Mən həyata geciKMİŞƏM…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix28.06.2018
ölçüsü0,99 Mb.
#52310
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

 
96 
Bizim  insan  qədər  özünü  bəyənən  insan 
yoxdu, amma, xalqını bəyənməyən bir xalq da 
yoxdu.  Axı  özünə  bu  qədər  dəyər  verirsən, 
kosmosdan  gəlməmisən  ki,  bu  millətdə  bö-
yümüsən.  Bu  millətin  içində  səndən  də  yax-
şıları  var.  Sadəcə  hələ  özlərini  kəşf  edə  bil-
mirlər.  
 
-Haqlısan  qardaş.  Biz  gərək  Dostayevski 
oxuyaq,  biz  gərək  Kafka  oxuyaq.  Demirəm, 
oxumayaq. Oxuyaq  oxumağına. Sadəcə  bir  az 
özümüzünküləri  görəndə  ağzımızı  əyib  demi-
yək ki, bizimkidi də, yazdığı nə olacaq? Bunun 
uşaqlığını  bilirəm,  burnundan  suyu  əksik  ol-
mayan  Firdovsidi.  Hər  kimdi,  axı  birini  tanı-
madan  ona  necə  qiymət  verirsən?  Vallah,  çox 
paxıl millətimiz var. Biri qalxdıqca onun ayqa-
larından  tutub  dartırıq.  Xalqımızın  qarnında 
qurd var.  
 
-Bəs  necə,  sən  hələ  bilmirsən  ki,  qarnı-
mızdakı  qurdun  da  qarnında  qurd  var.  Ona 
görə çox kökəlmirik. Tox olsaq da, nədənsə şi-
kayətlənirik. Bu dövləti bəyənmirik. Axı niyədi 
bu narazılıq? Kiçik problemlər hər ölkədə var. 


 
97 

Heç  problem  olmayan  yer  və  çox  problem 
olan  yer  sıxıcı  və  yorucu  olar”.  Çox  şükür 
Allaha,  bizim  bir  böyük  problemimiz  var: 
Qarabağ.  O  da  ki,  inanıram  məsul  şəxslərə. 
Hər  nə  olsaq  da,  qanımız  da  azəri  türkü  qanı 
axır.  Canımız  bahasına  belə  olsa  tezliklə  tor-
paqlarımızı geri qaytaracıyıq.  
 
-İnşallah  qardaşım,  mən  də  inanıram. 
Adamın  Allahı  olar,  bu  gün  aparılan  uğurlu 
siyasətlər göz qabağındadı.  
Bir az susduqdan sonra Nihad:  
 
-Rəşad, sən işləyirsən da elə?  
 
-Hə,  bəs  necə?  Ədəbiyyatı  bitirən  ili 
NDU-dən iş təklifi aldım. Ədəbiyyat fənni üz-
rə. Əsgərlikdən gələn kimi sağolsun rektoratlıq 
məni  pulsuz-parasız  işə  aldı.  Bilirsən  axı  bu 
zaman da çətindi işə pul vermədən girmək. Bir 
qara  qəpik  də  vermədim.  İndi  də  hələ  Ədə-
biyyat kafedrasında müdirəm.  
 
-Maşallah  qardaşım,  fəaliyyətin  genişlə-
nib,  ağlın  oldu  oxudun.  Mənim  kimi  avara 
qalmadın.  
 
-Allah  rəhmət  eləsin  Nazilə  anaya,  təhsil 


 
98 
haqqını  verdi,  məni  oxutdu.  Yoxsa  hardan  idi 
məndə pul ki, təhsil alım?  
 
-Allah  rəhmət  eləsin.  Çatdıq  deyəsən. 
Buralar  da  yaman  dəyişib  şair,  yaşıllıqdı  hər 
tərəf.  Möminə  Xatunda  ki,  əl  əsəridi  da.  İn-
diyədək memarlar bu qalanın sirrini aça bilmə-
yiblər. Şəhanə və mükəmməl naxışlarla tikilib. 
Bir rəhmət də Əcəmiyə.  
 
