Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə11/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     23 
 
 
Məhəbbət PAŞAYEVA  
ADİU “Azərbaycan tarixi” kafedrasının  
professoru, tarix elmləri doktoru, 
 AMEA Arxeologiya və Etnoqrafiya  
İnstitutunun aparıcı elmi işçisi  
e-mail: pashayeva.m@gmail.com 
 
 
KÜRMÜKOBA MƏRASİMİNİN TARİXİ KÖKLƏRİ 
Xülasə 
Hazırda  Azərbaycanda  müxtəlif  dini  dünyagörüşlərin,  xristianlığa  və  islamaqədər  inancların 
qorunub saxlanması, onların bir-birilə qaynayıb qarışması- dinlərin sinkretizmi eyni sitayiş yerinin həm 
müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə gətirib çıxarmışdır. Belə inanc yerləri içə-
risində, müxtəlif dinlərdən olan minlərlə ziyarətçinin axışdığı Kürmük məbədi xüsusi yer tutur. Tarixi-
etnoqrafik  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  Kürmük  məbədi  Ay  məbədinin  yerində  inşa 
olunmuşdur.  Hazırda da  burada  kökü ibtidai  dinlərə  uzanan  “Kürmükoba”  adlı  bir  mərasim icra  edilir. 
Bu mərasimə həm xristian, həm də islam dini elementləri daxil edilsə də, “Kürmükoba” Kürmük çayının 
şərəfinə keçirilən qədim ayinin izlərini daşıyır. Bu mərasimin ildə iki dəfə Kürmük çayının daşma möv-
sümündə keçirilməsi də onun xristianlıq dövründən çox öncə mövcud olduğunu və qədim bir təbiət ayini 
olduğunu təsdiq edir. Göründüyü kimi, bu günədək Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməmiş 
və günümüzədək keçmiş ənənəsini qoruyub saxlanmışdır.  
Açar sözlər: ayin, məbəd, inanclar, adət-ənənələr, din 
 
THE HISTORICAL ROOTS OF THE HOLIDAY KURMUKOBA 
Summary 
In  this  way  they  preserved  them  into  the  new  classical  ideology.  Nowadays  in  Azerbaijan 
because  of  the  preserved  views  of  different religions and  beliefs  practiced  before  the  appearance  of 
Christianism  and  Islam  ,  and  of  course  because  of  their  interlacement  –which  is  the  syncretism  of 
religion ,caused the fact that some religious places are visited by both Muslims and Christians. Among 
these  places  of  pilgrimage,  the  temple  of  Kurmuk  occupies  a  special  place.  A  ceremony  called 
Kurmukoba  which roots  belong  back  to  primary  religions  is  now  being held here.  Though religious 
elements  of  both  Christianity  and  Islam  are  incorporated  in  this  ceremony,  “Kurmukoba”  carries 
ancient  signs  of  the  rituals  that  were  held  in  honor  of  the  river  Kumruk.  The  celebration  of  this 
ceremony  twice  a  year  during  the  Kumruk  River  flood  proves  that  this  ceremony  was  an  ancient 
nature ritual and  existed long  before  Christianity.  As  a matter  of  fact,  Kumrukoba  Ceremony  hasn’t 
lost its preliminary essence and had stored ancient tradition up to nowadays. 
Keywords: ritual, temple, worship, tradition, religion 
 
 
ИСТОРИЧЕСКИЕ КОРНИ ПРАЗДНИКА КУРМУКОБА /KURMUKOBA 
Резюме 
В  настоящее  время  в  Азербайджане  в  результате  сохранения  различных  религиозных 
мировоззрений, дохристианcких и доисламских верований, переплетения их друг с другом, т.е. 
синкретизма религии, одни и те же культовые места поклонения и религиозных обрядов посе-
щаются как мусульманами, так и христианами.  
Среди таких мест паломничества особое место занимает Курмукский храм. В настоящее 
время  здесь  проводится  обряд  «Курмукоба  /Kurmukoba»,  который  своими  корнями  связан  с 
первобытными верованиями.  
Несмотря на то, что эта церемония включает в себя как христианские, так и мусульман-
ские  религиозные  элементы,  Курмукоба/  Kurmukoba  имеет  следы  древнего  обряда,  который 
проводился в честь реки Курмук/ Курmuk. Проведение этой церемонии 2 раза в году в период 
разлива реки Курмук/ Kurmuk доказывает, что этот обряд появился задолго до христианства и 
является древним ритуалом, связанным с природой. 
Праздник Курмукоба/ Kurmukoba и по сей день не потерял своей первоначальной сути и 
значения, и сохранил свои древние традиции. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     24 
 
 
Ключевые слова: обряд, храм, верования, традиции, религия 
 
İşin  məqsədi.  Kürmükoba  bayramının  mənşəyinin,  tarixi  köklərinin  antik  mən-
bələr və arxeoloji-etnoqrafik materialar əsasında müəyyənləşdirilməsi. Qədim dövrlər-
dən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, 
zəngin mədəni irsə sahibdir. Azərbaycan mədəni irsində islama qədərki inancların izlə-
rinin  üzə  çıxarılmasında  Azərbaycan  tarixini  ən  mühüm  mərhələlərindən  birini  təşkil 
edən  Qafqaz  Albaniyası  dövrü  xüsusi  əhəmiyyət kəsb  edir.  Azərbaycanlıların  mənəvi 
irsini  təşkil  edən  alban  mədəniyyəti  və  etnosu  tarixi  zaman  çərçivəsində  müəyyən 
transformasiyaya uğrasa da, alban mədəniyyətinin zəngin və qədim ənənələrinin izləri 
azərbaycanlıların  tarixi  abidələrində,  mərasim  ayinlərində,  xalq  inanclarında  bu  gü-
nədək öz canlılığını qoruya bilmişdir. 
Hazırda  Azərbaycan  əhalisinin  inancından  asılı  olmayaraq  Komrad,  Armatay, 
Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfalarının varisləri olaraq 
onların  xristianlıq  və  islam dininin qəbulundan sonra  belə öz qədim ənənələrini unut-
madıqlarını göstərir. Azərbaycanda müxtəlif dini dünyagörüşlərin, xristianlığa və isla-
maqədərki  inancların  qorunub  saxlanması,  onların  bir-birilə  qaynayıb  qarışması  eyni 
sitayiş yerinin həm müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə, dini 
sinkretizmə gətirib çıxarmışdır. Azərbaycanın Qəbələ rayonunda Komrad, Zaqatala ra-
yonunda  Pəriqala,  Şəki  rayonunda  Kiş,  Qax  rayonunda  Kürmük  məbədi  kimi  yüksək 
dağ zirvələrində alban dövründən qalma qədim inanc yerlərini istər xristian, istərsə də 
müsəlman  əhali  eyni  dərəcədə  inanaraq  ziyarət  edirlər.  Belə  inanc  yerlərində  dinlərin 
sinkretizmi müxtəlif formalarda müşahidə edilməkdədir. 
 Qax rayonu ərazisində  yerləşən qədim alban  məbədi olan  Kürmük  məbədi də 
həm xristian, həm də müsəlman əhalinin ziyarət etdiyi qədim inanc yerlərindən biri-
dir (şəkil1). 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə