Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

45 


142.2.  Himayədar  ailə  haqqında  əsasnamə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq olunur. 

Maddə 143. Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilə  

143.1.  Uşağın  ailəyə  tərbiyə  edilmək  üçün  verilməsi  barədə  müqavilədə  hökmən  onun 

yaşayış,  tərbiyə  və  təhsil  şəraiti,  himayədar  valideynlərin  hüquq  və  vəzifələri,  qəyyumluq  və 

himayə  orqanının  himayədar  ailə  qarşısında  vəzifələri,  bu  müqavilənin  ləğv  olunmasının 

əsasları və nəticələri göstərilir. Himayəçi valideynlərin əməyinə görə haqqın miqdarı və tərbiyə 

üçün  götürdükləri  uşaqların  sayından  asılı  olmaqla  onlara  verilən  imtiyazlar  qanunvericiliklə 

müəyyən edilir. 

143.2. Uşağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzürlü səbəb olarsa (xəstəlik, 

ailə və əmlak vəziyyətinin dəyişməsi, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında 

münaqişəli vəziyyət) himayədar valideynlərin təşəbbüsü ilə, eləcə də uşağın ailədə tərbiyəsinə, 

təhsilinə  və  sağlamlığına  əlverişsiz  şəraitin  olduğu  və  ya  uşaq  öz  ailəsinə  qaytarıldığı,  yaxud 

övladlığa götürüldüyü hallarda qəyyumluq və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl 

pozula bilər. 

Maddə 144. Himayədar valideynlər

 

144.1.  Aşağıdakılar  istisna  olmaqla,  yetkinlik  yaşına  çatmış,  hər  iki  cinsdən  olan  şəxslər 



himayədar valideyn ola bilər. 

144.1.2.  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  fəaliyyət  qabiliyyəti 

məhdud hesab edilən şəxslər; 

144.3.  məhkəmə  tərəfindən  valideynlik  hüquqlarından  məhrum  olunan  və  ya  valideynlik 

hüquqları məhdudlaşdırılan şəxslər; 

144.1.4.  üzərinə  qanunla  qoyulan  qəyyumluq  (himayəçilik)  vəzifələrini  lazımi  qaydada 

yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər; 

144.1.5.  keçmiş  övladlığa  götürülənlər,  əgər  övladlığa  götürmə  onların  təqsiri  üzündən 

məhkəmə tərəfindən ləğv olunmuşsa; 

144.1.6. səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər. 

144.2.  Himayədar  valideynləri  bu  Məcəllənin  137.2-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş 

tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı seçir. 

144.3. Himayədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə 

qəyyumun (himayəçinin) hüquq və vəzifələrinə malik olurlar. 

Maddə 145. Himayədar ailənin tərbiyəsinə verilmiş uşaqlar və onların saxlanması  

145.1. Valideyn himayəsindən məhrum olmuş, o cümlədən tərbiyə, müalicə, əhalinin sosial 

müdafiəsi müəssisələrində və bunlara bənzər müəssisələrdə olan uşaqlar tərbiyə edilmək üçün 

himayədar ailələrə verilə bilərlər. 

145.2. Himayədar ailələrə verilən uşaqların əvvəlcədən seçilməsi müvafiq icra hakimiyyəti 

orqanı  ilə  razılaşdırılmaqla  uşağı  ailəyə  götürmək  istəyən  şəxslər  tərəfindən  həyata  keçirilir. 

Uşağın  mənafeyinin  tələb  etdiyi  hallar  istisna  olmaqla  qardaş  və  bacıların  ayrılmasına  yol 

verilmir. 

145.3.  Uşağın  himayədar  ailəyə  verilməsi  onun  rəyi  nəzərə  alınmaqla  həyata  keçirilir.  10 

yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. 




 

46 


145.4. Himayədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial 

ödənişlər  almaq,  mənzil  sahəsi  üzərində  mülkiyyətçi  olmaq,  ondan  istifadə  etmək,  mənzil 

sahəsi  olmazsa,  mənzil  qanunvericiliyinə  uyğun  olaraq  mənzil  sahəsi  almaq  hüququna 

malikdir. 

145.5.  Himayədar  ailəyə  verilən  uşaqlar  bu  Məcəllənin  50—52-ci  maddələrində  nəzərdə 

tutulmuş hüquqlara malikdirlər. 

145.6.  Qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  himayədar  ailəyə  verilən  uşağın  hər 

birinə hər ay maddi müavinət verilir. 

145.7. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət 

etmək müvafiq icra hakimiyyəti orqanının borcudur. 

 

YEDDİNCİ BÖLMƏ 



AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN 

ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ 

Maddə 146. Azərbaycan Respublikası ərazisində nikahın bağlanması  

146.1. Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

146.2.  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbi  şəxs  üçün  nikahın  bağlanma  şərtləri 

onun  ölkəsinin  qanunvericiliyi  ilə  və  bu  Məcəllənin  12-ci  maddəsindəki  tələblərə  əməl 

olunmaqla müəyyən edilir. 

146.3. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi 

yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 147. Diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində nikah bağlanması  

147.1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  Azərbaycan 

Respublikası 

vətəndaşları 

arasında 

nikah 


Azərbaycan 

Respublikasının 

diplomatik 

nümayəndəliklərində  və  konsulluq  idarələrində  bu  Məcəllənin  tələblərinə  uyğun  olaraq 

bağlanır. 

147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və ya 

konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı 

hesab edilir. 

Maddə 148. Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması  

148.1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  Azərbaycan  Respublikasının 

vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı 

olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, 

bu  Məcəllənin  12-ci  maddəsində  nəzərdə  tutulan  hallar  (nikahın  bağlanmasına  mane  olan 

hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir. 

148.2.  Azərbaycan  Respublikasından  kənarda  əcnəbilər  arasında  onların  ölkəsinin 

qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır. 

Maddə  149.  Azərbaycan  Respublikası  ərazisində  və  Azərbaycan  Respublikasından 

kənarda bağlanmış nikahın etibarsız sayılması  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə