24
izah etmək zorunda qalır. Məsələn, ġərq deyirik, Yaponiyanı qəsd etmirik der;
Qərb dedikdə Ġspaniyanı düĢünmürük kimi; dinləyənlərin zor anlayacaqları bir
takım təfsirlərdə bulunmaması lazım gəlir.
Halbuki sui təfsirlərə məhəl vermədən bir bütün olaraq ələ alınan dünya
mədəniyyətini ġərqə və Qərbə ayırmadan üfqi deyil Ģaquli ayrılıqlarından bəhs
etmək daha doğru və daha makuldur (ağlabatandır).
Millətçi Türkiyə bugünkü gənc Ģərqlilərə örnək olaraq etdiyi devrim
həmləsilə ġərqdən sıyrılıb Qərbə qatılmır, geri ortaçağ səviyyədən çıxaraq irəli
çağdaĢ səviyyəyə yüksəlir.
“Azərbaycan”, il 1, sayı 8, noyabr 1952, Ankara.
QÖVM VƏ MĠLLƏT
Böyük türk filosofu Ziya Göyalp mərhum, bu mövzunu bir yazısında
[«Yeni məcmuə», № 33] deyir ki:
«Millət [nation] Ģəxsiyyətini uzun müddət qeyb etdikdən sonra təkrar
oluĢdurmağa çalıĢan bir qövm deməkdir».
Bu oluĢ gəliĢimini anladırkən ustad, «milliyyət» təbirilə də ifadə olunan
«qövm»ün keçirdiyi istihalə (yeniləĢmə) Ģəklini izah edər ki, xülasəsi bundan
ibarətdir:
Qövmlər tabe olduqları müĢtərək bir din və ya səltənətin təsirilə təməssül
edərək (özləĢərək) Ģəxsiyyətlərini qeyb edərlər. Sonra daxil olduqları bu səltənət və
ya ümmətin çözülməsi üzərinə, yenidən özlərini bulurlar. Fəqət, bu dəfə bulunan
Ģəxsiyyət qeyb edilmiĢ qövmi Ģəxsiyyətinin eyni deyildir. O, uzun zaman birlikdə
yaĢanan müĢtərək mədəniyyət və ümmət həyatının təsirilə yeniləĢmiĢ bir
Ģəxsiyyətdir. Qövm getmiĢ, yerini millət almıĢdır.
Qövm ilə millət arasındakı fərq, əcəba, nədir? Ustadı dinləyək:
«...Qövm inhisarçıdır. Qövm dini özünə həsr (aid) edər, insanlığı özündən
ibarət görür, hətta kosmoqoniyası vasitəsilə kainatın təĢəkkülünü öz qövmi
təĢəkkülü ilə izah edər. Bu etibarla ümmət Ģəkli qövm Ģəklindən daha ziyadə
insanidir, çünki ümmət insaniyyəti və mədəniyyəti bir qövmə həsr etməz, bir çox
qövmləri içərisinə almağa çalıĢan bir din dairəsinə həsr
edər. Bununla belə, ümmət də çağdaĢ mədəniyyətə nisbətlə inhisarçıdır.
ÇağdaĢ mədəniyyət yalnız bir Dinin saliklərinə inhisarı qəbul etməz. Çünki elmə
dayanan bu zümrə türlü dinlərə mənsub millətləri də dairəsinə ala bilir. Bundan
dolayıdır ki, millətlər ümmətin deyil, çağdaĢ mədəniyyətin bir cüzi tamından
(parçasından) ibarətdir. Bir çox sultani [imperial] dövlətlər bir ümmətin bir cüzi
tamı ola bilir. Fəqət, millətlər, yəni çağdaĢ dövlətlər [təbirə diqqət edin - idarə] bir
ümmətin cüzi tamı ola bilməz. Millət nə qövm kimi, nə ümmət kimi inhisarçı
deyildir. Millət çağdaĢ mədəniyyəti tam, özünü də onun parçası olaraq görür».
25
Milliyyətin dövlət olmaq əzmini göstərdiyi və bunda israr etdiyi zaman
ancaq millət olduğunu yazdığımız vaxt [«Azərbaycan» № 5] biz də bu fikri ifadə
etmiĢdik. Necə ki, Ziya Göyalp da «millət sözünü dövlət» sözünün müradifi
(qarĢılığı) olaraq qullanmıĢdır. Ustada görə: «Türklər Türkiyə Cümhuriyyətinin
təĢəkkülündən sonra millət həyatına baĢlamıĢlar».
Cümhuriyyətdən əvvəl «türk milləti» və «millət həyatı» yokmu idi? - deyə
soruĢanlara sözü keçən məqalədən aĢağıya köçürdüyümüz bu sətirləri oxumalarını
tösiyyə edirik:
«Türk qövmü islam ümmətindən, Səlcuq və Osmanlı səltənətlərindən əvvəl
də mövcud idi. MüĢtərək Ġran mədəniyyətinə daxil olmadan özünə məxsus qövmi
biri mədəniyyətə malikdi. Ġran mədəniyyəti ilə, ümmət və səltənət təĢkilatları
türklərin bir çox qövmi müəssisələrini izalə etdi. Fəqət, eyni zamanda türklərin
millət halına gəlməsini təmin etdi».
Ġndi sözün bu məqalədə izah olunan mənası ilə milliyyətçilik deyil
millətçilik, dünyanın irəliyə doğru addımlayan demokratik gediĢinə uyğun bir
hərəkatın adıdır. Sözün çağdaĢ mənası ilə patriotizmə təqabül (uyğun) gələn bu
termin milliyyətçiliyi, yəni milli istiqlalçılığı ifadə edər.
Bu, bəzilərinin düĢündüyü kimi, yeni və uydurma bir təbir deyildir. Ziya
mərhumun istifadə etdiyimiz məqaləsi «Millətçilik» baĢlığı altında nəĢr edilmiĢdir.
“Azərbaycan”, il 1, sayı 9, dekabr 1952, Ankara.
MĠLLĠ ƏXLAQ
BəĢər topluluğunda fərdlər üçün olduğu kimi, millətlər üçün də müəyyən və
sabit bir takım əxlaq qaydaları vardır. Fərdlərdən insan topluluğu dürüst olmalarını,
doğru söyləmələrini, hiylə və təzvirə (yalana) baĢ vurmamalarını, içlərilə dıĢlarının
bir olmasını, baĢqalarının haqq və hürriyyətlərinə təcavüz etməmələrini, dost və
müxaliflərinin fikirlərinə sayğı göstərmələrini, qiybət və iftiradan sakınmalarını,
hırs (sonsuz arzu), kin və xudbinlik kimi kötü hisslərə əsir olmamalarını, tərbiyə və
nəzakətdən ayrılmamalarını, vətən və millətlərinə bağlı qalmalarını, yurddaĢlarına
əzəmi (böyük) yardımda bulunmalarını, məmləkət qanun və nizamlarına son
dərəcə riayətkar olmalarını, yurdun rifah və səadətinə durmadan çalıĢmalarını, ailə
və əqrabalıq bağlarını qutsal saymalarını, övladlarını vətənə xeyirli olacaq Ģəkildə
yetiĢdirmələrini, yurd və millətlə ilgili iĢlərdə böyük fəraqat (fədakarlıq)
göstərmələrini tələb etməkdədir. Bunları eynilə edənlərə cəmiyyət əxlaq və səciyyə
sahibi bir insan, vətənpərvər, mükəmməl bir vətəndaĢ, müĢfiq bir ata və milli
qəhrəman kimi izafə edər. Əksini iĢləyənlərə milli topluluğun enində-sonunda nə
kimi damğalar vuracağı da məlumdur!
Milli əxlaqa gəlincə, o da fərdlərdən mütəĢəkkil böyük bir topluluğun toplu
bir halda uyacağı və daim bağlı qalacağı hir takım məĢəri (ümumi) ümdə və
Dostları ilə paylaş: |