Microsoft Word 111 md makroiqt proses Pul ve mezenne siyaseti 2015 \352\356\357\350. doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix05.04.2018
ölçüsü0,73 Mb.
#35896
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

44

iqtisadiyyatda faiz dərəcələrinin ümumi səviyyəsinə təsir göstərir. Faiz dərəcələrinin 



enib qalxması ölkələr arasında sərmayənin hərəkət istiqamətini müəyyən etmək son 

dərəcədə  milli  valyutaların  məzənnələrinin  dəyişilməsinə  gətirib  çıxarır.  Faiz 

dərəcələrinin 

rəsmi 


yüksəldilməsi 

pul 


kütləsi 

və 


kredit 

həcminin 

məhdudlaşdırılması,  tədiyə  balansının  yaxşılaşdırılması  üçün  xarici  kapitalın 

(qisamüddətli)  ölkəyə  ахınının stimullaşdırılması,  valyuta ehtiyatlarının qorunmasi 

və  valyuta  məzənnəsinin  dəstəklənməsi  məqsədini  güdür.  Uçot  faizini  azaldanda 

milli və xarici kapitalın çəkilməsi baş verir. Bu da tədiyyə balansının saldosunu və 

milli valyutanın məzənnəsini aşağı salır. 

Müasir  şəraitdə  diskont  siyasətinin  səmərəliliyi  azalmışdır.  Bu,hər  şeydən 

ə

vvəl  daxili  və  xarici  məqsədlər  arasında  olan  ziddiyətlərlə  əlaqədardır.  Əgər  faiz 



dərəcəsinin  aşağı  salınması  hesabına  rəqabətdə  canlanma  baş  verirsə,  bu  tədiyə 

balansına  mənfi  təsir  edir(əgər  kapitalın  çəkilməsi  baş  verirsə)  Tədiyə  balansının 

yaxşılaşdırılması  məqsədilə  uçot  faizinin  qaldırılması  durğunluq  dövründə  ölkə 

iqtisadiyyatına mənfı təsir göstərir. Diskont siyasətinin nəticə verməsi ölkəyə xarici 

kapitalın axmasından asılıdır.Lakin qeyri-sabitlik şəraitində faiz dərəcələrinin aşağı 

və ya yuxarı qaldırılması heç də həmişə kapital hərəkətini müəyyən etmir. Aparıcı 

dövlətlərin  diskont  siyasəti  bəzən  rəqib  dövlətlərin  vəziyyətinə  mənfi  təsir  edir, 

çünki onlar milli mənafeyə olub-olmamasından asılı olmayaraq, aparıcı dövlətlərin 

yeritdiyi  siyasətə  uyğunlaşmağa  məcbur  olurlar.Faiz  dərəcələri  «müharibələri»  bu 

baza əsasında yaranır. 

Deviz  siyasəti-dövlət  orqanları  tərəfindən  valyuta  bazarına  müdaxilə 

etməklə  xarici  valyutaların  alınıb-satılması  yolu  ilə  milli  valyutanın  məzənnəsinə 

təsir  etmə  üsuludur.  Milli  valyutanın  məzənnəsinin  yüksəldilməsi  məqsədi  ilə 

Mərkəzi Bank xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satır. 

Deviz  siyasəti  başlıca  olaraq  göstərilən  valyuta  müdaxiləsi  şəklində,  yəni  milli 

valyuta  məzənnəsini  tənzimləmək  üçün  xarici  valyutanın  alınıb-satılması 

ə

məliyyatları  ilə  həyata  keçirilir.  Bu  əməliyyatın  əsas  fəqləndirici  cəhəti  tətbiq 



edildiyi qisa müddət ərzində iri miqyaslı olmasıdir. 


 

45

Valyuta  müdaxiləsi  (intervensiyası)  rəsmi  qızıl-valyuta  еhtiyatları  hesabına 



və  ya  banklararası  «svop»  (eyni  valyutanın  müxtəlif  müddətlərdə  alıcısını  və  ya 

satıcısını özündə birləşdirən banklar arasında valyuta sövdələşməsi svop əməliyyatı 

adlanır) müqaviləsinə əsasən mərkəzi bankın qısa müddətli kreditləri hesabına baş 

verir və ya həyata keçirilir. Qızıl monometallizmin ləğv edilməsindən sonra valyuta 

müdaxiləsi geniş vüsət aldı. 1929-33-cü illərdə dünya iqtisadiyyatı böhranı zamanı 

mərkəzi  banklar  valyuta  dempinqinə  təsir  göstərmək  üçün  öz  milli  valyutalarının 

məzənnələrini aşağı salmaq məqsədi ilə valyuta müdaxiləsindən istifadə etdilər. 

Valyuta  müdaxiləsinə  çəkilən  külli  miqdarda  məsrəflər  məzənnə 

formalaşdıran bazar amilləri dövlət tənzimlənməsindən güclü olduqda sabitliyi heç 

də həmişə təmin etmir. Məsələn,Yaponiya Mərkəzi Bankı 1998-ci il aprel ayında öz 

valyuta məzənnəsinin aşağı düşməsinin qarşısını almaq üçün valyuta ehtiyatlarının 

10%-ni(21  milyard  ABŞ  dolları)  valyuta  bazarında  satdı.Lakin  məzənnənin  aşağı 

düşməsinin qarşısını ala bilmədi.  

Bretton-Vuds valyuta sistemi dövründə təsbit olunmuş valyuta məzənnəsini 

dəstəkləmək üçün mütəmadi olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta 

məzənnəsi  sisteminə  keçilməsi  ilə  valyuta  müdaxiləsi  kəskin  məzənnə 

dəyişmələrinin qarşısının alınmasına yönəldilirdi. 

Valyuta  siyasətinin  mühüm  formalarından  biri  valıyuta  ehtiyatlarının 

diversifikasiyasının(çoxşaxəliliyinin)təmin 

olunmasıdır.Valyuta 

ehtiyatlarının 

diversifikasiyası -  valyuta ehtiyatlarının tərkibində beynəlxalq hesablaşmaları təmin 

etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq məqsədi 

ilə dövlətlərin,bankların,transmilli şirkətlərin yeritdiyi siyasətdir. Bu siyasət adətən 

qeyri-sabit  valyutaların  satılması  və  sabit  valyutaların,  habelə  beynəlxalq 

hesablaşmaların  aparılması  üçün  lazım  olan  valyutaların  alınması  yolu  ilə  həyata 

keçirilir. 

Valyuta  siyasətinin  formalarından  biri  olan  valyuta  məhdudlaşdırmaları 

aşağıdakıları nəzərdə tutur: 



 

46

1.



  Beynəlxalq  ödəmələrin,  kapital  köçürmələrinin,  mənfəətin  xaricə 

aparılmasının,  qızıl,  pul  nişanlari  və  qiymətli  kağızaların  hərəkətinin 

tənzimlənməsi. 

2.

  Xarici valyutanın sərbəst alqı-satqısının qadağan edilməsi. 



3.

  Valyutaya  malik  olma  hüququnun  dövlətə  verilməsi  və  bütün  xarici 

valyuta və digər valyuta dəyərlərinin dövlətin əlində cəmlənməsi. 

kinci  dünya  müharibəsindən  sonra  beynəlxalq  valyuta  sistemində  mühüm 

yenilik 

valyuta 


məhdudlaşdırmalarının 

BVF 


vasitəsilə 

dövlətlərarasi 

tənzimlənməsidir.  BVF-nun  nizamnaməsinə  uygun  olaraq  üzv  ölkələrdə 

ə

məliyyatlar  üzrə  valyuta  məhdudlaşdırmaları  ləgv  edildi  və  valyuta  dönərliliyi 



tətbiq  edildi.Lakin  fondun  nizamnaməsi  iqtisadi  qeyri-sabitlik  yarandıqda  kapital 

hərəkəti üzrə valyuta məhdudlaşdırmaları tətbiq etməyə üzv ölkələri məcbur edir. 

Valyuta  məhdudlaşdırmaları  milli  valyutanın  beynəlxalq  hesablaşmalarda, 

valyuta  və  kredit  əməliyyatlarında  istifadə  olunmasına,  onun  xarici  valyutalara 

sərbəst çevrilməsinə mane olur. Ona görə də iqtisadi proseslərin getdikcə daha çox 

beynəllilləşməsi valyuta dönərliyi problemini olduqca aktuallaşdırmışdır.  

Valyuta  dönərliliyinin  geniş  miqyaslı  iqtisadi  mənası  milli  valyutanın 

valyuta  bazarlarında  xarici  valyutalara  sərbəst  olaraq  çevrilməsi,  ölkənin  valyuta 

ə

məliyyatlarının  üzərinə  heç  bir  məhdudlaşdırma  qoyulmamasını  ifadə  edir.Ancaq 



bu  dönərlik  hüdudsuz  dönərliliyi  ifadə  edir.  Lakin  real  həyatda  belə  hüdudsuz 

dönərlilik mövcud deyildir. Çünki müxtəlif dövlətlər qarşısında qoyduğu iqtisadi və 

maliyyə 

məqsədlərindən 

asılı 

olaraq, 


dönərlilik 

sahəsində 

müxtəlif 

məhdudlaşdırmalar  tətbiq  edirlər.  Ona  görə  də  müxtəlif  dərəcəli  dönərli  olan 

valyutalar mövcuddur. Belə valyutalar 3 qrupa bölünür: 

I qrup. Sərbəst dönərli valyutalar. Valyuta qanunlarında heç bir məhdudiyyət 

qoymayan ölkələrin valyutalrı sərbəst dönərli valyuta adlanır. Məsələn, ABŞ dolları, 

Kanada dolları,  sveçrə frankı, Yapon ieni, Avro və s. 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə