Kamonu 1911-ci ildə Ġstanbulda çarizmdən qaçan bir mühacir həyatı
yaĢayarkən görmüĢdüm. Bir gün Parisdən gəlmiĢ, Ġran məĢrutə inqilabçılarından
birinin tövsiyənaməsini gətirmiĢdi. Yanında vaxtilə Stalinin Tiflisdə, Erivan
meydanında qarət etdiyi dövlət pullarından 100 manatlıq bir əskinas vardı. Bu
əskinası xırdalamaq istəyirdi. Ona Sirkəçidəki sərraflara dəyməyi məsləhət
gördüm. Getdi pulu xırdalaya bildi. Niyyəti bir-iki gün Ġstanbulda qalmaq, sonra
isə bir yol tapıb Qafqaza keçmək idi. Orada Türkiyə sərhədinə yaxın bir yerdə yurd
salacaq, çarizm əleyhinə bir neçə terror aktı həyata keçirəcəkdi.
Ertəsi gün qəzetlərdə bolqariyalı bir komitəçinin yaxalandığını oxudum.
Qəzetlərdəki təsvirdən yaxalanan “bolqar”ın bizim Kamo olacağını təxmin etdim.
Dərhal Ġttihad və Tərəqqi mərkəzində tanıdığım yurddaĢım prof. Əli bəy
Hüseynzadənin yanına getdim. Məsələni danıĢdım. Yaxalanan adamın bolqar
çetəçiliyi ilə əlaqəsi yoxdur, bu, Rusiya çarizmindən gizlənən, qaçan bir təĢkilata
mənsubdur, - dedim. ĠĢə müdaxilə etməsini xahiĢ etdim.
Ġki gün sonra bizim Kamo gəldi. Onu gündüz həbsxanaya salmıĢ, gecələri
hotelə gətirirlərmiĢ, yaxĢı da rəftar edirlərmiĢ. Rus konsulxanası da onu daim tələb
edib dururmuĢ. Bu tələbi rədd etmiĢ və nəhayət, azad edərək, həmin anda
Ġstanbuldan getməsini tələb etmiĢlər. o indi məmnun olub, təĢəkkür edir və yalnız
bircə dərdinin olduğunu deyirdi:
- Nə olar, bir təĢəbbüs də edin, bombalarımı da geri versinlər.
- Bu artıq ağ olar, bombanı birtəhər taparsan, indilik hökumətin vəziyyətini
pisləĢdirməmək üçün tezcə buradan çıx get, - dedim.
Ġndi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir.
Kamo dərhal telefonu götürdü. Ġçəri girmək icazəsini alaraq, bizi ta Stalinin
aparatmanına qədər müĢayiət etdi.
Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı.
Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis
Gürcüstan Ģərabı, qara Azərbaycanın kürüsü və sairə vardı.
Həm yeyir, həm də danıĢırdı. Söhbətin təĢəbbüsü Stalinin əlində idi. Bir
vaxt bizə xitabla:
- Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmıĢdır.
Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə
aradan qaldırmaq üçün daha uzun zaman və daha çox iĢləmək lazımdır. Xüsusilə
ziyalılar millətçilik ruhu ilə aĢılanmıĢdır, - dedi və sonra üzünü Ģəxsən mənə
çevirərək:
- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? Deyə soruĢdu.
- Millətçilik deyilən baĢqa bir insan birliyinin öz varlığını müdafiədən baĢqa
bir Ģey deyildir. Fərdlərlə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli
kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, - dedim.
- Yox, - dedi, - məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli
ziyalıların öz mənfəərlərini qısqanmaqdan baĢqa bir Ģey deyildir, - dedi.
Bu əsnada otağın birindən o birinə telefon baĢına keçən Kalinin (ozamankı
Sovet Ġttifaqı prezidenti) peyda oldu.ə Stalin dərhal ona:
- YoldaĢ Kalinin, Azərbaycanı Azərbaycana birləĢdirmək istəmirsiniz?! –
deyə xitab etdi. O isə dayanmadan əli ilə sərt bir jest edərək:
- Yox, yox, istəmirəm, - dedi.
Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi Ġran Azərbaycanının
da sovetləĢdirilməsi planlarından bəhslə ortada dolaĢan söyləntilərin çox da
səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər necəsə Sovet yuxarı
dairələrində müzakirə edilmiĢ olduğunu göstərirdi.
Əcaib insandır Rəsulzadə
Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:
-
Braydonun təklifini qəbul etməmisiniz. ġərqi tədqiq cəmiyyətinə niyə
getmək istəmədiniz? - dedi.
-
O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna
sahib olması Ģərtdir, - dedim.
-
Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə
yönəlmiĢ bir maddədir.
Birinci çay stəkanını boĢaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir
təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir
cəmiyyət vardır. Tədqiqlərini nəĢr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır.
Siz bu jurnalın redaksiyasına girsəniz, Ģəxsən Sizin üçün də yaxĢı olar.
Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif
yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi
yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi. Üzünə mənalı-mənalı baxdım,
içimdən Azərbaycan xalq Ģivəsilə aldada bilməzsən mənasına gələn “Keçəl suya
getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təĢəkkürlə dedim ki:
- Mən özünə sadiq bir adamam. Nə özümü, nə də baĢqalarını aldatmaq
istəyirəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub,
batində baĢqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:
- Əcaib insandır bu Rəsulzadə. Ġdealizm ona mane olur. Aciz-aciz oturub
durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.
Sensasiyalı hadisə
Kremldən ayrıldığımız zaman Stalinin otağının yerləĢdiyi koridordan
çıxarkən tatar kommunistlərindən Sultan Qaliyevə rast gəldik. Sonradan milli
təmayülçü suçu ilə töhmətləndirilərək edama məhkum olan Sultan Qaliyevi lap