Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   12   13   14   15   16   17   18   19   20

Daxili  dənizlərin  rejimi  Dünya  okeanı  ilə  su  mübadilsəinin  yavaş 

getməsilə  fərqlənir.  Daxili  dənizlərin  xüsusiyyətləri  bu  sututarlarınhövzələrinin 

geniş  ərazilərində  gedən  proseslərdən  çox  asılıdır.  Daxili  dənizlərə  çoxlu  çay 

sularının axması , onların morfoloji xüsusiyyətləri ilə əlaqədar Dünya okeanı ilə 

zəif  su  mübadiləsinin  yaranması  daxili  dənizlərin  sularının  okean  sularına 

nisbətən 2-3 dəfə aşağı duzluluğuna səbəb olur. Çay suları ilə sutoplayıcılardan 

çirkləndiricilərin  gətirilməsi    daxili  dənizlərin  ekoloji  vəziyyətinə  ciddi  təsir 

göstərir.  Onlar  bütün  akvatoriyasında,xüsusilə  sahilyanı  zonada  getdikcə  artan 

antropogen yükə məruz qalır. 

1954-cü  ildə  Londonda  beynəlxalq  konfrans  keçiriləcək  dəniz  mühitini 

çirklənmədən qorumaq üzrə qarşısında razılaşdırılmış məqsəd qoydu.Bəşəriyyət 

tarixində  ilk  dəfə  Beynəlxalq  hüquqi  sənəd  qəbul  edilərək  dövlətlər  dəniz 

mühitini qorumağı öhdələrinə götürdülər.Dənizləri neftlə çirklənmədən qorumaq 

üzrə 1954-cü il Beynəlxalq konvensiya BMT tərəfindən qeydə alındı. 

Dünya  okeanının  qorunması  haqqında  sonrakı  fikir  (qayğı)  öz  ifadəsini 

1958-ci  ildə  BMT-nin  Cenevrədə  dəniz  hüququ  üzrə  keçirdiyi  I  Beynəlxalq 

konfransının 4 konvensiyasında öz ifadəsini tapdı : açıq dəniz haqqında , ərazi 

dənizi  və  ona  bitişik  zona  haqqında,kontinental  şelf  haqqında,  balıqçılıq  və 

dənizin  canlı  resurslarınn  qorunması  haqqında.  Bu  konvensiyalar  dəniz 

hüququnun prinsipləri və normalarını hüquqi baxımdan möhkəmlətdi. 




Açıq  dəniz  dedikdə  nə  ərazi  dənizinə  və  nə  də  istənilən  dövlətin  daxili 

sularına  aid  olmayan  dənizin  bütün  hissəsi  başa  düşülür.  Açıq  dəniz  haqqında 

Cenevrə  konvensiyası  dəniz  mühitini  çirklənmədən  qorumaq  məqsədilə  dəniz 

mühitii neftlə, radioaktiv tullantılarla və digər zərərli maddələrlə çirklənməsinin 

qadağan olunması və həyata keçirilməsi üzrə hər bir ölkənin qarşısında qanunlar 

işləyib hazırlamaq vəzifəsini irəli sürdü. 

Beynəlxalq  konvensiyalar  dəniz  mühitinin  çirklənməsinin  qarşısını 

almaqda  müəyyən  rol  oynadı.  1973-cü  ildə  Londonda  dənizin  çirklənməsinin 

qarşısını  amaq  üzrə  Beynəlxalq  Konfrans  çağırıldı.Konfrans  gəmilərin  suyu 

çirkləndirməsinin qarşısını almaq üzrə Beynəlxalq Konvensiya qəbul etdi. 1973-

cü  ilin  konvensiyası  dənizin  yalnız  neftlə  deyil,  həm  də  digər  zərərli  maye 

maddələrlə,  həmçinin  tullantılarla  (çirkab  suları,gəmilərin  zibili  və  s.) 

çirklənməsinin  qarşısını  almaq  üzrə  tədbirlər  nəzərdə  tutur.  Konvensiyaya 

ə

sasən  hər  bir  gəminin  sertifikatı  –  vəsiqəsi  olmalıdır.  Bu  vəsiqədə  gəmilərin 



gövdəsi,  mexanizmləri və başqa  təchizatının saz  vəziyyətdə  olmasını və dənizi 

çirkləndirmədiyi göstərilir. 

Sertifikata  əsasən  gəminin  limana  daxil  olması  inspeksiya  tərəfindən 

yoxlanılır.  Xüsusi  rayonlarda  (bura  həmçinin  Baltik  və  Qara  dəniz  aiddir) 

tankerlərdən  neftli  suların  dənizə  axıdılması  tamamilə  qadağan  olunur.Bütün 

nəqliyyat gəmiləri atılan suları təmizləyən qurğularla təchiz olunur,tankerlər neft 

qalıqları  dənizə  axıdılmadan  yuyulur.  Gəmidə  çirkab,o  cümlədən  təsərrüfat-



məişət  sularını  təmizləmək  və  zərərsizləşdirmək  üçün  elektrokimyəvi  qurğular 

yaradılmışdır. 

Sahil-təmizləyici  qurğular  qurğular  gəmilərdən  düşən  işlənmiş  suları 

çirkabdan  yalnız  təmizləmir,  həm  də  min  tonlarla  nefti  regenerasiya  (bərpa) 

edilir. 

Gəmilərdə  şlamları,tullantıları  və  zibilləri  təmizləmək  üçün  qurğular 

qoyulur. 

Quru  yüklərin  yanacaq  sistemlərini  yumaq  üçün  üzən  təmizləyici 

stansiyalar yaradılır. Quruluşuna görə onlar samovar və tozsoran olan kombaynı 

xatırladır.  ki qazanlı böyük suqızdırıcı qurğu suyu 80-90

0

C qızdırır, nasoslar isə 



onu  tankerə  çəkir.  Çirkli  su  yuyulmuş  neftlə  birlikdə  yenidən  təmizləyici 

stansiyaya daxil olaraq üç kaskadlı çökdürücüdən keçir. 

Liman  akvatoriyasını  təsadüfi  düşən  neft  çirkləndiricilərindən  sistematik 

təmizləmək  üçün  üzən  nefttoplayıcılarından  istifadə  olunur.  MSM-4 

nefttoplayıcısı  limandan  10  dəniz  mili  məsafədə  sahil  boyu  və  açıq  dəniz 

reydlərində  dəniz  dalğasının  gücü  3  bal,  küləyin  gücü  4  bal  olduqda  dəniz 

suyunu təmizləmə qabiliyyətinə malikdir. 

Yaponiyada  dənizdə  iri  neft  ləkələrini  qısa  müddətdə  təmizləyən  nadir 

texnologiya  hazırlanmış  və  təcrübədən  keçirilmişdir.  “Kansay-Sanqe” 

korparasiyası  əsas  komponenti  xüsusi  hazırlanmış  düyü  qabığı  olan  ASWW 




rekativi  buraxılmışdır.  Bu  preparat  su  səthi üzərində  səpələnmiş  neft ləkələrini 

yarım  saat  ərzində  özünə  soraraq  onu  qatı  kütləyə  çevirir.Su  üzərindən  həmin 

kütlə adi torla yığılır. 

Amerika  alimləri  Atlantik  okeanda  suya  dağılmış  nefti  təmizləmək  üçün 

orijinal  üsul  tapmışlar.  Neft  plyonkasının  altına  müəyyən  dərinlikdə  keramik 

lövhə  buraxılır.  Ona  akustik  qurğu  birləşdirilir.Vibrasiyanın  təsiri  altında  neft 

qalın qatla əvvəlcə lövhə qoyulan yerə toplanır, sonra isə su ilə qarışaraq fəvvarə 

vurur. Lövhənin altına qoyulmuş yüksək gərginlikli elektrik cərəyanı fəvvarəni 

alışdırır  və  neft  tam  yanır.  Əgər  akustik  qurğunun  gücü  kifayət  qədər  deyilsə 

neft ancaq bərk kütləyə çevrilir və mexaniki yolla sudan kənarlaşdırılır. 

Sahilyanı  suların  səthindən  yağ  ləkələrini  kənarlaşdırmaq  üçün  ABŞ 

alimləri  yağ  hissəciklərini  özünə  çəkən  polipropilen  modifikasiyasını 

yaratmışlar. 

1982-ci  ildə  BMT-nin  ekspert  qrupu  çirklənmənin  hansı  növləri  ilə 

mübarizə  aparılmasını  müəyyənləşdirdi.  Bu  siyahıda  neft,  ağır  metallar  və 

radioaktiv maddələr birinci sırada durur. Hazırki dövrə qədər neftlə çirklənməyə 

qarşı bir çox tədbirlər işlənib hazırlanmışdır. 

Neft  ləkələri  sahildən  uzaqda  və  az  miqdarda  olarsa  öz  özünə  təmizlənə 

bilər. 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə