təqdim olunan buraxılışın nəticələri haqqında hesabatda
göstərilir.
3. Emissiyanın baş tutmadığı hesab edilən
yerləşdirilməmiş qiymətli kağızların hissəsi qanunvericiliyə
uyğun olaraq müəyyən edilir.
4. Emissiya baş tutmadığıhalda investorların
vəsaitinin qaytarılması müafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
5. Emitent buraxılan emissiya qiymətli kağızlarının
yerləşdirilməsi müafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi müddət ərzində başa çatdırmalıdır.
6. Emissiya qiymətli kağızının buraxılışının açıq
yerləşdirilməsi və tədavülü zamanı qiymətli kağızlar alarkən
bir potensial sahibə başqaları qarşısında üstünlük verilməsi
qadağandır.Bu müddəa aşağıdakı hallarda tədbiq olunmur:
Dövlət qiymətli kağızlarının emuissiyasında;
Səhmdar cəmiyyətlərin səhmdarlarına emissiya
haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin
sayına mütənasib miqdarda yeni emissiya olunan qiymətli
kağızlar almaqda üstün hüquq verildikdə;
Emitentlər qiymətli kağızların qeyri – rezidentlər
tərəfindən alınnması üzərində məhdudiyyətlər qoyduqda.
7. Hər hansı bir emitentin səhmlərinin ilkin
yerləşdirilməsi zamanı onlarlın 35 və dha çox faizinin və ya
səhmdarların səslərinin 50 faizdən çoxunu təmin edən
səhmlərin bir hüquqi və ya fiziki şəxsin, yaxud bir- birinin
əmlakına nəzarət edən şəxslər qrupunun əldə edilməsi
azərbaycan respublikası antiinhisar qanunvericiliyi ilə
təmzimlənir. Bu tələb nizamnamə fondu minimum haqqının 75
min mislindən çox olmayan səhmdar cəmiyyətlərə aid edilmir.
Maddə 14. Emissiya qiymətli kağızlarının buraxılışının
nəticələri haqqında hesabat
1. Emissiya qiymətli kağızlarının yerləşdirilməsi başa
çatdıqdan sonra 30 gündən gec olmayaraq emitent qeydiyyatı
aparan orqana emissiya qiymətli kağızlarının buraxılmasının
nəticələri haqqında hesabat təqdim etməyə borcludur.
2. Emissiya qiymətli kağızlarının buraxılışının
nəticələri haqqında hesabata aşağıdakı məlumat daxil
edilməlidir:
2.1. qiymətli kağızların yerləşdirilməsinin
başlanması və başa çatması tarixi;
2.2. qiymətli kağızların yerləşdirilməsinin faktiki
qiyməti (bu buraxılış çərçivəsində qiymətli kağızların növləri
üzrə);
2.3. yerləşdirilmiş qiymətli kağızların sayı;
2.4. yerləşdirilmiş qiymətli kağızlara görə daxil olan
vəsaitin ümumi həcmi və növləri.
3. Qeydiyyatı aparan orqan emissiya qiymətli
kağızları buraxılışının nəticələri haqqında hesabata iki həftə
müddətində baxır və qiymətli kağızların buraxılışı ilə əlaqədar
nöqsanlar olmadıqda onu qeydə alır.Qeydiyyatı aparan orqan
qeydə aldığı hesabatın tamlığına cavabdehdir.
Maddə 15. Haqsız emissiya
1. Bu qanunla müəyyən olunmuş emissiya
prosedurunun pozulması ilə ifadə olunan və qeydiyyat
orqanları tərəfindən qiymətli kağızlar emissiyasının qeydə
alınmasından imtina edilməsi,onun dayandırılması və ya
emissiya qiymətli kağızları buraxılışının baş tutmamış etiraf
olunması üçün əsas olan hərəkətlər haqsız emissiya hesab
olunur.
2.Qeydiyyat orqanları haqsız emissiya halları aşkar
etdikdə,bu barədə 5 gün müddətində müvafiq icra hakimiyyəti
orqanına məlumat verməlidirlər.
3.Emitent,emissiya prospektində elan olunmuş
saydan
çox
qiymətli
kağız
dövriyyəyə
buraxdığı
halda,o,qiymətli kağızların bu artıq hissəsinin alınmasının və
dəyərinin ödənilməsini təmin etməyə borcludur.Emitent buna
iki ay müddətində əməl etməzsə, onda müvafiq icra
hakimiyyəti orqanı emitentin əsassız olaraq əldə etdiyi vəsaiti
onun əlindən almaq üçün məhkəməyə müraciət edə bilər.
4.Haqsız emissiya faktlarına görə emitentin
vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyində
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 16. Emissiya qiymətli kağızlarına mülkiyyət
hüququnun təsdiqlənməsi forması
1.Sahiblərinin sənədləşdirilmiş formada buraxılan
emissiya qiymətli kağızlarına olan hüquqları sertifikatlarda
(əgər sertifikatlar sahiblərdə saxlanırsa), yaxud sertifikatlarda
və depozitarilərdə depo hesabları üzrə yazılarla (əgər
sertifikatlar saxlanmaq üçün depozitarilərə verilibdirsə) təsdiq
edilir.
2.Sahiblərin sənədləşdirilməmiş formada buraxılan
emissiya qiymətli kağızlarına olan hüquqları reyestr aparılması
sistemində - reyestr saxlayanda (və ya emitentdə ) olan şəxsi
hesablarda yazılarla və ya qiymətli kağızlara olan hüquqların
uçotu depozitaridə olduqda,depozitarilərdə depo hesabları üzrə
yazılarla təsdiq edilir.
Maddə 17. Qimətli kağızlara olan hüquqların
keçməsi və qiymətli kağızlarla təsbit edilmiş
hüquqların gerçəkləşdirilməsi
1.Təqdim edənə sənədləşdirilmiş qiymətli kağıza
hüquq:
onun sertifikatının sahibdə olduğu halda – həmin
Dostları ilə paylaş: |