Əli Rza XƏLƏFLİ
Həyatın Dastanı
ədəbi-fəlsəfi
düşüncələr
Hamlet İsaxanlının
"Ziyarət" poemasının motivləri əsasında
Xəzər Universitəsi Nəşriyyatı
2012
2
© Xəzər Universitəsi Nəşriyyatı, 2012
Bütün hüquqlar qorunur
Redaktor və ön sözün müəllifi:
Hafiz RÜSTƏM, şair-tərcüməçi
Əli Rza XƏLƏFLİ (Əzizli Əli Rza Zal oğlu)
Həyatın Dastanı
ədəbi-fəlsəfi
düşüncələr
(Hamlet İsaxanlının "Ziyarət" poemasının motivləri əsasında).
– Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2012. 239 səh.
ISBN 978-9952-20-071-3
1. Ədəbi-fəlsəfi əsər. 2. Poeziya. 3. Azərbaycan Poeziyası.
4. Ədəbiyyat tarixi. 5. Ədəbiyyatşünaslıq
894.361/3-dc-22
4
Əli Rza XƏLƏFLİ (Əzizli Əlirza Zal oğlu)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
filologiya fakültəsini fərq-
lənmə diplomu ilə bitirmiş, Cəbrayılın Şahvəlli, Tatar və Aşağı Xələfli
kəndlərində müəllim işləmişdir. Həmin illərdəki
pedaqoji fəaliyyətinə görə
"Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür.
80-ci illərin əvvəllərindən mətbuatda çalışır. Əli Rza Xələfli zəngin ya-
radıcılıq yolu keçmişdir. "Karvan körpüdən keçir" (1997), "Baş daşımın ya-
zıları" (1998), "Yurdun övladları" (E.Kamalla
birlikdə, 2000) ədəbi-bədii
publisistik, "Sözə doğru" (2003), "Dünyanın söz üzü" (2007) ədəbi-tənqidi,
"Ocağımın işığı" (2001), "Həsrət körpüsü" (2003) şeirlər və poemalar kitab-
larının müəllifidir. O, "Mənəviyyatın ekologiyası" (2005), "Fənayənin sual-
ları" (2006), "Yana-yana yaşadım" (2006), "Koroğlu - Hoydu dəlilərim,
hoydu" (şair İslam Sadıqla birlikdə, 2006) kitablarının tərtibçi müəllifidir.
Ə.Xələfli "Meyar", "Dünya yazana qaldı" ədəbi publisistik və "Daş yazısı"
şeirlər və poemalar (2008), "Dilimiz-Varlığımız" (2009), "Axtala əfsanəsi"
(2010) ədəbi-tənqidi, "Damcılı" poema (2011), "Üçüncü dünyanın qorxusu"
(2011) povest kitablarının da müəllifidir. "Yaddaşa aparan yollar" kitabı isə
"Kövsər" nəşriyyatında çapa hazırlanır.
Ə.Xələfli "Qızıl qələm" və "Araz" ali ədəbi təltiflərinə və Yazıçılar Bir-
liyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun "Qılınc və qələm" yaddaş mükafa-
tına (2004) layiq görülmüşdür. Ə.Xələfli Rəsul Rza mükafatı (2008) və
Şahmar Əkbərzadə adına Ədəbiyyat mükafatına da (2010) layiq görülüb.
Prezident təqaüdçüsüdür (2010). Professor Abbas Hacıyevin "Sənətin
işığında" (2010) monoqrafiyası Ə.R.Xələflinin yaradıcılığına həsr edilib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, "Kredo" (1999) qəzetinin baş redaktorudur.