23
Bir salam vermişdim dünən. Nə dəyiş-
mişdi ki? Yəqin hələ dünənin təsirindədi-
lər-deyib qapını açdı. Orxan otaqda onu göz-
ləyirdi. Görünürdü ki, nə isə baş verib.
-Salam, Nihad necəsən?
-Sağol Orxan, yaxşı. Nəsə baş verib? Axı
sən heç vaxt mənim otağımda məni qarşıla-
mazdın.
-Görünür baş verib. Sənə qəribə bir xə-
bərim var. Səhər birinci mən gəldim işə, növ-
bətçi deyir ki, bir nəfər gəlib sənə bir qutu
qoyub və gedib. Deyiblər çatdır Nihada.
-Nə? Hanı? Kim? Necə yəni? Bir dəqiqə,
başa düşmədim. Kim imiş?
-Bilmirəm, dedim bəlkə sən biləsən.
-Yox, Orxan bəs Kazım dayı soruşmu-
yub kimsən?
-Bilmirsən bizim Kazım dayını. Qoca
kişidi. Ancaq sağa-sola dönür. Dediyinə görə
üzünü görməyib kimdi, tezdən qaranlıq vaxtı
gəlib verib və deyib çatdır Nihada. Səsindən
bilibmiş ki, qadın səsidi.
-Nihadın ayaqları büdrəməyə başladı.
24
Stola elə düşdü ki, stolun ayaqları az qaldı
qırılsın. Orxan onu indiyədək belə görmə-
mişdi. Tez su gətirdi və onu sakitləşdirməyə
çalışdı.
-Narahat olma, tapacağıq o kimdi.
-Nihadsa onu heç dinləmirdi. İlk ağlına
gələn"Ana"oldu. Amma, özünü ələ alıb qutu-
nu soruşdu. Orxan əliylə küncdə duran qu-
tuya işarə etdi. Və ardınca:
-Nihad bunu açma bu tələ də ola bilər.
Bəlkə kimsə buranı partlatmaq istəyir?
-Nihadsa ona izah etməmişdi ki, bu ola
bilməz, buna oxşar hadisə dünən yaşamışam.
Və dərhal qutuya tərəf yüyürdü.
-Nihad!!!!!! Kimə deyirəm? Mən ölmək
istəmirəm.
-Sakit ol, Orxan bu bomba filan deyil,
hər şeyi danışacam.
Nihad qutunu açarkən Orxan elə qor-
xa-qorxa baxırdı ki, sanki bu saat bomba
partlayacaq və idarə paramparça olacaqdı.
Nihad qutunu açdı və yenə bir saat gördü. Bu
dəfəki isə qol saatı deyildi. Divar saatı idi və
25
yenə bir not. Dedim axı”Sən həyata gecikmə-
misən”-yazılmışdı. Nihad məyus olaraq əlini
başına qoydu və oturdu. Orxansa gözləri bə-
rələ qalmış və Nihada təəccüblə baxırdı. Bir
izahat gözləyirdi. Bu olanların məntiqi bir
izahatı olmalı idi. Axı, bu kim idi və bu saat
nəyə görə göndərilmişdi? Niyə məhz saat və
belə bir sözlər. Həm Nihadın heç bir yaxını
olmadığı halda bunları kim edə bilərdi? Bu
zarafat idi ya bir çeşid oyun? Hər şey sanki
ssenariyə uyğun çəkilmiş, qüsursuz bir Ame-
rikan filmi idi. Orxan otaqdan çıxdı və beş
dəqiqədən sonra iki armudu stəkanda çay ilə
otağa girdi:
Səni eşidirəm Nihad.. .
Nihad hardan və necə başlayacağını
bilmirdi.
-Hardan başlayım?
-Elə başdan..
Yaxşı, mənim keçmişimi tamamı ilə bi-
lirsən, parlaq bir keçmişim yoxdu, amma,
suallarla dolu olan, hər kəsdən fərqli olaraq
qaranlıq bir otaq kimidi. Və indi sanki, o
26
otağa hardansa işıq düşməyə başlayır. Bu adi
bir yoldan keçənin işığıdı ya məni qaranlığa
dərk edənlərin, bilmirəm, amma, bilirəm ki,
bu işin sonunda suallarıma cavab tapacam.
Bilirsən, Orxan, ən dəhşətlisi nədir? Əgər dü-
şündüyüm adamdırsa niyə bu qədər il giz-
lənib və indi mənə bu qədər yaxındısa, niyə
hələ də gizlənir?
-Kimdi düşündüyün?
-Anamdı. Bir qadın dedi, Kazım dayı və
heç nə görməyib. Ağlabatan tək adam odu.
Həm sən bilmirsən o günkü hadisəni. O gün
mənim doğum günüm idi.
Orxan az qalırdı dəli olsun əsəbdən.
Necə yəni doğum günü? Hər kəsin doğum
günü olur da, burda nə var ki? Hər kəs müt-
ləq bir gün doğulub. Daha təlaşdan ağlına
gəlmir ki, bəs bu Nihad yetimdi axı, heç kim
onun doğum gününü bilmir. Hardansa
ağlına yetimxana gəldi, orda doğum günü
bilinməyənləri bir yerə yığıb eyni bir gündə
qeyd edirdilər. Bu isə Orxanın dəqiq yadında
idi. Bu tarix 1 sentyabrdı. Əvvələr dərs və
27
tədris ili 1-i sentyabrda başladığından bu belə
idi. O gün Nihad deyən gün isə axı iyirmisi
mart idi. Bəs bu nə demək idi? Orxanın başı
getdikcə qarışmağa başladı. O qədər sualı
vardı ki, soruşacaq.
-Anladım, Nihad bəs sənin doğum gü-
nün? Necə ola bilər? Qardaşımsan Nihad bir
az açıq danış, yoxsa hirsimdən bu yaşda
ağlayacam.
Nihad hər şeyi tələsmədən, təfərrüatı ilə
Orxana danışdı. İndi Orxan Nihadı daha
yaxşı başa düşürdü. İndi bilirdi ki, bayaq
orda bomba olmadığından Nihad niyə bu
qədər əmin idi. Bir az susdular hər ikisi. Bir-
dən qurultu səsi gəlməyə başladı. Orxan ya-
man acmışdı.
Nihad da nahardan sonra Orxanla da-
nışacağını deyib fikirli-fikirli köz dönərə yola
düşdü. Heç dünən axşam da yemək yemə-
mişdi və səhər bir şirin çay. Görünür yaman
acmışdı. İçəri girəcəkdə həmin qızın çıxdığını
gördü. Sonra içəri girdi, salamlaşdı və
soruşdu:
28
-Əsgər, bu qız kimdi?
-Mən hardan bilim Nihad? Mən hər gün
min nəfər görürəm. Hamısını tanısaydım,
gedib əhalini siyahıya alma komitəsində işə
girərdim. Amma, çox tərbiyəli qıza oxşuyur.
Bundan beşinci ya altıncı dəfədi ki, gəlir və
heç nə demədən dönərini yeyib gedir. Heç bir
kəlmə də kəsməmişəm. Salam da vermir,
sağol da demir.
Əsgərin belə danışması Nihadı daha da
marağa saldı. Axı görəsən bu kimdi və Niha-
dın diqqətini niyə belə cəlb edir? Nə əcəb Ni-
had da hansı qız haqqında düşünərmiş deyən
Əsgərin səsindən Nihadın fikri dağıldı.
-Yox, yox Əsgər. Mən hara qız hara?
Yox haqlısan Əsgər bu qızda nə isə məni
çəkən bir şey var. Adını bilmirəm nədi,
məhəbbət deyil.
-Ə elə danışdın ki, guya bilirsən mə-
həbbət nədi? Məhəbbət mən bilirəm nədi. İn-
di Leyli bulvardadı Məcnun bəyənir. Məcnun
da girib facebook-a Leylinin fikirlərini,
şəkillərini bəyənir. Bax budu məhəbbət. Mən
Dostları ilə paylaş: |