41
tərəfindən yerləşdirilmiş onkol (teleb olunanadək) və qısamüddətli (götürülməsi
barədə əvvəlcədən xəbərdarlıq edilən) depozitlər, qısamüddətli dövlət qiymətli
kağızları, banklar tərəfindən nəzərə alınan kommersiya veksellərinin bəzi
növləri aiddir.
Kommersiya banklarının cəlb olunmuş vəsaitlərinin əsas mənbəyi öz
təbiətinə görə müştərilərinin (həm hüquqi, həm də fiziki şəxslərin) qısamüddətli
depozitləri olduğundan, onların aktivlərində isə daha əhəmiyyətli yerli
ş
irkətlərin, firma və özəl şəxslərin qısa və ortamüddətli kreditləşdirmələri
tutduğundan, ona görə də kommersiya bankları üçün balanslarda likvid
vəsaitlərinin mövcudluğu həm onların cəlb etdikləri resursların həcmində baş
verən mümkün dəyişkənliyin kompensasiyası nöqteyi-nəzərindən, həm də
müştərilər tərəfindən bazar iqtisadiyyatı şəraitində kreditə olan tələbatın daim
baş verən dəyişkənliyinin təmin olunması üçün obyektiv olaraq labüddür.
Banklar üçün likvidliyin müəyyən səviyyədə saxlanılması zərurəti hazırda hamı
tərəfindən qəbul olunandır və praktiki olaraq bütün ölkələrdə bank likvidliyi
ə
msallarının geniş tətbiq olunmasında öz ifadəsini tapır.
Ölkənin Mərkəzi bankının həmin sahədə müəyyən təbirləri və ya müvafiq
siyasətindən sonra baş verən dəyişikliklər pul - kredit siyasətinin mühüm
alətlərindən biri sayılır. Bir sıra amillərdən asılı olaraq konkret ölkənin bankı
üçün normal hesab olunan likvidlik səviyyəsinin göstəricisi kifayət qədər çox
dəyişkən ola bilər. Adətən bu, ayrı - ayrı ölkələr üzrə kommersiya banklarının
cari öhdəliklərinin 20 % - dən 30 % - dək həddində dəyişkən ola bilər.
42
Bankların balanslarının digər xüsusiyyətləri ondan ibarətdir ki, bunlarda
ş
irkətlərin, firma və özəl şəxslərin qısamüddətli kreditləri böyük payı vardır və
müvafiq ölkələrin pul - kredit sistemində tutduqları yerlə şərtlənir. Göstərilən
kreditlərin məcmu payı bir qayda olaraq, kommersiya banklarının bütün aktiv
ə
məliyyatlarının 30 - 40 % - dən artığını təşkil edir.
Son illərdə kommersiya banklarının kredit yatırımlarında istiqraz və digər
borclar şəklində dövlət borcu ödəlikləinə investisiyalar getdikcə daha artıq rol
oynamağa başlayır. Büdcə kəsirlərinin kreditləşdirilməsində iştirak edən
kommersiya bankları çalışırlar ki, belə yatırımların müddətini beş illə
məhdudlaşdırsınlar. Belə investisiyaların onlar üçün cəlbediciliyi öz ölkələrinin
səviyyəsini əlavə imkanlarla yüksəltmək şərtləndirir və başqa ölkələrdə bunları
nisbətən asanlıqla və tez nəqd vəsaitlərə çevirmək mümkündür. Bank
resurslarının ortamüddətli yerləşdirilmələri və xüsusilə də onların ipoteka və
kənd təsərrüfatı kreditlərinə verilməsi kommersiya banklarının balanslarında
ə
həmiyyətli yer tutmur.
Kommersiya banklarının passiv əməliyyatlarında fərqləndirici əlamət
ondan ibarətdir ki, bunlarda cəlb olunmuş vəsaitlərin qısamüddətli mənbələrinin,
ə
sasən də müştərilərin vəsaitlərinin, eləcə də banklararası əsaslarla cəlb olunmuş
depozitlərin üstünlük təşkil etməsidir.
Kommersiya banklarının balanslarının mövcud növləri onların tərtib
olunmasının detalları üzrə də fərqləndirilir. Bankın daxili balansı müfəssəl
mühasibat hesabatından ibarətdir ki, burada müvafiq ölkənin bank
43
tənzimləməsinin təlimatı üzrə bütün hesabatlara dair məlumatlar olur. Balansın
konfidensial xarakter daşıyan və müntəzəm olaraq bank nəzarəti orqanlarına
təqdim olunan, bankın əməli rəhbərliyi fəaliyyətinin həyata keçirilməsi
məqsədlərinə və onun bütün müvafiq əməliyyatlarının uçotuna xidmət edən bu
növündən fərqli olaraq, kommersiya bankının dərc olunan illik və aralıq
balansları iriləşdirilmiş toplu hesabatı, bütövlükdə bank nəzarəti orqanlarının
göstərişlərində nəzərdə tutulan tələblərinə cavab verən sxemində tərtib olunur.
Lakin zərurət yarandıqda bank nəzarəti orqanları, demək olar ki, bütün bank
hesabatına giriş əldə edə bilərlər. Eyni zamanda bu qaydada bir sıra istisnalar da
mövcuddur. Belə ki, sveçrənin kommersiya banklarında açılmış gizli hesabların
rekvizitləri və dinamikası haqqında müfəssəl məlumat almaq üçün məhkəmə
orqanlarının fəal müdaxiləsi tələb olunur.
Nisbətən ümumi forma daşıyan balans kommersiya banklarının
səhmdarlarının ümumi iclasının müzakirəsinə təqdim olunan və müvafiq
nəşrlərdə açıqlanan balansdır. Kommersiya banklarının balanslarının təqdim
olunmasının ümumi qəbul olunmuş forması aktiv ve passivə bölünməklə, ilk
növbədə aktivin daha likvid (səfərbər olunan) maddələrinin fərqləndirilməsi ilə
üfqi (şirkət və firmaların bir sıra ölkələrdə qəbul olunmuş şaquli balans
formasından fərqli olaraq)
formadır və əmanətçilər tərəfindən nisbətən daha asan tələb olunan passiv
maddələridir. Bütövlükdə aktiv və passiv maddələrinin strukturu, belə
maddələrin dinamikliyinin azalmasını göstərir, balans aktivi üzrə tərpənməz
44
ə
mlaka və digər şirkət və firmaların kapitalına investisiyalarla tamamlanır,
passivlər üzrə isə kommersiya bankının, onların əldə etdikləri mənfəəti də daxil
etməklə, öz vəsaitləri üzrə investisiyalarla tamamlanır.
Müstəqil hüquqi şəxs kimi bankın özünün balansı ilə, bankın təkcə özünün
ə
məliyyatlarını deyil, həm də onun şöbələrinin, habelə filial təşkilatlarının
ə
məliyyatlarının da daxil olduğu birləşdirilmiş (konsolidasiya olunmuş) balans
arasındakı fərqi nəzərə almaq lazımdır. Məsələn, iri kommersiya bankları
banklarla yanaşı digər iri kredit - maliyyə təşkilatlarını da birləşdirən bütöv bir
maliyyə qruplarına başçılıq edə bilər. Buradan belə nəticə çıxarmaq olar ki,
birləşdirilmiş balansların açıqlanması müəyyən qədər bank qrupunun ayrı - ayrı
üzvlərinin gerçək maliyyə durumunu geniş kütlədən gizlətmək məqsədinə
xidmət edir. Bununla belə, bu sayaq balansları açıqlayan banklar əlavə
müştərilər cəlb etmək məqsədi güdürlər, güman edirlər ki, potensial müştəri
qrupun ayrı - ayrı üzvlərinin maddi durumundan baş açmayacaq. Banklar güman
edirlər ki, müştərilər yalnız bütün qrupun bütövlükdə yekun balansına diqqət
yetirməklə, ayrılıqda kredit müəssisəsinin inkişafındakı çatışmazlığı nəzərdən
qaçırarlar. Bunu da nəzərə almaq lazımdır ki, hətta geniş şöbələr şəbəkəsinə
ş
axələnmiş iri kommersiya bankının müstəqil balansı birləşdirilmiş sayılır, belə
ki, eyni bankın ayrı - ayrı müəssisələrinin hər birinin adətən özlərinin malik
olduqları daxili balansları şəraitində belə, onların arasındakı qarşılıqlı
hesablaşmalar və digər kredit - maliyyə münasibətləri tam istisna edilir.
Dostları ilə paylaş: |