəm" (Anar), "Ezop" (G.Figeyredo), "Xırs
quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə) və başqa əsərləri tamaşaya
qoymuşdur. "Ustalar" (R.Stoyanov), "Pələng və kaftar" (Ş.Petefi) və "Artur Uinin karyerası" (B.Brext)
tamaşalarına görə teatr keçmiş SSRİ-də keçirilən Bolqarıstan və ADR dram sənəti festivallarının
diplomuna layiq görülmüşdür. 80-ci illərdə teatrın baş rejissoru M.Feyzullayev olmuşdur. Teatrda
rejissorlar Vaqif Abbasov, Cahangir Novruzov, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev
səmərəli çalışmışlar. Teatrın truppasında əməkdar artist Muxtar İbadov, artistlər Fərman Abdullayev,
İbrahim Əliyev, Mahirə Əmirova, Qəmər Məmmədova, Xanlar Haşımzadə və başqaları fəaliyyət
göstərmişlər. 1977-ci ildə teatra Sabit Rəhmanın adı verilmişdir.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 1969-cu ildə təşkil edilmiş, açılışı "Müsyö
Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə) pyesinin tamaşası ilə olmuşdur. Teatrın repertuarına
klassik və çağdaş Azərbaycan və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Ən yaxşı tamaşaları:
"Müsibəti-Fəxrəddin" (N.Vəzirov), "Sən nə üçün yaşayırsan?" (H.Seyidbəyli, İ.Qasımov), "Solğun
çiçəklər", "Vəfalı Səriyyə" (C.Cabbarlı), "İlahi komediya" (İ.Ştok), "Bütün Şərq bilsin" (N.Həsənzadə;
teatr tamaşalarına Ümumittifaq baxışın diplomu, 1981), "Afət" (H.Cavid), "Əsrə bərabər gün"
(Ç.Aytmatov), "Diribaş adamlar" (V.Şukşin), "Bayramın birinci günü" (N.Hikmət), "Dəyirman"
(M.Süleymanlı) və sair. Teatrda müxtəlif illərdə R.Əfqanlı, B.Şəkinskaya, A.Bəşirqızı, Hicran
Mehbalıyeva, N.Sadıqzadə, Elmira Haşımzadə, əməkdar incəsənət xadimi M.Fərzəlibəyov çalışmışlar.
1997-ci ildən teatrın baş rejissoru
F.Məhərrəmovdur.
1923-ci ildən Ağdamda fəhlə klubu
(1928-ci ildən "Beynəlittifaq" adlanmış,
nəzdində dram, sonralar isə musiqili dram
kollektivi
olmuşdur)
fəaliyyət
göstərmişdir. Kollektiv "Hacı Qara"
(M.F.Axundzadə), "Ağa Məhəmməd şah
Qacar" (Ə.Haqverdiyev), "Nadir şah"
(N.Nərimanov),
"İblis"
(H.Cavid),
"Aydın", "Sevil", "Almaz" (C.Cabbarlı)
pyeslərini, "Leyli və Məcnun", "Əsli və
Kərəm" (Ü.Hacıbəyov), "Aşıq Qərib"
(Z.Hacıbəyov) operalarını, "Ər və arvad",
"O olmasın, bu olsun", “ Arşın mal alan”
(Ü. Hacıbəyov), “ Evliykən subay”, "Əlli
yaşında cavan" (Z.Hacıbəyov) musiqili
komediyalarını tamaşaya qoymuşdur. Ə.Ağdamski, Q.Muradov, H.Şəmsizadə və başqaları. burada
çalışmışlar. 1937-1950-ci illərdə Ağdam Dövlət Dram Teatrı, 1950-1968-ci illərdə dram kollektivi və
xalq teatrı kimi fəaliyyət göstərmişdir; 1968-ci ildən yenə də Dövlət Teatrıdır. 1969-cu ildə teatra
Ə.Haqverdiyevin adı verilmişdir. Teatrın repertuarında klassik pyeslər, eləcə də tarixi və müasir
əsərlər - "Zorən təbib" (J.B.Molyer), "Xırs quldurbasan" (M.F.Axundzadə), "Ağa Kərim xan Ərdəbili"
Dostları ilə paylaş: |