-Hə,  sənə  dedim  Naxçıvanı  tanımayas-
san? Qızlar bulağı da təmirdən yeni çıxıb. Əla 
alınıb.  
 
-Görünür. Yadında?  
 
-Heç yadımdan çıxar Nihad?  
 
-Dərsdən qaçmışdıq.  
 
-8-ci  sinifdə.  Hamısın  sən  elədin  da. 
Dedin  ki,  hamı  qız  sevir  biz  qalmışıq  avara. 
Gedək  Qızlar  bulağı  deyilən  bir  yer  var  ora. 
Deyilənə  görə ən gözəl  qızlar  bu bulağa gəlir. 
Yalançı səni ilan vursun. Gəldik ki, direktor da, 
müavin  də  bizi  gözləyir.  Bizi  kim  satmışdı 
mənə indi de barı. O vaxt nə qədər soruşdum 
demədin.  Dedin  ki,  bilsən  gedib  onunla  sa-
vaşacaqsan.  


 
99 
 
-İş-işdən  keçəni  illər  olub.  Günaya  de-
mişdim, məni sevirdi axı, qısqanıb müəlliməyə 
demişdi. Müəllimə də ərinməsin birbaşa direk-
tora. Nə günlər idi eee.  
 
-Yadında Babək?  
 
-Bəsdir  da,  yenə  döyülməyin  gəlib?  Ya-
dından  çıxıb  səni  döyməyim.  Az  lağ  elə  da 
olub keçib.  
 
-Heç  yadımdan  çıxmıyıb ki,  imtahan  idi, 
bu  gün  qədər  yadımdadı.  Tarix  fənnindən. 
Sənin  ən  nifrət  etdiyin  fəndi,  deyirdin  tamam 
uydurmadı.  Müəllim  səndən  soruşdu,  Babəki 
mənə danış. Necə bir qəhrəmandı?  
 
-Sən  də  tələsik güldün  və:  O,  qəhrəman-
dı?  O  qəhrəmandısa,  mən  də  kosmonavtam. 
Nə  olsun  ki,  sinif  nümayəndəsidi,  tarixi  də 
yaxşı oxuyur? Mən ondan daha qəhrəmanam.  
 
Müəllim  başından  elə  bir  yumruq  vur-
muşdu ki, gözünü açanda imtahan qurtarmışdı. 
Yetimliyinin xətrinə bir ayağı qırıq üç almışdın.  
 
-Hə Rəşad, yadımdadı. Hələ o da yadım-
dadı  ki,  10-cu  sinifə  qədər  sən  şairə  şeir,  şeirə 
şair  demisən.  Şeirlər  şair  yazır.  Bütün  sinif  o 


 
100 
qədər  gülmüşdü  ki,  hələ  Pakizəni  demirəm. 
Sənin birinci məhəbbətin.  
 
Əvəzedilməz  günlər  idi,  qardaş,  yaşadıq 
bitdi.  “Keçmiş  insana  həyatında  bir  dəfə 
verilən  şans  kimidir”.  Kimiləri  dəyərləndirib 
yaşayır,  kimiləri  yox,  amma,  geriyə  qaytarıb 
yenidən  bir  şans  istəyə bilmirsən.  Nihad  bilir-
sən qəlbimdən nə keçir?  
 
-Bilirəm, bilirəm, qan keçir.  
 
-Bəsdir də yekə oğlansan, söhbəti elə ya-
ralıyırsan ki.  
 
-Bəyəm neft keçir? Qan keçir da.  
 
-Yaxşı  ürəyimdən  qan  keçir  əl  çək.  Kim-
səsizlərə  aid  bir  şeir  yazmışam,  amma,  bir 
bəndi yadımdadı:  
Atasız bir ocaq dirəksiz evdi,  
Anasız bir ocaq ürəksiz evdi,  
Övladsız bir ocaq köməksiz evdi,  
İlahi, ayırma sən bu üçlüyü..  
 
-Bizim  nə  atamız  var,  nə  anamız,  nə 
atayıq,  nə  övladımız  var.  İndi  belə  çıxır  ki, 
bizim  dirəyimiz  də  yoxdu,  ürəyimiz  də,  kö-
məyimizdə?  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə