Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   21   22   23   24   25   26   27   28   29

79 

 

qiymətlərə  təsir  məqsədilə  şayiələr  yayılmasına  yol  verməmək  məqsədilə  birjada 



qiymətyaranma prosesinə nəzarət tədbirləri; 

     11) Birja ticarəti qaydalarını pozmağa görə sanksiyalar; 

     12)  Birja  xidmətindən  istifadəyə  görə  birjaya  ödənilən  ayırmaların, 

rüsumların, tariflərin və digər ödənişlərin həcmi və onların alınması qaydası; 

     13)  Birjanın iş reqlamenti; 

     14) Birja əməliyyatlarını tənzimləyən birjanın idarəetmə orqanları tərəfindən 

müəyyənləşdirilmiş digər qaydalar. 

Qanunun III fəsli “Birja Ticarətinin təşkili” adlanır və birja ticarətinin gedişatını 

və əsas prinsiplərini əhatə edir.Birja ticarətinin iştirakçıları birja üzvləri, birjaya daimi 

və bir  dəfə gələnlər hesab  olunurlar.Birjanın üzvü olmayan, birja  sövdələşmələrində 

iştirak etmək hüququ olmayan hüquqi və fiziki şəxslər birja sövdələşmələrində yalnız 

birja  vasitəçilərinin  təmsilçiliyi  ilə  iştirak  edə  bilərlər.Birja  ticarətində 

müəyyənləşdirilmiş  qaydada  birja  ticarətində  iştirak  etmək  hüququ  almış  birja 

vasitəçiləri iştirak edə bilərlər.Broker firması, yaxud müstəqil broker sayılmayan birja 

üzvləri birja ticarətində birja vasitəçisi kimi deyil, öz adından və yalnız öz hesabına, 

ancaq  real  malın  alqı-satqısında  iştirak  edə  bilərlər.  Birja  ticarətində  birja 

vasitəçiliyini  yalnız  birja  vasitəçiləri,  təsisçilərin  və  üzvlərin  nümayəndələri,  broker 

firmaları  (kontorları)  və  müstəqil  brokerlər  həyata  keçirirlər.  Birja  ticarətinin 

iştirakçıları  öz  hüququ  daxilində  birja  sövdələşmələrini  bilavasitə  öz  adından  və  öz 

hesabına,  yaxud  müştərinin  adından  və  onun  hesabına,  yaxud  öz  adından  və 

müştərinin hesabına, yaxud müştərinin adından və öz hesabına həyata keçirirlər.Birja 

və  onun  qulluqçuları  birja  sövdələşmələrində  bağlanan  əqdin  tərəfi  kimi  çıxış  edə 

bilməzlər. 

III  fəslin  növbəti  –  16-cı  maddəsi  birja  əqdlərinin  növlərini  və  onların  spesifik 

xüsusiyyətlərini  əks  etdirir.  Qanuna  əsasən,  birja  ticarətinin  iştirakçıları  birja 

sövdələşmələrində aşağıdakı əqdləri bağlaya bilərlər: 




80 

 

     1) Real malın alqı-satqısına dair, o cümlədən malı dərhal vermək və ya dərhal 



göndərməklə,  yaxud  mal  üzərində  mülkiyyət  hüququna  dair  sənədləri  verməklə 

bağlanan əqdlər; 

     2) Forvard əqdləri — göndərilməsi təxirə salınmaqla real malın alqı-satqısına 

dair əqdlər; 

     3)  Fyuçers  əqdləri  —  birja  əmtəələrinin  göndərilməsinə  dair  standart 

bağlaşmaların (kontraktların) alqı-satqısına dair əqdlər; 

     4) Opsion əqdləri — birja əmtəəsinin və ya birja əmtəəsini göndərməyə dair 

kontraktların gələcəkdə alqı-satqısı hüquqlarının müəyyənləşdirilmiş qiymətlərlə alqı-

satqısına dair əqdlər; 

      5)   Birja  əmtəəsinin, kontraktların və ya hüquqların alğı-satqısına dair birja 

ticarəti qaydalarında müəyyənləşdirilmiş digər əqdlər.  

Birja  əqdlərinin  qeydə  alınması  və  rəsmiləşdirilməsi  qaydasını  birja 

müəyyənləşdirir.Birjanın adından və onun hesabına əqdlərin bağlanılması qadağandır. 

      Birja ticarəti iki yolla— broker və diler fəaliyyəti vasitəsi ilə həyata keçirilir, 

Birja  ticarətində  birja  vasitəçiliyi  yalnız  birja  vasitəçiləri  tərəfindən  həyata  keçirilir. 

