MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   11   12   13   14   15   16   17   18   19

 2-Cİ HİssƏ

43

 eRMƏNİ  AuDİTORİyAsİ 

sƏMİMİLİyİ eRMƏNİ VƏ 

AzƏRBAyCANLıLAR 

ARAsıNDAKı süNİ 

DOsTLuQ 


GöRüNTüLƏRİNDƏN 

üsTüN TuTuR.

 LAuRA  BAğDAsARyAN,   

LAyİHƏ TƏDQİQATçısı




əvəz həsənov

 

ƏLAQƏLƏNDİRİCİ (AzƏRBAyCAN), HuMANİTAR 



ARAşDıRMALAR CƏMİyyƏTİNİN DİReKTORu

ən sevimli filmi: “Bütün filmlər məhəbbət haqqındadır” və “Dirçəliş” 

“ Mən insanları tanımağa maraq göstərirəm və insanların həyatında  

baş vermiş hadisələrdən bəhs edən filmləri xoşlayıram”. 

Bir il yarımdır ki, biz bu filmləri nümayiş 

etdiririk. Bu dövr ərzində insanların ilkin 

mərhələdəki tərəddüdünə baxmayaraq, 

əslində filmlərlə bağlı bəzi canlı 

müzakirələrdə iştirak etməyə can 

atdığının, şahidi, olduq. Bunun üçün 

bizdən sadəcə əlverişli şərait yartmaq 

tələb olunurdu. 

Moderator kimi müzakirə prosesini 

idarə etməyi, tamaşaçıları sual verməyə 

ürəkləndirməyi, bir-birlərini sorğu-sual 

etmələrinə şərait yaratmağı özümə borc 

bilirdim. Mən başa düşürdüm ki, əgər 

bunları düzgün şəkildə etsəm, nəticədə 

effektiv və maraqlı müzakirə alınacaq. 

şəki şəhərindəki film nümayişi buna ən 

gözəl nümunədir. Biz “Bütün filmlər 

məhəbbət haqqındadır” filmini nümayiş 

etdirirdik. Auditoriyadakı əksər kişi 

tamaşaçılar filmin baş qəhrəmanları 

slavik və elmiranın taleyinə tamamilə 

etinasız yanaşdılar. 

salondakı yaşlı bir qadının nə isə demək 

istədiyini sezdim və biz ona söz verəndə 

müzakirələr sözün əsl mənasında 

qızışdı: “Məgər siz də onlar kimi bu 

dəhşətli müharibəni yaşamamısınız, öz 

gənclərinizi itirməmisiniz? Məgər siz öz 

oğul və qızlarınızı, atalarınızı, 

qardaşlarınızı itirməmisiniz? Axı nə 

haqla aramızdakı problemləri həll 

etməyin yeganə yolunun müharibə 

olduğunu deyirsiniz?” deyərək onların 

üstünə qışqırdı.

ölkənin bütün regionlarına etdiyimiz 

səfərlər nəticəsində bizə məlum oldu ki, 

bir çox insanlar münaqişənin, o 

cümlədən erməni və azərbaycanlılar 

arasındakı əlaqələrin tarixindən 

doğrudan da bixəbərdir. Bölgələrdə 

yaşayan əksər azərbaycanlılar üçün 

ermənistan-Azərbaycan münaqişəsi 

tamamilə yeni mövzudur. Böyük 

şəhərlərdən fərqli olaraq əyalətlərdəki 

insanlar ermənilər haqqında təsəvvürə 

malik deyil. Onların bildikləri, sadəcə, 

televiziyada göstərilənlərdir. Daha 

sonra, onlar bizim filmlərə baxarkən 

ekranda sadə bir qadın gördülər. Həmin 

qadın onlara cox bənzəyirdi, amma 

erməni idi.

Moderator kimi mən daim münaqişə 

haqqında verilən suallara cavab verirdim 

və keçmişdə vəziyyətin necə olması 

haqqında danışırdım. Auditoriyanın 

mülahizələri, şərhləri və suallarına 

cavab vermək üçün münaqişənin tarixi 

haqqında zəruri məlumatlara sahib 

olmalısınız. Əksər insanlar əvvəllər 

münaqişə haqqında fərqli nəzər nöqtəsi 

ilə rastlaşmayıb. Bu səbədən onlar artıq 

formalaşmış mövqelərinin sual altına 

qoyulmasından məmnun deyildilər. 

Bir dəfə “Bütün filmlər məhəbbət 

haqqındadır” filmini nümayiş etdirərkən 

səs gücləndiricilərdə nasazlıq yarandı. 

Biz problemi həll edənə kimi 

auditoriyadakı tamaşaçılar filmə səssiz 

baxırıdı. Onlar filmin nədən bəhs etdiyini 

bilmək istəyirdi. Mən də onlara filmin 

erməni ilə azərbaycanlının qarışıq 

nikahından bəhs etdiyini dedim. Amma 

mən onlara kimin kim olduğu haqqında 

məlumat vermədim. Bütün tamaşaçılar 

slavikin azərbaycanlı, həyat yoldaşı 

elmiranın isə erməni olduğununa əmin 

idi. Filmin səsi gələndə onlar 

yanıldıqlarını anladılar və 

Kİno dİaloqları



44


hamı çox təəccübləndi. Bu mənim, 

xüsusilə də tamaşaçılar üçün çox gözəl 

təcrübə oldu. çünki onlar faktiki olaraq 

filmin qəhrəmanlarının milliyyəti 

arasında fərq qoya bilmədiklərini dərk 

etdilər. 

Bəzən biz ilk başdakı qərəzli mövqelərin 

əlavə səylərimiz olmadan tədricən 

konstruktiv müzakirələrə çevrildiyini 

müşahidə edirdik. Məsələn, Gəncədə 

universitet müəllimlərindən ibarət 

auditoriyada qızğın müzakirələr getdi. 

Onların əksəriyyəti ermənilərlə sülhün 

mümkün olmadığını təkid edirdi. Orta 

yaşlı qadın söz alaraq bizi, yəni 

təşkilatçıları ermənilərə qarşı xeyli 

tolerant olmaqda günahlandırdı. Buna 

baxmayaraq o, çıxışına davam edərək 

bizim az öncə dediklərmizin eynisini 

təkrar etməyə başladı: “Azərbaycan 

regionda sülhün olmasında maraqlıdır. 

Biz iqtisadi sabitliklə yanaşı, siyasi 

sabitlik haqqında da düşünməliyik”. 

Həmkarlarımla bir-birmizə nəzər 

saldıqdan sonra ona öz fikirlərini 

tamamlamaq üçün kifayət qədər  

vaxt verdik. 

Cəlilabad şəhərindəki auditoriyada həm 

gənclər, həm yaşlılar yer almışdı. Gənc 

qızlardan biri cidd-cəhdlə hər kəsi 

vətənpərvərliklə bağlı filmlərin 

əhəmiyyətinə inandırmağa çalışırdı.  

Bu məqamda orta məktəbdə çalışan 

ədəbiyyat müəlliməsi onun sözünə 

müdaxilə edərək, öz çıxışı ilə hamını 

susmağa və bir anlıq düşünməyə vadar 

etdi: “Bu müharibə bizi torpaqlarımızdan 

və bu bölgədə dostcasına yaşamaq 

ümidindən məhrum etdi. Bizim kimi 

ermənilər də əziyyət çəkib. Əgər bölgəni 

yenidən uçuruma sürükləsək, bu 

danışıqların heç bir əhəmiyyəti 

olmayacaq. Hər iki xalq başa düşməlidir 

ki, bu bölgə siyasətçilərin deyil. Bura 

bizim xalqlara və bizdən sonra gələcək 

nəsillərə aiddir. Bir-birimizlə danışmağa 

başlamasaq, başqaları həmişə bizim 

əvəzimizə danışacaq”. 



45

BİR-BİRİMızLƏ 

DANışMAğA 

BAşLAMAsAQ, 

BAşQALARı HƏMİşƏ 

BİzıM ƏVƏzİMİzƏ 

DANışACAQ.

 2-Cİ HİssƏ




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə