MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

 
 
71
hansı müddət ərzində ödənilən malların ixrac əməliyyatları aid 
edilir. 
Dövlət  müəssisələri  və  əmlakında  dövlətin  yekun  payı 
30%-dən  az  olmayan  digər  müəssisələr  tərəfindən  malların 
(xidmət  və  əqli  mülkiyyətin)  kreditə  ixracı,  bağlanmış  müqa-
vilələrin  müvafiq  dövlət  orqanında  qeydiyyatdan  keçirilmə-
sindən  sonra  aparılır.  Buraya  aid  olmayan  şəxslər  tərəfindən 
malların  kreditə  ixracı  gömrük  orqanlarında  bəyan  edilməklə 
həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrin-
də  istehsal  olunan  mallar  həmin  malların  dəyəri  istehsalçıya 
tam ödənildikdən sonra ixrac oluna bilər. 
Təkrar  ixrac  (reeksport)
  əməliyyatları  ölkənin  gömrük 
ə
razisinə  daxil  olan  xarici  mənşəli  malların  emal  ediləndən 
sonra başqa xarici ölkələrə ixracını nəzərdə tutur. Təkrar ixrac 
üzrə  bağlanılmış  müqavilələr  Azərbaycan  Respublikasının 
beynəlxalq öhdəliklərində tələb olunan hallarda müvafiq dövlət 
orqanında  qeydə  alınmaqla,  başqa  hallarda  isə  gömrük 
orqanlarında bəyan edilməklə icra olunur. 
Konsiqnasiya yolu ilə ixrac əməliyyatları
 xarici şəxslərlə 
bağlanmış  müqavilələrə  əsasən  respublika  hüdudlarından  kə-
narda satışı müəyyən müddət ərzində aparılan malların ixracını 
nəzərdə  tutur.  Konsiqnasiya  müddəti  üçün  ayların  müddəti 
gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə 
qədər  müəyyən  olunur.  Satışdan  əldə  olunan  vəsaitlər,  mallar 
satıldıqca  10  bank  günündən  gec  olmayaraq  ixracatçının 
Azərbaycan  Respublikasındakı  bank  hesabına  daxil  olunmalı-
dır.  Mallar  yuxarıda  göstərilən  müddətdə  satılmadıqda  30  gün 
ə
rzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 
Malların  dövlət  müəssisələri  tərəfindən  konsiqnasiya 
yolu ilə ixracı bağlanmış müqavilələr müvafiq dövlət orqanın-
da qeydiyyatdan keçirilməklə, dövlət müəssisəsi olmayan digər 
rezidentlər  tərəfindən  ixrac  isə  gömrük  orqanlarında  bəyan 
edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələ-


 
 
72
rində istehsal olunmuş mallar, həmin malların dəyəri istehlak-
çıya tam ödənildikdən sonra ixrac oluna bilər. 
Müvəqqəti  ixrac  əməliyyatları
  xarici  ölkələrdə  xidmət 
göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yar-
markalarda  iştirakı  və  s.  üçün  malların  yenidən  işlənilmədən 
Azərbaycan  Respublikasına  qaytarılması  şərti  ilə  ixrac  əmə-
liyyatlarını nəzərdə tutur. 
 Müvəqqəti  ixrac  əməliyyatları  dövlət  müəssisələri  tə-
rəfindən bağlanmış müqavilələr müvafiq dövlət orqanında qey-
diyyatdan  keçirilməklə,  başqa  rezidentlər  tərəfindən  isə  göm-
rük  orqanlarında  bəyan  edilməklə  ixrac  olunur.  Müvəqqəti 
ixrac  edilən  belə  əmtəələr  bağlanmış  müqavilədə  nəzərdə  tu-
tulan vaxtdan sonra 30 gündən gec olmayaraq Azərbaycan Res-
publikasına  qaytarılmalıdır.  Bu  mallar  müvafiq  dövlət  orqa-
nının  icazəsiylə  istifadə  olunduqları  ölkəyə  satıla  da  bilərlər. 
Bu  satışdan  əldə  edilən  vəsait  10  gündən  gec  olmayaraq  ix-
racatçının  Azərbaycan  Respublikasındakı  bank  hesabına  daxil 
olmalıdır.  Dövlət  müəssisəsi  olmayan  başqa  rezidentlər  tərə-
findən  müvəqqəti  ixrac  olunan  mallar  da  bu  qaydalara  uyğun 
müvafiq gömrük rüsumları ödəməklə tənzimlənir. 
Rezidentlər  tərəfindən  öz  vəsaitləri,  konsiqnasiya  və  ya 
dövlət zəmanətlərinə əsaslanmayan kreditlər hesabına aparılan 
idxal  əməliyyatları  (xüsusi  hallar  istisna  olmaqla)  gömrük  or-
qanlarında bəyan edilməklə həyata keçirilir. Rezidentlərin idxal 
etdikləri malların gömrük dəyərlərinə nəzarət gömrük orqanları 
tərəfindən həyata keçirilir. 
Konsiqnasiya  yolu  ilə  mal  idxal  edən  bütün  rezidentlər, 
bu  malların  satışından  əldə  olunmuş  vəsaitlə  valyuta  birjala-
rından valyuta alıb konsiqnatorlarla hesablaşa bilərlər. 
Beynəlxalq  iqtisadi  əlaqələrin  möhkəmləndirilməsində 
səlahiyyətli  dövlət  orqanlarının  icazəsi  və  ya  təşəbbüsü  ilə 
həyata keçirilən idxal-ixrac əməliyyatları xüsusi yer tutur. Bura 
aşağıdakılar aiddir: 


 
 
73
1.  Nazirlər  Kabinetinin  icazəsiylə  aparılan  idxal-ixrac 
ə
məliyyatları; 
2.  müvafiq dövlət orqanlarından rəy və lisenziya almaqla 
aparılan idxal-ixrac əməliyyatları; 
3.  barter əməliyyatları; 
4.  sərhədyanı ticarət; 
5.  dövlətlərarası sazişlərə əsasən ticarət əməliyyatları. 
Xarici  iqtisadi  fəaliyyət  zamanı  aşağıdakı  əməliyyatları 
fərqləndirirlər: 
•  əmtəələrin, işlərin və xidmətlərin idxalı; 
•  əmtəələrin, işlərin və xidmətlərin ixracı; 
•  əmtəələrin reeksportu (idxal edilən malların ixracı); 
•  reimport (ixrac edilən malların idxalı); 
•  Barter,  kompensasiyaedici  və  kombinə  edilmiş  əmə-
liyyatlar. 
Təyinatından asılı olaraq idxal olunan malların aşağıdakı 
növlərini fərqləndirirlər: 
•  ölkə  daxilində  istehlak  edilmək  üçün  gətirilən  əcnəbi 
mənşəli əmtəələr; 
•  ölkə daxilində emal olunmaq və emaldan sonra xaricə 
qaytarılmalı olan əcnəbi mənşəli əmtəələr; 
•  emal  olunmaq  üçün  xaricə  göndərilmiş  və  emaldan 
sonra mənşə ölkəsinə qaytarılan əmtəələr; 
•  emal  olunmadan  xarici  ölkədən  mənşə  ölkəsinə  qay-
tarılan əmtəələr (reimport); 
•  müvəqqəti  olaraq  ölkəyə  gətirilən  (məsələn,  sərgiyə) 
və  müəyyən  müddət  keçdikdən  sonra  aparılan  xarici  mənşəli 
ə
mtəələr. 
Lisenziyaların,  “nou-hau”nun  və  əmtəə  nişanlarından  is-
tifadə  hüququnun  satın  alınması,  mühəndis-məsləhətçi,  nəq-
liyyat xidmətləri və s. idxal edilən xidmətlər hesab olunur. 
dxal olunan əmtəənin, xidmətlərin və işlərin ödənilməsi 
aşağıdakı kimi həyata keçirilə bilər: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə