Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə94/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   90   91   92   93   94   95   96   97   ...   147

 

300 


De, necə bel bağlayım, 

Etibarsız yara mən?  

 

7. Körpüyəm, Kür üstündən, 



Min atı, sür üstümdən 

Ölmüşəm, yerdən götür 

Ağlama, dur üstümdən.  

 

II 

1.Köynəyim sarı bafta, 

Oturmuşdum otaqda, 

Gəncədən bir yel əsdi, 

Gül qoymadı budaqda.  

 

2.Qaşların əyəri var, 



Əyisən, əyəri var. 

Çəkməyin yar adını, 

Bizə də dəyəri var. 

 

3.Buxarı qurum aldı, 



Od tutdu, qurum aldı. 

Fələk bir iş işlətdi, 

Bizə də zülüm oldu. 

 

4.Mən aşığam kimi zər, 



Kimi zərbaf, kimi zər. 

Əlim səndən üzsələr, 

Könlüm səndən kim üzər? 

 

5.Mələ, a quzum, mələ, 



Səsin bağrımı dələ. 

Mən mələdim gəlmədi, 

Sən mələ, bəlkə gələ. 

 



 

301 


6.Göyərçin yuvadadı, 

Qonubdu, yuvadadı. 

Bir əlim sənə sarı, 

Bir əlim duadadı. 

 

7.Mən aşıq düşməz ələ, 



Ox yaydan düşməz ələ. 

Sərt yerin tərlanıdı, 

Hər zaman düşməz ələ. 

 

8.Əzizim yola baxmaqdan, 



Sağa, sola baxmaqdan. 

Nə sən yoldan əskik ol, 

Nə mən yola baxmaqdan. 

 

9.Əzizim aydın olsun, 



Gün doğsun, aydın olsun, 

Bu gün oğul toyudu, 

Gözünüz aydın olsun. 

 

III 

 

1.Axşamlar, ay axşamlar, 

Şamlar yanar axşamlar. 

Yerli evinə gedər, 

Qərib harda axşamlar. 

 

2.Saqqalıma dən düşüf, 



Bilmirəm nədən düşüf? 

Aləmə qız paylanır,  

Mənəsə nənəm düşüf. 

 

3.O da yandırır məni, 



Bu da yandırır məni. 


 

302 


Deyirlər ki sərindir, 

Su da yandırır məni.  

 

4.  Şirinlərin şiriniyəm, 



Acıların acısıyam. 

Kimin bacısı yoxsa, 

Mən onun bacısıyam. 

 

5.  Şöftəliyəm, dəyməmişəm, 



Baş budağım əyməmişəm. 

Quran gətir əl basım, 

O qıza mən dəyməmişəm.  

 

6.  Çisgi yağış yağırdı, 



Bir qız ordan çağırdı. 

Əllərinə əl vurdum, 

Ana deyib çağırdı. 

 

7.  Papurusum yana-yana 

Od düşür şirin jana. 

Vallah qoyub gedərəm, 

Qalarsan yana-yana.  

 

8.  Yataram mən, ya Allah, 

Duraram mən, inşallah. 

Əyər dura bilməsəm, 

La ilahə illəllah. 

 

9.  Bir qar yağır tozanaq, 

Bir yer göstər uzanax. 

Bəlkə biz də bir dənə, 

Körpə cocux qazanax. 

 

10. Bulağa gedən dörd gəlin, 




 

303 


Dart balağo ort gəlin.  

Qırmızı tuman içində  

Bəslənmisooz pört gəlin. 

 

11. Kağızın ağına bax,  



Çevir sağ-soluna bax. 

Əyər yadına düşsəm, 

Şəkinin dağına bax. 

 

12. Qızlar gəlir əl-ələ, 

Qoyubdular əl belə. 

Oğlanların əlindən,  

Adım düşübdü dilə. 

 

13. Dəvə gördüm kərvansız, 

Bağça gördüm bağbansız. 

Hamıya dərman verdim, 

Özüm qaldım dərmansız.  

 

14. Qarabağda talan var, 



Zülfün üzə salan var. 

Gedirsən, tez qayıt gəl, 

Gözü yolda qalan var.  

 

15. Şap deyir ki, şupdadir 

Şup deyir ki, şapdadir 

Nə şapda, nə şupdadir, 

Demə şarap-şupdadir. 

  

16. Əzizim sini-sini, 

Doldur ver sini-sini. 

Yarim mənə həyatdır, 

Neynirəm özgəsini. 

  



 

304 


17. A gəlin, nazlı gəlin, 

Ördəkli-qazlı gəlin. 

Top-tüfəngin yaxşıdı, 

Bariti azdı gəlin. 



 

18. Bir quş gəlir Ağdaşdan, 

Xəbər verir qardaşdan. 

Qardaş doysa bacıdan, 

Bacı doymaz qardaşdan. 

 

19. Allah, məni xar eləmə, 



Qulağımı kar eləmə. 

İnkir-Minkir gələndə,  

Dilimi lal eləmə

*



 

IV 

 

1.Lilayla girdim bağa,  

Qızıl gülü dərmağa 

Qızıl gülü məhnə tutub,  

Gözəl yarı görmağa. 

 

2.Uzun çinar, dağ, çinar, 



Gəl dərində qal, çinar. 

Yarım biçin biçəndə, 

Üstünə gölgə sal, çinar. 

  (Selbasan kəndi) 

   

3.Ay doğdu dağa düşdü. 



Kölgəsi bağa düşdü, 

Dostum, gəl halallaşaq, 

Yolum irağa düşdü. 

  (Selbasan kəndi) 

 

______________________ 



* Son iki nümunəni söylədi 72 yaşlı tibb işçisi Musayeva Humay. 


 

305 


4.Ay doğdu üzə düşdü, 

Şuxu Tiflisə düşdü 

Hamılar öz hayında, 

Ayrılıq bizə düşdü. 

(Selbasan kəndi) 

 

5.Əzizim kimi gözlər, 



Tar çalan simi gözlər 

Nə gözün kimi göz var, 

Nə sözün kimi sözlər.     

 

6.Yarpaq üstə cücü var, 



İpin iki ucu var. 

İki könül bir olsa, 

Kimin ona gücü var.  

 

7.Qış da ötdü, bahar da,    



Gözüm qaldı baharda. 

Fəsillər içrə ən çox, 

Onu sevir Bahar da. 

        


8.Göydən bir ağ quş gəldi, 

Bizi deyib tuş gəldi. 

Biz sülhə səs verəndə,  

Ellərdən alqış gəldi. 

   

9.Bu dağdan nəsə gəldi,  



Yolları kəsə gəldi. 

Sülhün səsi ucaldı, 

Ellər də səsə gəldi. 

 

10. Ağ donun ağlı qalsın, 



Boxçada bağlı qalsın. 

Məndən başqa yar sevsən, 

Üzün budaxlı qalsın.  



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə