42
1.5. VALYUTA VƏ BANK QEYRİ-SABİTLİYİ (İKİQAT
BÖHRAN) (TWIN CRISES)
Valyuta və bank sferasının qarşılıqlı əlaqəsi bu böhranların
indikatorlarının da qarşılıqlı əlaqəsi və bir-birini tamamlamasına
səbəb olmuşdur. Milli valyutanın devalvasiyası bank çaxnaşması-
nın yaxınlaşmasının göstəricisidir.
Valyuta böhranlarının bank böhranına səbəb olabiləcək iki
ana kanalı vardır:
I. Sretilizasiyanın yoxluğu böhran öncəsi dövrdə tətbiq
olunan sabit valyuta kursu rejimi tərk edilmədən öncə spekulativ
hücumlar nəticəsində beynəlxalq ehtiyatların böyük ölçüdə yox
olması və bunun əsas pul ehtiyatında və kredit təklifində ani
enmələrə yol açabilməsidir. Azalan kredit həcmi istehsal üzərində
mənfi təsir edəcək və qaytarılmayan kreditlərin artması bank
böhranı ilə nəticələnəcəkdir.
II. Valyuta böhranı ilə birlikdə gələn yerli pulun dəyərsizləş-
məsi nəticəsində banklar arasında böyük miqdarlarda olan və mə-
zənnə riskinə qarşı qorunmamış valyuta cinsindən borcların qayta-
rılma problemləri yaranacaqdır. Bankların öz valyuta mövqeləri az
olsa belə, beynəlxalq investisiya girişinə açıq olan bir iqtisadiyyat-
da bəzi sektorların (ticarətə aid olmayan əmlak sektoru kimi) val-
yuta cinsindən borcları ehtimal ki yüksək olacaqdır. Bank kreditlə-
rinin əsasən bu sektorlarda istifadə olunması və borcluların geniş
olaraq zəifləyən iqtisadiyyatda ödəmə çətinliyi ilə qarşılaşmaları,
bank sisteminin zəifləməsinə səbə ola bilər.
Eyni zamanda bank böhranının valyuta böhranına səbəb
olacaq iki kanal vardır. Hər iki vəziyyətdə, açıq və ya gizli əmanət
sığortasının varlığı və bu yolla mərkəzi bankın sıxıntıda olan
banklara və ya əmanət sahiblərinə monetar dəstək vermək üçün
likvidlik təmin etməsi ilə əlaqəlidir.
I. Mərkəzi bank təmin olunan likvidlik ilə ölkədaxili kre-
ditlərin böyük ölçüdə yayılmasına icazə verə bilər. Bu vəziyyətdə
spekulativ hücum ilə artan valyuta tələbi qarşısında mərkəzi bank
43
qüvvədə olan valyuta məzənnə rejimini (peg) tərk edərək dalğalı
məzənnəyə keçir.
II. Mərkəzi bank likvidlik artırıcı monetar dəstəyini, böyük
miqdarlarda edəcəyi ölkə daxili borclanma ilə qarşılayacaqdır. Bu
miqdarın qaytarılmayan kreditlərin əmələ gətirdiyi böyük bir
portfelə bərabər olacağı hesab edilir. Nəticədə bazar oyunçularının,
ictimai nüfuzun artan borc yükünü inflyasiya yaradaraq və ya de-
valvasiya yolu ilə azaltmağa niyyətli olduğunu anlamaları halında
banklardan pul çəkimləri sürətlə artacaq və sistem zəifləyəcəkdir.
Bununla bərabər iqtisadiyyatda həm bank həm də valyuta
böhranına təsir edəcək ümumi makroiqtisadi şoklar hər zaman
mümkündür. Xüsusilə dünyada gözlənilməyən ani faiz yüksəlmə-
ləri nəticəsində ölkə içindən önəmli miqdarda kapital getməsinə
səbəb olur. Bunun nəticəsində banklardan əmanət azalmaları bank-
lara təsir edəcək və mərkəzi bankın valyuta məzənnəsini qorumaq
istəməsi rezervlər üzərində təzyiq yaradacaqdır.
Valyuta və bank sferasının qarşılıqlı əlaqəsi bu böhranların
indikatorlarının da qarşılıqlı əlaqəsi və bir-birini tamamlamasına
səbəb olmuşdur. Milli valyutanın devalvasiyası bank çaxnaşma-
sının yaxınlaşmasının göstəricisidir, xüsusən, əgər bankların öhdə-
liklərinin əsas hissəsi xarici valyutada ifadə olunmuşdur. Bir qayda
olaraq, milli valyutanın real mübadilə kursunun kəskin olaraq,
qalxması bank böhranını yaradır. Təbii resurslarla zəngin olan və
xammal ixrac edən ölkələr üçün “Holland sindromu” təhlükəsi
mövcuddur – resursların ixracı istisna olmaqla, bütövlükdə ixracı
sarsıdan, hədindən artıq yüksək valyuta kursu, bu da istənilən,
hətta yüksək, valyuta kursunda belə xammal sahələrində rentanın
hesabına gəlir əldə etməyə imkan verir.
Nəzəriyyələrin əksəriyyəti böhranların yaranma sahələri
üzrə, yəni valyuta, bank, ikili, borc və s. həmçinin yaranma
səbəbləri və inkişaf mexanizmləri üzrə təsnifata əsaslanan təsvirini
təklif edirlər. Məsələn, valyuta böhranlarının onların yaranma sə-
bəbi üzrə təsnifatına uyğun olaraq V.Popovun və M.Montesin əsə-
44
rində həmin böhranların dörd növü təklif olunmuşdur.
29
1. Böhranların birinci növü möhkəmlənmiş valyuta qursu za-
manı ödəmə balansının böhranı nəticəsində baş verir, bu Krug-
manın əsərlərində təhlil edilmişdir.
30
Böhran iqtisadi siyasətin istiqamətləri arasında – adətən büd-
cə kəsirinin monetizasiyası ilə möhkəmlənmiş valyuta kursunun
qorunub saxlanılması cəhdi arasında əsaslı uyğunluqla şərtləndiril-
mişdir.
Lakin tədiyyə balansının böhranı həmin ölkənin inflyasiya
tempi ticarət tərəfdaşlarında olduğundan daha yüksək olduğu halda
büdcə defisiti olmadan baş verə bilər.
Bu zaman ticarətin şəraiti və cari əməliyyatların nəticələri
pisləşir, bu da valyuta kursunun dəyişməsi üçün şərait yaradır.
2. Böhranların ikinci növü möhkəmlənmiş valyuta kursu reji-
mi zamanı dövlət borcunun yığılması, sığorta risklərinin və kredi-
torların, onların milli aktivlərdən çıxışa təhrik edən, dövlətin borc-
lar üzrə hesablaşma qabiliyyətinə və istəyinə şübhələrinin və borc
xarici valyutada nominasiya olunduqda daha aşkar olan valyuta
böhranı nəticəsində baş verir.
31
Dövlətin valyuta məzənnəsindən imtina etməsinin faydasının
və zərərinin tutuşdurulması, iqtisadi siyasətin yaxud kreditorların
və investorların ümidlərinin dəyişməsi zamanı əlverişsiz sabit ta-
razlılığın mümkünlüyü, öz-özünə həyata keçən qabaqcadan xəbər
verilənlər – bütün bunlar valyuta böhranı istiqamətində hərəkəti
ə
ks etdirir.
Böhranların üçüncü növü firma və bankların şəxsi borcunun
xeyli artması nəticəsində baş verir. Böhran həddindən böyük qiy-
mət artımı, maliyyə vasitəçilərinin fəaliyyətinin qeyri-effektiv tən-
29
Монтес М.Ф., Попов В.В. Азиатский вирус или голливудская болезнь?
Теория
и праткика валютных кризисов в России и за рубежом. М.: Дело,
2008 – 136 s.
30
Krugman P/A/ Model of balance of payments crisis // Journal of money credit
and banking. Vol. 11. № 3, august 1979. s. 311-325.
31
Krugman P.A. Currency Crises. 1997. web.mit.edu/krugman/www.crises.html
Dostları ilə paylaş: |