21
Qadın dil boğaza qoymurdu. Özünün çıxılmaz
vəziyyətini sübuta yetirmək üçün dəlillər gətirir,
hamını bir-birinə qatır, günahlandırırdı:
-
Məni heç yaratmayaydın, ay ana. Öz balamı,
ciyərparəmi ürəyimcə böyüdə bilmirəm, vaxtlı- vax-
tında yeməyinə, geyməyinə baxammıram, yarı canım
qalır burda. Eh nə bilim, günahın hamısı bunun
atasında oldu. O, boşqabı oğlunun qabağına itələdi:
-Ye,
dərdin alım. Nənənlə sənin payındı.
İştahı küsmüş, uşaq xəngələ nifrətlə baxırdı.
Səhərdən ac olmağı yadına düşmədi. Boşqabı hirslə
əlinə alıb bayırdakı daşa çırpdı. Boşqabın iri qırığı
xəngəlin yarpağı boyda xırdalandı. Nənəsi vəziyyəti
başa düşdü. Nəvəsini qucaqladı:
-
Fikir eləmə nənən qurban, anandı də, neynəmək
olar. Yad oğlunun ocağının başındadı.
Uşaq başını nənəsinin köksündə gizlətdi. Anası
peşiman-peşiman, doluxsunmuş halda çıxıb getdi.
22
Oğurluq
Sədnik müəllimin 13-14 yaşı olanda məhəllə
uşaqları ilə gavalı oğurluğuna gedirlər. Uşaqlarrın
hamısı bağa doluşub gavalıları dərib, ciblərini, qoyun-
qoltuqlarını doldurub qaçmaq istəyəndə bağ yiyəsi
onları yaxalayır. Uşaqlar qorxularından yığdıqlarını
yerə boşaldıb barının üstündən aşıb qaçırlar. Bağ
sahibi küçədə çayın kənarındakı daşın üstdə sakitcə
oturmuş Sədnikə yaxınlaşır:
-
Ə, a bala, burda kimi gözləyirsən, hirsli-hirsli
soruşur.
Kişinin kim olduğunu tanımayan Sədnik yol-
daşlarımı gözləyirəm-deyir. Onlar gavalı oğurlayıb,
mənə də verəcəklər.
Kişi hirsini boğub, uşağı sınağa çəkir:
-
Bəs sən niyə burda oturubsan? Niyə yoldaşlarınla
oğurluğa getməyibsən? Gavalı yemək istəmirsən?
Sədnik cavab verir ki, niyə istəmirəm, ay dayı,
istəyirəm, ancaq, oğurluq edə bilmirəm. Kişinin bütün
hirsi-
hikkəsi bir andaca yox olur, uşağa deyir:
-
Papağını mənə ver görüm.
Oğlan papağını çıxarıb kişiyə verir, kişi gedir. Bir
azdan papaq dolu dadlı-ləzzətli gavalılarla dolu dala
qayıdır:
-
Al, bunlar sənindir, deyir, istəyirsən hamısını
özün ye
, istəyirsən də oğru yoldaşlarının hərəsinə bir-
cə dənə gavalı ver, yazıqdırlar, qoy ağızları bişməsin.
23
Bu mənim oğlumdur
Müharibənin əli-ayağı pörşələnib geri çəkilmişdi.
Müharibənin ölüsünün üstündən salamat keçənlər
gəlmiş, ürəklərdəki qorxunun, dəhşətin yerini inama
yönəltmişdilər. Gəlməyənlərin əvəzinə bir tikə kağıza
yas tutulur, müharibəyə lənətlər yağdırırdılar. O bir
tikə kağız Həcəri ərsiz, övladlarını atasız qoymuşdu.
Ərindən əli üzülmüş qadın həmişə ürəyində əzizlədiyi,
yanında xəcalət qaldığı oğlunu yadına salmış,
qızlarına hayan ondan başqa kimsənin olmayacağını
dərk etmiş, uşağının dalınca uşaq evinə gəlmişdi.
Sahibsiz uşaqların hər birinin kədərli cöhrəsi onun
ürəyindəki, sonsuz dərdi, əzabı təzələyir, üstəlik bir az
da artırırdı. Uşaqların kimisi bu yad qadına soyuq,
kimisi də böyük ümidlə baxırdı. Qadın balasını
axtarır, onun necə böyüməsini, necə dəyişməsini,
görmək həvəsi qəlbini yandırır, ürəyini darıxdırırdı.
Oğluna məhəbbəti o qədər güclənmiş, o qədər
artmışdı ki, bütün dünyanı gəzməli olsa belə tapmasa
geri qayıtmağını ağlına sığışdırmırdı.
Adını, familini dedi oğlunun. Orada belə uşaq yox
idi. Ürəyi bununla sakitləşmədi ananın. Bir-bir hər
uşağın şalvarının balağını çirmədi baxdı, özünün
balası olmadığına əmin olandan sonra başqa uşaq
evlərinə üz tutdu.
Onun ürəyinin başında, oğlunun isə sol qıçında
yanıq yeri vardı. Oğlunun qıçındakı yanıq yeri çoxdan
sağalmış, özünün ürəyinin başındakı yanıq göyür-
göyür göynəyir, daim ona əzab verirdi. Ürəyinin
24
başındakı oğlu sarıdan almış bu yanığı, ərli vaxtı sanki
kül altında qor kimi gizli saxlamış, indi üstü açılmış
qor alovlanmış, ürəyini yanıqlar bürümüşdü. Arvadın
bu yanğıya dözməyə tabı qalmamışdı. Əgər oğluna
qovuşmasaydı ona elə gəlirdi ki, daha yaşamağının
mənası olmayacaqdı. Oğluna qovuşmaq isə asan
məsələ deyildi. Çünki, onun yeri-yurdu yoxdu. Harda
axtarsın, kimdən soruşsun. Vaxt o vaxt, zaman o
zaman deyildi. Müharibə hamını korşaltmışdı.
Həcər uşaq evlərindən birində oğlunun yaşından
xeyli balaca uşaqların ayağına baxanda tərbiyəçilər-
dən biri maraqlandı:
-
Bacı, sizin uşağın yaşı gərək ki, böyükdü, niyə elə
balacaları yoxlayırsınız?
Qadın elə bil yuxudan ayıldı:
-
Dərdin alım, oğlumu bu yaşda itirmişəm, heç
onun böyüməyini fikirləşmirəm. Elə bilirəm onu tapıb
özüm böyüdəcəm.
Ana
uşaq evlərini bir-bir gəzir, uşaqları bir-bir
nəzərindən keçirir, gündə yüz dəfə, min dəfə ürəyi
atlanır ki, tapdım, ancaq günlərini yenə məyus başa
vururdu.
Ürəyinə dammışdı oğlunu tapacaq. Axtarmaqdan
bezmir usanmırdı. Yalanına, düzünə baxmayıb bir
kəlmə sözün ucuynan uzaq bir rayona, şəhərə yollanır,
bütün uşaq evlərini ələk-vələk eləyir, gözü yaşlı dala
qayıdırdı.
Tale bu qadına çox zərbələr endirmişdi. Elə bil bu
qadının əzablarından həzz alırdı Tanrı. Bu əzablardan
Dostları ilə paylaş: |