Broker  firması  (kontoru)  və  müstəqil  brokerlər  birja  vasitəçiləri  sayılır.  Azərbaycan 

Respublikasının  bu  Qanununa  əsas  yaradılan  və  fəaliyyət  göstərən  müəssisə  broker 

firması  sayılır.  Müəyyənləşdirilmiş  qaydada  sahibkar  kimi  uçota  alınmış,  öz 

fəaliyyətini  hüquqi  şəxs  yaratmadan  həyata  keçirən  fiziki  şəxs  müstəqil  broker 

sayılır.Birja  vasitəçiləri birja  ticarətində  fyuçers  və  opsion  əqdlərinin  bağlanılmasını 

verilən lisenziya əsasında həyata keçirirlər. 

      Broker firması (kontoru) və müstəqil brokerlər birja ticarətində bağladıqları 

birja  əqdlərinin  hər  bir  müştəri  üzrə  uçotunu  aparmalı  və  bu  məlumatları  əqd 

bağlandığı gündən sonra beş il müddətində saxlamalıdır. Əmtəə birjasında brokerlərin 

sayını  birja  komitəsi  (birja  şurası)  müəyyənləşdirir.Brokerlərə  onların  iştirakı  ilə 

bağlanmış birja əqdlərindəki kommersiya sirlərini yaymaq, eyni zamanda mənafeləri 

birbirinə  əqd  olan  iki  və  daha  çox  müştəriyə  xidmət  etmək  qadağandır.Birja 



81 

 

vasitəçiləri  ilə  onların  müştəriləri  arasında  münasibətlər  müvafiq  müqavilə  əsasında 



müəyyənləşdirilir.Birja  öz  səlahiyyəti  daxilində  birja  vasitəçiləri  və  onların 

müştəriləri  arasındakı  münasibətləri  tənzimləyə  bilər,  habelə  müəyyənləşdirilmiş 

qaydaları pozduğuna görə birja vasitəçilərinə sanksiyalar tətbiq edə bilər.Azərbaycan 

Respublikasının  ictimai  birliklər  haqqında  qanunvericiliyinə  uyğun  olaraq  birja 

vasitəçiləri ictimai birliklər yarada bilərlər. 

     Birjada 

ə

mtəə 


birja 

ə

qdlərinin 



tərəfləri 

arasında 

razılaşmada 

müəyyənləşdirilən  sərbəst  qiymətlə  satılır.  Birjanın  aşağıdakıları  müəyyən  etməsi 

qadağandır:  

1)

 



Birja ticarətində birja əmtəəsinə qiymət səviyyəsi və hədlər qoymaq; 

     2)      Birja  əqdlərinin  bağlanmasında  vasitəçiliyə  görə  birja  brokerlərinin 

aldıqları haqqın məbləğini təyin etmək. 

     Əmtəə  birjalarında  mübahisəli  məqamlar  yarandıqda,  onlar  aşağıdakı 

prosedura ilə aradan qaldırılır və ya həll edilir: 

     1)  Birjada əqdlərin bağlanması zamanı meydana çıxan mübahisələrə birjanın 

arbitraj komissiyasında baxılır. 

     2)   Birjanın arbitraj komissiyası əsas vəzifəsi tərəfləri barışdırmaqdan ibarət 

olan orqan kimi yaradılır. 

    3)   Birjanın arbitraj komissiyasının qərarının icrası tərəflər üçün məcburidir. 

    Qanunun  sonuncu  bəndi  isə  əmtəə  birjasının  xarici  iqtisadi  əlaqələrini 

tənzimlədiyindən  bu  maddə  xüsusilə  strateji  əhəmiyyət  daşıyır.  Maddənin  ilk 

bəndində  birjanın  xarici  mənşəli  subyektlərlə  əlaqələrinin  çərçivəsi  belə 

müəyyənləşdirilir: “Bu Qanunda və Azərbaycan Respublikası ərazisində qüvvədə olan 

digər qanunvericilik aktlarında əmtəə birjalarına verilmiş hüquqlar daxilində birja öz 

fəaliyyətini  təşkil  etmək  məqsədilə  öz  adından  xarici  hüquqi  şəxslər  və  vətəndaşlar, 

habelə  vətəndaşlığı  olmayan  şəxslərlə  əməkdaşlıq  barəsində  sazişlər  bağlaya  bilər.” 

Həmçinin, birja öz fəaliyyətinin təşkili üçün nəzərdə tutulmuş malları birja ticarətinə 

çıxarmaq  hüququ  olmadan  idxal  etmək  barəsində  sazişlər  bağlaya  bilər.  Birja 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə