4
Tədqiqat işində qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı
vəzifələr müəyyənləşdirilmişdir:
-
Problemin yaranmasını şərtləndirən amillərin müəyyən edilməsi;
-
Xəzərin hüquqi statusu anlayışının izah edilməsi, problemin hüquq
normaları və beynəlxalq təcrübə kontekstində tədqiqi;
-
Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı Xəzəryanı
dövlətlərin mövqelərinin təhlili;
-
ABŞ, Avropa ttifaqı, Türkiyə və digər Asiya dövlətləri kimi
regiondankənar aktorların xarici siyasətində Xəzər regionunun rolunun
araşdırılması;
-
Xəzərin hüquqi statusu probleminin həllində Azərbaycanın mövqeyinin
və diplomatik fəaliyyətinin təhlili;
-
Azərbaycanın enerji siyasətində Xəzərin karbohidrogen ehtiyatlarının
rolunun tədqiqi.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti Xəzərin hüquqi
statusu problemi, Xəzər bölgəsinin region dövlətlərinin və regiondankənar
aktorların xarici siyasətində rolunun tədqiqindən ibarətdir. Tədqiqatın predmetini
isə Xəzərin hüquqi statusu probleminin nəzəri, metodoloji və təcrübi məsələlərinin
tədqiqi təşkil edir.
Tədqiqatın informasiya bazası. Magistr dissertasiyasının məlumat bazasını
mövzu ilə əlaqədar yerli və xarici tədqiqatçı və ekspertlərin araşdırmaları, nüfuzlu
beynəlxalq siyasi və strateji araşdırma mərkəzlərinin hesabatları, araşdırılan mövzu
üzrə elmi-tədqiqat işləri, məqalələr, internet resursları və digər elmi ədəbiyyatlar
təşkil edir.
Tədqiqat zamanı tarixi yanaşma, müqayisəli təhlil və sistemli yanaşma
metodlarından istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. Dissertasiya işinin elmi yeniliyi Xəzərin hüquqi
statusu probleminin müəyyən edilməsi ilə bağlı müxtəlif mövqelərin, müasir
vəziyyətin və oxşar problemlərin həlli ilə əlaqədar beynəlxalq təcrübənin kompleks
şə
kildə araşdırılması, regiondankənar aktorların Xəzər bölgəsi ilə bağlı siyasətinin
5
geniş təhlil edilməsi və Xəzərin hüquqi statusu məsələsinin həlli istiqamətində
konkret təklif və tövsiyələrin işlənilib hazırlanmasından ibarətdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Magistr dissertasiyasını problemin
araşdırılmasına həsr olunmuş mühüm nəzəri və praktiki əhəmiyyətə malik olan
tədqiqat işi hesab etmək olar. Dissertasiya işi bu istiqamətdə elmi araşdırmaların
həyata keçirilməsində faydalı mənbə ola bilər.
Dissertasiya işinin strukturu. Magistr dissertasiyasının strukturu giriş, üç
fəsil, səkkiz paraqraf, nəticə və təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısından
ibarətdir.
Dissertasiya işinin birinci fəslində Xəzərin hüquqi statusu probleminin
mahiyyəti, yaranma səbəbləri, beynəlxalq hüquq normaları və təcrübə əsasında
tədqiqi, Xəzərin hüquqi statusunun müəyyən edilməsində Xəzəryanı dövlətlərin
mövqeyinin təhlili öz əksini tapmışdır. kinci fəsildə regiondankənar aktorların
xarici siyasətində Xəzər bölgəsinin yeri və rolu təhlil edilmişdir. şin üçüncü
fəslində Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycanın diplomatik fəaliyyəti təhlil
edilmiş, ölkəmizin Xəzərin enerji ehtiyatlarının nəqli siyasəti və perspektivləri
tədqiq edilmişdir.
Dissertasiya işinin sonunda nəticə və təkliflər verilmiş, istifadə edilmiş
ə
dəbiyyat siyahısı və internet resursları geniş şəkildə təqdim edilmişdir.
6
I FƏS L. Müasir beynəlxalq münasibətlər sistemində Xəzərin hüquqi statusu
problemi.
1.1.
Xəzərin hüquqi statusu probleminin yaranmasını şərtləndirən amillər.
Xəzər Avropa və Asiya sərhəddində yerləşən, Rusiya Federasiyası,
Qazaxıstan, Türkmənistan, Azərbaycan və ran dövlətlərinin ərazisi ilə əhatə
olunmuş dünyada ən böyük qapalı su hövzəsidir.
Xəzər dənizi dünyada okean və dənizlərlə əlaqəsi olmayan tək qapalı (qitə
içərisində) dənizdir. Bu səbəbdən onu göl adlandıranlar olsa da, Xəzər çox böyük
bir ərazini əhatə etdiyi üçün hidroloji-bioloji elmlərin təsnifatına görə dəniz hesab
olunur [11, s. 24].
Ümumiyyətlə, Xəzər regionu dedikdə bunu geosiyasi cəhətdən 2 anlamda
geniş və dar mənada başa düşmək lazımdır:
1. Geniş mənada: bura bütün Qafqaz, Volqaboyu regionu, Mərkəzi Asiya və
ranın böyük bir hissəsini əhatə edir (5 milyon kv.km ərazi).
2. Dar mənada: bura Azərbaycan, Rusiyanın Xəzərsahili əraziləri, Qərbi
Qazaxıstan, Qərbi Türkmənistan və ranın Xəzərsahili ərazisi daxildir (1,5 milyon
kv.km ərazini əhatə edir). Qeyd etmək lazımdır ki, Xəzər regionun bu anlamda
başa düşülməsi daha çox qəbul edilir. Biz də Xəzər regionu dedikdə bu
yanaşmadan istifadə edəcəyik [6 s. 23].
Xəzərin beynəlxalq mövqeyi təkcə onun geostrateji mövqeyi ilə deyil, eyni
zamanda zəngin enerji ehtiyatlarına malik olması ilə səciyyələnir. Xəzərin hüquqi
statusu problemini araşdırmaq üçün isə ilk növbədə onun coğrafi xüsusiyyətlərinə
və tarixi retrospektivə nəzər salmaq lazımdır.
Müasir Xəzərin şimal-cənub uzunluğu təqribən 1200 km, orta eni 320 km,
sahəsi 370 min kv km, (1929-cu ildə isə sahəsi 422 min kv km olmuşdur), dünya
okeanı səviyyəsindən 28 metr aşağıdır. Ərazisində təqribən 50-dək ada və irili-
xırdalı 130-dək bura tökülən çay vardır. Son 160 illik tarixdə Xəzərin səviyyəsi
Dostları ilə paylaş: |