Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə31/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     71 
 
 
“Bi  tayfa  varmış.  Honun  başçısının  uşağı  yoxiymiş.  Çox  qurbannan,  nəzir-ni-
yazdan  sora  honun  bir  oğlu  oliy.  Uşax  dörd-beş  yeşinə  çatiy,  ama  yerimiy.  Tayfa 
baççısı fikirrəşiy: “Bə mən ölənnən sora şikəsd oğluma kim baxcax?” 
Bi qunusu ho tayfanın üsdünə duşmannar hücum eliyi. Hamısı kişiləri öldüriy, 
arvat-uşaxları yesir eliyip apariylər. İntası şikəsd uşağı aparmiylər ki, qurt-quş yisin. 
Bi  qurt  uşağı  yuvasına  apariy.  Başdiyi  uşağı  böyütmağa.  Neçə  illərdən  sora 
uşağın ayaxları açiliy. Özü də bööyüb elə pəhlivan oliy ki, ad-sanı  hər  yerə  yeyiliy. 
Düşmannar honun sorağını eşidip gəliylər öldurmağa. Ama oğlan hoların hamsını qı-
riy. Sora da gedip tayfasını kutariy” (3, 10). 
Əfsanəni yaradılış mifinin strukturunu aşkarlamaqla təhlil etməyə çalışaq: 
1. Xaos: Tayfa başçısının övladı yoxdur. 
2. Kosmos: Tayfa başsız qalmır, başçının övladı doğulur. 
3. Kosmosun natamamlığı: Uşaq şikəstdir, yeriyə bilmir. 
4.  Xaos:  Düşmən  hücum  edib  kişiləri  öldürür,  arvadları  əsir  götürürlər.  Bu, 
tayfanın məhvi deməkdir. 
5.  Kosmosyaradıcı  xilaskar  qurd:  Bir  qurd  gəlib  ölmək  üçün  atılmış  uşağı 
götürüb aparır. Uşağı bəsləyir və o, yenilməz qəhrəmana çevrilir. 
6. Kosmos: Uşaq tayfanı xilas edir. 
Burada iki əsas məqamı müşahidə edirik: 
Birincisi, qurdun xilaskarlığı; 
İkincisi, qurdun əcdad funksiyası. 
Qurd  uşağı  xilas  etməklə  əslində  tayfanın  gələcəyini  xilas  edir.  Həmin  qurd 
digər tərəfdən uşağı böyütməklə əslində onun hami əcdadı rolunda çıxış edir. 
Naxçıvandan toplanmış bir əfsanəyə də nəzər salaq: 
“Bir  kişi  dostugilə  gəlir.  Çörəh  yeyillər,  içillər,  axşam  olur.  Kişi  durur  getsin, 
dostu deyir ki, ə kişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki,  yox gedəcəm, at al-
tımda, tüfəng belimdə, nədən qorxacam?  
Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad 
durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bın-
nar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşün-
nən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına 
gələni danışır. 
Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. 
Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam. 
Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu 
tapır, yandırır. Arvad qışqırır, özünnən gedir. Əncax ta əli hara yetəcək. Donu yanan-
nan sora adam adamçıllıxdan çıxır, adam olur” (14, 30-31).  
Bu əfsanədə  bir çox görüşlər bir-birinə qarışmışdır. Əvvəlcə kişinin  arvadının 
bizdən  yeylərdən  olmasına  diqqət  edək.  Naxçıvan  bölgəsindən  toplanmış  inancda 
deyildiyi kimi, “cinnərə bizdən yeylər diyərix. Bizdən yeylər hər yerdə var, ancax in-
sannara görsənməz. Təhcə  mal-davar onnarı görür. Ona görə qoyun-keçi olan  yerdə 
bizdən yeylər olmaz, yoxsa ayax altında qalıp qırılallar ”(2, 46). 
Göründüyü  kimi,  cin  –  bizdən  yey  ev  sahibinin  arvadıdır.  Bu,  insanla  mistik 
varlıqlar arasında olan qohumluğu göstərir. Həmin qohumluq  yaradılış konsepsiyası 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     72 
 
 
ilə bağlıdır. Çünki evlənmək – nikah, nikah isə uşaqların – yeni həyatın yaradılışı de-
məkdir. Bu yaradılış konsepsiyasında qurd obrazı xüsusi hadisədir. 
Bizdən yeyin hamıdan gizlədiyi donu var. Bu don qurd cildidir. Arvad bu donu 
geyməklə qurda dönür. Demək, arvadın əsli-kökü qurddur. Donun yandırılması ilə o, 
əbədi olaraq insana çevrilir. Lakin əcdadı yenə də qurd olaraq qalır. Bu halda ondan 
doğulacaq uşaqların əcdadı ana xətti ilə qurda gedib çıxır. Bu da qurdun əcdad funk-
siyasını zahirə çıxarır. 
Arvadın qurd geyimi ilə qurda dönməsi mifologiyada çevrilmə adlanır. S.Y.Nek-
lyudov yazır ki, mifologiyada “çevrilmə” personajın öz görkəmini magik şəkildə dəyiş-
məsidir. Bu, əksər hallarda ilkin (əsil) görkəmə qayıtmanı nəzərdə tutan müvəqqəti çev-
rilmədir. Çevrilmə  motivi görünür, ovçunun  maskalanması təcrübəsinə  və  bir sıra tote-
mistik və animistik görüşlərə əsaslanır (15, 234-235).  
Təhlil olunan əfsanədə arvad öz görkəmini  magik şəkildə dəyişir. Bu, müvəq-
qəti çevrilmədir, çünki arvad bir müddətdən sonra öz görkəminə qayıdır. Ən başlıca-
sı, bu motiv əski totemistik və animistik görüşlərlə bağlıdır. Totemistik görüş burada 
qurd obrazı, animistik görüş isə arvadın bizdən yeylərdən olması ilə təsdiq olunur. 
Azərbaycan  əfsanələrində  heyvanların  yaradılışı  ilə  bağlı  zəngin  qalereya  təq-
dim edilir. Məsələn, kirpinin yaranması haqqında bir əfsanəyə nəzər salaq: 
“Bir  ananın  oğlu  böyüyəndən  sonra  anasını  hirsləndirərmiş.  Ana  da  onun  şıl-
taqlığına dözürmüş. Ana əlində oğlunun şalvarını yamayanda oğlu gəlib yemək istə-
yir. Ana “qoy işimi qurtarım” deyir. Oğul sözə baxmayıb evdən gedir. Ana əlində iy-
nə Allahdan arzu edir ki, onu heyvana döndərsin, bu dərdi çəkməsin. Kirpiyə dönür 
(4, 124). 
Göründüyü kimi, burada insan kirpiyə dönür. Burada iki mifik akt var: 
1. Yaradılış aktı: kirpinin yaranması; 
2. Çevrilmə aktı: insanın heyvana çevrilməsi. 
Başqa bir mətndə eyni yaradılış aktları tısbağa ilə bağlı “təkrarlanır”: 
“Keçmişdə  adamlar  çayın  qırağında  çimirdilər.  Elə  yer  seçərdilər  ki,  heç  kim 
onları görməsin. Bir tənbəl gəlin varmış, tənbəllik üstdə də danlanarmış. O, çayın qı-
rağına çimməyə gəlir. Özünə yaxşı yer seçmir, qazanı su ilə doldurur, qaynadır, ləyə-
nə su tökür çimir. Yaxalanmaq üçün suya girir. Birdən görür ki, yad bir adam ona ta-
maşa edir. Tez ləyəni başına çevirib özünü yad nəzərdən qoruyur, Allaha yalvarır ki, 
tısbağaya dönsün. O vaxtdan tısbağa yad nəzər görəndə başını çanağında gizlədir” (5, 
241-242).  
Azərbaycan əfsanələrindəki məşhur obrazlardan biri maraldır. “Gülqədəmin əf-
sanəsi”ndə  deyilir  ki,  çoban  qızı  Gülqədəm  marallarla  yaxın  idi.  Onlara  saz  çalırdı. 
Bir ilan maral balası ilə düşmənçilik edirdi, anasını da sancıb öldürmüşdü. İlan fikir-
ləşdi ki, əvvəl Gülqədəmi sancsın, onda maral yaşaya bilməyəcək. Elə də edir. Gül-
qədəm ölür, sazı da yoxa çıxır. Maral bir gün buynuzunda həmin ilanı və sazı götü-
rüb qızın qəbrinin üstünə gəlir və özü də daşa dönür (5, 131-132).  
Bu mətnə mifik aktlar seriyalar şəklindədir: 
1. Qızın maralların hamisi olması: “Gülqədəm marallarla yaxın idi”.  
2.  Qızın  marallarla  mistik  ünsiyyət  saxlaması:  Gülqədəm  marallara  saz  ça-
lırdı.  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə