Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 

29

dəyişməsi  ixrac  və  idxal  edilən  malların  qiymətinə,  milli  istehsalın  dünya 



bazarında  rəqabət  qabiliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Valyuta 

məzənnəsinin xarakteri aşağıdakı kimidir: 

1. Əməliyyatların iştirakçılarına görə: alıcı qiyməti; satıcı qiyməti. 

2.  stifadə olunan rejimə görə: təsbit edilmiş; üzən; qarışıq. 

3.  nflyasiyaya görə: nominal; real. 

4. Təyin edilməsinə görə: rəsmi; bazar. 

5.  Valyuta  əməliyyatlarının  növlərinə  görə:  cari  valyuta  əməliyyatlarının 

məzənnəsi; müddətli valyuta əməliyyatlarının məzənnəsi. 

Valyuta  məzənnəsi  valyutanın  alqısı  va  satqısına  görə  fərqlənir.  Bank  хаrici 

valyutanı alarkən alıcı qiyməti, satarkən isə satıcı qiyməti yaranır.  

Birbaşa məzənnədə satıcı qiyməti alıcı qiymətindən yüksək olur. Bu da (fərq) 

bankın gəliridir. Bu fərq marja və ya spred adlanır və bazarda konkret vəziyyətdən 

asılı olaraq dəyişir. 

Qiymət  fərqindən  mənfəət  təmin  etmək  üçün  valyutanın  eyni  vaxtda  аlınıb-

satılması əməliyyatına arbitraj da deyilir. Lakin arbitraj bütün iqtisadi və maliyyə 

varlıqlarına şamil edilən geniş bir anlayışdır. Əsas ayırıcı xüsusiyyəti еyni andakı 

qiymət    fərqindən  faydalanma  ideyasıdır.  Bu  əməliyyatın  heçbir  riski  yoxdur. 

Risksiz olması arbitrajı spekulyasiyadan ayıran ən əhəmiyyətli хüsusiyyətdir. 

Valyuta  arbitrajının  birinci  səbəbi  iki  valyuta  arasindakı  məzənnənin  eyni 

müxtəlif bazarlarda fərqli qiymətlərə olmasıdır.  stifadə olunan rejimə görə təsbit 

edilmiş, üzən və qarışıq valyuta məzənnələri olur. 

Təsbit  edilmiş  valyuta  məzənnəsi  bir  xarici  valyutaya,  kollektiv  pul  vahidi 

(Avro) və ya valyuta "səbətinə" görə təyin edilir. Bu rejimdə bazar iştirаkçıları öz 

ə

məliyyatlarını  aparır,  dövlət  isə  məzənnədə  gözlənilməz  dəyişikliklərin  qarşısını 



alır.  Birinci  dünya  müharibəsinə  qədər  təsbit  edilmiş  məzənnə  beynəlxalq  qızıl 

standartı əsasında həyata keçirilirdi. Sonradan bu rеjim çox yayıldı və ikinci dünya 

müharibəsindən sonra Bretton-Vuds valyuta sistеminə əsasən ± 1 həddi daxilində 

bütün valyutalar ABŞ dollarına görə təsbit еdilirdi. 




 

30

Yamayka valyuta sistemində və ondan sonra ölkələr üzən valyuta rejimindən 



istifadə  etdilər.  Bu  rejimə  əsasən  bazarda  tələb  və  təklifə  əsasən  məzənnə 

müəyyənləşir. Beynəlxalq Valyuta Fonduna əsasən üzən valyuta məzənnəsinin iki 

növü qeyd olunub: 

1. Tənzimlənən üzən məzənnə 

2. Sərbəst üzən məzənnə. 

Tənzimlənən üzən valyuta məzənnəsindən keçid iqtisadiyyatlı ölkələr istifadə 

edir.  Bu  məzənnə  rejimində  Mərkəzi  Bank  valyuta  məzənnəsində  baş  verən 

dəyişikliklərin  uzunmüddətli  və  ya  qısamüddətli  olduğunu  bilmir.  Yalnız  vаlyuta 

məzənnəsinin dəyişmə həcmini müəyyən edir. 

Tənzimlənən  üzən  məzənnədə  valyuta  məzənnələrinin  idarə  olunmasının  bir 

neçə  varianti  var.  Müəyyən  edilmiş  hədd  daxilində  (dəhliz)  milli  valyutanın 

devalvasiyasi  bilinməyən  rəqəm  alır.  Müxtəlif  ölkələrdə  məzənnənin  dəyişməsi 

е

yni  deyil.  Məsələn,  ndoneziya  va  Malayziyada  ±  8%,  Vyetnamda  ±  5%, 



Rusiyada+15%. (müxtəlif dövrlərdə). 

Sərbəst  üzən  məzənnə  rejimini  isə  yüksək  inkişaf  etmiş  ölkəlяər  (ABŞ, 

Yаponiya,  Almaniya  və  s.)  istifadə  edir.  Lakin  tam  şəkildə  bu  rejimdən  uzun 

м

üddət istifadə etmirlər. 



Bir  çox  təsbit  edilmiş  və  üzən  məzənnə  rejimləri  arasında  qarışıq  vаlуuta 

rejimdən  istifadə  edirlər.  Buna  adətən  "valyuta  şurası"  mexanizmi  deyirlər.  Bu 

rejim  ehtiyat  pulun  xarici  valyutaya  dəyişdirilməsinə  əsaslanır.  Bundan  Honq-

Konq, Estoniya, Argentina, Sinqapur istifadə edir. 

nflyasiyaya görə nominal və real valyuta məzənnələri var. 

Nominal valyuta məzənnəsi bir ölkənin pul vahidinin digər ölkənin pul vаhidi 

ilə dəyişdirilmə məzənnəsidir. 

Real valyuta məzənnəsi isə bir ölkənin mal və xidmətinin, o biri ölkənin еyni 

adlı mal və xidməti ilə dəyişdirilmə məzənnəsidir. Bu valyuta məzənnəsi nominal 

valyuta  məzənnəsi  kimi  müəyyən  edilir,  lakin  ölkə  daxilində  qiymətlər  səviyyəsi 

və  digər  ölkələrdə  qiymət  səviyyəsi  (inflyasiya)  nəzərə  alınır.Mərkəzi  Bankın 



 

31

öhdəçiliklərindən  biri  milli  valyutanın  real  məzənnəsinin  gözlənilməz 



dəyişməsinin qarşısını almaqdır. Real məzənnənin qaldırılması pis haldir. 

Təyin edilməsinə görə bazar və rəsmi valyuta məzənnəsi var. 

Bazar  valyuta  məzənnəsi  daxili  valyuta  bazarında  tələb  və  təklif  əsasında 

formalaşır.      Buna    fundamental    tarazlıq  məzənnəsi  də  deyilir.Valyutanın 

fundamental tarazlıq məzənnəsinə aşağıdakı amillər təsir edir: 

1. Struktur amillər - uzun müddəti əhatə edir. Bura daxildir: 

- Ölkənin istehsal məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi; 

- Pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya; 

- Ölkənin tədiyyə balansının vəziyyəti; 

- Müxtəlif ölkələrin faiz dərəcələrinin müxtəlif olması; 

- Valyuta məzənnəsinin dövlət tərəfindən tənzimlənməsi; 

- Ölkə iqtisadiyyatının açıq və ya qapalı olması (ticarət baxımından). 

2. Konyunktur amillər - qısa müddəti əhatə edir. Bura daxildir: 

- Valyuta bazarının fəaliyyəti; 

- Spekulyativ (möhtəkir) valyuta əməliyyatları; 

- Böhranlar, müharibələr, təbii fəlakətlər; 

- Proqnoz (iqtisadi, siyasi); 

- Ölkədə və dünya bazarında işgüzar aktivliyin çevikliyi. 

Rəsmi  valyuta  məzənnəsi  Mərkəzi  Bankın  siyasətinə  və  dövlətin  marağına 

uyğun müəyyən edilən valyuta məzənnəsidir. 

Valyuta əməliyyatlarından asılı olaraq cari və müddətli valyuta məzənnəsi və 

ya uyğun olaraq spot və forvard vаlyuta məzənnəsi var. 

Cari  sövdələşmələr  aparanda  cari  valyuta  məzənnəsindən  istifadə  edilir.  ki 

tərəf(bank  və  müəssisə)  valyutanın  alqı-satqısı barədə sövdələşmə  əldə  edirlər  və 

dərhal bir gün sonra satıcı ilə nəzərdə tutulan valyuta məbləğini аlıcının hesabına 

köçürür. 

Müddətli valyuta məzənnəsində isə iki tərəf arasındakı valyutanın alqı-satqısı 

barədə  sövdələşmənin  əldə  edilməsi  zamanı  satıcı  müəyyən  müddət  keçdikdən 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə