Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

58 
Na
2
SO
4
  və  MqSO
4
-n  olması  məhlulların  osmotik  (osmos  – 
mayelərin  üzvi  pərdə  və  toxumalardan  sızıb  keçməsi  hadisəsi) 
təzyiqinin  artmasına səbəb olur, su rejimini, mineral qidalanmanı 
və bitkilərin fotosintezini pozur. 
Suvarma  üçün  drenaj  sularının  yerüstü  sularla  kompleks  
istifadəsi  azsulu  suvarma  sistemlərinin  su  təminatını  artırmağa 
imkan  verir.  Drenaj  sularının  suvarma  üçün  istifadəsi  qrunt  suyu 
səviyyəsinin  aşağı    salınmasında  böyük  əhəmiyyət  kəsb  edir  ki, 
bunun  da  nəticəsində  qrunt  sularının  yerüstü  sular  hesabına 
qidalanması azalır. Buna uyğun olaraq, drenaj üzərinə düşən yük 
azalır və hətta ayrı-ayrı yerlərdə onun  tikilməsinə zərurət aradan 
qalxır. 
Suvarma  sularında  duzların  buraxıla  bilən  miqdarı  bir  sıra 
amillərdən,  xüsusilə  suyun  kimyəvi  tərkibindən,  suvarma  üsulla-
rından,  torpağın  su-fiziki  tərkibindən  və  şoranlaşmasından,  kənd 
təsərrüfatı bitkilərinin duza təlabatından asılıdır. 
Kür-Araz  düzənliyinin  müxtəlif  bölgələri  üçün  drenaj 
sularının  tətbiq  şəraiti  müxtəlifdir.  Torpaqlarında  Cl-SO
4
-Na-Mg 
və  Cl-  SO
4
-Na    tipli  şoranlaşma  müşahidə  olunan  Muğan-Salyan 
düzənliyində  minerallaşma  dərəcəsi  5  q/l-ə  qədər  olan  drenaj 
sularının pambıq bitkiləri üçün ayrı-ayrı suvarmalar zamanı; ağır 
mexaniki tərkibə malik torpaqlarında Cl-SO
4
-Na-Mg  və SO
4
-Na-
Mg  tipli  şoranlaşma  müşahidə  olunan  Şirvan  və  Cənub-Şərqi 
Şirvan  düzənliklərində  minerallaşma  dərəcəsi  3  q/l-ə  qədər  olan 
drenaj sularının müntəzəm suvarma üçün istifadəsinə icazə verilir. 
Mil    və  Qarabağ  düzənliklərində    minerallaşma  dərəcəsi  1  q/l-ə 
qədər  olan  SO

-  HCO
3
    tipli    drenaj  suları  şirin  yerüstü  sularla 
qarışdırılmadan,  lakin  əvvəlcədən  torpağa    gips  əlavə  etməklə,  
tətbiq edilə bilər. Ayrı-ayrı   suvarmalar zamanı isə 3 q/l-ə qədər 
minerallaşmaya malik drenaj sularının tətbiqinə icazə verilir. 
Drenajın  əsas  hesabi  parametrlərindən  biri  vahid  zamanda 
vahid sahədən aparılan yeraltı suların miqdarını göstərən drenajın  
axım moduludur (l/san - vahid (hektar) sahədə). 


59 
Azərbaycan  üzrə  KDŞ-nin  texniki  xarakteristikası  aşağıda 
göstərilir:  ümumi  drenləşmiş  sahə  -  562,6  min  ha,  o  cümlədən, 
drenajın tipinə görə: açıq - 312,9 min ha; qapalı - 248,7 min ha. 
KDŞ-nin  ümumi  uzunluğu,  o  cümlədən:  təsərrüfatlararası  -  4,5  
min km,  təsərrüfatdaxili  23,5  min  km,  KDŞ-nin sıxlığı  -  41,8 
m/ha. 
Kür –Araz  ovalığında  fəaliyyət  göstərən ən  iri kollektor -  
Baş    Mil-Muğan    kollektorunun    sxematik    təsviri  12-16  saylı  
şəkillərdə  verilmişdir. 
Beləliklə,  göründüyü    kimi,    suvarma  və  qurutma  (drenaj) 
bir-birini  tamamlayaraq,  təbii  şəraiti  yaxşılaşdırır  və  torpağın 
nəmləşdirilməsinin  elə  rejimini  yaradır  ki,  bu  rejim  kənd  təsər-
rüfatı əkinlərinin optimal inkişafı, o  cümlədən artıq suyun və du-
zun torpaq sahələrindən kənarlaşdırılması üçün zəruridir. 
Qeyd etmək lazımdır ki, respublika  ərazisi  8642  min  ha-
dır  ki,  bundan  da  4175  min  ha  kənd  təsərrüfatına  tam yararlı  
torpaqlardır və onun da  3200 min  ha-nın  suvarılması  mümkün-
dür;  hazırda  kənd  təsərrüfatı  təyinatlı  torpaqların  1351  min  
ha  - ı  suvarılır. 
Hazırda  Azərbaycan  üzrə  suvarılan  ərazinin  37,4%-i    tor-
paqların  meliorativ  vəziyyətinə  görə  qeyri-qənaətbəxş  vəziyyətlə 
xarakterizə  olunur  ki,  bu  sahələrdə  də  qrunt  sularının  yatım 
dərinliyi  yer səthinə yaxın (2 m-dən az), minerallaşma dərəcəsi 3 
q/l-dən  yüksək,  torpaqların  şorlaşma  dərəcəsi  isə  1%-dən  böyük-
dür.  Suvarılan  torpaqların  melioratiıv  vəziyyətinin  yaxşılaşdırıl-
ması  üçün    aşağıdakı  sistem  üzrə  meliorativ  tədbirlərin  həyata 
keçirilməsi zəruridir:1) hidrodinamik şəraitin dəqiq analizi; 2) mə-
dəni  bitkilərin  inkişafı  üçün  torpaq  şəraitinin  yaxşılaşdırılması 
üzrə aqrotexniki;  3) suvarma sularının götürülməsi və paylanma-
sını  təmin  edən    hidrotexniki;  4) artıq  qrunt  sularının  sahələrdən 
aparılmasını təmin edən, bataqlıqlaşmanı ləğv edən və yeraltı su-
ların  şirinləşməsinə  xidmət  edən  drenaj;    5) artıq  duzların  kənar-
laşdırılması, o cümlədən torpağın fiziki xüsusiyyətləri ilə su-fiziki 
xassələrinin yaxşılaşdırılması üzrə torpaq-meliorativ. 


60 
1.12.Baş  Mil –Muğan   kollektorunun  tikilməsinin    
zəruriliyi və  onun  morfoloji  parametrlərinin  təyini 
Respublika  iqtisadiyyatının  əsasını  təşkil  edən  kənd  tə-
sərrüfatının  gələcək  inkişafı  üçün  xüsusi  əhəmiyyəti  olan  Baş  
Mil – Muğan  kollektorunun  layihəsi  «Azdövsutəslayihə»  İnsti-
tutu  tərəfindən  1983 - cü  ildə  tərtib  olunmuşdur.  Bu  kollekto-
run  tikilməsində   məqsəd  Kür – Araz  düzənliyində  yerləşən  və 
ümumi  suvarılan  torpaqların  80% - ni  təşkil  edən  sahələrdən  
mövcud və  tikiləcək  KDŞ  vasitəsilə  drenaj sularının  Xəzər  də-
nizinə axıdılmasını  təmin  etməkdir  (şək.12 a, b
,13,14,15,16). 
a
b
Şəkil  12  (a, b). Baş  Mil-Muğan  kollektoru. 


61
 
Ş
ək
il
 13.
 B

 M
il-
M
u
ğan
 k
oll
ek
to
ru
n
u
n
  t
əs
ir
 z
on
as
ın
ın
  ə
raz
is
i.
 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə