34
«Rusofilliyini», yəni rus imperializminin dostu olduğunu etiraf edən
Hondkaryan bu «presticin» istiqlalçılığa mühü (toxunmadığını) olmadığım dava
edir və gülünc olmaq əndiĢəsini göstərmədən «rus iĢğalı PolĢaya istiqlal verdi» -
deyir. Söyləmək lazımmıdır ki, PolĢa istiqlalçılığının rus düĢmənliyi üzərində
qurulduğunu bilməyən beynəlmiləl hərəkatlar tarixinə az-çox aĢina tək bir
münəvvər buluna bilməz!...
Hə, Hondkaryan əfəndi! Panturanizmin dünənki romantik təmsilçilərinə
Qafqaz Konfederasiyasının türk fikri üçün maneə təĢkil etmədiyini söylədiyiniz
kimi, sizə də ruspərəstliyin Qafqaz istiqlalçılığı ilə təlifi qəbul (uzlaĢdırılması)
olmadığını söyləməliyik. Və sizin bir «günah» kimi göstərdiyiniz türk dostluğu isə
buna qətiyyən bənzəməz! Rus imperializmilə mücadilə halında ikən siz də qəbul
edin ki, qafqazlılar üçün «rusofillik» çox da müsbət bir dəstək olmasa gərək!
Halbuki Rusiyanın öz milli hüdudu daxilində qalmasına candan tərəfdar olmaları
lazım gələn qonĢu dövlətlərə, Türkiyə ilə Ġrana qarĢı qafqazlılar tərəfindən
göstəriləcək təvəccühün (yaxınlıq duyğusunun) mənası tamamilə baĢqa və
müsbətdir. Hondkaryanların istədiyi kimi, Türkiyə düĢmənliyi üzərinə qurulan
Qafqaz birliyinin bugünkü Sovetlər Ġttifaqına daxil Cənubi Qafqaz
Federasiyasından baĢqa bir mənası ola bilməz! Bu məna Hondkaryan
düĢünüĢündəki bəzi erməni siyasilərini təmin və onun rus əfəndilərini məmnun
edərsə də, zənn etmərik ki, qafqazlı digər millətlərə mənsub siyasi təĢkilatları, hətta
erməni millətinin həqiqi və həyati mənfəətlərini dərk edən ağlı baĢında
mütəfəkkirləri belə məmnun etsin?!
Qeyd etdiyimiz kimi, indi artıq sırf hars sahəsinə çəkilərək, mövqeyini
tamamilə türk millətləri reallığına tərk edən siyasi panturanizm xəyalı üzərində
rusçuluq taktikası namına spekulyasiya yapan «həqiqi rus» erməniləri nədənsə,
«DaĢnaksütyun» mətbuatının meydana atdığı yeni çıxan «panaryanizm»dən heç də
bəhs etmirlər. «DaĢnaksütyun» firqəsinin fikirlərinin rəsmi nəĢri olan «DroĢak»ın
«aryan ocağı» və «aryan mərkəzi» təĢkili haqqındakı məĢhur təklifini
A.Hondkaryan hər halda görmüĢ olsa gərəkdir. Bu «ocaq» və «mərkəz» ətrafında
«DroĢak»ın rəyincə: «nəcib farslar, cəngavər kürdlər, cəsur bəluclar, cəngəlli
giləklər və açıqgöz ermənilər, hətta əfqan və hindlilər - aryan cinsindən bütün
millətlər toplanmalı və birləĢməlidirlər!»... Bu birliyin qayəsi nədir? «Aryan
qövmlərinin qan içici düĢmənləri [!?] turanlılara qarĢı aryan millətlərindən
mütəĢəkkil bir birlik təsisi!». Elə bir birlik ki, Yegikyanın, əlbəttə Ġram sevdiyi
üçün deyil, məhz, hiyləli bir manevr qullanmaq üçün bəyan etdiyi təsəvvürüncə:
«Ġranın bu birlikdəki rolu Prussiyanın Almaniya birliyində oynadığı roldur».
[Bu xüsusdakı nöqteyi-nəzərimiz mühərrirlərimizdən M. B. Məmmədzadə
bəy tərəfindən yazılan «Ermənilər və Ġran» adlı risalədə tamamilə izah və təsbit
edilmiĢdir. Ġstambul, 1927].
«DaĢnaksütyun» taktikləri aryan birliyindən bəhs edərkən bu böyük planın
Rusiyaya Ģamil olacağından heç də bəhs etməmiĢlər. Əcəba, bu sükut -
35
Hondkaryanın bizə tətbiq etdiyi metod üzrə - Ermənistanın Rusiyadan ayrıldıqdan
sonra Ġranla qovuĢmasını sübut etməzmi?
Etməz! Çünki «DroĢak»çıların da, hondkaryanların da, məlul (tutulduqları)
olduqları müĢtərək bir xəstəlik vardır ki, təqib etdikləri yanlıĢ yol nəticəsində
üzərində inad göstərdikləri türk düĢmənliyi və qonĢu bədbəxtliyindən ibarətdir.
Aryan birliyindən bəhsləri dəxi, bu xəstəliyin uzun sürən əlamətindən baĢqa
bir Ģey deyildir. Ġranlıları öz qonĢuları, bir sözlə qafqazlı azərbaycanlılar əleyhinə
təhrik məqsədilə uydurulan bu nəzəriyyəyə, zənn etmirik ki, özləri də müsbət bir
qiymət verirlər!... QonĢu bədbəxtliyinin burada da yeganə təsirli amil olduğu bizcə
uzun izaha möhtac deyildir.
Fəqət, bu yolun erməni millətinə çox bahalıya mal olduğu artıq bütün
cahana məlumdur. YanlıĢ yolun, harasından dönülürsə kardır!...
Millətlərindən ziyadə öz zövq və mənfəətləri Ģaikilə (üçün) hərəkət edən
erməni
siyasətçilərindən
bir
qismi
millətdaĢlarını
bərabər
yaĢamaq
məcburiyyətində olduğu qonĢuları əleyhində macəraçıyana çıxmazlara sövq
etməkdən sakınılırsa, bizcə, öz irqdaĢları hesabına çox ağıllı və çox əhəmiyyətli bir
hərəkətdə bulunmuĢ olurlar!...
“Odlu yurd” , il 1, sayı 10, dekabr 1929, Ġstanbul.
QISILMAYAN BĠR SƏS
Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir cidalın (davanın)
müdafiəsi üçün yüksələn bir səsi mədəni dünyaya göstərmək üzrə nəĢr olunur.
Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə həyəcan verən bir
nida!...
Bu gün Berlindən eĢitdiyiniz bu səs, on ilə yaxın bir müddətdən bəri
Ġstambuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətəninin, istilaya uğramıĢ
bir türk millətinin qəsb edilmiĢ haqqını və haqq etmiĢ (qazandığı) istiqlalını
müdafiə etmək üzrə, türkcə olaraq intiĢar edən bir nəĢrə, iltica (sığınmaq) üçün
qardaĢ Türkiyədən də münasib bir yer təsəvvür oluna bilirmidi?!...
Yabançı rus istilasının qızıl terroru altında boğucu bir təəssüflə oxunacaq bu
məqalənin azərbaycanlı mücahidlərdə doğuracağı təsir, bu sətirləri yazarkən bizi
çox düĢündürür. Heyrət dolu gözləri görurük soruĢur: Məgərsə nə olmuĢ?!...
Türkiyə Cümhuriyyət hökumətinin qərarı ilə Ġstanbulda nəĢr edilən «Odlu
yurd», «Azəri-Türk», «Yeni Türküstan» məcmuələrilə «BildiriĢ» qəzeti
qapanmıĢdır...
- Xeyir, ola bilməz! Mümkün deyil.
Psixoloji, məntiqi bir inkar! - Fəqət, yazıq. Vaqeə meydanda. Həqiqət bütün
çılpaqlığı ilə mövcud...acı mövcudiyyət!...
Dostları ilə paylaş: |