Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə121/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   117   118   119   120   121   122   123   124   ...   147

 

424 


 

 

 

 

 

Çökək 

məhlə 

 

 

 

 

 

 

 

Gəncəli 

məhəl-

ləsi

128

 

İpək  kombinatına  yaxın  ərazidə,  kombinatla 

onun  1  №-li  filialının  (keçmiş  7-ci  zavod)  yolun 

başlanğıcının sağ tərəfindədir, relyefinə görə çökək-

də yerləşdiyinə görə “Çökək məhlə” adı verilmişdir. 

Böyük  ziyalılar  nəsli  olan  Hüseynbala,  Süleyman, 

Mustafa və Qurban Abbasov qardaşları, bu nəsli res-

publikada  ləyaqətlə  təmsil  edən  baş  ədliyyə  müşa-

viri, prokurorluğun fəxri işçisi, kamil qələm və kitab 

əhli  İlham  Abbasovun  adları  “Çökək”  məhəllənin 

adlı-sanlı sakinləri sırasında gedir. 

 

Gəncəli  məhəlləsi sözünün etimologiyası vaxti-



lə Gəncədən gəlmiş insanların burada kompakt məs-

kunlaşması barədə fərziyyə yürütməyə əsas verir.      

Şəhərin  yuxarı  hissəsində,  Yuxarı  Karvansa-

ranın  qarşı  tərəfindəki  yüksəklikdə  yerləşmişdir. 

Məhəllənin mərkəzi meydanı (burada xalq oyunları, 

Novruz  bayramları,  atəşfəşanlığ  və  s.)  böyük  bir 

ərazini  əhatə  edir,  buraya  beş  küçədən  çıxış  vardır. 

Gəncəli məhəlləsinə Güldəstə də deyilir. Məhəllənin 

ərazisində  orta  məktəb,  milli  memerlıq  üslubunda 

tikilmiş  binalar,  müqəddəs  sayılan  Güldəstə  piri 

yerləşir.  

Respublikann  xalq  artisti  Əlövsət  Sadıqov, 

Azərbaycan MEA müxbir üzvləri Yaşar Qarayev və 

Mahmud İsmayılov, 1 №-li uşaq musiqi məktəbinin 

yaradıcılarından  olmuş  İbad  Rəhmətullayev,  Azər-

baycan  Yazıçılar  Birliyinin  üzvü  Teymur  Xəlilov, 

məşhur  folklor  bilicisi  Mirzə  Abdulcabbar  (Mirzə 

Abducabbar  Əliyev-Alaqanski)  bu  məhəllədə  yaşa-

mışlar. 



 

425 


Mənkərli 

və 

Sabunçu 

məhəlləsi 

 

Şəhərin  10-cu  rayonu,  Əli  Bayramov  küçəsini 

əhatə  edir.  Bu  məhəllədə  vaxtilə  böyük  pedaqoq 

Rəşid  bəy  Əfəndiyev  yaşamışdır.  Hazırda  onun 

(Güləhli) yaşadığı ev muzey kimi fəaliyyət göstərir. 

Külehli 

(Güləhli) 

məhəlləsi

1

29 

Bu məhəllə “Güleyli”, “Gülehli” Güləhli də ad-

lanır. Əvvəllər 7-ci rayon Qoqol küçəsi bu məhəlləni 

əhatə  edirdi.  Məhəllənin  ərazisində  milli  memarlıq 

üslubunda  tikilmiş  binalar  (bu  binalardan  xeyli 

müddət ittifaq əhəmiyyətli istirahət evi kimi istifadə 

olunmuş,  hazırda  uşaq  xəstəxanasdır),  Külehli 

(Güləhli)  məscidi-Güllü  qarının  məscidi  yerləşir. 

Respublikanın  əməkdar  rəssamı,  məşhur  şəbəkə 

ustası Əşrəf Rəsulov bu məhəllədə yaşamışdır. 

Külehli (Güleyli)  məhəlləsinin aşağı  hissəsində 

Azərbaycan      dramaturgiyasının  banisi  M.F.Axun-

dovun ev muzeyi fəaliyyət göstərir.     

Qullar 

məhəlləsi 

Bu  məhəllə  əvvəllər  “Dağdağanlar”  məhəlləsi 

adlanmışdr.  5-ci  rayon  Qızıl  əsgər  və  Vidadi  kü-

çələrini əhatə edir.  



Yuxarı 

Baş 

 

Şəhərin  yuxarı  hissəsində,  dağın  yamacındakı 

geniş  ərazidə  yerləşmiş  şəhərin  ən  böyük  məhəllə-

sidir.  Görünür,  “Yuxarı  Baş”  sözünün  yaranma  eti-

mologiyası  da,  bu  məhəllənin  şəhərin  ən  yüksək 

hissəsində,  yuxarıda  yerləşməsi  ilə  bağlıdır.  Tarixi 

məlumatlara  görə  1772-ci  ildə  Kiş  çayının  daşması 

nəticəsində  Şəki  şəhərinin  sel-su  altında  qalması, 

dağılması  ilə  əlaqədar  əhali  ucqar  dağ  yamacında 

Yuxarı  başda  yerləşən  Nuxa  kəndinə  qaçdılar  və 

burada məskunlaşdılar.  

Bu  tarixi  məlumata  əsaslanaraq  Nuxa  kəndinin 

indiki  “Yuxarı  Baş”da  yerləşdiyi  barədə  fərziyyə 

yürütmək  olar.  Hər  halda  bu  fərziyyə  öz  gələcək 

araşdırmalarını  gözləyir.  Yuxarı  Baş  məhəlləsində, 



 

426 


birinci rayonda Ağamalı küçəsində xalqın müqəddəs 

məqbərə  kimi  ziyarət  etdiyi  böyük  alim  Mustafa 

Əfəndinin türbəsi yerləşir (daha geniş məlumat üçün 

bax:  Məşədixanım  Nemət  “Azərbaycanda  pirlər”, 

Azərbaycan  Dövlət  Nəşriyyat-Poliqrafiya  Birliyi, 

Bakı, 1992, səh. 76).    



Dartqopsu

nlar 

Bu  nəslə  Hacı  Əhmədlər  də  deyilir.  Şəhərin 

“Sarıtorpaq”  məhəlləsində  “Dəmirqayalar”  nəsli  ilə 

qonşuluqda  məskunlaşmışlar.  Həmin  nəsildən  son 

dərəcə  alicənab,  təmkinli,  xeyirxah  və  ədəb-ərkanlı 

insan olan Ənvər bu ləqəbin yaranması tarixini belə 

izah edirdi: 

-  Vaxtilə  bizimlə  qonşuluqda  yaşamış  iki  dəfə 

müqəddəs  Həcc  ziyarətində  olmuş  Hacı  Usuf  (Yu-

sif)  dayının  atama  (Dartqopsun  Əlibalaya)  nəql 

etdiyinə görə ata babam, 3 dəfə Müqəddəs Həcc zi-

yarətində olmuş Hacı Əhməd soyuq dəymədən bərk 

xəstələnib  evə  gəlir.  Vəziyyətini  arvadı  Tubu  nənə-

mə danışır. Arvadı onu sakitləşdirərək deyir ki, kişi, 

vallah  səndə  heş  nə  yoxdur,  sən  xəstiyə-zada  oxşa-

mırsan.  Babam  təkidlə  tələb  edir  ki,  ona  dobu 

qoysunlar. Nənəm babamın kürəyinə (belinə) bir ne-

çə  dobu  qoyur.  Görünür,  doğrudan  da  babamı  bərk 

soyuq  tutubmuş,  çünki  onun  belinin  əti  dobuların 

içində  şişmiş,  nənəm  dobuları  qoparmaqda  çətinlik 

çəkir. Bu vaxt ağrıya tab gətirməyən  babam ucadan 

“dartqopsun”,  “dartqopsun”  deyə  qışqırır.  Onun 

səsini  bu  zaman  yoldan  ötən  Ququ  Qəhrəman  (o, 

şapqaçı  Valehin  qonşusu  “Dəli  Soltanın”  atası  idi) 

eşidir  və  bütün  şəhərə  yayır.  O  vaxtdan  da  bizim 

nəsil “Dartqopsunlar” oldu.      

 

 

 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə