22
davranışları digərinin likvidlik və borcunu ödəmə gücünə təsir
edəcəyinə görə hər iki tərəfdə də yenidənqurma ehtiyacı
yaranacaqdır. Bu vəziyyətdə dövlət yenidənqurmanın əsas akt-
yorlarından biri kimi çıxış edərək hər iki tərəf üçün oyun
qaydalarını müəyyən etməlidir. Bu qaydalar çərçivəsində yerli və
xarici investorlar, firma sahibləri, işçilər və dövlət digərlərinin
davranışlarının nəticəsini gözləyəcək və qərarlarını buna görə
müəyyən edəcəklər. Bu cür davranış forması sistemli böhranın
meydana gəldiyi, yerli və xarici kapitala iqtisadiyyatın ən çox
ehtiyac duyduğu vaxtda sözügedən aktyorların qarşılıqlı təsiredici
nəticəsi bazardan geri çəkilmələrini daha yaxşı izah edəcəkdir.
Böhran hadisələrinin və qiymətlərin maliyyə böhranları haq-
qında tədqiqatlarının geniş icmalı Ç.Kindlebergerin əsərində veril-
mişdir.
19
B. nhengrinin və R.Portesin əsərində maliyyə böhranının tə-
rifi bu cür verilmişdir: “Maliyyə böhranı – adətən aktivlərin
qiymətinin aşağı düşməsi və debitorların və vasitəçilərin ödəmə
qabiliyyətinin olmaması ilə müşayiət olunan və bütün maliyyə
sisteminin işinə aid olub, bazarları iqtisadiyyatda kapitalların
təkrar bölüşdürülməsi üzrə imkanlardan məhrum edən maliyyə
bazarlarının fəaliyyətinin pozulmasıdır”.
20
Ə
dəbiyyatda maliyyə böhranına iki baxış növü mövcuddur.
Monetaristlər adətən maliyyə böhranını bank çaxnaşması ilə əlaqə-
ləndirirlər və iqtisadi fəallığın zəifləməsinə səbəb olan pul tək-
lifinin məhdudlaşdırılması ilə bağlı problemlərin əsas mənbəyini
məhz onda görürlər. Onlar maliyyə böhranını yalnız bank çaxnaş-
masına və pul təklifinin azalmasına gətirib çıxardan hadisə kimi
müzakirə edirlər. Hətta aktivlərin qiymətinin kəskin aşağı düşməsi
19
Kindlenberger Ch.Manies. Panics and Cruses. – New-York: Basis Books,
1978.
20
Zichengreen B., Portes R. The Anatomy of Financial Crises. Cambridge,
Massachusetts: National Bureau of Economic Research, 1987. NBER WP 2126.
www.nber.org/papers/w2/26
23
və müəssisələrin müflisləşməsi hallarının artması böhran hesab
edilmir, bu böhran “saxta maliyyə böhranı” adını almışdır. Mone-
tarizm nəzəriyyəsinə görə hökumətin belə bir vəziyyətə müdaxiləsi
zərərlidir, çünki bu zaman iqtisadiyyatın effektivliyi aşağı düşür:
dəstək pul kütləsinin artmasına və inflyasiyanın güclənməsinə sə-
bəb olur. Böhrana tərifin verilməsinə bu cür məhdud yanaşma öl-
kənin bank sahəsində və ödəmə sistemində böhran hadisələrinin
təzahürü qanunlarını ətraflı tədqiq etməyə imkan verir, lakin müza-
kirə predmetini xeyli məhdudlaşdırır.
Monetaristlərdən fərqli olaraq Kindlebergerin və Minskinin
ə
sərlərində aktivlərin qiymətlərinin kəskin aşağı düşməsi, iri bank
və firmaların müflisləşməsi, valyuta bazarında deflyasiya, qeyri-
sabitlik və ya mənfi hadisələrin bir-bir ilə əlaqələnməsi daxil ol-
maqla maliyyə böhranının daha geniş tərifi verilir.
Bu neokeynsianlıq cərəyanının nümayəndələri maliyyə böh-
ranı zamanı ondan çıxmaq məqsədilə dövlətin müdaxiləsinin
genişləndirilməsini təklif edirlər.
Monetaristlərin maliyyə böhranına baxışı həddindən artıq
məhduddur, çünki onlar böhranı bank çaxnaşması və onun pul
təklifinə təsiri ilə əlaqələndirirlər.
Prof. Zahid Məmmədov hesab edir ki, maliyyə böhranının
strukturu aşağıdakı komponentlərdən ibarətdir:
1.
Valyuta böhranı milli valyutanın devalvasiyasına səbəb
olur;
2.
Bank böhranı bir və ya bir neçə bankın müflisləşməsi
ölkədə ödəmə böhranını yaradır və onun fonunda da iqtisadiyyatda
bankların müflisləşmə epidemiyası yayılır;
3.
Borc böhranı daxili və ya xarici borc probleminin kəskin-
ləşməsi ilə əlaqədardır;
4.
fond böhranı qiymətli kağızların, özəlliklə səhmlərin
bazar dəyərinin sürətlə düşməsi
21
.
21
Мамедов
З.Ф. Анатомия финансового кризиса. СПбГУ, 2005. 320 с.
24
Maliyyə böhranının tərifinə əsaslanaraq, yerli və xarici müəl-
liflərin elmi araşdırmalarında maliyyə qeyri-sabitliyinin yaranması
və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə dair vahid
yanaşmanın olmadığını əminliklə sübut etmək olar. Maliyyə böh-
ranı anlayışı o qədər genişdir ki, onun mahiyyətini dəqiq müəyyən-
ləşdirmək mümkün deyil. Maliyyə böhranının strukturu məsələsin-
də də iqtisadçı alimlər arasında fikir birliyi yoxdur.
Beləliklə, maliyyə sarsılmaları sferasındakı işləri yekunlaş-
dıraraq belə qərara gəlmək olar ki, maliyyə böhranının tərkibinin
mahiyyəti aşağıdakılardan ibarətdir: maliyyə böhranı – maliyyə
aktivlərinin qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında
vəziyyətin kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin də-
yərsizləşməsi və suveren borcun ödənilməsi problemi, maliyyə ba-
zarı və maliyyə institutlarının vasitəçilik funksiyasının axsaması və
səhmlərin məzənnə dəyərinin kəskin düşməsi ilə xarakterizə olu-
nur.
25
1.3. BANK BÖHRANI MAL YYƏ BÖHRANININ ƏSAS
KOMPONENTI K M
1.3.1. Bank böhranı haqqında nəzəri mülahizələrin təhlili
ndi ümumiyyətlə bank krizislərinin xüsusiyyətləri və
mənbələri mövzusundakı nəzəriyyələri daha yaxından araşdıraq:
Kaminsky və Reinhartın Bank krizisləri ilə bağlı nəzə-
riyyələri. Bank krizislərinin səbəbləri ölkələrin inkişaf səviyyəsi
iqtisadi və maliyyə strukturu ilə yerləşdıyi coğafiyaya görə dəyiş-
məklə bərabər aparılan işlər krizisin səbəblərinin bir çox nöqtədə
kəsişməsi yönündə məlumatlar təqdim etməkdir. Kaminsky və
Reinhartın 1996-cı ildəki araşdırmasında 20 ölkədə yaşanan bank-
çılıq krizislərindən öncəki və sonrakı dönəmlərdə makroiqtisadi
gəlirlərdəki dəyişmələri incələyərək krizislərin öncədən proqnozu-
na yönəlik “vaxtından əvvəl xəbərdarlıq siqnallarını” təxmin etmə-
yə çalışmışlar. Aparılan araşdırma nəticəsində valyuta ehtiyyatla-
rındakı azalma, yüksək real faizlər, əmtəə qiymətlərindəki sürətli
düşmə, yaxınlaşan krizisin siqnalları olaraq göstərilmişdır.
Krisislər arası əlaqələrə baxıldıqda Kaminsky və Reinhartın
təhlillər göstərmişdir ki, ödəmələr tarazlığındakı krizislər ilə bank
krizisi arasında 1970-ci illərdə hər hansı bir əlaqə olmamışdır. Bu
dönəmdə maliyyə bazarları yüksək nisbətdə idarə olunmuş, təm-
zimlənmişdir. 1980-1990-cı illərdə bank krizisləri getdikcə artmış,
və bank krisizləri ödəmə krisizlərdən önə çıxmışdır.
Kaminsky və Reinhart çalışmalarında qeyd edir: “ölkələrdə
bank krizislərinin çoxu maliyyə mənbəlidir. Həm ölkə daxilində,
həm də kənardan gələn şoklar krizisin təməlindədir. Kreditlərin
artması bank krizislərindən xəbər verir. Belə bir vəziyyət daha çox
liberallaşdırma prosesinin nəticəsidir.
Xaricdən gələn şoklar da əhəmiyyətlidir. Ticarət şərtlərinin
zəifləməsi krizis öncəsi yaranan bir vəziyyətdir. Krizislər ümumiy-
yətlə il və illər ərzində toplanmışdır və digər şokların əhəmiyyəti
baxımından beynalxalq faiz nisbətləri və ya bir çox bulaşıcı təsirlə-
ri də vardır. Araşdırmalar göstərir ki, beynəlxalq və ölkə daxili
Dostları ilə paylaş: |