10
ekspertləri beynəlxalq valyuta qaydalarının hazırlanması təşəbbüsünü irəli sürdülər.
Bu məsələ 1-22 iyul, 1944-cü ildə keçirilən Bretton Vuds konfransında əsas müzakirə
obyekti oldu. Beynəlxalq valyuta maliyyə münasibətlərini tənzimləyən və işlək
valyuta sistemi yaratmaq üçün konfransa iki plan təqdim olundu. Bu planlar ingilis
lord Keyns və amerikalı Henri Vayt tərəfindən hazırlanmışdı. Təqdim olunan planların
hər ikisində aşağıdakı əsas prinsiplər öz əksini tapmışdır:
- dünyada sərbəst ticarət və maliyyə mübadiləsi aparılması qaydasının qəbul
edilməsi,
- beynəlxalq valyuta sabitliyinin əldə edilməsi və onun qaydalarının
beynəlxalq sazişlərlə təstiq olunması,
- qızıl standartının qızıl valyuta standartı ilə əvəz edilməsi,
- valyuta sisteminə nəzarət və bu sahədə əməkdaşlıq etmək mexanizmini
həyata keçirmək məqsədilə beynəlxalq valyuta təşkilatının yaradılması,
- xarici ödənişlərdə kəsirin müəyyənləşdirilməsini təmin etmək üçün
beynəlxalq klirinq mexanizminin yaradılması.
Bu ümumi prinsiplər istisna olmaqla Keyns və Vayt tərəfindən hazırlanmış
planlar konseptual baxımdan bir-birindən kəskin fərqlənirdi. Keyns planının əsas
məqsədlərindən biri hər bir ölkənin valyuta pul siyasətinin onun milli iqtisadiyyatının
inkişafına xidmət etməsini təmin etmək üçün bu siyasətin həyata keçirilməsində
ölkəyə geniş muxtariyyat verilməsini nəzərdə tuturdu. Eyni zamanda mənfi saldosu
olan ölkələrə xarici valyuta məhdudiyyətlərini azaltmaq məqsədilə Keyns həmin
ölkələrə geniş beynəlxalq yardımın göstərilməsini təklif edirdi.
Keyns planında ölkələrin iqtisadi və valyuta münasibətlərini tənzimləmək üçün
yeni təşkilatların yaradılması təklifi irəli sürülür. Bu isə praktikada ölkələrin mərkəzi
banklarının, Dünya Bankının yaradılması, beynəlxalq pul vahidinin dövriyyəyə
buraxılması, ölkələrin tədiyyə balansında baş verən pozuntuların tənzimlənməsi kimi
mühüm məsələlərin həllini nəzərdə tutur. Bu tənzimləmə mexanizminin əsasında
Beynəlxalq Klirinq ttifaqı dururdu. Keyns, eyni zamanda Beynəlxalq Klirinq
ttifaqının öz valyutasının olmasını və onun bütün kitablarında bütün debet və kredit
hesablarının bu valyutada aparılmasını təklif edir. Keynsə görə Beynəlxalq Klirinq
11
ttifaqı sülhü təmin edən təşkilatları maliyyələşdirməli, qiymətlərə və xammaldan
istifadəyə nəzarət etməli, onun nəzdində Xüsusi Yardım və Yenidənqurma Agentliyi,
Beynəlxalq nvestisiya Bankı və konyukturanı tənzimləyən təşkilatları yaradılmalıdır.
Beləliklə yuxarıda deyilənlərdən məlum olduğu kimi Keynsin təklifinin
mahiyyəti ayrı-ayrı ölkələrdə iqtisadiyyatın inkişafına təsir göstərmək, onu
böhrandan çıxarmaq, ölkələrarası sıx iqtisadi əməkdaşlığı təmin etmək qabiliyyəti və
güclü maliyyə imkanlarına malik olan beynəlxalq təşkilatların yaradılmasından və
onların vasitəsilə dünyada maliyyə valyuta münasibətlərinin tənzimlənməsini təmin
etməkdən ibarətdir. Təklif olunan təşkilatların mürəkkəb struktura malik olması və
yaradılma çətinliyi layihənin qəbul olunmasında böyük maneəyə çevrildi.
Keynsin planı ilə müqayisədə Vaytın təqdim etdiyi plan zahirən sadə və işlək
xarakter daşıyırdı. Bu plan çoxşaxəli beynəlxalq orqanın əvəzinə sabitləşdirmə
fondunun yaradılmasını nəzərdə tuturdu. Ümumi bir kassanı xatırladan və fondun
üzvü olan dövlətlərin depozitləri hesabına formalaşan sabitləşdirmə fondunun əsas
vəzifəsi ayrı-ayrı ölkələrə müəyyən şərtlər daxilində xarici valyuta vermək
funksiyasını yerinə yetirmək idi. Bu plan beynəlxalq valyutanın yaradılmasını nəzərdə
tutmurdu. Vaytın fikrincə, əgər belə valyutanın yaradılmasına zərurət yaranardısa, o
zaman bu valyuta çox ciddi formada və daimi olaraq qızıla bağlanmalı idi. Eyni
zamanda, milli valyutaların məzənnələri bu beynəlxalq valyutaya, həm də qızıla
nisbətən müəyyən olumuş valyuta pariteti əsasında təyin olunmalı idi.
Vaytın planına görə zəif valyutası olan ölkələrə xarici iqtisadi əlaqələrini
sağlamlaşdırmaq məqsədi ilə valyuta nəzarətinə və ya diskriminasiya tədbirinə meyl
etmək məsləhət görülmürdü. Lakin daxili iqtisadi siyasətdə qayda–qanun yaratmaq
üçün müvafiq tənzimləmə işlərinin aparılması çox vacib hesab edilirdi.
Bretton-vuds konfransında Vayt planı əsas kimi qəbul edildi. Ingilis
ekspertlərinin səyləri nəticəsində aparılan cüzi dəyişikliklər isə onun mahiyyətini
dəyişdirmədi.
Qızıl valyuta standartı. 1944-cü il iyulun iyirmi ikisində qəbul edilmiş Bretton
– Vuds müqavilələri beynəlxalq valyuta münasibətlərində qızıl valyuta standartına
keçidin əsasını qoymuşdur. Qızıl valyuta standartı sisteminin əsasını qızıl təşkil edirdi.
12
Bütün ölkələr özlərinin qızıl ehtiyatlarına malik olmaqla, istənilən zaman onu
beynəlxalq hesablaşmalarda istifadə edə bilərlər. Qızıl valyuta standartının tətbiqi
iqtisadi cəhətdən zəif inkişaf etmiş az qızıl ehtiyatları olan ölkələrə, onların
valyutalarının məzənnəsini sabit saxlamaq və xarici valyutalara dönərliliyini təmin
etmək üçün öz valyuta ehtiyatlarını xarici valyutada saxlamaq hüququ və imkanı
yaratdı. Bu imkan verildikdən sonra bir çox ölkələrin mərkəzi bankları özlərinin
ehtiyat fondlarını dollarda yaratmağa başladılar və dollar qızılın əsas rəqibinə çevrildi.
Qızılın əlvan metal kimi məhdud olması dolların istifadə imkanını genişləndirdi.
Beləliklə, Bretton – Vuds sistemi qızıl valyuta sisteminin təməlini qoydu. Yəni, dollar
qızılla digər valyutalar arasında vasitəçi rolunu oynamağa başladı.
Beynəlxalq valyuta münasibətləri inkişaf etdikcə dolların qızıla nisbətən
dönərliliyi praktiki əhəmiyyətini itirmiş və ümumiyyətlə maliyyə məsələlərinin
həllində qızılın rolu xeyli zəifləmişdi. Dolların beynəlxalq rolunun ildən-ilə
möhkəmlənməsi isə dövriyyədə onun həcminin sürətlə artmasına və qızılın sərbəst
bazardan sıxışdırılmasına şərait yaratmışdır. Bu da öz növbəsində qızılın
məzənnəsinin onun rəsmi paritet əsasında dollarla ifadə olunmuş dəyərindən kəskin
surətdə fərqlənməsinə səbəb olmuşdur. Həmçinin, bu dövrdə dollar qızıla konvertasiya
olunan yeganə valyuta idi. ABŞ dollarının mövqeyi beynəlxalq iqtisadiyyatda get-
gedə güclənirdi. Lakin 60-cı illərin bir sıra iqtisadi prosesləri və Vyetnam
müharibələri ilə əlaqədar dolların mövqeyi zəifləməyə nisbətən başladı.
Beynəlxalq valyuta bazarlarında yaranmış gərginlik nəticəsində bir sıra ölkələr
milli valyutalarının qızıla və ya dollara nisbətən məzənnəsini təyin etmə yolu ilə
müəyyən edilməsi praktikasından imtina edir və milli valyutaların məzənnələrinin
bazar şərtləri əsasında sərbəst formalaşması üsuluna üstünlük verirdilər. Artıq 1971-ci
ilin may ayında markanın, Kanada dollarının, avqust ayında isə ABŞ dollarının
məzənnəsi sərbəst müəyyən olunmağa başlandı. Bütün bunlar Bretton-Vuds sisteminin
dağılmasını sürətləndirirdi.
1944-cü ildə əsası qoyulan və 60-cı illərin sonu böhranı başlanan Bretton-Vuds
valyuta sisteminin prinsipləri artıq istehsalat şərtlərinə, dünya ticarət şərtlərinə uyğun
Dostları ilə paylaş: |