Mən gözəlləşirəm



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix20.10.2017
ölçüsü0,57 Mb.
#5926
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 

 

49 



Bax,  o  uşaqlara  aldığın  paltarları  yerli-yerində 

bölərdim.  Axı,  sən  bilmirsən  hansı  uşağa  daha  çox  nə 

lazımdı.  Əlinə  keçəni  veribsən,  bəzisinə  heç  lazım 

olmayan  pay  düşüb.  Eybi  yoxdu,  birdə  belə  olanda 

məni gözlə, qoy özüm bilim kimə nə verirəm. 

Sədnik  müəllim  qadınının  ağıllı  təklifinin 

qabağında ancaq şirin sözlər söylədi: 

-

Aykam,  Qakkam,  Gözəlim,  Sarı  mələyim,  düz 



deyirsən  vallah,  mən  də  qəribə  adamam  ey,  özümlə 

bacarıram  ki.....-sən  demiş,  lap  Yevlaxdan  o  yana 

ürəyim  darıxmağa  başlayır.  Yox,  gərək  bu  adətimi 

tərgitəm. 

Qadın  ərinin  ürəyinin  yumşaq  olduğunu 

bildiyindən əlavə elədi: 

-

Sədnik, birdən xətrinə dəyər. Sən Allah incimə, 



sözdü də deyirəm. Eləsən də sağ ol , eləməsən də. 

Onlar  ikisi  də  bir-birləri  üçün  yaranmış,  bir-

birlərini gözəl anlayır, duyurdular. 

 

 



 

 

 

 

 

 

 

 


 

 

50 



       

Makinaçı 

   

Evin böyüyü,  i

lki  Səyyaf  Daşkəsən  rayonunda 

işləyirdi.  İşindən  yuxarı  təşkilatlara  tənqid  yazmış-

dılar.  Bununla  əlaqəli  Bakıdan  komissiya  gəlmişdi. 

Komissiyanın  sədri  gözəl  uşaq  şairi  Teymur  Elçin 

(Əliyev)  idi.  Bütün  işlər  yoxlandı,  tənqidin  əsassız  

olduğu  məlum  edildi.  Teymur  Elçin  komissiyanın 

işinin  nəticələrini  yazdırmaq  üçün  makinaçı  yeri 

soruşdu.  Sədnik  müəllim  onu  öz  evinə  dəvət  etdi. 

Burada  da  Teymur  Elçin  yenə  makinaçı  lazım 

olduğunu  bildirdi.  Süfrənin  hazırlanmasıyla  məşğul 

olan Səfurə xanım maraqlandı: 

-

Teymur müəllim, o yazı on vərəqə qədər olarmı? 



Şair dedi: 

-

Yox, xanım, az olar. 



Səfurə  xanım  əlindəki  işləri  qızlarına  tapşırıb 

yazını istədi: 

-

Zəhmət olmasa verin, mən yazım. 



Teymur Elçin təəccübləndi: 

-

Siz, yazmaq istəyirsiniz, elə indi? 



Qadın gülümsündü: 

-

Bəli, elə indi yazaram mən. 



Teymur  Elçin  yazıları  inamsızlıqla  qadına  verdi. 

Onlar çay-

çörəklərini  yeyib  qurtaranadək  makinadan 

çıxmış  vərəqlər  hazır  idi.  Komissiya  üzvləri  Bakıya 

aparılacaq  kağızların  səhvsiz,  təmiz  yazılmasına 

i

nanmırdılar.  Ona  görə  də  kağızlara  ürəksiz  nəzər 



yetirdilər  və  püxtə  makinaçının  barmaqlarından 


 

 

51 



tökülən yazılı vərəqləri gördlər, oxuyub heç bir səhv 

tapmayıb heyran qaldılar: 

Belə  savadlı  makinaçı  hər  yerdə  olmur  dedilər. 



Bakıdan  gələn komissiya üzvləri bu evdən, bu ailədən 

razı getdilər. 

 

 

           



Baldız 

 

Böyük  gəlini  Gültəkinlə  Səfurə  xanım  dil  bir-sirr 

bir idilər. Çox yerə çüt geyinər, çüt gedərdilər. Gəlin 

Səyyafın  icazəsini  alıb  bir  yerə  gedə  bilməyəndə 

qaynanasına  yol  tapır,  onu  işdən  agah  eləyərdi. 

Qaynanası  isə  elə  qururdu  ki,  guya  bu  yerə  özü 

getməlidi,  ancaq  təklikdən    gəlini  də  özünə  qoşmaq 

istəyir, deməli belə lazımdı.  

Anasının sözü ailə üzvlərinin hamısının gözü üstə 

idi. Səyyaf daha nə deyə bilərdi, o işi ki, anası istəyir, 

ona etiraz e

tmək olmazdı. 

Gültəkin  ikinci  uşağı  dünyaya  gətirmək  üçün 

xəstəxanaya aparmışdılar. Həkimlər bilirdilər ki,  uşaq 

yarımçıq  olacaq.  Bu  sözü  Səfurə  xanım    həyətdə 

oturanlara çatdırdı: 

-

Gültəkinin qızı olacaq, özü də yarımçıq. 



Bunu eşidən Səyyaf özündən çıxır: 

-

Nə qız, qızı olan ata gərək ölsün, yaşamasın. Mən 



qız istəmirəm. 

Səfurə  xanım  gəlinin  anasının,  bacısının, 

yeznəsinin yanında oğlunun belə danışığından incidi. 



 

 

52 



-

Hə, Səyyaf, qızın olacaq, özü də yarımçıq. 

Gültəkinin bacısının iki qızı vardı. Onların yanında 

qıza  qarşı  belə  ciddi  etiraz  anasının  xoşuna 

gəlməmişdi. Səyyaf durub dincəlmirdi: 

-

Həkimlərə  deyəcəm  iynə  vurub    öldürsünlər.  



Xəbər gəldi, uşaq oldu yarımçıqdı. 

Körpəni  təcridxanada  saxlayırdılar.  Səfurə  xanım 

oğluyla  həkimin  qəbuluna  girdi.  Onunla  danışdı, 

uşağın,  gəlininin  əhvalından  xəbər  tutdu.    İşlərin 

hələlik qaydasında olduğunu öyrəndi, sevindi. Səyyaf 

həkimə də fikrini çatdırdı: 

-

Həkim, uşaq yarımçıqdısa, birşikəstliyi varsa bəri 



başdan iynə vurun ölsün. Onun bütün danışıqları yenə 

Səfurə xanımın xoşuna gəlmədi. Onu bir kənara çəkdi, 

öyüd nəsihət verdi: 

-

Ay  oğul,  ayıbdı,  həkim  neyləsin,  o,  uşaq 



öldürəndi?  Qismət  olar,  olar.  Uşaqdı,  Allah  verən 

paydı, canın sağ olsun, yenə olar. Sən danışığına fikir 

ver.  Hər  ürəyindən  keçənləri  dilində  demə.  Oğlu 

başını aşağı salır. Daha həkimə heç nə demir. Həkim 

də onları inandırır: 

-

Mən  əlimdən  gələni  edəcəyəm,  uşağın  da, 



xəstənin  də  halı  yaxşılaşsın.  Siz  arxayın  olun.  Ana-

bala çıxır gedirlər. 

Həkim  gəlinin  yanına  girir,  onu  yoxlayır,  söhbət 

arasında deyir: 

-G

ültəkin,  baldızın  yaxşı  gəlindi,  xoşuma  gəldi. 



Ərin  yaman  hirslidi  ha...  Elə  mənə  deyirdi  ki,  uşağı 

öldür.  Mən  uşaq  öldürənəm?  Baldızın  onu 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə