43
temperatur qalxdıqca azalır: sürətli dizellər üçün özlülük 20°S-də, aşağı sürətlilər
üçün isə 50°S-də təyin olunur. Kinematik özlülüyü götütrlmüş miqdar yanacağın
20°S temperaturda viskozimetrin kapillyarından keçmə müddətinə görə müəyyən
edirlər. Sürətli mühərriklər üçün dizel yanacağının özlülüyü 1,8-8,0 mm
2
/c, aşağı
sürətli mühərriklər üçün isə 36 mm
2
/c-yə kimidir.
Şə
kil 2.2. Dizel yanacağının özlülüyünün temperaturdan aslılığı: 1-yay; 2-qış; 3-arktik.
lin soyuq vaxtlarında dizel yanacağının özlülüyü aşağı olan və temperatur
aşağı düşdükcə bir qədər artan qış növlərini tətbiq etmək lazımdır.
Aşağı temperaturda mühərrikin işinə həcminin tutqunlaşma, kristallaşmanın
başlanması və yanacağın ərkimə (donma) temperaturları təsir edir. Tutqunlaşma
temperaturu o temperatura deyilir ki, həmin tempeaturda yanacaq öz faza bircinsliyini
itirməyə başlayır və tutqun olur. Bu zaman bərk karbohidrogenlərin əmələ gəlməsi
səbəbindən yanacağın xarici görkəmi dəyişir. Yanacağın sonrakı soyudulması bərk
fazanın miqdarının artmasına, kristalların əmələ gəlməsinə gətirir. lk kristalların
ə
mələ gəldiyi temperatur kristallaşmanın başlanma temperaturu adlanır. Yanacağın
öz mütəhərrikliyini təmamilə itirdiyi temperatur bərkimə (donma) temperaturu
44
adlanır. Tutqunlaşma, kristallaşmanın başlanma və bərkimə (bərkimə) temperaturları
dizel yanacağının fraksiya tərkibindən asılıdır. Məsələn, parafin karbohidrogenlər
aşağı bərkimə temperaturuna malikdirlər və yanacağın yay növlərinin, yüksək
bərkimə temperaturuna malik naften karbohidrogenlər isə yanacağın qış növlərinin
emalı üçün tətbiq olunurlar. Mühərrikin normal işləməsi üçün tutqunlaşma
temperaturunun ətraf mühitin minimal temperaturundan 3-5°S, bərkimə
temperaturunun isə 10-12°S aşağı olması zəruridir.
Benzinə nisbətən dizel yanacağında kükürdün miqdarı həmişə yuxarıdır, belə
ki, kükürdlü birləşmələrin əksəriyyəti 200°S-dən yuxarı temperaturda qaynayıb
buxarlanan karbohidrogenlərlə birlikdə neftdən ayrılırlar. Kükürd və kükürdlü
birləşçmələr mühərriklərin, xüsusilə də yüksək sürətli mühərriklərin detallarının
korroziyasına səbəb olurlar. Ona görə də yüksək sürətli dizellər mümkün qədər az
kükürdlü yanacaqla istimar olunmalıdırlar. Bundan başqa, mühırrik kükürdlü
yanacaqla işlədikdə aşınma (şəkil 2.3) və kül əmələ gəlmə artır, mühərrikin gücü
azalır və yağın oksidləşməsi prosesi sürətlənir. Kükürdün zərərli təsirini azaltmaq
üçün təmizləmə zamanı onu yanacaqdan diqqətlə kənarlaşdırmaq lazımdır. Kükürdün
törətdiyi korroziya ilə mübarizənin təsirli üsulu dizel yanacağına əlavə olunan
antikorroziya aşqarlarının (məsələn, sinkin naftenatı) əlavə edilməsi, eləcə də
tərkibində aşqarın müəyyən kompozisiyalarının olduğu motor yanğın düzgün
seçilməsidir. Aktiv kükürdlü birləşmələrin mövcudluğu mis lövhədə sınaq keçirməklə
müəyyən edilir.
Dizel yanacağının korroziya aktivliyi həmçinin suda həll olunan turşu və
qələvilərin, oksigen birləşmələrinin, qatranın, mexaniki qarışıqların və suyun
miqdarından asılıdır. Yanacaqda mineral turşuların və ya turşu reaksiyası yaradan
maddələrin, eləcə də mexaniki qatışıqların və suyun mövcudluğu yolverilməzdir.
Mexaniki qatişıqlar yanacaq verən aparatın detallarının sıradan çıxmasına səbəb olur:
onların miqdarı orta yanacaq nümunəsinin kağız filtrdən keçirilməsi ilə müəyyən
edilir. Dizel yanacağında benzinə nisbətən suyun miqdarı çox ola bilər, belə ki, dizel
45
yanacağı daha hiqroskopikdir. Su yanacaqla birləşərək emulsiya əmələ gətirir, bu da
mühərrikin yanacaq verən aparatının korroziyasına səbəb olur.
Şə
kil 2.3. Yanacaqda kükürdün miqdarının mühə
rrikin aş
ınmasına tə
siri
stifadə olunan yanacağın kimyəvi tərkibindən yanacağın xırdalanma (toz
halına keçmə) keyfiyyətini pisləşdirən, mühərrikin qızmasına səbəb olan və onun
gücünü aşağı salan qatranlı maddələrin və kükün əmələ gəlmə intensivliyi asılıdır.
Dizel yanacağının keyfiyyətini yaxşılaşdırmaq üçün ona setan ədədini artıran
aşqarlar, korroziya inhibitorları (korroziyanı aradan qaldıran maddələr), metalların
dezaktivatorları və s. əlavə edilir. Belə ki, 1% izopropilnitratın əlavə edilməsi dizel
yanacağının setan ədədini 10-12 vahid artırır, onun işə salma xarakteristikalarını
yaxşılaşdırır.
Tətbiq olunma şəraitindən asılı olaraq sənayedə üç marka dizel yanacağı bura-
xılır: L (yay-rusca letniy sözündən), - ərtaf havanın temperaturu 0°S və ondan yuxarı
olduqca istismar edilmək üçün; Z (qış-rusca zimniy sözündən) - ətraf havanın tempe-
raturu -20°S və ondan yuxarı olduqda istismar edilmək üçün; A(arktik)- ətraf hacanın
temperaturu -50°S və ondan uxarı olduqda istismar üçün. Hər üç marka dizel
yanacağı üçün setan ədədinin norması 45-dən yuxarı müəyyən edilmişdir. Kükürdün