Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə16/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

 
 
59
ticarətnən  məşğuluq.  Məqsədimiz  nə  ticarətdi,  nə  də  başqa  bir  şey. 
Mən  özüm  də  Ədil  şahın  vəziriyəm,  Cahangiri  tək  buraxmamışam. 
İndi özün bil, bir qızdı, verərsən ədalət elərsən, verməzsən zülüm. 
Lələnin bu sözünnən sonra İzzət bəy dedi: 
- O ki belə oldu, onda atamın da əvəzinnən irazılıx verirəm. 
Ancax bir şərtim var ki, gərək yaza kimi gözdüyəsiniz. Qızın toy 
tədarükünü  görmək,  cehizini,  mehri-müsəmmasını  hazırramax 
vaxt  tələb  eliyir.  Yaza  kimi  dözməlisiniz,  bu  günnənsə  hamıya 
məlum  olsun  ki,  Mələksuma  Cahangir  bəyin  nişanlısı  sayılır. 
Balaca  bir  məclis  qurdular,  araya  şirinlik  gətirdilər.  Mələksu-
manı Cahangir bəyə ad eliyif hər kəs öz öyünə dağıldı. 
Aradan  bir  neçə  vaxt  keçdi.  İzzət  bəyin  fikrinə  qara-qura 
fikirlər gəldi. Öz-özünə dedi: “Ay zalım, bəlkə bu Lələ məni alda-
dıf qızı Cahangirə almağ istiyir. Bəlkə bu heç şah oğlu döylü. Şah 
oğlu olsa gəlif mənim şəhərimdə bəzirgannığ eliyərdimi?” 
Bu fikir başınnan açılmadı ki, açılmadı. Axırda belə qərara 
gəldi  ki,  bir  qasidnən  Yəmən  şahına  bir  məktub  göndərsin  ki, 
gecənin  bir  aləmi  gəlif  Mələksumanı  oğurratsın.  İzzət  bəy  belə 
fikirləşdi  ki,  Yəmən  şahının  qohumu  olsam,  əvvəlki  düşmançı-
lığımız da aradan qalxar. 
Bəli
ə


 
 
60
mın otağına girif ona bihuşdarı verif aradan çıxartdılar, üz qoy-
dular Yəmən şəhərinə. 
Həmən gejə məsələ Cahangirə yuxuda əyan oldu. Yuxudan 
hövləng duruf Lələsinə görək nə dedi, sizi də xoşbəxt olun: 
Yatmış idim xabi-qəflət içində, 
Yetişdi guşuma sədalar indi. 
Gör necə kül oldu aslan başına, 
Alıbdı meydanım gədalar indi. 
 
Lələ, dərdim əllidimi, yüzdümü, 
Pərişan görmüşəm ala gözlümü. 
Bir büllur buxaxlı, gülər üzlümü 
Məgər mən ölümşəm, yad alar indi?! 
 
Cahangirəm, çağıraram bir ağa, 
Mələksuma deyə düşdüm sorağa. 
Lələ, vallah, Əslim getdi uzağa, 
Kərəm kimi canım od olar indi. 
Lələ dedi: 
-  Ay  oğul,  sənə  nə  oluf,  o  kişi  bizə  yaza  kimi  söz  verif 
həmən vaxta da az qalıf. Bu nə fikirdi ağlına gəlif? 
Cahangir dedi: 
– Lələ, mən nə deyirəm, yaxşı bilirəm. Məlksumanın başın-
da bir iş var. Tez dur şəhərə çıx, gör camahat nə danışır? 
Lələ  şəhəri  çıxıf  dolaşdı.  Öyrəndi  ki,  bəs  deməzsənmi,  bu 
gejə  Yəmən  şahının  adamları  saraya  basqın  eliyif  Mələksuma 
xanımı qaçırdıf aparıfdı. 
Lələ başı  yaloylu
1
 Cahangirin  yanına döndü, məsələdən onu da 
agah  elədi. Dedi, oğlum,  vayğan
2
 əyan oldu, gördüyün  yuxu düzüy-
müş. Mələksuma xanımı Heydər bəyin adamları gejə gəlif qaçırdıflar. 
Cahangir bəy dedi: 
                                                             
1
 Yaloy – alov 
2
 vağya – yuxu 


 
 
61
– Lələ, tez ol  mənə  bir  yaxşı at tap mən söydüyümü darda 
qoya bilmərəm. 
Əlqərəz,  Lələ  gedif  bir  yəhərri,  yüyənni  gözəl  bir  at  alıf 
gətirdi.  Cahangir  bəy  altdan  güyinif  üstdən  qıfıllanıf  ata  suvar 
oldu. Lələsiynən Heydər bəyin adamlarının dalıncan çapdı. 
Cahangir  bəy  yol getməkdə olsun, sizə  Mələksuma  xanım-
nan  xəbər  verək.  Mələksuma  xanım  xeyli  yol  gələnnən  sonra 
bihuşdarının  təsiri  gedif  yuxudan  ayılmışdı.  Kəcavə  gözəl  bir 
mənzərəli  yerdə  əyləşmişdi.  Mələksuma  işdən  halı  oldu.  Əmbə 
onu  da  deyək  ki,  İzzət  bəy  bacısının  yanına  kənizdərinnən  iki 
nəfərini də qoşmuşdu. Mələksuma Heydər  bəyə  xəbər göndərdi 
ki, ürəyim yaman darıxır, icazə ver bu həndəvərdə qızdarnan bir 
qədər  dolaşım.  Heydər  bəy  icazə  verdi.  Mələksuma  qızdarnan 
çadırın yanınnan ayrılanda onda gördü ki, ağacdarın başında bir 
neçə  göyərçin  ötüşür.  Bu  quşdarı  görəndə  Mələksuma  xanımın 
ürəyi tüğyan elədi. Götürdü bu quşdarınan qaynatasına, həm də 
Cahangirə görək necə bir namə yazıf göndərdi: 
Üz-üzə, dil-dilə ötən murğular, 
Gəlin özünüzü mana yetirin. 
Göz yaşımnan yazdım ərzi-halımı, 
Misirdəki qaynatama yetirin. 
 
Alışdı ürəyin közü qırmızı, 
Qələm qana döndü yazı qırmızı. 
Ağam Əli kimi gözü qırmızı, 
Şahı Mərdan ol İmama yetirin. 
 
Xəbər alsaz adım Mələksumadı, 
Gündüzdərim ay qarannıx gejədi. 
Ərzi-halım bir şikayət namədi, 
Günortaya, ya axşama yetirin. 
Bəli, əzizdərim, deyəllər göyərçinnər bu naməni götürüf Misir 
şəhərinə uçdular. Şəhərə çatıf məktubu Ədil şahın həyətinə atdılar. 


 
 
62
Quşdan düşən naməni qarabaşdardan biri götürüf Ədil şaha 
çatdırdı. Ədil  şah namənin məzmunuynan tanış oluf başa düşdü 
ki, Cahangirin başında qarannıx var. Odur ki, taxtı-tacı inandığı 
adamlardan  birinə  tapşırıf,  bir  qədər  də  qoşun  götürüf  Hindis-
tana yola düşdü. 
Sizə  deyək  Cahangir  bəydən.  Cahangir  bəy  az  getdi,  çox 
getdi. Çapa-çapa gəlif özünü yetirdi Heydər xanın qoşununa. 
O  vaxtı  yetişdi  ki,  qoşun  tamam  tərkisilah  olub,  kef  məc-
lisinə  əyləşmişdi.  Bu  məqamda  Cahangir  bəy  atını  bir  qədər 
aralıda saxlayıf bu kef məclisindəkilərə görək nə dedi: 
Yəmənin sultanı, hindistan xanı, 
Sizdən ötrü namus olsun, ar olsun. 
İnsafdan uzaxsız, insaf eləyin, 
Mən bir qərib, ölkənizdə xar olsun. 
 
Cavannarı qan içində üzdürrəm, 
Çox başları nizələrə düzdürrəm. 
Cümlənizi əsir edib gəzdirrəm, 
Görən desin bu əllərin var olsun. 
 
Cahangir əl çəkməz, heç olmaz qara, 
Doğrayıb tökərəm mən para-para. 
Yəmənin şəhrini sallam hasara, 
Bu gen dünya sizin üçün dar olsun. 
Cahangir bəy sözünü tamam eliyif tərkisilah qoşuna hücum 
elədi. Birinci Heydər xanın başını bədəninnən üzdü. Heydər xa-
nın  qoşunu  Heydər  xanın  öldüyümü  görüf  Cahangir  bəyə  tabe 
oldular. Cahangir  bəy  Mələksuma xanımnan görüşdü, hal-əhval 
elədu.  Kəcavə  yola  düzəldi,  Cahangir  bəy  Heydər  xanın  qoşu-
nunu da qabağına qatıf Hindistana üz tutdu. 
Az  gəldilər,  çox  gəldilər,  bir  müddətdən  sonra  gəlif  bir  dörd 
yol  ayrıcına  çatdılar.  Cahangir  bəy  baxıb  gördü  ki,  uzaxdan  bun-
nara tərəf bir qoşun gəlir. Bir qədər gözdüyənnən sonra qoşun gəlif 
yaxınlaşdı.  Cahangir  qoşunun  qabağında  gələn  atası  Ədil  şahı 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə