MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ


birilər  də:  “Haqqı  buyururdu,  O  hər  şeydən  Ucadır  və



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
=  43  =
birilər  də:  “Haqqı  buyururdu,  O  hər  şeydən  Ucadır  və 
Böyükdür”, – deyə cavab verdilər” (Səba, 23). 
Buxarinin  hədis  kitabında  (4424)  Əbu  Hüreyrədən 
(Allah ondan razı olsun!) Peyğəmbərin (s.s) belə dediyi 
rəvayət  olunur:  “Əgər  Allah‐təala  göylərdə  bir  iş  üçün 
əmr verirsə, mələklər Onun dediklərinə tabe olmaq əla‐
məti  kimi  qanad  çalırlar.  Sanki  onlar  qayaya  çırpılmış 
zəncir  gurultusundan  qorxmuşlar.  Onların  ürəyindən 
qorxu  getdikdən  sonra  isə  soruşurlar:  “Rəbbiniz  nə 
buyururdu?” Cavab verirlər: “Haqqı buyururdu. O hər 
şeydən  Ucadır  və  Böyükdür”.  Gizlənmiş  şeytanlar  bu 
sözləri eşitmək üçün bir‐birinin belinə minirlər. (Süfyan 
ibn  Üyeynə  bu  mənzərəni  əli  ilə  vəsf  etdi.  Onun  hərfi 
izahını vermək üçün barmaqlarının arasını açdı və izah 
etdi ki, üstdə olan eşitdiyini altındakına çatdırır, o da öz 
növbəsində altdakına yetirir ki, həmin sözləri sehrbaza, 
yaxud kahinə çatdıra bilsin). Bə’zən elə olur ki, şeytan o 
sözü  sehrbaza  yetirməmiş  uçan  ulduz  (meteor – Ə.Ə.) 
özünü  yetirib  şeytanı  məhv  edir.  Bə’zən  elə  olur  ki, 
ulduz şeytana çatmamış şeytan sözü sehrbaza yetirir və 
sehrbaz da ondan yüz yalan uydurub danışır. Ona görə 
də deyirlər: – O bizə filan gün filan sözü filan cür demə‐
dimi?  Beləliklə,  insanlar  səmadan  eşidilmə  bu  sözlərə 
görə sehrbazlara və kahinlərə inanırlar. 
Nəvvas ibn Səm’anın (Allah ondan razı olsun!) belə 
dediyi  rəvayət  olunur:  “Bir  dəfə  Rəsulullah  (s.s)  dedi: 
“Allah‐təala  bir  iş  təlqin  etmək  istəyəndə  vəhy  ilə 
danışır  və  onun  danışığından  səmaları  titrətmə  tutur, 
yaxud  Qüdrət  və  Cəlal  sahibi  Allahın  qorxusundan 
şiddətli  göy  gurultusu  baş  verir.  Səmaların  əhli  bunu 
eşidəndə  onları  sanki  ildırım  vurur  və  onlar  Allahın 


 =  44  = 
qarşısında  səcdə  üçün  diz  çökürlər.  Bundan  sonra 
birinci  Cəbrayıl  başını  qaldırır  və  o,  bir‐bir  mələklərə 
baş  çəkir.  O,  səmanın  hər  qatından  keçəndə  oranın 
mələkləri soruşurlar: “Ya Cəbrayıl, Rəbbimiz nə buyu‐
rurdu?”  Cəbrayıl  onlara  cavab  verir:  “Haqqı  buyu‐
rurdu.  O  hər  şeydən  Ucadır  və  Böyükdür”.  Mələklər 
də  Cəbrayılın  dediklərini  olduğu  kimi  təkrar  edirlər. 
Cəbrayıl bu şəkildə Qüdrət və Cəlal sahibi Allahın əmr 
etdiyi kimi vəhy ilə ona deyilənləri lazımi yerə çatdırır. 
Bu fəsildə aşağıdakı məsələlər əhatə olunmuşdur: 
1. Fəslin məzmununu təşkil edən ayənin təfsiri; 
2. Bu ayədə şirki, xüsusilə əməlisaleh adamlarla bağlı 
şirki puça çıxaran dəlillərin olması. Bu ayə haqqında de‐
yirlər ki, o, şirk ağacının şah damarını kəsən ayədir; 
3.  “Haqqı  buyururdu.  O  hər  şeydən  Ucadır  və  Bö‐
yükdür” kəlamının təfsiri; 
4. Onların bu barədə sorğusunun səbəbi; 
5. Cəbrayılın onların sualına “Allah filan‐filan işləri 
buyurdu” cavabını verməsi; 
6.  Birinci  başını  qaldıran  mələyin  Cəbrayıl  olduğu‐
nun qeyd olunması; 
7.  Cəbrayılın  səmaların  bütün  əhlinə  hamı  ondan 
soruşduğu üçün cavab verməsi; 
8.  Allah  vəhy  ilə  əmr  verərkən  səmanın  bütün  qat‐
larının əhlinin qorxudan qəşş etməsi; 
9. Səmaların Allah kəlamından titrəməsi; 
10. Allahın əmr etdiyi yerlərə bütün vəhyləri məhz 
Cəbrayılın çatdırması; 
11. Şeytanların gizlicə bu kəlamlara qulaq asması; 
12. Onların Allah kəlamını eşitmək üçün bir‐birinin 
belinə minməsi; 


13. Meteorun şeytanı məhv etmək üçün göndərilməsi; 
14.  Meteorun  şeytana  bə’zən  şeytan  Allah  kəlamını 
ötürməzdən  əvvəl  çatması,  bə’zən  isə  şeytanın meteor 
çatmamış  Allah  kəlamını  özünün  insanlardan  olan 
şərikinə çatdırması; 
15. İnsanların bə’zən kahinlərə inanmasının səbəbi; 
16.  Şeytanın  çatdırdığı  Allah  kəlamından  kahinin 
yüz cür yalan uydurub danışması; 
17.  Onun  yalanlarına  yalnız  səmalardan  eşidilmiş 
həmin sözlərə görə inanılması; 
18. İnsanların batili qəbul etməsi, onların yüz yalanla 
hesablaşmayıb bir doğruya bənd olması; 
19. Onların həmin sözü bir‐birlərindən eşidib yadla‐
rında saxlaması və ondan dəlil kimi istifadə etməsi; 
20.  Allahın  sifətlərinin  yaramaz  əş’əri  məzhəbinin 
isbatının əksinə olan isbatı; 
21.  Bu  titrətmə  və  qəşşin  Qüdrət  və  Cəlal  sahibi 
Allahın qorxusundan olmasının bəyanı; 
22.  Səmaların  əhlinin  Allah  qarşısında  diz  çöküb 
ona səcdə etməsi. 
 
 
 
ŞƏFAƏT (VASİTƏÇİLİK) 
HAQQINDA FƏSİL
 
 
üdrət  və  Cəlal  sahibi  Allahın  kəlamlarından: 
“Rəbbinin hüzuruna cəm ediləcəklərindən qor‐
xanları Qur’anla xəbərdar et ki, onların Allahdan başqa 
heç bir hamisi və vasitəçisi yoxdur” (əl‐Ən’am, 51). 

“De ki, şəfaət bütünlüklə yalnız Allaha məxsusdur” 
(əz‐Zümər, 44). 
 
=  45  =


 =  46  = 
“Allahın  izni  olmadan  onun  hüzurunda  kim  şəfaət 
edə bilər?” (əl‐Bəqərə, 255). 
“Səmalarda  neçə‐neçə  mələklər  vardır  ki,  onların 
şəfaəti  heç  bir  fayda  verməz.  Ancaq  Allah  öz  istədiyi 
və  razı  olduğu  kimsəyə  izn  verdikdən  sonra  onun 
şəfaəti fayda verə bilər” (ən‐Nəcm, 26). 
(Ya  Məhəmməd!)  Allahdan  başqa  tanrı  zənn  etdik‐
lərinizi  köməyə  çağırın.  Onlar  göylərdə  və  yerdə  zərrə 
qədər  bir  şeyə  sahib  deyillər.  Nə  onların  bunlarda 
(yerdə və göydə – Ə.Ə.) bir şərikliyi var, nə də Allahın 
onlardan bir köməkçisi var. Onun hüzurunda, izn ver‐
diyi  kimsələr  istisna  olmaqla,  heç  kəsin  şəfaəti  fayda 
verməz. Nəhayət, onların ürəklərindən o müdhiş qorxu 
çıxınca  onlar  soruşarlar:  “Rəbbiniz  nə  buyurdu?”  On‐
lara deyərlər: “Haqqı buyurdu. O hər şeydən Ucadır və 
Böyükdür” (Səba, 22‐27). 
Əbülabbas  demişdir:  “Allah  özündən  savayı  müş‐
riklərin bağlı olduqları hər şeyi rədd etmişdir. O həm‐
çinin  özündən  başqasının  əmlakı  və  ya  əmlak  payı 
olmasını,  kiminsə  Allaha  köməkçi  olmasını  rədd  edir. 
Yalnız şəfaət qalır ki, onun da yalnız və yalnız Rəbbin 
izn verdiyi kəslərə fayda verə biləcəyi aydın olur. Alla‐
hın  özünün  buyurduğu  kimi:  “Onlar  yalnız  Allahın 
razı  olduğu  kəslərdən  ötrü  şəfaət  edə  bilərlər”  (əl‐
Ənbiya,  28).  Müşriklərin  zənn  etdiyi  bu  şəfaət  isə 
Qur’anın  rədd  etdiyi  və  Peyğəmbərin  (s.s)  xəbər  ver‐
diyi  kimi,  inkar  ediləcəkdir.  Peyğəmbər  (s.s)  bildir‐
mişdir  ki,  o,  Allahın  hüzuruna  gedəndə  şəfaət  istə‐
məklə başlamır; əvvəl gəlib Rəbbinə səcdə edir və onu 
tə’rifləyir,  sonra  ona  deyilir:  “Başını  qaldır,  danış –
 səsin  eşidilsin,  Rəbbinin  e’tibarını  qazanmağa  çalış –


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə