17
istehsal etmiş olduğu hazır məhsulların buraxılmasına kimi bütün texnoloji
mərhələləri əhatə etməklə istehsal etmiş olduğu hazır məhsulları şəxsi satış,
nəqliyyat və ticarət şəbəkəsi vaitəsilə istehlakçıya çatdırır. Ancaq sırf şaquli
inteqrasiya prinsipinə uyğun meydana gəlmiş konsernlərin diversifikasiya olmuş
konsernlərə nisbətən bazarda xüsusi çəkisi çox deyil. Diversifikasiya olmuş
konsernləri həm də Konqlomerat adlandırırlar.
Tipik müasir konsernlər, öz növbəsində, istehsalın şaquli inteqrasiyası ilə
diversifikasiya olmuş istehsalın hər ikisini özündə birləşdirir. Bu o deməkdir ki,
onlar eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində tam texnoloji dövriyyəyə
məxsus olurlar.
Ticarət sahəsində aradılan konsorsiumlar sifarişlər uğrunda mübarizə məqsədi
ilə yaradılır. Maliyyə konsorsiumlarının iştirakçıları isə, öz nöxbəsində, çox vaxt
istiqrazların yerləşdirilməsi və digər bu kimi əməliyyatların həyata keçirilməsi ilə
məşğul olan banklardır. Bundan əlavə sənayə, tədqiqat və s. konsorsiumlar olur.
Sənaye konsorsiumları sənaye layihələrinin – müəssisələrin tikilməsini, neft-
qaz kəmərlərinin çəkilməsini, faydalı qazıntıların mənimsənilməsini həyata keçirir.
Hal hazırda Azərbaycanda bağlanmış neft müqavilələri əsasında neftin hasili və
nəqli ilə bağlı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron
Əməlyyat şirkəti yaradılmışdır.
qtisadiyyatda inhisarçılğı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq
olar:
Təbii inhisarçılıq: stehasl miqyasının artıtılmasının böyük həcmdə qənaətə
sahib olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri
arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Təbii inhisara ən parlaq
nümunələr yaşayış məntəqələrinin su, elektrik enerjisi, təbii qaz, telefon xidməti ilə
təmin edilməsidir. Şəhərin əhalisinin su ilə təmin etmək üçün müəssisə onun əhatə
etdiyi bütün binaları birləşdirən su kəməri şəbəkəsini tikməlidir. Əgər bu xidmətin
göstərilməsində rəqbət aparan iki və ya daha artıq müəssisə iştirak etsəydi, onda
onların hər birisi ayrılıqda öz kəmərinin çəkilməsində daimi xərc çəkməlidir. Su
18
təminatının xərcləri o vaxt minimal olur ki, bütün su bazarına ancaq bir müəssisə
xidmət etsin. Lakin müasir şəraitdə ETT inkişafı ilə əlaqədar olaraq sahədə bir
firmanın mövcudluğu ilə bağlı olan xərclərə qənaət kriterisi müəyyən təshihlərə
məruz qalır.
Təbii inhisarçılığın başqa bir predmeti kimi rəqabət mübarizəsinin obyekti ola
bilməyən və müstəsna xüsusiyyətlərə malik əmtəələr çıxış edir. Nümunə kimi
hərəkətin intensivliyi xüsusi seçilməyən körpünü misal göstərmək olar. Körpünün
müstəsnalıq xüsusiyyəti vardır. Çünki körpüyə haqq toplayan şəxs kimisə bu
xidmətdən istifadə etmək imkanından məhrum edə bilər. Lakin körpü rəqabət
obyekti deyildir. Çünki onun hər hansı avtomobilçi tərəfindən istifadəsi başqa
avtomobilçilərin ondan istifadə etmək imkanı məhdudlaşdırmır. Deməli, körpü bir
növ təbii inhisar ola bilər.
Texnoloji inhisarçılıq: nhisarın obyekti bu və ya digər məhsulun
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq texnoloji inhisarçılıqdir.
Texnoloji inhisarçı kimi ETT- nin müəyyən istiqamətində liderliyi ələ keçırmiş
müəssisələr çıxış edir. nhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
stehlakçı inhisarçılığı və ya monopsoniya: Bu halda bazarda bir alıcı çoxlu
sayda satıcı olur.
Təşkilati inhisarçılıq: nhisarçılığın bu forması istehlakçı birliklərinin
formalaşdırılması yolu ilə meydana gəlir. stehlakçıların müxtəlif sahə, sahələrarası
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla, inhisarçı meyllərini
miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə
bütövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki texnoloji
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.
darəetmə inhisarçılığı: nhisarçılığın bu forması inzibati amirlik sisteminin
xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı kimi dövlət çıxış edir.
Dövlət bütövlükdə sosialist təsərrüfat mexanizmi vasitəsilə iqtisadiyyatı idarə
etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini
olduqca azaldır.
19
dxal inhisarçılığı: Son dövrdə Respublikamızda geniş yayılmışdır. Bu
inhisarçılıq xarici ölkələrdən Respublikamıza daxil olan müxtəlif məhsulların ayrı-
ayrı adamlar tərəfindən ələ keçirilərək öz nəzarətləri altında dəyərindən qat- qat
yüksək qiymətə satılması yolu ilə yaradılır.
nhisarçılıq elmi-texniki tərəqqinin inkişafına ümumiyyətlə mənfi təsir
göstərdiyinə görə, bütövlükdə iqtisadiyyatın mənafeyinə zərər vuran hadisə kimi
çıxış edir. nhisarların meydana gəlməsi əmək məhsuldarlığının yüksəlməsinə
mənfi təsir göstərən amillərdən biridir. “ nhisarçılıq çox hallarda- məhsulun
keyyfiyyət xüsusiyyətləri ilə əlaqədar olmadan, onun qiymətinin süni surətdə
artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri
ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb
olur. Belə bir vəziyyət bazar iqtisadiyyatının ən vacib bir şərtinin- istehlakçının
məhsul seçə bilmək hüququnun pozulmasına gətirib çıxarır. nhisarın sosial-
iqtisadi nəticələri xalis inhisar baxımından daha qabarıq şəkildə təzahür edir. ”
Belə şəraitdə əsasən aşağıdakı dörd amil diqqəti cəlb edir:
a. Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi;
b. Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə
əlaqədar olan çətinliklər;
c. Sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı daimi
olaraq yüksək inhisar mənfəəti əldə edir;
d. Əsas məsələlərdən biri də gəlirlərin bölgüsüdür. Sahibkar inhisarçı
gəlirlərin bölgüsündə qeyri-bərabərliyi şərtləndirir.
Dövlət birinci növbədə azad rəqabətə şərait yaratmalıdır. Bunun üçün bazarlar
ardıcıl olaraq liberallaşdırılmalıdır. Bunun əksinə olaraq iri firmalar üçün
inhisarlaşmaya imkan verməmək, inhisar təhlükəsi yarada bilən məhsulların
istehsalına mane olmaq üçün onu əvəz edə biləcək məhsulun istehsalını dövlət öz
üzərinə götürməlidir. Bu iqtisadi tədbirdir. Eyni zamanda, dövlət inhisar doğura
bilən məhsulların qiymətinə nəzarət etməlidir. Dövlətin antiinhisar siyasəti
Dostları ilə paylaş: |