Maddə 16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasına
gəlişi
ilə
bağlı
qadağalar
və
məhdudiyyətlər
16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına
gəlmək aşağıdakı hallarda qadağan edilir:
16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan
Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni
mənafelərinin qorunması bunu tələb etdikdə;
16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə
və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin
üzvü olması barədə məlumat olduqda;
16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan
Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum
olunduqda,
əgər
məhkumluğu
qanunla
müəyyən
edilmiş
qaydada
ödənilməmişdirsə və ya götürülməmişdirsə;
16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;
16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan
edilmiş məqsədlərini pozduqda;
16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü
və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə;
16.1.8. şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə
və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda.
16.2. Bu Məcəllənin 16.1.6 – 16.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə
5 il müddətinə qadağa qoyulur.
16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan
qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
Maddə 17. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması
17.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından
getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
17.1.1. onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd
olduqda – bu əsas aradan qalxanadək;
17.1.2. onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun
olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə – azad
edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv
edilənədək;
17.1.3. onlar məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
ilə müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək və ya bu Məcəllənin
17.1.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla cəzadan azad
edilənədək;
17.1.4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq
barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli
məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
17.1.5. onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq
vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın
çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə
qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
17.1.6. məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün
müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən
getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar
qəbul edilənədək;
17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində qanuni qüvvəyə minmiş inzibati
tənbeh tədbirləri icra edilənədək.
17.2. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin
aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq,
profilaktik
peyvəndlər
tələb
olunan
ölkələrə
gediş-gəlişinin
məhdudlaşdırılması ilə nəticələnir.
17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş
qaydada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-
axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar
aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
Maddə 18. Azərbaycan Respublikasına pasportsuz və ya vizasız gələn
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
18.1. Bu Məcəllənin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan
pasport və digər sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə
cəhd göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının ərazisinə buraxılmadan, gəldikləri ölkəyə qaytarılırlar.
18.2. Saxta və ya başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd
göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş
qaydada məsuliyyətə cəlb edilirlər.
Maddə 19. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisindən tranzit keçidi
19.1. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hər hansı bir dövlətdən
Azərbaycan Respublikasının ərazisinə girişi və Azərbaycan Respublikasının
ərazisində müəyyən olunmuş marşrut üzrə hərəkət edərək üçüncü ölkəyə çıxışı
həmin şəxsin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi hesab olunur.
19.2. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə bu Məcəllənin 34–37-ci maddələrində nəzərdə
tutulmuş qaydada tranzit vizası verilir.