Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   2   3   4   5   6   7   8   9   ...   147

 

16

ların) dünənki itirilmiş səadəti, xoşbəxtliyi, Vətən, doğma yurd-yu-



va həsrəti, insanın yer üzündəki ikinci Allahı sayılan ata-anaya mü-

nasibəti, çağdaş günlərin qayğısı, sevgi-məhəbbət duyğuları, sabaha 

görə  narahatlıq,  arzu  və  istəklər  bayatılar  vasitəsilə  çatdırılır.  Bir 

dəfə  Şəkidə  xeyli  müddət  görmədiyim,  Sarıtorpaq  məhəlləsində 

köhnə qonşum, müharibədə həlak olmuş atamla dostluq etmiş, 

vaxtilə


 

uşaq  xəstəxanasının  baş  həkimi  işləmiş,  sonralar  haqsızlığa  məruz 

qalaraq  vəzifəsindən  çıxarılmış, özündən  yaşda  xeyli  cavan  ömür-

gün  yoldaşını  itirərək  arvaddan  yetim  qalmış  Ələsgər  həkimi  gör-

düm.  (Burada  vaxtilə  bir  şəkilidən  eşitdiyim  atalar  sözü  yadıma 

düşdü:  “Arvaddan  yetim  qalmaq  anadan  yetim  qalmaqdan  betər-

di”).  Yorğun,  miskin,  əhədi  kəsilmiş  görünürdü  (həyat  onu  yor-

muşdu), bədbinləşmişdi. Mən onun vəziyyətini açıq-aşkar anladım, 

lakin etika xatirinə  “doktor, necəsiniz?”  - deyə  müraciət etdim. O, 

yorğun, yazıq, sanki rəhm diləyən gözlərilə məni ağır-ağır süzərək 

dilləndi: - necə olacam, ay Hikmət müəllim,  

Getdi bülbül, getdi gül, 

İstər ağla, istər gül. 

Bu iki  bayatı misrası ilə o düşdüyü ağır vəziyyətini izah etdi 

və  artıq  bir  kəlmə  də  danışmadı.  Az  sonra  onun  dünyasını  də-

yişdiyini eşitdim... Bayatıların bir qismi göründüyü kimi dərd-sər, 

qəzəvi-qədər,  Fələyin  gərdişindən  giley-güzar,  asilənmədir.  Bu 

səpgidən olan bayatılar yas mərasimlərimdə də oxunur. 



Mənim anam, öz anam, 

Ürəyi dolu söz  anam. 

Yad ağlar, yalan ağlar,  

Qoy ağlasın öz anam. 

 

Xoruz ban verəndə gəl, 

Yaram qan verəndə gəl. 

Sağlığımda gəlmədin, 

Barı can verəndə gəl. 

 

Körpüyəm Kür üstündən, 

Min atı sür üstümdən. 


 

17

Ölmüşəm yerdən götür, 



Ağlama, dur üstümdən.  

Nikbin, yumorlu bayatı nümunələri də diqqəti cəlb edir: 



Əzizinəm bir də gəl, 

Bir də eşit, bir də gəl. 

Gündüz macal tapmasan, 

Gecə saat birdə gəl. 

   * * *       

Şöfdəliyəm kalam mən, 

Dilim yoxdu lalam mən. 

Orda bir yar sevmişəm, 

Pulum yoxdu alam mən. 

Şəki  folklorunda  məşhur  bayatıların  maraqlı,  yerli  şivədə 

özünəməxsus  şəkildə deyiliş variantlarına da rast gəlmək olur: 

O tayda çırax yaniy, 

Baxdıxcə irax yaniy. 

O şərvət çox şirindi, 

İşdıxcə ürex yaniy. 

* * * 

Baxçədən bar yaxşidi,  

Həyvədən nar yaxşidi. 

Sağ olsun qoom-qardaş,  

Hamıdan yar yaxşıdı.  

* * * 

Dəryada balıx yan gidər, 

Aşmə yaramı qan gidər. 

Həkim gələr nə elər, 

Əcəl gələr can gidər. 

 

 

(Baş Göynük kəndi) 

 

 

Araz axmazmış,  

Araz Kürə baxmazmış. 

O gidən zalımın balası, 

Heş dala baxmazmış. 



 

18

* * * 



Göydə ulduz cidadı, 

Canım saa fidadı. 

Nə durmusan mətlufsuz, 

Mətluf verən xudadı. 

 

Müxeyh əhdim ləyəndə, 

Müxeyh boynun əyəndə.  

Bir cüt qurban diyərəm, 

Əlin əlimə dəyəndə.  

 

(Qışlaq - şəhərin Qışlaq hissəsi) 

 

 

* * *   

Əzzim belə bağla, 

Aş kəməri belə bağla.  

Bilbil itməz, gül bitməz,  

Vərənə qalsın belə bağlar. 

 

Əzzim yaxannan, 

Ya soltannan, ya xannan.  

Bir dəstə gül olaydım, 

Asılaydım yaxannan. 

 

 

(Vərəzət kəndi) 

Dilimizdən  düşüb  itib-batmaq  təhlükəsində  olan  unudulmuş 

bəzi  qiymətli  sözlərin  yerli  bayatılarda  yaşaması  da  diqqəti  cəlb 

edir.  


Göydə uçan quşa bax, 

Əyaxları müşəbağ. 

Hamıya yaz gələndə, 

Maa gələn qışa bax. 

İlk  dəfə  Şəkili  folklor  bilicisi  Həyat  Hüseyn  qızı  Qaffa-

rovanın dilindən  yazıya aldığımız  bu bayatıda  verilən  “müşəbağ” 

sözü  yerli  dialektdə  əl  ilə  toxunan  yun  corabların  yırtılan  hissə-

sinin  mini  (kiçik)  toxunması  deməkdir.  Deməli,  bayatıda  təsvir 

olunan  ayaqları  bir-birinə  “müşəbağ”  olunmuş  quşun  ağır  vəziy-




 

19

yətinə  yanğı  ifadə  edilir,  bayatı  deyən  həmin  quşla  düşdüyü  və-



ziyyətini  müqayisə  edir.  Sakit,  aydın,  aylı  gecə  mənasını  verən 

“Gəyən” sözü yerli bayatıda necə də yerində işlədilmişdir: 



O gecə, Gəyən gecə, 

Dost boynun əyən gecə, 

Cəsətdə can titrəyir 

Əl-ələ dəyən gecə.  

Yerli bayatılarda belə nümunələr çoxdur. 

Kəsik bayatılar, xoyratların da ayrıca verilməsini məqsədəuy-

ğun  hesab  etdik  (folklorumuzda  bəzi  xoyratlara  “əzizim”,  “əzi-

zinəm”,  “eləmi”,  “mən  aşığam”,  “mən  aşıq”  və  s.  sözləri  əlavə 

edilərək  bayatı  kimi  verilir).  Araşdırmalar  göstərir  ki,  Kərkük 

folkloru üçün səciyyəvi olan bu  janrın,  xoyratın  Azərbaycanda, o 

cümlədən Şəkidə də dəyərli nümunələri vardır və bu məsələdə fi-

lologiya elmləri doktoru, professor, folklorumuzun görkəmli araş-

dırıcısı  Q.Paşayevin  etibarlı  mənbələrə  söykənən  fikri  ilə  tama-

milə  razıyıq  (bax:  Bir  daha  xoyratlar,  ədəbiyyatımız  və  folklor-

şünaslıq elmimiz  haqqında. Ədəbiyyat qəzeti, 23  May 2008-ci  il, 

№ 19 (3614)).  

Ay Mədəd,  

Ülkər Mədəd, ay Mədəd. 

Baş verib dan ulduzu, 

Ayrlıqdı, ay Mədəd 

* * * 

Aydın olsun, 

Gün doğsun, aydın olsun.  

Bu gün oğul toyundur, 

Gözünüz aydın olsun.  

* * *   

Araz axmazmış, 

Araz Kürə baxmazmış. 

O gidən zalımın balası, 

Heç dala baxmazmış. 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə