354
Qızıl öküz bu yerləri götürdü,
Bircə kəlmə hoha-hişdə dayandı.
Könlü:
O kimdir ki, bəzəmişdi qəməri,
O kimdir ki, mum eylədi dəmiri.
O kimdir ki, uzun sürdü ömürü,
Bildir görüm neçə yaşda dayandı.
Cuma:
Yusif Nəbi bəzəmişdi qəməri,
Davud Nəbi mum eylədi dəmiri.
Nuh Nəbidir uzun sürdü ömürü,
Düz doqquz yüz əlli yaşda dayandı.
Könlü:
Aşıq Könlü heç gözləməz abırı,
O kimdir ki, çəkdi səddi-səburi
O kimdir ki, oxuyanda Zəburu
Avazına ötən quşlar dayandı.
Cuma:
Molla Cuma çox gözlədi abırı,
O İsgəndərdi, çəkdi səddi-səburi
Davud Nəbi oxuyanda Zəburu,
Avazına ötən quşlar dayandı.
Molla Cuma dayı gördü ki, axşam olur. Könlü də bunun ya-
xasından əl çəkmir. Təngə gəldi. Qərar verdi ki, bunun başına elə
iş açmaq lazımdır ki, çıxıb getsin. Aldı görək nə deyir:
Cuma:
Yeddi Qurandadır, yeddi surada,
Yeddi şamamanı bir taqda gördüm.
355
Yeddisi ağdadır, yeddi qarada,
Yeddi bülbülü də bir bağda gördüm.
Bu qıfılbəndin açılmasını Könlüdən tələb elədi. Könlü cavab
verə bilmədi. Cuma davam etdi:
Yeddisi ayaqda, yeddisi başda,
Yeddisi yerdədir, yeddisi ərşdə.
Yeddisi yazdadır, yeddisi qışda,
Yeddi ovçunu da bir dağda gördüm.
Könlü bunu da aça bilmədi.
Yeddisi altdadır, yeddisi üstdə,
Yeddi düşməndədir, yeddisi dostda.
Yeddisi toydadır, yeddisi yasda,
Yeddi almanı bir budaqda gördüm.
Könlü buna da cavab verə bilmədi. Nə qədər təvəqqə elədi-
lərsə də evə getmədi. Axırda “yeddi” deyə-deyə Cara çıxıb getdi.
Qız
90
“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal
91
.
“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.
“Sey” - səni, loğman səni, hər dosta sirdaşa Cəlal.
“Cim” - Cəlil-Cabbar
92
yandırmasın cəsədin atəşə, Cəlal.
“Hey” - həkimsən, hikmətin düşübdür dildaşa, Cəlal.
“Xey” - xudam xəlq eyləmiş nə gözəl əxlaq sana,
“Dal” - deyəllər əqli olan məclisdən çırağı sana,
“Zey” - zəlil Zeynəb
93
beynavalar basdılar ağrı sana,
“Rey” - rəbbin həzrətləri versin ömür badı sana,
“Zey” - zaval yetirməsin aləmlərin xaliqi sana.
356
“Sin” - səni tuş etməsin bed əməllərə, Cəlal.
“Şin” - şəfa xəstələrə həmdərdlərin dəvasısan,
“Sey” - salıbsan aləmə səda, Cəlal.
“Zey” - zərif xoy-xasiyyətin Adəm atanın nəvəsisən,
“Dey” - dalıb dəryalara möhrü-mühüt qəvvasısan.
“Zey” - zülümət çek qəlblərin bəxşi fələyin pərvanasısan.
“Ayın” - Əli, Ömərə, Osmana hədiyyə götürsün, Cəlal.
“Qey” - Qərbə, Şərqə salmışam dostum, sənin adın.
“Hey” - fələk faş
94
eyləmiş külli Gürcüstana adın,
“Kaf” - keçibdi Qax, Kuteyis, Tiflis, Gəngə, Şəkistana adın.
Bakı, Quba, Dağıstana adın.
“Ley” - ləbin Əbdülhəşim döndərmiş büstana adın.
“Min” - Mirzə Məhəmmədi yetirsin sirdaşa Cəlal.
“Nun” - Nəbi Məhəmməd xudan yetirsin çıxasan başa Cəlal.
“Vey” - vurub otağını ol tamaşa etsin Cəlal.
“Lav” - layıxlı keyf çəkək işində həmişə Cəlal.
“Yey” - yazıb bu kəlməni sən kimi qardaşa Cəlal.
Molla Cumanı -
Cümə gün
Ey könül, haqqa iladət qıl Cümə gün,
Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Ver salavat, ol salamat Məhəmməd Mustafanın eşqinə,
Neçə min Kəbə savabın qıl mübarək Cümə gün.
* * *
Aşiq sadiq olanın tərki-dünyadır işi,
Mömün odur ki, dünyada rast gəlməz hər işi
Haqq buyurmuş buna layiq istərsə bir kişi
Bir savabı min yazır o mübarək Cümə gün
* * *
Oxunur məsciddə əzan, cəm olur bayu, gəda
Ola dağlarla günahı əvf edə bayu xuda
357
Oxunur minbərdə Quran fəzzi əda
Bir dəfə zikr eylə sidq ilə Cümə gün.
Mənə
Salam olsun sənə Molla Məhəmməd,
Təzə aşıq oldum, saz göndər mənə.
Amma özüm söz deməyə acızəm,
Bir neсə bənd deyib, söz göndər mənə.
Dörd ağadır, dörd bağbandır, dörd də bağ,
Dörd öləndir, dörd xəstədir, dörd də sağ,
Dörd ovçudur, dörd ceyrandır, dörd də dağ,
Bunun cavabını yaz göndər mənə.
İki dodaq bu cahanı dürr etdi,
İki səsin iki guşim kar etdi,
İki mələk iki gözüm kor etdi,
Təzədən ikicə göz göndər mənə.
Dəryanın ğəvvası ölməgə baxmaz,
Əlli beş sərçədən bir qırğı qorxmaz,
İki şey insanın yadından çıxmaz,
Onun sifarişin yaz göndər mənə.
Molla Cuma özü yazdı bu yazı,
Bülbül kimi xoş danışır avazı,
Səndə olan ol əbyatı, kağızı
Çox lazım olubdur, tez göndər mənə.
358
Molla Oruc
95
(XVIII-XIX)
Burşlu qızı
96
Vaxtsızdı getmə, qayıt
Gedək bizə, Burşlu qızı.
Bacardığım hörməti
Qıllam sizə, Burşlu qızı.
Olmuşam mail muştaq
Xumar gözə, Burşlu qızı
Xoş rəftar bağışlaram
Şirin sözə, Burşlu qızı.
Yaylağın maralısan
Düşdün düzə, Burşlu qızı.
* * *
Amandı ordan gəlib,
Getmə qərib ellərə sən.
Olaydım gümüş kəmər,
Qurşayaydın bellərə sən.
Qırx yerdən saç ayırıb,
Ver sığalı tellərə sən
Yayaram tərifini,
Bil düşərsən dillərə sən.
Gəşt edək bizim eli,
Gəzə-gəzə, Burşlu qızı.
* * *
Hüsnünə göz dəyməsin,
Qədd əla, boy mina təki.
Ətir sinə, ənbər məmə,
Yumşaq göbək pilə təki.
Vəsfinə qoysaq qiymət,
Dostları ilə paylaş: |