Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

 
 
 
Hal-hazırda  ölkəmizdə  doqquz  əmtəə  birjasından  ikisi 
qalıb,  bir  banklararası  valyuta  birjası  fəaliyyət  göstərir, 
qiymətli kağızlar bazarı isə fond birjası kimi qələmə verilsədə 
hələlik  geniş  yuyulmayıb,  fyuçers  və  opsion  birjası  isə 
tamamilə  yoxdur.  Birjaların  belə  bir  vəziyyətdə  olması 
iqtisadiyyatımızın  hələ  də  geridə  qalmasının,  qeyri 
proporsionallıqdan,  eləcə  də  bir  çox  başqa  obyektiv  və 
subyektiv  problemlərdən  asılılıqdan  bəhs  edir.  Birja  və 
hərracların  üzərində  dövlət  qayğısının  artırılması  gələcəkdə 
daha  demokratik  qabaqcıl  elmi,  texniki  və  texnologiyaya 
əsaslanan  çevik  yüksək  rentabelli  iqtisadiyyat  qurmağa  imkan 
verəcəkdir.  
 
10.2. Əmtəə birjalarının təkmilləşdirilməsinin əsas 
istiqamətləri 
XX-  əsrin  90-cı  illəri  ərəfələrində  keçmiş  postsovet 
məkanında  gedən  siyasi  və  iqtisadi  halisələr  sosialist 
təsərrüfatçılığı  və  xalq  təsərrüfatının  idarəedilməsi  sisteminin 
süqutuna gətirib çıxardı. Beləliklə, əvvəllər sovet imperiyasının 
tərkibinə  müttəfiq  respublika  kimi  daxil  olan  ərazilərdə 
müstəqil mərkəzlərin yaradılması meyilləri artdı. Artıq 1990-cı 
ilin  əvvəllərində  Azərbaycanın  keçmiş  müttəfiq  respublikaları 
və sosialist ölkələri ilə təsərrüfat-iqtisadi əlaqələrinin birdəfəlik 
sındığı üçün, iqtisadi inteqrasiya əlaqələri əsasında biri-biri ilə 
sıx  bağlı  olan  sənayeni  və  onunla  birbaşa  bağlı  olan  maddi 
istehsal  sahələrini  xammal  və  materialarla  təmin  etmək, 
müəssisələrin  hazır  məhsullarını  ölkənin  hüdudlarından 
kənarda satmaq mümkün olmadı.
1
 Bütün bu və digər obyektiv 
                                                 
1
  Бир  чох  аналитиклярин  тясдигиня  эюря,  Совет  Иттифагынын 
даьылмасы  «сынаг  дашы»  кими  1988-жи  илдя  Гарабаь  щадисяляри, 
Ермянистанда 
азярбайъанлылара 
гаршы 
мягсядйюнцмлц 
сийасятиндян,  Газахстан  вя  Эцржцстанда  нцмайишчилярин  дюйцлцб 
вя    юлдцрцлцб  даьыдылмасындан  вя  диэяр  щадисялярдян  башлады. 


 
 
 
hadisələr  Bakıda  əmtəə  birjalarının  yaradılması  problemini 
aşkar  etdi. Bununla  əlaqədar keçmiş Azərbaycan Respublikası 
Dövlət  Maddi-Texniki  Təchizat  Komitəsinin  rəhbərliyinin 
göstərişinə  əsasən  aparıcı  nazirlik,  idarə,  müəssisə  və 
təşkilatların təşəbbüsü qrupu əmtəə birjasının yaradılması üçün 
bütün  ilkin  sənədləri,  o  cümlədən  birjanın  nizamnaməsini 
işləyib hazırlandı. 
Onu  qeyd  edək  ki,  həmin  dövrlərdə  bütün  keçmiş 
ittifaq  ərazisinin  hamısında  birjalarıda  iqtisadiyyatın  xammal 
aclığından 
və 
bazar 
məkanının 
məhdudiyyətindən, 
qapalığından  qurtara  biləcək  xilaskar  sifətində  görürdülər. 
Görünür  məhz  bu  amilin  təsiri  altında  keçmiş  müttəfiq 
respublikalarda  qısa  bir  müddətdə  –  1990-1991-ci  illərdə  542 
birja  yaradılmışdır.  Onlardan  10  əmtəə  birjası  Azərbaycanda 
qeydiyyata alınmışdır. Yeni birjalar böyük iqtisadi mənfəət vəd 
edərək,  bazar  iqtisadiyyatının  və  onun  marağında  olan 
tərəflərinin  hamısının  imkanlarını  genişləndirmək  məqsədilə 
yaradılırdı, ona baxmayaraq ki, o zaman birjaların mahiyyətini 
dərindən  dərk  edənlər  çox  az  idi.  Həmin  dövrlərdə  birjalar 
ətrafında  yaranmış  qeyri-normal  yüksək  maraq  onların  iş 
mexanizmi  və  strukturlarının  formalaşmasına  müsbət  təsir 
göstərdi.  Misal  üçün,  Bakı  Respublika  Əmtəə  Birjasının 
nizamnamə  fondu  1,0  mln.  rubl  (təxminən  0,2  mln.  ABŞ 
dolları)  təşkil  edirdi,  onun  təsisçiləri  sırasına  isə  «Azneft» 
istehsal  birliyi,  «Bakenercicihaz»  elmi-istehsalat  birliyi  və  b. 
(cəmi 24 istehsalat birliyi, müəssisə və təşkilatlar) daxil idi. 
Hələ  1990-cı  ilin  əvvəllərində  Bakı  əmtəə  birjasının 
əsas struktur bölmələri olan arbitrac komissiyası, işgüzar etika 
üzrə  komissiya,  ekspert  komissiyası  və  s.  təşkil  edilməsi 
normal  birja  ticarətinin  keçirilməsini  mümkün  etmişdir. 
                                                                                                        
Азярбайжанда  20  йанвар  1990-жы  ил  щадисяляри  заманы  йцзлярля 
инсанын мящв вя шикяст едилмяси башга миллятлярдя дя азадлыг вя 
мцстягиллик мейиллярини даща да йцксялтди. 


 
 
 
Başlıcası isə Bakı Respublika Əmtəə Birjasının yerləşdirilməsi 
üçün dəmir və avtomobil yolları kommunikasiyası olan böyük 
anbar  və  baza  komplekslərinə  bitişik  bir  bina  ayrılmışdır  ki, 
onun da əsaslı təmir edilməsi və xüsusi avadanlıqlarla təminatı 
nəticəsində  birja  üzvləri,  brokerlər  və  işçi  heyətin  çalışması 
üçün  lazımi  şərait  yaradılmışdır.
1
  Həmin  əmtəə  birjasının 
kifayət qədər səliqə və səhmanlı ticarət zalında böyük məlumat 
tablosu, müştərilərin sərəncamına rabitə sistemi və digər lazımi 
vasitələr  verilmişdir.  Bununla  yanaşı,  yeri  gəldikdə  brokerlər 
və müxtəlif maraqlı və səviyyəli müştərilərin sərəncamına cüzi 
qiymətə anbar binaları, qaldırıcı texnika, nəqliyyat vasitələri və 
ən  yüksək  səviyyədə  digər  xidmətlər  göstərilir.  Lakin  bütün 
bunlara 
baxmayaraq, 
Respublika 
Əmtəə 
Birjasının 
imkanlarından  istifadə  etmək  istəyənlərin  sayı  onun 
imkanlarından  qat-qat  az  idi.  Bu  cür  vəziyyətin  səbəblərini, 
yuxarıdakı  fəsillərdə  qeyd  edildiyi  kimi,  əmtəə  birjasının 
özündə  yox,  yeni  yaradılmaqda  olan  bazar  iqtisadiyyatının 
özündə,  onun  cəmi  infrastrukturunun  inkişaf  etdirilməsində, 
təşkilati-hüquqi  bazanın  ziddiyyətlərində,  icra  və  nəzarətedici 
qurumların səmərəsinin az olmasında və s. axtarmaq lazımdır. 
Paradoks olsa da ölkəmizdə əmtəə və digər birjaların 
fəaliyyətlərində  durğunluq  əsasən  son  13-14  ildə  başları  və 
cəmi  bazar  münasibətinin  təşkili  və  idarəedilməsini 
tənzimləyən  müəyyən  qanunlar  qəbul  edildikdən  sonra  üzə 
çıxmağa  başladı.  Belə  ki,  «Əmtəə  birjası  haqqında» 
Azərbaycan  Respublikasının  qanunu  25  may  1997-ci  ildə  (№ 
803)  təsdiq  edilmişdir  və  bu  hadisədən  sonra  təxminən 
ölkəmizdə  fəaliyyət  göstərən  birjalarından  cəmi  1-2  az-çox 
                                                 
1
  Щяля  Советляр  юлкяси  даьылмаздан  яввял  Азярбайжанда 
йарадылмыш  илк  биръа  –  Бакы  Республика  Ямтяя  Биръасы  щал-
щазырда  яввялляр  Нобел  гардашларынын  ат  тювляляри  вя  она 
битишик  бинада  йерляшмишдир  (цнваны:  370141,  Бакы  ш. 
Я.Ялякбяров кцч., 83/23). 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə