Microsoft Word Azrbaycanda inhisarclq faliyytinin dovlt tnzimlnmsi mexanizmi V onun tkmillsdirilmsi probleml doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.04.2018
ölçüsü0,52 Mb.
#35567
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

32 

 

gücləndirilməsini, dördüncüsü istеhlakçıların hüquqlarının müdafiəsi və rəqabətin 



gеnişləndirilməsi  məqsədi  ilə  оnun  təşviqi  istiqamətində  tədbirlər  həyata  kеçirir. 

Rеspublikada rəqabət mühitinin vəziyyətinin nеcə olmasını və antiinhisar siyasətin 

mövcud durumunu daha düzgün qiymətləndirmək üçün оnların hər birinə ayrılıqda 

dəyərləndirmək lazımdır.  

2013-cü ildə Dövlət Xidməti tərəfindən 3273 təsərrüfat subyektində yoxlama 

aparılması məqsədi ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 

reyestrində qeydiyyat aparılmışdır.  

Avropa  ttifaqına ixrac üçün kod almış 3 təsərrüfat subyektində istehsalın A -

nin  qanunvericiliyinə  uyğunluğunu  müəyyənləşdirilmək  məqsədilə  dövri 

ekspertiza  keçirilməsi  məqsədi  ilə  3  qeydiyyat  aparılmışdır.  Bu  təsərrüfat 

subyektlərində aparılmış ekspertiza zamanı bir sıra nöqsanlar aşkar olunmuş və bu 

nöqsanların  aradan  qaldırılması  barədə  təsərrüfat  subyektlərinə  göstəriş 

verilmişdir.  

Avropa  ttifaqına  ixrac  üçün  kod  nömrəsi  alınması  barədə  müraciət  etmiş  1 

təsərrüfat subyektində ekspertiza keçirilməsi məqsədi ilə 1 qeydiyyat aparılmışdır. 

Aparılmış  ekspertiza  nəticəsində  müəssisədə  istehsal  olunan  məhsulların  ümumi 

bazarın təşkili barədə Avropa  ttifaqı qanunvericiliyinin tələblərinə uyğun olduğu 

müəyyən  edildiyindən  həmin  təsərrüfat  subyektinə  məhsulların  ixracı  üçün 

təsdiqedici kod nömrəsi verilmişdir.  

Taxılçılıq  subyektləri  tərəfindən  istehsal  olunan  taxıl  məhsullarının 

keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri qaydasında anbarda olan 

buğdadan və hazır məhsullardan nümunələr götürülməsi məqsədi 104 qeydiyyat ilə 

aparılmışdır.  

Bu  nəzarət  tədbirlərinin  93-də  taxıl  məhsullarından  nümunələr  götürülərək 

laborator  müayinəyə  göndərilmişdir.  Nəzarət  tədbiri  təyin  olunmuş  ünvanda 

fəaliyyət göstərən taxılçılıq subyektinin fəaliyyətini dayandırması, həmin ünvanda 

başqa  təsərrüfat  sübyektinın  fəaliyyət  göstərməsi  və  s.  səbəblərdən  11  nəzarət 

tədbiri  zamanı  nümunə  götürülməsi  mümkün  olmamışdır.  Antiinhisar  və  reklam 




33 

 

haqqında  qanunvericiliyə  riayət  olunmasına  nəzarət,  eləcə  də  haqsız  rəqabətin 



qarşısının  alınması  məqsədi  ilə  nəzarət  tədbiri  həyata  keçirilməsi  üçün  98 

qeydiyyat  aparılmışdır.  Bu  nəzarət  tədbirləri  zamanı  89  halda  yoxlama  aparılmış 

və  bu  yoxlamalardan  67-də  qanun  pozuntusu  aşkar  olunmuşdur.  Nəzarət  tədbiri 

təyin  olunmuş  ünvanda  fəaliyyət  göstərən  təsərrüfat  subyektinin  həmin  ünvanda 

fəaliyyətini  dayandırması  və  ya  həmin  ünvanda  başqa  təsərrüfat  sübyektinın 

fəaliyyət göstərməsi və s. səbəblərdən 9 halda nəzarət tədbiri aparılması mümkün 

olmamışdır.  Taxılçılıq  subyektlərində  taxıl  məhsullarınnın  keyfiyyətinə  və 

təhlükəsizliyinə  nəzarət  tədbiri  həyata  keçirilməsi  məqsədi  ilə  4  qeydiyyat 

aparılmışdır. Bu nəzarət tədbirlərinin 4-də qanun pozuntusu aşkar edilmişdir.  

Pərakəndə ticarət, ictimai iaşə, məişət və digər nov xidmət qaydalarına əməl 

olunmasına  nəzarət  tədbiri  həyata  keçirilməsi  məqsədi  3063  qeydiyyat 

aparılmışdır.  Bu  nəzarət  tədbirləri  zamanı  2535  halda  yoxlama  aparılmış  və  bu 

yoxlamalardan 2254- də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri təyin 

edilmiş  ünvanda  fəaliyyət  göstərən  təsərrüfat  subyektinin  həmin  ünvanda 

fəaliyyətini  dayandırması  və  ya  həmin  ünvanda  başqa  təsərrüfat  sübyektinın 

fəaliyyət  göstərməsi  və  s.  səbəblərdən  528  halda  nəzarət  tədbiri  aparılması 

mümkün olmamışdır.  

Nəzarət  tədbirlərinin  2539-u  (96,6%-i)  ticarət,  28-i  (1,1%-i)  istehsal,  42-si 

(1,6%-i)  ictimai-iaşə,  19-u  (0,7%-i)  isə  digər  xidmət  obyektlərində  aparılmışdır. 

Ticarət  obyektlərində  aparılmış  yoxlamaların  88,  9%-də,  istehsal  sahəsində 

aparılmış yoxlamaların 85,7%-də, ictimai-iaşə obyektlərində aparılan yoxlamaların 

71,4%-də,  digər  xidmət  sahələrində  aparılmış  yoxlamaların  78,9%-də  qanun 

pozuntusu aşkar edilmişdir.  

Həyata  keçirilmiş  nəzarət  tədbirləri  nəticəsində  mənşəyi  məlum  olmayan, 

saxlama  müddəti  ötmüş,  qanunvericiliyə  uyğun  olaraq  sertifikatlaşdırılmalı  olan, 

lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri 

normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 50,7 ton ərzaq malları, 

1,1 ton qeyri ərzaq malları və 5,6 ton tikinti materialları dövriyyədən çıxarılmışdır.  




34 

 

Dövriyyədən  çıxarılmış  ərzaq  mallarının  44,4  tonu  müvafiq  qaydada  məhv 



edilmiş, 4,1  tonu  normativ  sənədlərin  tələblərinə  uyğunlaşdırıldıqdan  (üzərinə 

azərbaycan  dilində  məlumatların  vurulması  təmin  edildikdən)  sonra  satışa 

qaytarılmış, 0,5 tonunun şəxsi məqsədlər üçün istifadəsinə icazə verilmiş, 1,7 tonu 

ilə bağlı araşdırmalar davam edir.  



Cədvəl 2. 1.  

2013-cü ildə aparılmış nəzarət tədbirləri haqqında məlumat, sahələr üzrə 

 

Sıra 



N-si 

 

 



Sahələrin adları 

Aparılmış 

nəzarət 

tədbirlərinin sayı 

 

Nöqsan aşkar 



edilmiş nəzarət 

tədbirlərinin sayı 

 

Nöqsan aşkar edilmiş 



nəzarət tədbirlərinin 

xüsusi çəkisi (%-lə) 

Ticarət 


2539 

2256 


88,9 

stehsal 



28 

24 


85,7 

 



 

ctimai-iaşə xidməti 

 

42 


 

30 


 

71,4 


 

 



Digər xidmət sahələri 

 

19 



 

15 


 

78,9 


 

5 

 

Yekun 

 

2628 

 

2325 

 

88,5 

 

Dövriyyədən  çıxarılmış  qeyri  ərzaq  mallarının  1,0  tonu  müvafiq  qaydada 



məhv  edilmiş,  0,1 tonu  normativ  sənədlərin  tələblərinə  uyğunlaşdırıldıqdan sonra 

satışa qaytarılmışdır.  

Dövriyyədən  çıxarılmış  tikinti  materiallarının  0,  7  tonu  müvafiq  qaydada 

məhv edilmiş, 4, 9 tonu ilə bağlı araşdırmalar davam edir.  

Antiinhisar  və  reklam  haqqında  qanunvericiliyə  riayət  olunmasına  nəzarət, 

eləcə  də  haqsız  rəqabətin  qarşısının  alınması,  məhdudlaşdırılması  və  aradan 

qaldırılması  məqsədi  ilə  aparılmış  89  nəzarət  tədbirindən  67-də  qanun  pozuntusu 

aşkar  edilmiş,  22-də  isə  pozuntu  aşkar  edilməmişdir.  Pozuntu  aşkar  edilməmiş 

nəzarət  tədbirləri  əmtəə  nişanının  təqlidi,  qanunsuz  reklam  üsullarından  istifadə 

edilməsi,  saxta  və  markalanması  normativ  sənədlərin  tələblərinə  uyğun  olmayan 

malların satışı ilə əlaqədar müvafiq bazar iştirakçılarından və vətəndaşlardan daxil 

olmuş müraciətlər əsasında aparılmış yoxlamalardan ibarət olmuşdur. 2012-ci illə 

müqayisədə  aparılmış  nəzarət  tədbirlərinin  sayı  19  yoxlama  və  ya  17,6  faiz 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə