Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
6
7. Təcili olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqələri
bərpa edərək tapıntıların qanuni sənədləşdirilməsini təmin edilsin. BP, BTC,
SCP şirkətləri AMEA Arxeologiya Đnstitutu və Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi ilə birlikdə arxeoloji abidələrin qorunması üzrə birgə
işçi qrupu yaratsın.
8. Arxeoloji tapıntıların kompüterləşdirilmiş kataloqunun hazırlanması
sürətləndirilməlidir.
Qənaətlər:
1. Layihənin reallaşması nəticəsində Azərbaycan Arxeologiya elmi yarandığı vaxtdan
bu günə qədər ən böyük həcmdə materiallara sahib olmuş, bundan sonra bir çox illər
ərzində öyrəniləcək tədqiqat obyektləri əldə etmişlər. Đnstitutun arxeoloji tapıntı
kolleksiyalarının sayı iki dəfə artmışdır.
2. Tədqiqatlar nəticəsində bir sıra dünya və ölkə əhəmiyyətli abidələr aşkar edilmiş,
Azərbaycanın mədəni irsi xeyli zənginləşmişdir.
3. Azərbaycan mütəxəssisləri arxeologiya üzrə ən müasir texnologiyalar, nəzəri biliklər
və praktiki vərdişlər əldə etmiş, bu sahədə dünyanın aparıcı tədqiqat mərkəzlərinin
mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmış, yeni məlumatlara malik olmuşlar.
4. AMEA Arxeologiya və Etnoqrafiya Đnstitutunun cəlb olunmuş əməkdaşları yüksək
peşəkarlıqları və məhsuldar fəaliyyətləri ilə fərqlənmişlər. Bununla bərabər tədqiqat
qrupuna paleontoloqların cəlb olunmaması tədqiqatın daha geniş intervalda
aparılmasına imkan verməmişdir. Çünki Azərbaycan ərazisi III və IV geoloji
dövrlərin paleofaunistik (Binəqədi faunası, Pirəkəşkül faunası, Eldar faunası) və
paleobotanik (Daşkəsən Qoşqarçay Yura florası) daşlaşmış qalıqları ilə zəngindir.
5. Fəaliyyət müddətində müəyyən əlaqələri çıxmaq şərti ilə BTC/CQBK şirkəti
Mədəniyyət Nazirliyi ilə birbaşa heç bir əlaqə yaratmayıb, işlərə cəlb etməyib,
qazıntılar vaxtı əldə edilən tapıntılar haqda məlumatlandırmayıb.
6. Görülmüş işlərin KĐV-də kifayət qədər işıqlandırılmaması və prosesdə QHT-lərin
iştirak etməməsi nəticəsində ictimaiyyətdə bəzi fikirlər formalaşmışdır.
7. Şirkət mədəni irsin mühafizəsi istiqamətində götürdüyü öhdəliklərə riayət etmiş, milli
mədəni irsə qayğı göstərmiş, ona hörmətlə yanaşmışdır. Şirkətin mədəni irsin
mühafizəsi sahəsindəki fəaliyyəti qənaətbəxş və səmərəli olmuşdur.
Audit layihəsinin maliyyə dəstəyi ACĐ-YF tərəfindən həyata keçirilmişdir
7
I. GĐRĐŞ
1.1. Layihənin Məqsədləri
Layihənin əsas hədəfi Azərbaycanın mədəni irsinin qorunması, BTC/CQBK-nin Azərbaycan
ərazisindən keçən hissəsində və onun yaxınlığındakı ərazilərdə yerləşən sahələrin arxeoloji və
tarixi-mədəni abidələrinin mühafizəsi, idarə olunması və davamlı istifadəsi hesab edilir. Başqa
sözlə desək layihənin məqsədləri şirkətin fəaliyyəti zamanı mədəni irsin mühafizəsi və idarə-
edilməsi üzrə götürdüyü öhdəliklərin və uyğun fəaliyyəti tənzimləyən tələblərin yerinə
yetirilməsinin qiymətləndirilməsindən ibarətdir. Qiymətləndirmə, əsasən, aşağıdakı istiqamətlər
üzrə aparılmışdır:
1. CQBK-nin Mədəni Đrsin Qorunması sahəsindəki Fəaliyyət Planının yerinə yetirilməsinin
auditi.
2. CQBK-nin Mədəni Đrsin Qorunması sahəsindəki öhdəliklərinin icrasının auditi.
3. Mədəni Đrsin Qorunması sahəsində CQBK ilə podratçı Consolidated Contractors
International Company (CCIC şirkəti) və milli tərəfdaşlar: Azərbaycan Milli Elmələr
Akademiyasının
Arxeologiya
və
Etnoqrafiya
Đnstitutu
(AEĐ);
Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi (AR MN) arasında bağlanmış müqavilələr üzrə
müvafiq öhdəliklərin icrasının auditi.
4. Arxeoloji tapıntıların qeydiyyatının, təhvil-təslim prosedurlarının, mühafizəsinin,
təqdimatının
və
kataloqlarının
tərtibinin,
tapıntılar
haqqındakı
hesabatların
hazırlanmasının və ictimaiyyətə çatdırılmasının auditi.
1.2. Layihənin Həcmi, Diqqət Yetirdiyi Məsələlər və Həyata Keçirilmə Mümkünlüyü
Layihənin həcmi. Qobustan Dövlət tarixi Bədii Qoruğunun (Qobustan Qoruğu) bəşəri
əhəmiyyətli irsi abidələrlə bir sırada durmasını, dünya sivilizasiyası beşiklərindən biri hesab
edildiyini rəhbər tutaraq, Azərbaycan ərazisinin qədim dünya əhəmiyyətli arxeoloji abidələrlə
zəngin olduğuna əsaslanaraq, digər tərəfdən Azərbaycan ərazisində aktiv tikinti işlərinin bitdiyini
nəzərə alaraq dördüncü bəndə xitam verilərək işlərin həcmi aşağıdakı şəkildə planlaşdırılmışdır:
Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisinə baxış;
Goranboy və Şəmkir tarix və diyarşünaslıq muzeylərinə baxış
Audit üzrə diqqət yetirilən məsələlər. Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində diqqət
yetirilən məsələlər Şirkətin Qoruqla bağlı üzərinə götürdüyü öhdəliklərin adekvatlığının, bu
sahədəki milli və beynəlxalq qanunvericiliyə və tələblərə uyğunluğunun, bu öhdəliklərin yerinə
yetirilməsinin qiymətləndirilməsi kimi məsələlər ətrafında qurulmuşdur.
Tarix və diyarşünaslıq muzeylərində diqqət yerililən məsələlər abidələrin mühafizəsi, təhvil-
təslim və qeydiyyatı məsələlərinin, bu sahədə Şirkətlə Milli tərəfdaşların birgə fəaliyyətinin
götürülmüş öhdəliklərə, bu sahədəki milli və beynəlxalq qanunvericiliklərə uyğunluğunun
qiymətləndirilməsi kimi sahələr ətrafında cəmləşdirilmişdir.
Layihənin həyata keçirilməsinin mümkünlüyü.
Aşağıda sadalanan amillər auditin keçirilməsini mümkün etmişdir:
• Komanda üzvləri boru kəmərlərinin auditi kurslarını müvəffəqiyyətlə keçmiş, bu sahə
üzrə sertifikat almışlar;
• Komandada bütün fəaliyyətlər üzrə cavabdeh adamlar müəyyənləşdirilmiş;
• Komanda üzvləri öz vəzifə və rolları üzrə məlumatlandırılmışlar;
• Audtin planlaşdırılmış həcm çərçivəsində aparılması üçün resursların mövcud olması;