7
I FƏ S L. EKSPERT S STEMLƏ R VƏ ONLARIN YARADILMASININ
NƏ ZƏ R ESASLARI HAQQINDA ÜMUM B L KLƏ R
1.1 Ekspert sistemlə rinin yaradılma tarixi və xarakteristikası
Klassik elmi üsulların – klassik riyaziyyat, fizika, kibernetika və s. köməyi ilə
insan Aya uçub, kompüter yaradıb, astronomik cədvəllər, atom və hidrogen silahları
düzəldib. Lakin bu gün o qədər vacib məsələlər var ki, onların həllində bu klassika
bir qədər geridə qalır. Bu gün artıq bəşəriyyəti daha çox invariant idarəetmə
sistemlərinin nəzəriyyəsi və tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin
yaradılması, idarəetmə proseslərinin intellektuallaşdırılması, qeyri-səlis məntiq,
qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür və maraqlandırır.
Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-
müəyyənlik nəzərə alınmalıdır. Amma necə olmalıdır?
1960-cı illərə kimi idarəetmə və qərar qəbuletmə nəzəriyyələri tam müəyyənlik
şə
raiti üçün yaranmışdı. Yəni insan müəyyən bir şəraitdə qərar qəbul etmək istəyirsə,
o şəxsdə həmin şərait və şəraitin gələcəyi haqqında 100 faizlik məlumat olur. Və
yaxud təyyarə uçan zaman ona külək təsir edir, biz o küləyin hansı qanunla, hansı
sürət və istiqamətdə əsməsi barədə tam informasiyaya malik oluruq. Lakin real həyat
məsələlərində tam informasiya heç vaxt olmur. Bu və ya digər dinamik sistemə təsir
edən faktorlar (həyəcanlandırıcı təsirlər) barədə informasiyamız cüzidirsə, elə
idarəetmə qanunu tapmaq lazımdır ki, idarə olunan sistem həmin həyəcanlandırıcı
təsirlərdən asılı olmasın, başqa sözlə, sistem invariant olsun. Bu səbəbdən
mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik elmi üsullar öz əvvəlki qüdrətini
itirib. Onların fikrincə, bir dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında
ə
traf mühitin qavranılması problemi, canlıların sərbəstlik dərəcəsinə və çevikliyinə
(ilanın sərbəstlik dərəcəsi sonsuzdur) malik olan robotların yaradılması, lazımi
adekvatlığa malik olan iqtisadi modellərin yaradılması və s. klassik elm, o cümlədən
klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki klassik riyaziyyat
deterministik riyaziyyatdır. Qeyri-müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi
8
yanaşma tələb olunur. Bu cür yanaşma hesablama intellekti yanaşması adlandırılır.
Hesablama intellekti isə süni intellekt və onun daha çox inkişaf etmiş formalarıdır.
Süni intellekt (Artificial intellegence)- informatikanın hesablama sistemələri və digər
süni qurğuların köməyi ilə fikir və hadisələrin təminat imkanlarını öyrənən şöbəsidir.
Süni intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni yollarla yaratdığı və
digər köməkçi vasitələrlə üzə çıxan qeyri-ənənəvi intellekt, alışmadığımız bir idrak
kateqoriyası başa düşülür.[12]
nsan idrakının müəyyən funksiyalarını modelləşdirmək qabiliyyətinə malik
olanavtomatlar nəzəriyyəsi sayəsində ilk ideyalara 1943-cu ildə rast gəlinir.Bu
istiqamətin umumi nəzəri konsepsiyası 1948-ci ildə N.Viner tərəfindən
ə
saslandırılmışdır.Onun reallaşdırılmasının praktiki addımlarından F.Rozenblatın
insanin təbii intellektinin əsasını təşkil edən fiziki quruluş və neyrodinamik
prinsiplərin modelləşdirilməsinə əsaslanan perseptron olmuşdur.Keçmiş SSR-də
bu ideyalara, ilk dəfə, akademik A.A.Xarkeviçin əsəsrlərində rast gəlmək olar.
Ekspert sistemi ilk olaraq tanıma nəzəriyyəsi adi ilə meydana gəlmiş, hal-
hazırda isə Ekspert sistemlər, qeyri-səlis sistemlər, intellektual sistemlər və s. adlar
ilə inkişaf etməkdədir.
Adi kalkulyatorlar insanın imkanları xaricində olan riyazi hesablamaları bir neçə
saniyədə həll edir. Lakin bu o demək deyil ki, hər hansı bir kalkulyator insandan
“ağıllıdır”. Sadəcə, həmin hesablamalar insan tərəfindən yaradılan proqram təminatı
ə
sasında verilən əmrləri yerinə yetirdiyi kimi ekspert sistemləri də ekspertin yəni
proqramı quran mütəxəssisin daxil etdiyi əmrləri yerinə yetirir.
Ekspert Sistemlər intellektual sistemlərin ən inkişaf etmiş bir bölməsi olmuş və
qurğuya görə intellektual sistemlər 2 yerə :
- neyron şəbəkələr
- ekspert sistemlərə bölünür.
ntellektual sistemlərin ən çox yayılan növü ekspert sistemlərdir. Ekspert sistemlər
spesifik “ekspert” sahələrində mütəxəssislərinempirik təcrübəyəmalik olmağı vacib
9
və olduqca effektivdir. 70-ci illərin ortalarında süni intellekt üzrə tədqiqatlar
aparılarkən “ekspert sistemləri” adlandırılan perspektiv istiqamət yaranmışdır
Təkcə ABŞ-da 90-cı illərin əvvəllərində ekspert sistemlərin hazırlanmasından əldə
olunan illik gəlir 300-400 milyon dollar, tətbiqindən isə 80-90 milyon dollar təşkil
etmişdir. Hər il iri müəssisələr daxili istifadə üçün “in-hause” tipli onlarla ekspert
sistemlər hazırlayırlar. Bu sistemlər müəssisənin əsas və strateji vacib məsələlərində
mütəxəssislərin təcrübəsinibirləşdirir.
90-cı illərin əvvəllərində yeni bir elm – korporativ biliklərin emalı və idarə edilməsi
metoduna yönəlmiş “biliklər menecmenti” (knowledge management) elmi yarandı.
Ekspert sistemləri- hər hansı bir sahədə dar ixtisas üzrə hüquqşünas tərəfindən
yaradılır və bir sahə üzrə hər hansı bir məsələnin həllində hüquqşünasa köməkçi
rolunu oynayır. Belə sistemlərin istifadəçisi əsasən onların səlahiyyətinə aid olmayan
işlərlə rastlaşan praktik hüquqşünaslar olur (məsələn məhkəmə prosesinin təşkilində).
Ekspert sistemi dedikdə– mütəxəssisin müəyyən sahəyə uyğun professional
götəricilərinə əsaslanan, daxili məntiqə malik, baxılan məsələnin həllini təmin edən
insan – maşın kompleksi başa düşülür.
Son onilliklər sünü intellekt tədqiqatları çərçivəsində ekspert sistemləri və ya
mühəndis idrakı (bilikləri) müstəqil istiqamət kimi formalaşmışdır. Bu istiqamətin
məsələlərinə, insan ekspertlər üçün həlli çətin olan mürəkkəb məsələləri, biliyin və
çıxış proseduraların proqramlı tədqiqi və işlənməsi daxildir. Ekspert sistemlərinin
maraq doğuran cəhətləri aşağıdakılardır.
1.Formalizə olunmamış sahələrdə ekspert sistemlərinin geniş dairədə məsələlərin
həllinə istiqamətlənməsi.
2.Ekspert sistemlərinin köməkliyi ilə müxtəlifsahədə işləyən
mütəxəssislər proqramlaşdırmanı bilmədən, onları maraqlandıran əlavələri işləyə
bilərlər. Praktiki məsələlərin həllində ekspert sistemlərinin köməkliyi iləelə nəticələr
almaq olur ki, onlar heç də insan ekspertlərinin aldığı nəticədən pis olmur.[4]
Dostları ilə paylaş: |