58
meyarı fərqlidir. Buna görə də firmalar şirkətlər və ya təşkilatlar xitab etdiyi müştəri
kütləsini yaxşı seçməli və müştəri kütləsinin istək və tələblərinə cavab verə bilməlidir.
Bu zaman ISO 9001 keyfiyyət sənədi gördüyümüz zaman bu firmanın məhsulları
və ya xidmətləri o məhsulu və ya xidməti istifadə edənləri məmnun edicidir və məmnun
etmək üçün davamlı yaxşılaşdırma etməkdədir deyə bilərik. Yaxşı ISO 9001 sənədi bir
başa olaraq məhsulla və ya xidmətlə əlaqəli deyilsə nədir? ISO 9001 Keyfiyyət
darəetmə Sistemi Sənədi bir firmanın şirkətin təşkilat və ya təşkilatın sisteminin
keyfiyyətli olduğunu göstərən bir sənəddir. Sistem dedik də şirkətin satınalmasından
tutmuş satış işlərinin insan qaynaqlarının məhsul xidmət planlamasının müştəri ilə
ünsiyyətinin keyfiyyət idarəsinin uyğunsuzluqlar və səhvlər qarşısındakı davranışları
müştəri şikayətlərindəki davranışları və hadisəni təhlil etmələri, müştərilərinin bu gün və
ya gələcək ehtiyacları üçün etdikləri işləri, öz daxili yoxlamaları və s bir çox
fəaliyyətlərini keyfiyyətli etmələri mənasını gəlir.
ISO 9001 sənədini almaq prosesini izah etməzdən əvvəl bu anlayışın qarışıqlığını
aradan qaldırmaq lazımdır. ISO 9000 sənədi nədir? ISO 9001 sənədi nədir? ISO 9002,
ISO 9003 və s keyfiyyət sənədləri nədir? onu açıqlayaq. Əslındə yalnız sənəd olaraq ISO
9001 keyfiyyət sənədi var, digər ISO sənədləri kimi yazdığımız sənədlər yoxdur. ISO
9001 alan üçün ISO 9001 standartı var və sistem bu standarta görə qurulur və bu
standarta görə nəzarət edilir. ISO 9000 standartı var və bu standart ISO 9001 dəki təyin
etmələri və terminləri təsvir edir, bir də ISO 9004 standartı var və bu standart ISO 9001
standartına görə sistem quran firmalar şirkətlər və təşkilatlara performanslarını necə
yaxşılaşdıracaqlarını izah edir. Bu üç standart yəni ıso 9000, ISO 9001, ISO 9004
standartlarının hamısına ISO 9000 standartlar ardıcıllığı deyilir və bazarda ona görə ISO
9000 sənədi deyilir. Həqiqətən, ISO 9001 keyfiyyət idarəetmə sistemi sənədidir və ISO
9000 sənədi səhv bir anlayışdır. ISO 9002 ISO 9003 isə köhnə 1994 versiyasında olan
sənədlərdir. Köhnə ISO9000 standartlar ardıcıllığına görə dizayn edən firmalar, şirkətlər
və ya təşkilatlar ISO 9001 standartına görə sistem qurudular və aldıqları sənəd ISO 9001
59
idi dizayn fəaliyyəti olmayan firmalar və ya şirkətlər ISO 9002 alardılar və xidmət
sonrası xidmət verən şirkətlər isə ISO 9003 alırdı 2001-ci ildə edilən revizyonla artıq
bütün firmalar ISO 9001 keyfiyyət sənədi almaq məcburiyyətində qaldı, çünki artıq
xaric tutma deyə bir maddə gətirildi və dizaynı olmayanlar və ya sektor olaraq bəzi
maddələri istisna olmaqla buraxanlar o maddə ilə əlaqədar tətbiqlərini xaric
bırakabileceklerdi. Buna görə artıq bütün firmalar ISO 9001 sənədi alırlar.
Sənəd almaq deyimi yerinə sistem qurmaqla sənəd almaq desək daha yaxşı olar,
çünki ISO 9001 standartının bizə gətirdiyi bəzi tətbiqlər və sanksiyalar var və bunun
üçün SO 9001 standartı nəşr olunmuşdur. ıso 9001 standartına görə sistem qurmaq
istəyən firmalar şirkətlər əvvəlcə professional bir kömək almaları lazımdır. Bu köməyi
edən firmalara ISO 9001 məsləhət firmaları deyilir.
Ş
irkətin sinergetik iqtisadiyyatı uğurla aparmağı bacarması üçün məlumatların və
ə
məliyyatların elektronlaşması ən vacib məsələlərdən biridir. Sinergetik iqtisadiyyatın
mövcud olduğu bir şirkətdə mərkəzdən rəhbərlik anlayışın və məlumatların vəzifə
təlimatına uyğun şəkildə işçilərə paylanmasının və lazımlı məlumatların uyğun şəxslər
tərəfindən əlçatan olmasının zəruriliyi qeyd edilməlidir.
Haqqında danışılan
OSC şirkətində proqram təminatı olaraq Müəssisə
resurslarının planlaşdırılması (Enterprise resource planning. ERP) sistemləri əsasında
qurulan proqram təminatına malikdir. Bu sistem yeni olmasına baxmayaraq şirkətinin
işini xeyli asanlaşdırmış və şirkətin sinergetik iqtisadiyyatına müsbət təsir göstərmişdir.
Bu sistemi qurmaqda əsas məqsədlərdən biri SO sertikifatını almaqdır.
ERP ilk növbədə proqram təminatıdır. Bu cür proqram təminatının əsas mahiyyəti
ş
irkətin bütün şöbələrini və biznes proseslərini vahid bir bazaya cəmləyərək vahid bir
sistem vasitəsilə idarə edilməsidir.
60
ERP ngilis dilində olan “Enterprise Resource Planning” söz birləşməsinin
sözlərinin baş hərflərindən alınan abreviaturadır. “Enterprise Resource Planning”
Müəssisə Resurslarının Planlaşdırılması kimi tərcümə olunur. Deməli hər hansı bir
müəssisənin resuslarının planlaşdırılmasından söhbət gedir. Burada digər suallar yaranır:
muəssisənin hansı resursları var və onları nəyə görə planlaşdırmaq lazımdır? Əgər
ş
irkətin həcmi böyük deyilsə və resursları azdırsa, onları sadəcə Exceldə və hətta
yaddaşımızda saxlaya bilmərik mi? Bunu etmək mümkündür, lakin şirkət nə qədər kiçik
olsa da hər hansı bir sistemin olması məsləhətdir. Hər bir şirkət inkişafını, yeni
sifarişçilərin və müştərilərin cəlb edilməsini, məhsulun keyfiyyətinin artırılmasını, maya
dəyərinin azaldılmasını, şirkət xərclərinin azaldılmasını və s. mütləq planlaşdırır. Bunu
etməsə həmin şirkət az bir müddətdən sonra rəqabətə dözməyərək məhv olacaq.
Yuxarıda sadalananların hamısı müəssisənin resurslarıdır. Buraya pul vəsaitlərini,
kadrları və s. əlavə etmək olar. Bütün bunları idarə etmək üçün şirkətdə kiçik də olsa hər
hansı bir sistem olmalıdır. ri şirkətlərə gəldikdə isə resursların səmərəli planlaşdırılması
olduqca vacibdir.
Hər şey istehsalatda lazım olan xammalın və materialların planlaşdırılmasıyla
başladı. Bu sistem MRP adlandırıldı. Hansı məhsulların buraxılması, onların istehsalında
istifadə ediləcək xammalın həcmi planlaşdırıldıqdan sonra pulun da planlaşdırılması
zərurəti yarandı, yəni həmin xammal və materialların alınması üçün nə qədər pul
xərclənəcək və s. Bu sistem isə MRP II adlandırıldı. Demək olar ki, uğurlu planlaşdırma
üçün hər şey hazırdır: xammal və materialları, istehsalat gücünün artırılması, pul
vəsaitlərini planlaşdıra bilərik. Tutaq ki, bu il istehsalat gücünün 25 % artırılmasını
planlaşdırırıq. Lakin avadanlığın gücünü və istehsal potensialını nəzərə almadıq. Aydın
olur ki, keçən ildən 25 % artıq istehsal edə bilməyəcəyik, çünki dəzgahlar buna hazır
deyildir. Buna görə də avadanlıq gücünün də planlaşdırmaya əlavə edərək, planlaşdırılan
istehsalat gücünün artırılaması üçün lazım olan dəzgahları da alırıq. Fikirləşirik ki, artıq
hər şey qaydasındadır istehsala başlaya bilərik. stehsal rəisinə istehsalı başlamaq
Dostları ilə paylaş: |