91
qında bəyannamələr qəbul olundu. Moskva konfransının qərarları 3 dövət başçısı-
nın birinci görüşü üçün zəmin hazırladı.
1943-cü ilin sonunda müharibənin gedişində əsaslı dönüş başa çatmaqda idi.
Müharibə özünün son mərhələsinə yaxınlaşırdı. Bu ərəfədə müttəfiqlər Tehranda
konfrans keçirməyi qətiləşdirdilər. Tehran konfransı 1943-cü il noyabrın 28-dən
dekabrın 1-dək Stalin, Ruzvelt və Çörçilin iştirakı ilə keçirildi. Konfransda dövlət
başçıları ikinci cəbhənin açılması və müharibənin aparılması məsələlərini müzakirə
etdilər. kinci cəbhə məsələsi müttəfiqlər arasında müzakirələrdə əsas məsələlər-
dən biri oldu. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini
göstərdi. Çörçil 2-ci cəbhənin Araliq dənizindən və Balkanlardan, Stalin isə Avro-
panın şimalımdan açılmasını təklif etdilər. Sonda Stalinin mövqeyini Ruzvelt də
müdafiə etdi və onun təklifi qəbul olundu. Amerika hərbi əməliyyatların ağırlıq
mərkəzini Yaponiyaya qarşı keçirməyə imkan əldə etmək üçün Avropada müha-
ribənin tezliklə qurtarmasında maraqlı idi. Nəticədə ikinci cəbhənin 1944-cü ilin
mayından gec olmayaraq desant əməliyyatı ilə Fransanın şimalında açmaq qərara
alındı. 1944-cü il iyunun 6-da müttəfiqlər Normandiyada Amerikan generalı Ey-
zenhauerin ümumi komandanlığı ilə “Overlord” adı altında əməliyyatla desant
çıxarmağa başladılar. Şimali Fransanın sahili yaxşı möhkəmləndirilmişdi və al-
manların hazırlanan əməliyyatdan xəbəri var idi. Ancaq müttəfiqlər düşməni əsas
desant əməliyyatının keçiriləcəyi yer ilə əlaqədar çaşdırdılar. Müttəfiqləri körfəzin
ə
n dar yerində Pa-de-Kaledə gözləyirdilər. Onlar isə Normandiyanın qumlu çimər-
liklərində sahilə çıxdılar. Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqavi-
ləsini pozmasını əsas götürərək Stalin, Almaniya məğlub edildikdən sonra Yapo-
niyaya müharibə elan edəcəyini bildirdi. Əvəzində SSR qərb sərhədlərinin müttə-
fiqlər tərəfindən tanınmasına çalışdı. Konfarnsda Almaniyanın taleyi məsələsi mü-
zakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törətməməsi
üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı beş dövlətə bölməyi
təklif edirdi. Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa döv-
lətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək
barədə qərar qəbul edildi. Həmçinin Kenniqsberq və onun ətrafındakı rayonların
92
SSR -yə verilməsi barədə prinsipcə razılıq əldə olundu. Tehran konfransı müttəfiq
dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş
etdirdi. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.
48. Krım konfransı və onun qə rarları.
Sovet qoşunları 1944-cü ilin sonu 1945-ci ilin əvvəllərində hərbi əməliyyatlarını
müvəfəqiyyətlə həyata keçirdiyi bir şəraitdə 1945-ci il fevralın 4-11 arasında SSR ,
ABŞ və ngiltərə rəhbərlərinin iştirakı ilə Krım konfransı keçirildi. Konfransa
gələrkən Ruzvelt və Çorçil fevralın 2-də Maltada görüşərək müzakirələr keçirdilər.
Yalta görüşündən əvvəl Ruzvelt və Çörçilin mövqeyində digər qəribəliklər də var
idi. Ruzvelt Stalinə təklif etmişdi ki, Aralıq dənizi ölkələrindən birində görüş-
sünlər. Çörçil isə təklif etmişdi ki Aleksandriyada, yaxud Yerusəlimdə yaxudda
Afinada görüş keçirilsin. Onların heç bir təklifləri ilə razılaşmayan Stalin 1944-cü
il noyabrın 23-də Ruzveltin təklifinə cavab olaraq bildirmişdi ki, həkimlər iqlimi
dəyişməyə icazə vermirlər və ona görə də görüşü Qara dəniz sahillərində keçirmək
məqsədə uyğundur. Həmin ilin 27 dekabrında Ruzvelt Stalinin təklifinə razılıq
vermişdi və bununlada Krım konfransı “Arqonavt” adı altında Livadiya sarayında
1945-ci il fevralın 4-11 də oldu.
Konfransda məğlub edildikdən sonra Almaniya ilə davranmaq, beynəlxalq təh-
lükəsizlik təşkilatı yaratmaq, Polşa, Avropanın azad edilməsi haqqında bəyyan-
namələr, Yuqoslaviya, hərbi məsələlər və başqa məsələlər müzakirə və qəbul edil-
di. Hərbi məsələlərin müzakirəsində müttəfiqlər cəbhələrdə vəziyyəti müzakirə
edərək fəaliyyətin əlaqələndirilməsini vacib saydılar. Almaniya ilə bağlı məsələdə
danışıqsız təslim olmanın şərtləri və məğlub edilmiş reyxlə davranmanın ümumi
prinsipləri razılaşdırıldı. Avropa məsləhət komissiyası Almaniyanın danışıqsız
təslim olması şərtlərini və ona nəzarət edilməsi məsələlərini işləyib hazırlamalı idi.
Almaniyanın danışıqsız təslim olması sənədində təslim olmanın şərtləri göstərildi.
Almaniya işğal zonalarına bölünməli idi. Şərq işğal zonasını sovet, şimal-qərb
zonasını ingilis, cənub-qərb işğal zonasını amerikan qoşunları tutmalı idi. şğal
93
dövründə Almaniyada ali hakimiyyət müttəfiq dövlətlərin silahlı qüvvələrinin ali
baş komandanı olmalı idi. Almaniya üçün nəzarət şurası yaradılmalı idi. O, işğal
zonalarında fəaliyyəti əlaqələndirməli, hərbi, siyasi və iqtisadi məsələləri həll
etməli idi. Nəzarət şurasının nəzdində əlaqələndirmə komitəsi yaradılmalı idi.
Nəzarət şurasında qərarlar yekdilliklə qəbul olunurdu. Konfransda Almaniyanın iş-
ğ
alında və ona nəzarətdə Fransanın bərabərhüquqlu qaydada iştirak etməsi barədə
razılığa gəlindi. Britaniya və ABŞ-ın işğal zonaları hesabına Fransaya işğal zonası
verildi.
Təzminatın alınması məsələsi də müzakirə edildi. Almaniyanın ödəyəcəyi 20
milyard dollar təzminatın 10 milyard dolları Sovet ttifaqına çatmalı idi. Almaniya
təzminatı üç formada-milli sərvətlərin alınması və hərbi potensialın ləğv edilmə-si;
cari məhsulların alınması; alman işçi əməyindən istifadə olunması yolu ilə ödəməli
idi. Təzminat məsələsində fəaliyyəti əlaqələndirməkdən ötrü müttəfiqlərarası ko-
missiya yaradıldı. Konfransda üç dövlət başçısı Almaniyanın bölünməsi məsələsini
müzakirə etdilər. Bu məsələni öyrənməkdən ötrü komissiya yaratmaq barədə qəra-
ra gəlindi.
Konfransda BMT nizamnaməsinin tam şəkildə işləyib hazırlamaqdan ötrü
1945-ci il aprelin 25-də San-Fransiskoda konfrans keçirtmək barədə razılıq əldə
edildi. 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlər bəyənnaməsini imzalayan və
1945-ci il martın 1-dək ümumi düşmənə müharibə elan edən dövlətlərin konfransa
dəvət olunması qərarı qəbul olundu. BMT Təhlükəsizlik Şurasında qərarların
yekdilliklə qəbul olunması barədə Ruzveltin təklifi bəyənildi. Krım konfransında
Polşa məsələsi polyak hökuməti və Polşanın gələcək sərhədləri aspektində
müzakirə edildi. Fikir ayrılıqlarına baxmayaraq üç dövlət başçısı Polşanın şərq
sərhədlərinin Kerzon xətti boyunca getməsi və ona torpaqlar verilməsi barədə qəti
qərar qəbul etdilər.
“Konfrans Avropanın azad edilməsi haqqında” bəyannaməni bəyəndi. Krım
konfransı Yuqoslaviya haqqında məsələni müzakirə edərək Yuqoslav hökumətinin
yaradilmasını sürətləndirməyi zəruri hesab etdi. Fevralın 11-də üç dövlət başçısı
94
SSR -nin Yaponiyaya qarşı müharibəyə girməsinin şərtlərinə dair sənəd imzala-
dılar.Yaponiyaya müharibə elan etməyin şərtləri belə idi:
1) Monqolustan Xalq Respublikasında mövcud vəziyyətin saxlanılması;
2) Saxalinin cənub hissəsi və ona bitişik adaların SSR -yə verilməsi;
3) Dayren ticarət limanının və Port-Arturun hərbi-dəniz bazası kimi icarəyə veril-
məsi,Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarının Çin və SSR tərəfindən bir-
gə istifadə olunması;
4) Kuril adalarının SSR -yə verilməsi.SSR Avropada müharibə qurtardıqdan iki-
üç ay sonra Yaponiyaya müharibə elan edəcəyi barədə öhdəlik götürdü.
Krım konfransının böyük əhəmiyyəti oldu: o, antihitlerçi koalisiyada olan
yekdilliyi nümayiş etdirdi; müharibədən sonrakı dünyanın demokratik quruluşuna
dair proqramı işləyib hazırladı; gələcək dövlətlər arasında məsləhətləşmələrin va-
cibliyin göstərdi.
49. Potsdam konfransı və qə rarları.
Hitler Almaniyasının darmadağın edilməsində başlıca rol oynamış üç ölkədən
SSR , ABŞ və ngiltərə-hər biri müharibədən sonrakı dinc nizamlamanı özünə-
məxsus şəkildə görürdü. SSR -də Avropada sovet alyansının xeyli genişlənəcəyi-
nə, Avropa dövlətlərinin Sovet ordusu tərəfindən azad edilmiş ərazilərində yeni
rejimin yaradılacağına ümid edirdilər. ABŞ Avropada öz iştirakını ixtisar edib, nü-
fuzunu dünyanın başqa regionlarında genişləndirmək niyyətində idi. ngiltərədə
Avropada tarazlığı saxlamağı və regionda baş verən proseslərə təsir etməyi hər
ş
eydən çox istəyirdilər.
Dünyanın, o cümlədən Avropanın müharibədən sonrakı quruluşunu müzakirə
etmək məqsədilə “Terminal” şərti adı altinda keçirilən üç dövlət başçısının konf-
ransı Berlinin 60 km-də yerləşən Potsdamda Stalin, Çörçil və Trumen başda ol-
maqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək oldu. Konfransın gedişində Çörçili
seçkilərdə qələbə qazanmış leyborist partiyasının lideri K. Ettli əvəz etdi. Konf-
ransda müharibədən sonrakı Avropanın quruluşu və keçmiş düşmən dövlətlərlə
sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olundu. Dövlət başçıları bu
məqsədlə ABŞ, ngiltərə, SSR , Fransa, Çin xarici işlər nazirlərinin Şurasını təsis
95
etdilər. Şuranın birinci vəzifəsi sülh müqavilələrini işləyib hazırlamaq idi. Şuranın
yaradılması ilə Avropa məsləhət komissiyası öz fəaliyyətini dayandırdı. Konfrans-
da əsas yeri Almaniya məsələsi tutdu. Müttəfiq dövlətlərin rəhbərləri Almaniya ilə
davranmağın siyasi və iqtisadi prinsiplərini qəbul etdilər. Almaniyaya münasibətdə
ə
sas prinsiplər onun demilitarizasiyası, demokratikləşdirilməsi idi. Almaniya tam
tərksilah olunmalı, hərbsizləşdirilməli, bütün hərbi sənayesi tamamilə ləğv edil-
məli, nasional-sosialist partiyası məhv edilməli, Almaniya həyatı demokratik əsas-
da dinc əməkdaşlıq üçün qurulmalıdır. Almaniyada nəzarət mexanizmini dörd döv-
lətin silahlı qüvvələrinin ali baş komandanı həyata keçirməlidir.
Konfransda Almaniyanın ödəyəcəyi təzminat məsələsi müzakirə edildi. Alma-
niyanın ödəyəcəyi təzminat barədə xüsusi saziş imzalandı. Bu məsələdə Krım kon-
fransının qərarı əsas götürüldü. Sovet ttifaqı təzminatlar hesabına öz işğal zona-
sındakı sənaye avadanlığını, həmçinin qərb zonalarından mühüm sənaye avadan-
lıqlarının 25 faizini alırdı. ABŞ, ngiltərə və başqa ölkələr öz təzminat iddialarını
qərb işğal zonaları və xaricdəki alman aktivləri hesabına həyata keçirirdilər. Müttə-
fiqlər belə bir razılığa gəldilər ki, təzminat iddiaları təmin olunandan sonra Alma-
niyaya, xaricdən kömək olmadan, gələcək mövcudluğu üçün zəruri miqdarda ehti-
yatlar saxlanılmalıdır. Konfransda Almaniyanın hərbi-dəniz və ticarət donanma-
sının bölüşdürülməsi barədə qərar qəbul olundu. Alman hərbi-dəniz gəmiləri 1946-
cı il fevralın 15-dək bölüşdürülüb başa çatdırılmalı idi. Alman hərbi-dəniz və tica-
rət donanması üç dövlət arasında bərabər bölündü. ngiltərə təkid etdi ki, Alma-
niyanın sualtı qayıqlarının çox hissəsi batırılsın. Ticarət gəmilərinin verilməsi isə
Yaponiyaya qarşı müharibə başa çatdıqdan sonra olmalı idi. Potsdam konfransının
qərarına görə Keniqsberq rayonu SSR -yə verildi. Konfransda Polşanın dövlət
sərhədi məsələsi həll olundu. Polşa və Almaniya arasındakı sərhəd Oder və Qərbi
Neyse çayları boyu müəyyənləşdirilir, Şərqi Prussiyanın bir hissəsi və Dantsiq
şə
həri Polşaya keçirdi. Müttəfiqlər alman əhalisinin bir hissəsinin Polşadan, Çe-
xoslavakiyadan və Macarıstandan Almaniyaya köçürülməsi barədə qərar qəbul
etdilər. Bu zaman Nəzarət şurasının əhaliyə humanist münasibət göstərilməsinə
fikir verməsinə diqqət yetirilirdi.
96
Üç ölkə bəyan etdi ki, hərbi cinayətkarlar cəzalandırılmalıdır. Onların təcili və
ə
dalətli məhkəməyə verilməsi və 1945-ci il sentyabrın 1-i üçün nasist cinayətkarla-
rının birinci siyahısının dərc olunması qərara alındı. Sonralar Almaniya tərəfində
müharibədə iştirak etmiş dövlətlərlə sülh müqavilələrinə hərbi cinayətkarların tu-
tulmasının və təhvil verilməsinin zəruriliyi barəsində müddəalar daxil edildi. kinci
dünya müharibəsini başlamış şəxslərin konkret təqsirlərini müəyyənləşdirmək
üçün müttəfiq dövlətlər-SSR , ABŞ, ngiltərə və Fransa Beynəlxalq hərbi tribunal
yaratdılar.
Potsdam konfransında Almaniya tərəfindən döyüşən Avropa dövlətləri ilə sülh
bağlamaq və onları BMT-ə daxil etmək haqqında məsələ kəskin mübahisələr ya-
ratdı. Məsələnin müzakirəsi nəticəsində “Sülh müqavilələrinin bağlanması və
BMT-ə daxil olma” adlı saziş imzalandı. Sazişə görə taliya, Bolqarıstan, Finlan-
diya, Rumıniya və Macarıstanla sülh müqavilələri bağlanmalı və onların BMT-ə
üzvlüyü məsələsinə baxılmalı idi. Dunayda və Reyndə üzgüçülük məsələlərini həll
etmək üçün müvəqqəti naviqasiya orqanı yaradılması haqqında təklif xarici işlər
nazirləri şurasının müzakirəsinə verildi.
Potsdam konfransında Stalinin Qara dəniz boğazlarına dair Montre konvensiya-
sını dəyişdirmək təklifi qəbul edilmədi. Hər üç ölkənin hökumətlərinin Türkiyə ilə
bilavasitə danışıqlar aparılması qərara gəlindi. Konfransda Tancer beynəlxalq zo-
nası, Avropada daxili nəqliyyat, randan qoşunların çıxarılması və başqa məsələlər
müzakirə olundu. Konfransda Ettli və Trumen ABŞ-ın atom silahına sahib olması
məsələsini iclasdan kənar görüşlərində müzakirə edərək Stalinə çatdırdılar. Kon-
fransın gedişində, iyulun 26-da ABŞ, ngiltərə və Çin Yaponyanın tezliklə təslim
olması haqqında bəyannaməni imzaladılar. Bəyannamənin bir surəti məlumat üçün
SSR nümayəndə heyətinə göndərildi. Sovet hökuməti bu bəyannaməyə avqustun
8-də qoşuldu. Potsdam konfransının nəticəsində avqustun 1-də üç dövlət başçısı
protokol və Berlin konfransı haqqında məlumat imzaladılar. Potsdamda qəbul
edilən əsas sazişlərə Fransa hökuməti də qoşuldu. Konfransın böyük tarixi əhə-
miyyəti var idi. O, Avropada təhlükəsizliyin başlıca şərti kimi alman militarizmi-
nin və nasizminin kökünün kəsilməsini irəli sürdü, dövlətlərarası münasibətlərin
97
suverenlik, milli müstəqillik, bərabər hüquqluq və daxili işlərə qarışmamaq, demo-
kratik prinsiplər əsasında qurulmasını vacib hesab etdi. ABŞ, ngiltərə və Fransa-
nın tezliklə razılaşdırılmış xətdən tədricən uzaqlaşmağa başlamasına baxmayaraq,
Potsdam konfransında qəbul olunmuş qərarların həm Avropada, həm də bütün
dünyada müharibədən sonrakı dinc nizamlama üçün vacib əhəmiyyəti vardı.
50. Yaponiyanın tə slim olması. kinci dünya müharibə sinin baş a çatması və
də rslə ri.
1944-cü ilin sonu 1945-ci ilin əvvəlində Yaponiyanın vəziyyəti xeyli çətin idi.
Müttəfiqlərin Sakit okeanda hərbi əməliyyatları genişləndirmələri, Filippin və
Birmanın azad olunması və Yaponiya üzərinə hava hücumları onun vəziyyətini
kəskinləşdirirdi. 1945-ci il aprelin 1-də Okinava adasına amerikanlar desant çı-
xartdıqdan sonra Yaponiyada hakimiyyət dəyişikliyi oldu. Yapon hakim dairələ-
rinin gözlənilən hərbi əməliyyatların qarşısını almaq üçün sülh danışıqlarına baş-
lamağa sveç, sveçrə və Portuqaliyanın vasitəsilə cəhd etmələri uğursuzluqla nəti-
cələndi. Müttəfiqlərin Yaponiyaya münasibətdə əsas prinsipləri aşağıdakılardan
ibarət idi: Yaponiya təcavüzkar müharibələr nəticəsində işğal etdiyi əraziləri geri
qaytarmalı idi; Yaponiya məğlub edildikdən sonra yapon hökuməti öz fəaliyyətini
dayandırmalı idi; Yaponiyanın işğalında müttəfiq dövlətlər iştirak etməli idilər.
SSR Krım konfransının qərarını yerinə yetirərək 1945-ci il avqustun 8-də
Yaponiyaya müharibə elan etdi və avqustun 9-dan ona qarşı hərbi əməliyyatlara
başladı. Bu ərəfədə, avqustun 6-da amerikanlar 13 kilotonluq atom bombasını
Xirosimaya, avqustun 9-da isə 17 kilotonluq atom bombasını Naqasakiyə atdılar.
Beləliklə, təkcə böyük dağıdıcı qüvvəsi ilə yox, həm də radiasiyası ilə təhlükəli
olan yeni silahın yaradılması dünyaya bəlli oldu. ki yapon şəhərinin bombalan-
ması heç bir hərbi zərurətdən irəli gəlmirdi. Yaponiya darmadağın olmaqdan qaça
bilməzdi, SSR -nin Uzaq Şərqdə müharibəyə qoşulması ilə onun millitarist reyi-
minin iflasını sürətləndirdi. kinci dünya müharibəsi haqqında memuarlarında U.
Çörçil “Yaponiyanın taleyinin atom bombası ilə həll olunması” fərziyəsinin yan-
98
lışlığını etiraf etmişdi. O yazırdı ki, onun məğlubiyyəti “ilk atom bombası atılana
qədər yəqinləşmişdi”.
Yaponiyaya qarşı müharibədə nüvə silahının tətbiq edilməsinin hərbi yox,
təmiz siyasi əhəmiyyəti vardı. Bu, fövqalədə gücə malik silahı olan yeganə ölkə
kimi ABŞ-ın gücünü bütün dünyaya göstərməli idi. SSR -nin müharibəyə qoşul-
masından üç gün əvvəl və müharibəyə başladığı gün iki yapon şəhərinə nüvə bom-
balarının atılması sonradan həm də üç həftəyə bir milyonluq Kvantun ordusunu
darmadağın etmiş Sovet ttifaqının rolunu azaltmaq və müharibədə qələbəyə Ame-
rikanın nail olduğunu bütün dünyaya göstərmək üçün istifadə edilmişdi. Yapon
hökuməti avqustun 14-də təslim haqqında qərar qəbul etsə də, Kvantun ordusu
müqaviməti davam etdirir, hətta bəzi hissələri əks-hücuma da keçirdilər. Lakin son
nəticədə yapon qoşunları təslim olmağa məcbur oldular. 1945-ci il sentyabrın 2-də
Yaponiyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Yaponiya üzərində qələbə
nəticəsində Sovet ttifaqı Cənubi Saxalini və Kuril adalarını geri qaytardı. Belə-
liklə, iki təcavüzkar dövlət-Uzaq Şərqdə Yaponiya və Avropada öz müttəfiqləri ilə
birlikdə Almaniya tam iflasa uğradı. Avqustun ikinci yarısında yapon ordularının
darmadağın edilməsi ndoneziya, Birma və başqa ölkələrdə milli azdlıq hərəkatına
təkan verdi. Yaponiyanın məğlub edilməsində Çin ordusu da müəyyən rol oynadı.
Yaponiyanın məğlub olması ilə ikinci dünya müharibəsi sona yetdi.
kinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müha-
ribə olmuşdur. kinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin
maddi və ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə na-
sist Almaniyanın, faşist taliyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəti-
cəsində baş vermişdi. Dünyada iki sistem-burjua demokratik və sosializm sis-
temləri qalmışdı. Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyi-
ş
ikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış,
sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri
faşizmdən azad olduqdan sonra SSR təsiri altına düşərək sovet modelli siyasi
inkişaf yolunu götürmüşdülər.
99
Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və
məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSR -nin
nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər,
ngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya,
Vyetnam, Koreya parçalanmışdı. Sülhə və təhlükəsizliyə xidmət edən beynəlxalq
təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində
formalaşmış BMT müstəsna yer tuturdu. kinci dünya müharibəsinin ən başlıca
yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir.
O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması
üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsi-
yində iki ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan
SSR -nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma
aradan qalxdı.
kinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün
çox mühüm dərslər vermişdir:
- O, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək
dərsini verdi;
- O, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının
mövcud olduğu indiki dövrdə, yol verilməsinə imkan yaratmamaq dərsini verdi;
- O, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə
qarşı birləşməyin çox vacib olması dərsini verdi;
- O, göstərir ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional mü-
haribələrin baş verməsinin qarşısı alınmalıdır;
- O, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, mü-
haribə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza ya-
ratmaqdır;
- Müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son
qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qa-
dağan edilməsinə nail olmaqdır.
Dostları ilə paylaş: |