Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə17/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     39 
 
 
dən oxuculara təqdim olundu. Mehdi Hüseyn və Əhməd Cavadın redaktorluğu altın-
da  çıxan  “Aşıqlar”  yüksək  tirajla  –  on  min  nüsxə  buraxılmışdır  (12).  Yüksək tirajlı 
nəşrin səbəbi Hümmət Əlizadə tərəfindən buraxılmış əvvəlki aşıqlar antologiyasının 
geniş ictimaiyyət arasında rəğbətlə qarşılanması və yayılması idi.  
“Aşıqlar”ın  1936-cı  ildə  nəşr  olunan  ikinci  cildi  də  bu  cür  böyük  tirajla  –  on 
min nüsxə çap edildi (13). Redaktoru Mehdi Hüseyn olan bu cildin həcmi 437 səhifə 
idi. Birinci cilddə on beş,  ikinci cilddə  isə qırx dörd aşıq və el şairinin şeirləri cəm-
ləşdirilmişdir. Hümmət Əlizadə tərəfindən hazırlanmış əvvəlki aşıq poeziyası antolo-
giyaları  (1929,  1930)  ilə  müqayisədə  ikicildlik  “Aşıqlar”  (1935  və  1936)  kitabları 
daha mükəmməl təsir bağışlayırdı. Doğrudur, əvvəlki antologiyalardakı bəzi aşıq və 
el şairləri açıqlanmayan səbəbə görə ikicildliyə daxil edilməmişdir, lakin bunun əvə-
zində  öncəki  nəşrlərdə  yer  almayan  bir  sıra  yeni  müəlliflər  oxuculara  tanıdılmışdır. 
Bu, Hümmət Əlizadənin aşıqlar antologiyası üzərində ardıcıl olaraq işlədiyindən, la-
zımi dəqiqləşdirmə, təkmilləşdirmə əməliyyatları həyata keçirdiyindən, toplunu yeni 
əldə olunmuş materiallarla daim zənginləşdirdiyindən xəbər verirdi. 
“Aşıqlar”  ikicildliyi  yüksək  tirajla  nəşr  olunmasına  baxmayaraq,  qısa  müddət 
ərzində  əldən-ələ  gəzərək  özünə  böyük  oxucu  auditoriyası  qazandığı  üçün  1938-ci 
ildə tələbata uyğun şəkildə yenidən (I cild-10min; II cild-15 min nüsxə) növbəti dəfə 
çap edilmişdir. Təkcə belə bir faktı diqqət önünə çəkmək kifayətdir ki, H. Əlizadənin 
sözügedən ikicildliyinin son nəşri üst-üstə min səhifədən yuxarı (I cild 522 səhifə; II 
cild  489  səhifə)  həcm  göstəricisinə  malikdir.  Otuz  min  misraya  yaxın  aşıq  şeirinin 
cəmləşdiyi  antologiya  Azərbaycan  aşıq  poeziyası  örnəklərinin  toplanması  və  nəşri 
sahəsində təkrarsız bir tarixi xidmətdir (9).  
Hümmət  Əlizadənin  aşıq  poeziyası  antologiyasının  hazırlanması  ilə  başlanan 
aşıq  ədəbiyyatı  üzrə  naşirlik  fəaliyyəti  ayrı-ayrı  klassik  ustad  aşıqların,  eləcə  də  xalq 
arasında  dərin  hörmət  və  nüfuza  malik  müasirlərinin  ayrıca  şeirlər  toplusunu  geniş 
oxucu auditoriyasına çatdırmaq qədər getdikcə böyüyən əhatə dairəsinə malik idi. Bu 
sıradan  onun  hazırladığı  ilk  fərdi  aşıq  kitabı  1934-cü  ildə  “Azərnəşr”də  çap  etdirdiyi 
“Aşıq  Ələsgər”  kitabı  idi  (14).  Beş  min  nüsxə  tirajla  buraxılan  bu  kitabın  həcmi  181 
səhifə idi. Seyid Hüseynin redaktor olduğu “Aşıq Ələsgər” kitabı H. Əlizadənin “Aşıq 
Ələsgər haqqında” və “Aşıq Ələsgərin tərcümeyi halı” sərlövhəli giriş yazıları ilə açı-
lır. Kitabda ustad aşığın tərcümeyi-halı və sənət şəcərəsi barədə elmi ədəbiyyatda də-
yərli məlumatlar ilk dəfə olaraq öz əksini tapmışdı. H. Əlizadə bu məlumatları onun öz 
ailəsindən, yaxınlarından və şəcərəsinə daxil olan aşıqlardan aldığını qeyd edir və Aşıq 
Ələsgərin  oxuculara təqdim  olunan  şeirlərinin  də böyük  əksəriyyətlə  həmin  adamlar-
dan topladığını göstərirdi. Təqribən yüz əllidən yuxarı qoşma, gəraylı, təcnis və başqa 
aşıq  şeiri  şəkillərindəki  Ələsgər  yadigarlarının  toplanıldığı  kitab  “Lirik  şeirlər”,  “Gə-
raylılar”,  “Tərifnamələr”,  “Təcnislər  və  dodaqdəyməzlər”,  “Müxtəlif  şeirlər”,  “Həcv-
lər”, “Deyişmələr”, “Aşıq Ələsgərə bənzətmələr” bölmələrindən ibarətdir 
Böyük maraqla qarşılanan “Aşıq Ələsgər” kitabı növbəti illərdə bir sıra təkmil-
ləşdirmə və əlavələr olunmaqla iki dəfə dalbadal çap edildi. 1935-ci ildəki 234 səhi-
fəlik ikinci təkrar nəşr on min, 1937-ci ildəki 263 səhifəlik üçüncü təkrar nəşr isə on 
beş  min  tirajla  çap  olunaraq  ictimaiyyət  arasında  yayıldı.  Cəsarətlə  demək  olar  ki, 
Aşıq Ələsgər poetik irsinin bütün sonrakı nəşrlərinin əsas zəmini rolunu məhz Hüm-
mət Əlizadənin bu sahədəki toplayıcılıq və naşirlik təcrübəsi oynamışdır.  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     40 
 
 
Otuzuncu illərdə Hümmət Əlizadə Aşıq Ələsgərdən əlavə Aşıq Hüseyn Bozal-
qanlı  və  Aşıq  Əsəd  Rzayev  kimi  istedadlı  el  sənətkarlarının  da  şeirlər  kitablarının 
işıq üzü görməsində əlindən gələni əsirgəməmişdir. Görkəmli el  sənətkarı Aşıq Hü-
seyn Bozalqanlının 1938-ci ildə “Azərnəşrdə” çap olunan “Qoşmalar” kitabı onun bu 
yoldakı  məqsədyönlü  fəaliyyətinin  nəticəsi  kimi  ortaya  çıxmışdır  (15).  On  beş  min 
nüsxə  tirajla  buraxılan  “Qoşmalar”  kitabında  Aşıq  Hüseyn  Bozalqanlının  müxtəlif 
aşıq  şeiri  şəkillərində  olan  yüzə  yaxın  şeiri  cəmləşdirilmişdir.  Kitabda  ustad  aşığın 
klassik qoşma, gəraylı və təcnisləri ilə yanaşı yeni həyatı-sovet quruluşunu tərənnüm 
edən  şeirləri  (“Revolyusiyadan  sonra  deyilmiş  qoşmalar”  başlığı  altında)  öz  əksini 
tapmışdır.  
Aşıq ədəbiyyatında sovet ideologiyasının inikası məsələsi H. Əlizadənin 1939-
cu ildə “Azərnəşr”də çap etdirdiyi “Aşıq Əsəd” kitabında daha qabarıq nəzərə çarpır-
dı (16). “Yaşa Stalin”, “Moskva”, “Oktyabr”, “Pervi may”, “Qızıl ordu” və s. bu sıra-
dan olan şeirlər kitabın əsas  yükünü təşkil edirdi.  Otuzuncu illərdə ölkədə gedən si-
yasi  proses  folklorun,  o  cümlədən  də  aşıq  ədəbiyyatının  nəşrində  yeni  cəmiyyətin, 
onun ideoloq və rəhbərlərinin tərənnümü, bunun əksinə olaraq, tarixi-mənəvi dəyər-
lərin,  milli-dini  ənənələrin  tənqidi  məsələsini  diqqət  önündə  saxladığından  “Aşıq 
Əsəd”  kitabındakı  şeirlərin  qayə  və  məqsədi  başa  düşüləndir.  Özü  də  bu  proses  hə-
min dövrdə o qədər gücləndirilmişdi ki, otuzuncu illərdə “Din və mövhumat əleyhinə 
el şeirləri” (“Azərnəşr”, 1937, hazırlayan H. Əlizadə), “Lenin və Stalin haqqında aşıq 
şeirləri” (“Azərnəşr”, 1937, hazırlayan H. Əlizadə) kimi  siyasi-ideoloji səciyyəli ki-
tablar  sifarişlə,  zorla  hazırladılır  və  dönə-dönə  nəşr  olunurdu.  Repressiya,  təqib  və 
mənəvi-fiziki  təzyiqlərin  tüğyan  etdiyi  bir  zamanda  (V.  Xuluflu,  H.  Zeynallı,  S. 
Mümtaz, Ə. Abid kimi folklorçular müxtəlif bəhanələrlə artıq güllələnmişdilər) sözü-
gedən  siyasi  sifarişlərdən  nə  aşıqların,  nə  də  folklorçu  naşirlərin  boyun  qaçırmaq 
imkanı yox idi (9). 
Hümmət Əlizadə təkcə aşıq poeziyasının deyil, həm də dastanların toplanması 
və  nəşri  istiqamətində hər cür fədakarlıq göstərmiş, onlarla dastanı aşıq repertuarın-
dan  yazıya  alaraq  çapa  hazırlamışdır.  Bu  sıradan  onun  ortaya  çıxardığı  ilk  sanballı 
nəşr işi “Dastanlar və nağıllar” kitabıdır. Bu kitab H. Əlizadənin digər kitabları içəri-
sində  xüsusilə  fərqlənirdi.  Burada  10-dan  artıq  məhəbbət  dastanı  və  20  xalq  nağılı 
var.  “Dastanlar  və  nağıllar”  kitabında  bir  sıra  dastanlar  ilk  dəfə  idi  ki,  çap  edilirdi. 
(17)  432  səhifə  həcmində  olan  bu  kitaba  “Aşıq  Valeh”,  “Aşıq  Əmrah”,  “Novruz”, 
“Şah İsmayıl”, “Tahir Mirzə”, “Məsum”, “Alı xan və Pəri xanım”, “İbrahim”, “Dil-
suz və Xəzangül”, “Səyyad və Səadət”, “Qasım” dastanları və iyirmi nağıl daxil edil-
mişdir. Qeyd edilməlidir ki, Hümmət Əlizadə hər bir dastan və ya nağılı konkret ola-
raq nə zaman, harada və kimdən yazıya aldığını kitabın sonundakı “Qeydlər” bölmə-
sində  göstərmişdir.  Məsələn,  “Aşıq  Valeh”  dastanı  Tovuzda  1927-ci  ildə  şair  Vəli-
dən,  “Novruz”  dastanı  1928-ci  ildə  Tovuzda  Aşıq  Əlidən,  “Alı  xan  və  Pəri  xanım” 
1927-ci  ildə  Qazaxda  Aşıq  Əlidən,  “Dilsuz  və  Xəzəngül”  1935-ci  ildə  Gürcüstanda 
Nəbi Nəcəfovdan və s. toplanılmış, elə yazıya alındığı kimi çap olunmuşdur. Nağıllar 
da, əsasən, Tovuz və Qazaxdan toplanılmışdı. Hər bir nağılın sonunda onun toplanıl-
dığı  il  və  yer  göstərilmişdir.  Bəzi  nağılların  kimdən  yazıldığı  da  qeyd  olunmuşdu. 
(18,  83)  Bu  isə  Hümmət  Əlizadənin  folklorun  toplanılması  və  nəşri  işini  dəqiq  və 
elmi prinsiplər əsasında yerinə yetirdiyini sübut edirdi.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə