235
genişləndirmək və ona diqqəti daha da artırmaqla bu sistemin səlis fəaliyyətini təmin
etməlidirlər.
MM üzrə təlimlər
Təlim – rəhbər heyətin, dəstələrin və əhalinin MM üzrə tədbirlərin həyata
keçirilməsinin ali və aktiv hazırlıq formasıdır.
Müasir tələblərə uyğun keçirilən MM üzrə təlimlər dəstələrə, işçilərə, istehsalat
və xidmət sahələrində çalışmayan əhaliyə düşmən tərəfindən kütləvi qırğın və digər
silahların tətbiq edilməsi şəraitində fəaliyyəti öyrətməyə və insanlarda yüksək mənəvi-
siyasi və psixoloji keyfiyyətləri aşılamağa imkan verir. Məqsəddən, keçirilmə yerindən
və heyətindən asılı olaraq obyektlərdə aşağıdakı növ təlimlər təşkil olunur və keçirilir:
• MM-in taktiki-xüsusi təlimləri;
• MM-in rəhbər-qərargah təlimləri;
• MM üzrə obyekt məşqləri;
• MM-in kompleks təlimləri.
MM-in taktiki-xüsusi təlimləri – dəstələrin onların qarşısında duran vəzifələrin
yerinə yetirilməsinə hərtərəfli hazırlığının əsas və ən effektli formasıdır.
Dəstələr taktiki-xüsusi təlimlərdə öz obyektlərinin tədris-material bazasından
istifadə edirlər, məsələn, kommunal-enerji şəbəkələri, müxtəlif tikililər və s.
Xilasedici dəstələrlə taktiki-xüsusi təlimlər MM xidmətlərinin dəstələri ilə
birlikdə, ayrıca və ya obyektin rəhbər-qərargah təlimləri gedişində həyata keçirilir.
MM-in rəhbər-qərargah təlimləri – MM qərargahlarının rəhbərləri, MM-in
xidmət rəhbərləri və d. rəhbərlər ilə birgə öz vəzifə borclarının yerinə yetirilməsi üzrə
hazırlığın əsas formalarından biridir.
Rəhbər-qərargah təlimlərinin əsas məqsədi rəhbər və idarəedici heyətin obyekt
üzrə MM tədbirlərinin həyata keçirilməsinə dair nəzəri biliklərinin və təcrübi
vərdişlərinin artırılması, xidmətlər, dəstələr və şöbələr arasında əlaqənin işlənməsidir.
236
Rəhbər-qərargah təlimləri konkret taktiki şərait əsasında həyata keçirilir.
Təlimlərin mövzusu və keçirilmə müddəti obyektin MM üzrə rəhbəri tərəfindən
müəyyən olunur.
MM üzrə obyekt məşqləri - kütləvi qırğın silahları və düşmənin digər hücum
vasitələrinin tətbiqi zamanı kiçik obyektlərin və tədris müəssisələrinin yaranan şəraitdə
fəaliyyətə hazırlanmasının ən mükəmməl formasıdır.
Obyekt məşqlərinin əsas məqsədi – insanların kütləvi qırğın silahları və düşmənin
digər hücum vasitələrinin tətbiqindən ən effektli mühafizə üsulları və fəndlərin,
müharibə dövründə obyektlərin işinin dayanıqlılığının artırılması üzrə tədbirlərin
işlənməsidir.
MM-in kompleks təlimləri – MM üzrə obyektin hazırlığının müəyyən olunmuş
dövrünü tamamlayır, obyektin ümumilikdə hazırlıq formalarından ən vacibidir.
Kompleks təlimlərin məqsədi ondan ibarətdir ki, təlimin bütün iştirakçıları eyni
zamanda, eyni taktiki şəraitdə fəaliyyət göstərirlər və obyektin MM planında nəzərdə
tutulan bütün kompleks məsələləri obyektin material-istehsalat bazasında, istehsalat
fəaliyyətinin dayandırılmadan həll edirlər. Təlimdə adətən obyektin MM planının
reallığı, obyektin MM üzrə tədbirlərin həyata keçirilməsinə obyektin hazırlığının
səviyyəsi, kütləvi qırğın və digər silahların tətbiqinin, qəza, partlayış və təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi, müharibə zamanı
obyektin dayanıqlılığı yoxlanılır. Belə təlimlər müharibə zamanı obyektin istehsalat
fəaliyyəti nəzərə alınmaqla MM üzrə bütün kompleks tədbirlərin işlənilməsinə imkan
yaradır.
Təlimi idarə edən bir qayda olaraq obyektin MM üzrə rəhbəri olur.
Əhalinin mənəvi-psixoloji hazırlığı
Əhalinin mənəvi-psixoloji hazırlığında məqsəd, xilasediciləri, həmçinin əhalini
xilasetmə və digər təhlükəli işlərin yerinə yetirilməsində şüurlu və fəal surətdə iştirak
etməyə səfərbər etməkdir.
Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işləri, bazası əsasında
xilasedici, qəza-bərpa dəstələri və digər komandalar yaradılmış təşkilat və idarələrin
rəhbərləri tərəfindən aparılır.
237
Xilasetmə və digər təxirə salınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı
məsələləri əhatə edir:
• xilasedicilərdə yüksək mənəvi-psixoloji keyfiyyətlər, mütəşəkillik, qarşıya
qoyulan vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmi aşılamaq;
• kəşfiyyat aparmaq üçün ayrılan heyətləri qəza ocağında (təbii fəlakət
rayonunda) sürətlə və hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək;
• xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi
sürətdə gözləməyə və vaxtında yatmağa sövq etdirmək;
• istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində xilasetmə
və digər təxirə salınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, cürətli və təşəbbüskar
olmağa; zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib
təhlükəsiz rayonlara köçürməyə xilasedici heyətləri tam səfərbər etmək;
• zədələnmə ocaqlarında və xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən
xilasedicilərin qüvvələrindən qənaətlə və səmərəli istifadə olunmasına, onların
vaxtında yeməyinin və dincəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və
təhlükəsizlik tədbirlərinin dəqiq yerinə yetirilməsinə qayğı göstərmək;
• sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının
alınmasına və qətiyyətlə aradan qaldırlmasına yönəldilmiş hərtərəfli tədbirlər həyata
keçirmək;
• Xilasetmə və digər təxirə salınmaz işlər aparılarkən xilasedicilərin nailiyyətlərini
təbliq etmek, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi
üçün qayğı göstərmək;
• xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin saxlanmasına, həmrəyliyin,
yoldaşlıq münasibətlərinin, vəzifələrin icrası vaxtı qarşılıqlı yardımın möhkəmlənməsinə
yönəldilən mənəvi-psixoloji tədbirlər keçirmək.
Fəlakətlər dövründə aparılan mənəvi-psixoloji işdən başlıca məqsəd yaranan son
dərəcə çətin şəraitdə belə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin
etməkdir. Qəflətən baş verən zəlzələ, fəlakətli daşqın, uçqun və ya sənaye
müəssisəsində partlayışlar şəxsi heyətın psixikasına ağır təsir göstərərək müvəqqəti
sarsıntılar, qorxu va özünə inamsızlıq hissi yarada bilər.
Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən və güclü partlayışları andıran
təkanlar, yeraltı gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən
törəyən parıltı və şimşək insanlarda elə təsəvvür yarada bilər ki, guya atom zərbələri
238
endirilir. Adamlarda belə psixoloji hal yaranarkən onlara vaxtında və müntəzəm
surətdə doğru məlumatlar çatdırılmazsa, lazımlı xəbərdarlıq siqnalları və düzgün
davranış qaydaları barədə konkret göstərişlər verməklə idarəetmə təşkil olunmazsa,
kütləyə rəhbərlik zəifləyər, bu isə çaxnaşmaya və digər mənfi kütləvi hadisələrə səbəb
olar.
Xilasedicilər yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Bu
məqsədlə onlar xüsusi psixoloji hazırlıq keçməlidirlər.
Xilasedicilərin mənəvi-psixoloji hazılığı dedikdə, onlarda elə psixoloji
keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin keyfiyyətlər müxtəlif
fəlakətlər zamanı yaranan təhlükəli və gərgin şəraitdə bacarıqla fəaliyyət göstərmək
qabiliyyətini təmin edir.
Mənəvi-psixoloji hazırlıq sayəsində xilasedicilərə yüksək mənəvi keyfiyyətlər
(cəsarət, igidlik, qətiyyət, intizam, müstəqillik və s.) emosional dəyanətlilik, sağlam
sosial-psixoloji münasibətlər (dostluq, yoldaşlıq, qarşılıqlı yardım), intellektual
keyfiyyətlər (zehni çeviklik, səriştə, fərasət və s.) aşılanır.
Xilasedicilərdə təhlükəyə, qorxuya və çaxnaşmaya tab gətirmək, çətinlikləri dəf
etmək və fədakarlıq göstərmək, eləcə də fövqəladə hadisələrin nəticələri aradan
qaldırılarkən yarana biləcək əsəb gərginliyinə dözümlülük tərbiyə olunması mənəvi-
psixoloji hazırlığın əsas problemlərindən biridir.
Xilasediciləri qəza ocaqlarında və təbii fəlakət rayonlarında yarana biləcək
vəziyyətlə tədris prosesinde əvvəlcədən tanış etməklə real şəraitdə meydana çıxan
müxtəlif xarakterli psixoloji sarsıntıların kəskinliyini azaltmaq mümkündür.
FH zamanı obyektlərin iş fəaliyyətinin və əhalinin mühafizəsi
rejimləri.
Radiasiya zamanı (eləcə də kimyəvi) vəziyyətin qiymətləndirilməsində başlıca
məqsəd əhalinin mühafizə rejimlərinin müəyyən edilməsi üçün dəqiq məlumatlar
hazırlamaqdır.
Radiasiyadan mühafizə rejimi dedikdə mühafizə vasitələrindən istifadə olunması
müddətlərinin, ardıcılığının, adamların davranış qaydalarının dəqiq müəyyən edilməsi
anlaşılmalıdır. Bu zaman əsas tələb odur ki, adamlar yol verilən təhlükəsiz dozalardan
artıq şüalanmaya məruz qalmasınlar. Belə şüalanma dozalarının kəmiyyəti isə müvafiq
239
orqanlar tərəfindən göstərilir. Məsələn, Beynəlxalq radiasiya təhlükəsizliyi normalarına
görə, sülh dövründə bir il ərzində yol verilən şüalanma dozaları əhali üçün 300 milliber
(0.3 rentgen) AES –in 30km zonalarında yaşayan əhali üçün 500 milliber (0.5 r), bu
sahədə işləyən mütəxəssislər üçün 5 ber; qəza vaxtı bir dəfə yol verilən doza isə
müvafiq surətdə 10 və 25 berdir. Müharibə dövrünün normaları təbii ki, bunlardan
dəfələrlə artıqdır.
Radiasiyadan mühafizə rejimi ərazidə ölçülmüş radiasiyanın səviyyəsindən asılı
olaraq adamlar daldalanan binaların və yaşayış evlərinin mühafizə əmsalı nəzərə
alınmaqla qoyulur və birtipli rejim cədvəlləri formasında tərtib edilir. Hər bir rejim üç
ardıcıl mərhələdən ibarət olur:
• adamların mühafizə qurğularında qalması müddəti (bu mərhələdə obyektlərdə
iş dayandırılır);
• adamların növbə ilə adi evlərdə (istehsalat binalarında) və mühafizə
qurğularında qalması müddətləri;
• adamların binalardan kənarda qalması müddəti.
Radiasiyadan mühafizə rejimi - adamların mühafizə vasitələrindən və üsullarından
istifadə etməsi qaydaları deməkdir. Mühafizə rejimi zəhərli sahələrdə adamların
fasiləsiz olaraq mühafizə qurğularında qalması, oradan qısa müddətə çıxması vaxtlarını,
habelə mühafizə qurğularını tərk edəndən sonra və ya zədələnmə ocaqlarında
xilasetmə və digər təxirəsalınmaz işlər apararkən açıq sahələrdə qalma müddətini
müəyyən edir.
Radiasiyadan mühafizə rejimləri radiasiyadan kütləvi zədələnmələrin və adamların
yol verilən dozadan artıq şüalanmasının qarşısını almaq məqsədilə əvvəlcədən
müəyyən edilir.
Ərazi və oradakı hər şey nəinki nüvə partlayışı zamanı həm də atom elektrik
stansiyalarında, radioaktiv maddələr istehsal olunan və işlədilən digər obyektlərdə baş
verən qəzalar nəticəsində radioaktiv zəhərlənmələrə (çirklənmələrə) məruz qala bilər.
Belə hallarda geniş sahələrdə əhali üçün uzun müddət təhlükə törədən zəhərlənmə
(radioaktiv çirklənmə) zonaları yarana bilər.
Radiasiyadan kütləvi şüalanmaların qarşısını almaq, yaxud şüalanma dozalarının
yolverilən normalaradək zəiflətmək məqsədilə mülki müdafiə orqanları bu zonalarda
radiasiyadan mühafizə rejimləri qoyurlar, yəni adamların fasiləsiz olaraq mühafizə
qurğularında daldalanması, sonra isə adi binalarda və açıq sahələrdə qalması
müddətlərini müəyyən edirlər. Əgər müəssisə belə şəraitdə işini davam etdirərsə, onda
240
hər bir sexin fəhlələri üçün iş vaxtı və mühafizə qurğusunda, yaxud yaşayış binalarında
dincəlmə vaxtı müəyyən edilir.
Mühafizə rejiminin qoyulması əsasən dozanın gücündən (radiasiya səviyyəsindən),
mühəndis-mühafizə qurğularının, istehsalat və yaşayış binalarının mühafizəedici
xassələrindən asılı olur.
Məsələn, zəif zəhərlənmə zonasında (partlayışdan bir saat sonra radiasiya
səviyyəsi 8-80 R/s olan sahələrdə) adamlar bir neçə saatdan bir günədək mühafizə
qurğularında qalmalıdırlar, bundan sonra onlar adi yaşayış binalarına qayıda bilərlər ki,
buradan da ilk günlər ancaq 4 saatadək müddətə çıxmağa icazə verilir.
Təhlükəli radioaktiv zəhərlənmə şəraitində (radiasiyanın səviyyəsin 240R\s olan
hallarda) adamların açıq sahələrdə qalması müddəti kəskin surətdə məhdudlaşdırılır.
Onlar xeyli müddət mühafizə qurğularında daldalanmağa məcbur olacaqlar və yalnız
radiasiya səviyyələri tədricən azalandan sonra istehsalat yaşayış və digər binalara
qayıda bilərlər.
Radioaktiv zəhərlənmə aşkar edilən və ya radiasiya təhlükəsi elan olunan yaşayış
məntəqələrində və rayonlarda əhali hər şeydən əvvəl, respiratorları, tozdan qoruyan
parça maskaları, bunlar olmadıqda isə əleyhqazları üzə geyməli, ərzaq məhsulu və su
ehtiyatları dərman və ən lazımlı əşyaları da özü ilə götürüb mühafizə qurğularında
daldalanmalıdır (Qeyd edək ki, bu işlərə Çernobılda və onun ətrafındakı yaşayış
məntəqələrində məhəl qoyulmamışdı). Evdə və ya istehsalat binalarında qalan adamlar
vaxt itirmədən qapı və pəncərələri kip bağlamalı, içəridən onların qarşısına qalın parça
materialdan pərdə çəkməli, bütün deşik-baca yerləri mümkün qədər kipləşdirib
bərkitməlidirlər. Əgər adamlar zəhərlənmiş sahələrdə qalmışlarsa və ya oranı tərk
etmək lazım gələrsə onda fərdi tibb qutusundakı radiasiya əleyhinə dərmanı hökmən
qəbul etməlidirlər.
Belə şəraitdə adamların yeməyinin təhlükəsizliyini təmin etmək mürəkkəb və çox
məsuliyyətli bir problemə çevrilir. Xörək zəhərlənməyə məruz qalmamış ərazidə,
çıxılmaz hallarda isə radiasiyanın səviyyəsi 1 R\s-dan artıq olmayan açıq sahələrdə
hazırlanmalıdır, radiasiyanın səviyyəsi 1-dən 5 R\s-ədək olan sahələrdə xörəyi
çadırlarda bişirirlər, bundan artıq radiasiya səviyyəli yerlərdə isə ancaq kipləşdirilmiş və
dezaktivasiya edilmiş binalarda və ya mühafizə qurğularında bişirməyə icazə verilir.
Yadda saxlamaq vacibdir ki, mühafizə rejimləri üzrə məhudlaşdırmalar ləğv
edildikdən sonra da bir müddət ehtiyatlı olmaq lazımdır. Belə ki, zəhərlənmənin
dərəcəsinin azalması dövründə torpaqda, bitkilərin səthində, suda, bina və qurğuların
səthində, müxtəlif əşyalarda radioaktiv maddələrin bir qismi qalır. Özü də belə
241
maddələr əsasən uzunömürlü sezium-137 və stronsium-90 radionuklidlərdən ibarət
olur. Onlar qida və su ilə birlikdə orqanizmə keçə bilərlər. Buna görə də xörək
hazırlamaq üçün ancaq zirzəmilərdə, qapalı yerlərdə, eləcə də soyducularda, mətbəx
stollarında və dolablarda, ağzı bağlı şüşə qablarda, minalı qablarda, qalın kağız bükülü
halda saxlanılan ərzaqdan istifadə etmək lazımdır.
Mühafizə rejimləri MM qərərgahları tərəfindən işlənib hazırlanır və müvafiq MM
rəhbərlərinin sərəncamına əsasən əhaliyə çatdırılır. Bu məqsədlə yerli radio
şəbəkələrdən, digər xəbərdarlıq vasitələrindən istifadə olunur. Mühafizə rejiminin
qoyulması haqqında əhaliyə xəbərdarlıq qaydası MM siqnallarının verilməsində olduğu
kimidir.
Dozimetrik və kimyəvi nəzarətin təşkili.
Zəhərlənmə ocaqlarında bütün mühafizə tədbirləri görüldükdə belə, radioaktiiv
şüalanma adamlara yenə də müəyyən təsir göstərə bilər. Bunun nəticəsində alınan
zəhərlənmənin ağırlıq dərəcəsini və lazım olan tibbi yardımın həcmini, həmçinin ətraf
mühitin çirklənmə dərəcələrini təyin etmək, eləcə də xüsusi təmizləmə işlərinin
görülməsi lüzumunu aşkara çıxarmaq məqsədilə dozimerik və kimyəvi nəzarət təşkil
edilir. Zəhərlənmə baş vermiş sahələrdəki ərzaqdan, su mənbələrindən, alafdan
istifadə olunması imkanı və qaydaları da məhz belə nəzarət sayəsində müəyyən edilir.
Zəhərlənmənin növündən asılı olaraq dozimetrik və ya kimyəvi nəzarət aparıla bilər.
Dozimetrik və kimyəvi nəzarət (DKİ) radiasiyadan və kimyəvi zəhərli maddələrdən
mühafizənin tərkib hissəsini təşkil edir.
Radioaktiv zəhərlənmə hallarında keçirilən dozimetrik nəzarət-orqanizmin
kənardan şüalanmasına nəzarətdən və müxtəlif səthlərin, o cümlədən də orqanizmin
səthinin radioaktiv çirklənməsinə nəzarətdən ibarətdir.
Şüalanmaya nəzarət - adamların və kənd təsərrüfatı heyvanlarının məruz qaldığı
udulan şüalanma dozaları barədə məlumat əldə etmək üçün aparılır.
Şüalanmaya nəzarətin qruplar üzrə nəzarət və fərdi nəzarət növləri olur.
Şüalanmaya nəzarət nəticəsində əldə edilən məlumatlar əsasında radiasiya göstəriciləri
üzrə əhalinin iş qabiliyyəti, xüsusi təmizləmə işlərinin habelə maddi vasitələrin və
ərazinin zərərsizləşdirilməsi üzrə işlərin həcmi müəyyən edilir.
242
Radioaktiv zəhərlənməyə (çirklənməyə) nəzarət adamların, kənd təsərrüfatı
heyvanlarının, eləcədə texnikanın, nəqliyyatın, fərdi mühafizə vasitələrinin, paltarların,
ərzağın, suyun, alafın və başqa obyektlərin radioaktiv maddələrlə zəhərlənməsi
(çirklənməsi) dərəcəsini təyin etmək üçündür. Belə nəzarət obyektləri qamma-
şüalanma üzrə zəhərlənmə (çirklənmə) dərəcəsini ölçməklə və yaxud beta və alfa
şüalanmalar üzrə xüsusi aktivliyin təyin etməklə aparılır. Nəzarət başdan-başa və ya
seçmə üsulla yerinə yetirilə bilər.
Şüalanmaya nəzarət məqsədilə, orqanizmə təsir göstərən radioaktiv şüalanma
dozası bədənin səthində dozaölçən - rad (və ya rentgen) kəmiyyəti ilə ifadə edilir. Bu
kəmiyyət əsasında şüalanmanın ehtimal olunan nəticələri, iş qabiliyyətinin itirilməsi
dərəcəsi və tibbi yardım tədbirləri müəyyənləşdirilir.
Adamların kənardan şüalanmasına nəzarət fərdi surətdə və qruplar üzrə təşkil
edilə bilər. Fərdi nəzarət zamanı adamların hər birinə, qruplarla nəzarət hallarında isə
eyni şəraitdə qalan bir qrup adama bir İD-11 və ya digər tipli fərdi dozimetr verilir.
Bütün hallarda hər bir əhali qrupunun, xüsusən də MM dəstələri şəxsi heyətinin,
obyektlərindəki işçilərin şüalanma dozalarının ciddi qeydiyyatı aparılır.
Bu zaman əşyanın səthinə qonmuş radioaktiv tozun törətdiyi şüalanmanın gücü,
əsasən, DP-5 tipli cihazlarla ölçülüb millirentgen-saat adlı vahidlə qiymətləndirilir.
Ölçmə nəticələri yol verilən təhlükəsiz normalarla müqayisə edilir, çirklənmə normadan
artıq olanda onu azaltmaq üçün tədbirlər görülür.
Kimyəvi nəzarət - MM dəstələrinin şəxsi heyətinin fərdi mühafizə vasitələrinin,
qurğuların, ərzağın, suyun, alafın və digər obyektlərin, həmçinin ərazinin və havanın
zəhərləyici və ya güclü təsirli zəhərli maddələrlə zəhərlənməsi faktının və
zəhərlənmənin dərəcəsini, zəhərlənmiş obyektlərin deqazasiyasının keyfiyyətini
(tamlığını), adamların fərdi mühafizə vasitələri geymədən fəaliyyət göstərməsinin
mümkünlüyünü müəyyən etmək məqsədilə habelə naməlum zəhərləyici maddələr
işlədildiyi faktını aşkara çıxarmaq və onları analiz etmək üçün keçirilir.
Bu məqsədlə həm Qoşun kimya kəşfiyyatı cihazlardan, həm də müşahidə və
laboratoriya nəzarəti şəbəkəsi müəssisələrinin digər avadanlıqlarından istifadə olunur.
Dostları ilə paylaş: |