Metodologiya4



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix17.11.2018
ölçüsü1,67 Mb.
#80869
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 

79

Terminlərin  istifadə  edilməsinə  dair  geniş  yayılmış  “Terminlər 



zənn  ifadə  etmir”  təbirinə  rəğmən,  bəzi  insanlar  Quranda  və  hədislərin 

mətnində  mövcud  olmayan  terminlərin  istifadəsinə  üstünlük  vermirlər. 

Qeyd edək ki, elmlərin inkişafı ilə əlaqədar olaraq dilin leksik sisteminə 

bir  çox  stabil  termin  daxil  olmuşdur.  Bu  terminlər  müxtəlif  elm 

sahələrinə  dair  məfhumları  ifadə  edir.  Bəzi  insanlar  yeni  terminlərin 

istifadəsinə mühafizəkar yanaşırlar. Onlara görə, bu terminlərin bir çoxu 

semantik  çalarlığa  xələl  gətirir,  müəllifin  nəzərdə  tutduğu  anlayışdan 

fərqli  mənaya  sahib  olur.  Mərhum  mütəfəkkir  Seyyid  Qütb  keçən  əsrin 

50‐ci  illərinin  başlanğıcından  islam  etiqadının  tələb  etdiyi  fəhm,  bu 

etiqada  əsaslanan  davranış  qaydaları,  dünya,  həyat  və  insana  dair 

kompleks  baxış  arasında  əlaqə  yaratmağa  çalışırdı.  Mütəfəkkir  bu 

mövzuya ayrıca tədqiqat həsr etmiş və bu barədə yazdığı kitabını “İslam 

təsəvvürünün  xüsusiyyətləri  və  struktur  hissələri”  adlandırmışdı. 

Müəllif  sözügedən  kitabda  “dünya,  həyat  və  insana  dair  kompleks 

ideya”nı  əks  etdirən  konkret  terminin  istifadəsi  məsələsinə  toxunurdu. 

Alim  “etiqad”  və  ya  “kompleks  ideya”  terminləri  ilə  kifayətlənməmiş, 

məlum  problemin  elementlərinin  müzakirə  olunduğu  islam  fəlsəfəsi 

istilahını qəbul etməyərək, yeni bir söz seçmişdir: təsəvvür!  

Seyyid  Qütbə  görə,  islam  nöqteyi‐nəzərində  dünyagörüşü 

dedikdə islam etiqadının irəli sürdüyü kompleks etiqad təsəvvürü başa 

düşülür.  Bu  təsəvvür  dünyanı,  onun  problem  və  mahiyyətini  hərtərəfli 

izah  edir.    Eləcə  də  bu  təsəvvürdən  insanın  real  həyat  metodu  və 

fəaliyyət konstitusiyası doğur. Fəaliyyət konstitusiyası isə insan oğlunun 

varlıq  aləminin  mərkəzi  məqamında  durması  və  kainatdakı 

mövcudluğunun səbəbi əsasında formalaşdırılır.

1

  



Müşahidə  edirik  ki,  kompleks  dünyagörüşü  məlum  layihənin 

digər  istiqamət  və  problemlərinə  dair  fikri  fəaliyyətə  giriş  rolunu 

oynayır.  Problemə  metodoloji  yanaşma  isə  layihənin  qayə  və  vasitələri 

üçün  olduqca  əhəmiyyətlidir.  Görünür,  bəşəri  davranışın  bütün 

formaları  son  nəticədə  dünyagörüşü  mənasına  gəlir.  Və  bu,  öz 

növbəsində  fərdi  və  kollektiv  həyat  tərzində,  elmi  fəaliyyətdə 

dünyagörüşünün  əhəmiyyətinin  müəyyənləşdirilməsi  üçün  kafi  nəticə 

rolunu  oynayır.  Buna  uyğun  olaraq,  biz  fərdin  psixologiyası,  maddi  və 

ictimai  mühit  kimi  digər  amillərin  əhəmiyyətinə  kölgə  salmadan 

                                                 

1

 Seyyid Qütb. Xəsais  ət-təsəvvür  əl-islami və müqəvvəmatih (İslam tərzində  təsəvvürün xüsusiyyətləri 



və struktur hissələri). Birinci hissə. Küveyt, Tələbə  Təşkilatları Beynəlxalq  İslam Assosiasiyası. 3-cü 

nəşr. 1983, səh. 7.  




 

80

fəaliyyətimizdə  dünyagörüşünün  oynadığı  mərkəzi  rolu  qəbul  etmiş 



oluruq.  Ancaq  ən  azından  idrak  baxımından  dünyagörüşü  insanın 

davranışı ilə əlaqəli digər elementlərdən daha mühümdür. Çünki o, bilik 

əldə  etmək  üçün  insan  zəkasının  fəaliyyət  göstərdiyi  yeganə 

“çərçivə”dir.  Bu  səbəbdən  dünyagörüşü  istənilən  epistemoloji  problem 

üçün əsas rolunu oynayır. 

 

Tapşırıq. Bu və ya digər epistemoloji problemdə əsas rol oynaması üçün 

dünyagörüşü hansı funksiyaları daşımalıdır? Bir neçə misal gətirin.  

 

İnsan  oğlunun  özü  və  ətraf  aləm  barəsində  formalaşdırdığı 



kompleks  baxış  –  bu,  şəxsi  mövqedə,  təbii,  psixoloji  və  sosial  mühitdə, 

düşüncə  tərzində  özünü  göstərə  bilir  –  əslində,  onun  özünün  təbiətini 

əks  etdirir.  İnsana  kənardan  baxanda  belə  əks  etdirmə  aydın  şəkildə 

özünü  büruzə  verir.  Kompleks  baxış  sayəsində  insan  təbiətinin  əks 

etdirilməsi onun özünə və ətrafındakı şeylərə aid olur. Bu, ya kompleks‐

universal  baxış,  ya  kompleks  ideya,  ya  kompleks  təsəvvür,  ya  ümumi 

fəlsəfə,  ya  ətraflı  izahat  ya  da  ideologiya  kimi  məlum  olanın  ümumi 

adıdır. Və ya bu, geniş mənada dünyagörüşünün özüdür! 

Qeyd  olunmalıdır  ki,  islam  düşüncə  sistemində  dünyagörüşü 

problemi  ilahiyyatla  –  kəlam  elmi  ilə  bağlı  sırf  nəzəri  problem  deyildir. 

O, bir‐birini tamamlayan üç əlaqəli səviyyə ilə təmsil olunur. Hər şeydən 

əvvəl,  dünyagörüşü  təbii  və  sosial‐psixoloji  amillərin  insan  zehnindəki 

inikasıdır.  Sanki  bu  amillər  insanın  xəyalında  canlandırdığı  sabit  və 

mütəhərrik  surətlər  məcmuyudur  və  insan  diqqətini  onlara  yönəldərək 

düşünür  ki,  onları  dərk  etsin.  İkinci  mənasında  dünyagörüşü  dünyaya 

münasibəti  əks  etdirir.  Və  ya  o,  sözügedən  amillərlə  möhkəm,  sağlam, 

təhlükəsiz,  rəğbətləndirici  və  ehtiyatkar  əlaqə  yaratmağı  zəruri  edən 

psixoloji vəziyyətdir. Nəhayət, dünyagörüşü dünyanı dəyişmə planıdır. 

Yəni,  insan  qarşısına  müxtəlif  məqsədlər  qoyur,  onları  reallaşdırmaqla 

dünyanı daha da harmonik etməyə, digər insanlara şey və hadisələrdən 

istifadə  imkanı  qazandırmağa  cəhd  göstərir.  Bununla  da  o,  daha  üstün 

həyat  qurmağa  çalışır,  bu  həyata  dünyası  və  axirətinin    tarlası  kimi 

münasibət bəsləyir. 

Elə isə müsəlmanların düçar olduğu böhranlı vəziyyətin siyasi və 

iqtisadi  təbiətini  inkar  etməyimiz  doğru  olmazdı.  Eləcə  də 

sistemlərimizin 

bərbadlığı 

və 


düşmənlərimizin 

ədavətinə 

göz 

yummağımız  xətalı  olardı.  Ən  böyük  yanlışımız  isə  düçar  olduğumuz 




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə