MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

hal-vəziyyətin təsvirindən,  ümumiləşdirilməsindən və əks etdirilməsindən ibarətdir.  Məhz bu
cür əlyazmalar kitab hesab edilməlidir [81, s.81-82]. 
Zənnimizcə, təxsisatına görə məsələyə başqa cür də yanaşmaq olar. Kitab onda verilmiş
mətni dəfələrlə oxumaq və öyrənmək üçün, dəftər hansısa mətni yazmaq və yaza-yaza öyrən-
mək üçün, sənəd isə hansısa hüquqi məsələni birdəfəlik təsbit etmək üçün yazılırdı. 
Dəftər adətən bir nəfər və ya uzağı bir neçə nəfər (məhdud dairə)  üçün əhəmiyyət
daşıyırdı. Şagird və tələbə tədris prosesində məruzədən qeydlər götürür, müəllimin tapşırdığı
mətni müxtəlif məqsədlərlə (əzbərləmək,  sadəcə öyrənib-qavramaq,  hüsnxətlə yazmağı öy-
rənmək üçün və s.),  lakin təkcə özünün və ola bilsin ki,  tələbə şəriklərinin istifadəsi üçün
köçürürdü. Tusidə oxuyuruq: “[Tələbə] oxumaq üçün hər ehtimala qarşı özü ilə bir dəftər gəz-
dirməlidir. [Bununla əlaqədar belə] demişlər: “Kimin əlində dəftər olmasa, onun qəlbində hikmət
möhkəm yer tutmaz”.  [Tələbənin]  yanında ağ dəftər və mürəkkəb olmalıdır ki,  eşitdiklərini
yazsın” [33, s.17]. 
Dəftərin yazılması biraktlı hadisə deyildi, sürəkli səciyyə daşıyır və tədris prosesində tədri-
cən yerinə yetirilirdi.  Məhz bu xüsusiyyətinə görə məşhur bəyaz formalı əlyazmaları da
dəftərlər cərgəsinə aid etmək olar.  
Dəftərlərin öyrənilməsinin müasir dövrdə o qədər də böyük elmi-idraki və informativ
əhəmiyyəti yoxdur, bunun olsa-olsa yalnız məktəb və mədrəsələr tarixinin tədqiqi üçün müəy-
yən qiyməti ola bilər.  Məsələn,  Şirvanın məktəb və mədrəsələrində XII əsrdən bu yana
yazılmış şagird və tələbə dəftərləri yalnız həmin məktəblərdə hansı fənlərin və mövzuların
tədris edilməsi baxımından maraq doğura bilər və ya onlarda hansısa naməlum müəllifin adı, 
yaxud naməlum əsərin mətni diqqəti cəlb edə bilər: böyük klassiklərin mətnlərinin tədqiqi üçün
peşəkar katiblərin hazırladıqları kitabların müqabilində şagird və tələbə dəftərlərinə müraciət
edilməsi özünü doğrultmur, çünki həm linqvistik (orfoqrafiya), həm də ədəbiyyatşünaslıq (mətn-
şünaslıq) baxımından dəftərlərin verifikasiya səviyyəsinə arxayın olmaq elmi cəhətdən mötəbər
və düzgün sayıla bilməz. Belə dəftərlər təhsil dövründən sonra sadəcə olaraq atıla da bilərdi, 
ancaq onların ən yaxşı nümunələri məktəb və mədrəsələrdə təhsil alan hər bir sonrakı nəslə
(məhdud dairədə)  gərəkli olduğu üçün elə həmin məktəb və mədrəsələrin nəzdindəki
hücrələrdə mühafizə edilmiş və belə kitabxanalar vasitəsi ilə dövrümüzə gəlib çatmışdır. 
Beləliklə, “kitab” anlayışı “dəftər”dən fərqləndirilməlidir. 
Əlbəttə, bir məsələni də nəzərə almaq  lazımdır ki, kitab  yaradan  katiblər arasında hələ
peşəkarlıq səviyyəsinə çatmamış tələbələr də vardı və onların da sifarişlə köçürdükləri mətnlər
kitab formasında tərtib edilirdi.  Məsələn,  XVI-XVII əsrlərdə “Azərbaycanda və səfəvi impe-
riyasının başqa yerlərində kitaba olan böyük tələbatı katiblər ödəyirdilər.  Bu peşə xüsusən
tələbələr və mütəəllimlər içərisindən çox adamı özünə cəlb edirdi.  Şarden qeyd edir ki, 
kitabların üzünün köçürülməsi “elm axtaranlar” (tələbələri belə adlandırırdılar) üçün əsas gəlir
mənbələrindən birinə çevrilmişdi” [168, s.211]. 
Dəftərlərin müəyyən qismini də əslində mahiyyətinə    görə dəftərxana kitabı formasında
tərtib edilmiş və rəsmi-tarixi sənədlər kimi dövrümüzə gəlib çatmış “təhrir dəftərləri” təşkil edir. 
İbrahim Pəçəvi göstərir ki, XVI əsrdə Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiril-
miş, “dəftərüt-təhrir” adlanan reyestr dəftərləri tərtib edilmişdi [164, s.40]. Öhdəlik, müqavilə və
müamilə qeydlərindən fərqli olaraq,  təhrir dəftərləri də,  sərəncam və əmrlər kimi,  rəsmi-tarixi
akt əhəmiyyəti kəsb edir,  ictimai məna daşıyır və ayrı-ayrı tarixi faktların dövrümüzə çatdırıl-
masında müstəsna rol oynamaqdadır. 
Müasir təsəvvürlərə görə,  cild kitabın əsas atributlarından biri sayılır.  Kitabların
cildlənməsinə ilk dəfə qibti və həbəş xalqları başlamışlar. Müsəlmanlarda isə cildə alınmış ilk


kitab Qur’an olmuşdur. Zəmanəmizə qədər gəlib çatmış ən qədim kitab cildi VIII əsrə aid edilir. 
Bu kitab üzü fil sümüyü və adi sümüklə qaxılmış sidr ağacından düzəldilmiş,  onun səthinə
sütunlar üzərində duran tağlar (arkalar) çəkilmiş, tağların daxili və yuxarı hissəsi dördbucaq və
b. həndəsi fiqurlarla doldurulmuş və palmetta ilə bəzədilmişdir. Dövrümüzə qədər gəlib çatmış
ən qədim əlyazmaların cildinə dəri çəkilmişdir [31, s.11-12].    
D.N.Alşits belə bir sual verir: “Ayrı-ayrı vərəqlərdə yazılmış aktlar, məlum olduğu kimi, kitab
deyildir. Bəs əgər onlar bir-birinə tikilib cildlənsə necə, kitaba çevrilərmi?” [81, s.80].  
Zənnimizcə,  yazıldığı dövrdə cildlənmiş sənədlər toplusu konkret zamanın kitab və
cildləmə mədəniyyətini əks etdirdiyi üçün kitab sayıla bilər.  Məsələn,  sənədlər toplusu kimi
tərtib edilmiş və öz vaxtında cildlənmiş  münşəatlar  kitabdır.  
Sonralar, xüsusən müasir dövrdə cildlənmiş tarixi sənədlər kitab deyildir.  
Y.F.Karski və L.V.Ç erepnin ayrı-ayrı dəftərlərdə yazılmış və biryerdə cildlənmiş
əlyazmaların da kitab olduğunu qəbul edirlər [bax: 127, s.147-148; 189a].
Ərəb (və deməli ümumiyyətlə müsəlman) kitab mədəniyyətinin ilk nümunəsi Əbu Bəkr əs-
Siddiqin rəhbərliyi altında tərtib olunmuş Qur’anın ilk əlyazma nüsxəsi olmuş və bundan sonra
ərəb əlyazma kitabı inkişaf etməyə başlamışdır [31, s.7-8].   
“Kitab” anlayışının özünə gəlincə, bunun həm əlyazma və həm də nəşr üçün ortaq para-
metrləri vardır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Kitabın formal əlamətləri; 
2. Kitabın daxili (iç) əlamətləri;
3. Kitabın formal növləri; 
4. Kitabın quruluşu. 
Kitabın formal əlamətləri.  Araşdırmalar əlyazma kitabının aşağıdakı formal əlamətlərə
malik olduğunu göstərir:
1.  Kitab fərdin dəfələrlə asanlıqla daşıya biləcəyi məhsuldur.  Gil lövhələr,  müxtəlif
məmulatlar üzərində yazılmış yazılar,  daşına bilməyən materiallar üzərində yazılmış mətnlər
kitab sayılmır.  Bu baxımdan,  məsələn,  Avestanın ilkin variantı,  Ehram mətnləri və s.  kitab
deyildir.
2.  Kitab surəti çoxaldılan (tiraclanan)  məhsuldur.  Məsələn,  Avestanın 12  min inək dərisi
üzərində yazılmış ilkin variantının ikinci nüsxəsi olmamışdır;  gil lövhələr üzərində yazılmış
mətnlər tiraclanmamışdır və s.    
3.  Bizim şüurumuz kodeks formasında olmayan nəyisə “kitab”  adlandırmaqdan imtina
etməyə tələsir, əvəZində isə, bu formada olan şeyləri həvəslə “kitab” hesab edir. Aydındır ki, 
belə münasibət səthidir. Tarixən kitabın zahiri forması əslində ikinci arqument sayılmalıdır. Xa-
tırlamaq yerinə düşər ki, bizim üçün adiləşmiş “codex”  kitab forması nisbətən gec, eramızın III-
IV əsrlərində izləri e.ə. IV-III minillikl ərə gedib çıxan “volumen” formalı (lüləşəkilli) kitabı əvəz
etmiş [144, s.79-80; 175, s.592], “əsl kitabın – kodeks şəkilli kitabın ilk formasına keçid sosial-
tarixi inkişafın bütün gedişi ilə şərtlənmişdir” [103, s.35]. 
Tarixən kitab bir-birinə müxtəlif üsullarla (kapitaldan,  küncdən və s.)  pərçimlənmiş,  bitiş-
dirilmiş, tikilmiş, yapışdırılmış,  yaxud lülələnmiş formada olan və ya “qarmoşka” şəklində üst-
üstə qatlanmış vərəqlərdən ibarətdir.  Vərəqlərin belə müxtəlif formalarda ardıcıl düzülməsi
kitab üçün başlıca şərtlərdən biridir. 
4.  Müasir ensiklopedik tərifə görə,  kitabın həcmi           48  səhifədən az olmamalıdır [175, 
s.592]. 48 səhifədən (3 çap vərəğindən, başqa sözlə, 24 vərəqdən) az həcmli kitaba kitabça və
ya broşür deyilir. Bu ölçünü əlyazma kitabına da şamil etmək olarmı?   
Faktlar göstərir ki,  ayrı-ayrı məcmuələrin içərisində 20,  15,  10  vərəq,  hətta bir səhifəlik


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə