Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə4/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   2   3   4   5   6   7   8   9   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     9 
 
 
yətin ümumi sərvətinə çevrilməsində əvəzsiz xidmətlərini göstərmişlər. Məhz bu tər-
cümələrin  sayəsində  dastanlar  H.F.Dits,  T.Nedeks,  V.V.Bartold,  E.Rossi,  V.M  Jir-
munski, A.Y.Yakubovski, S.Mandi, C.Luis, P.Mirabil  və başqa nəhəng bilim adam-
larının tədqiqat obyektinə çevrilmiş, onların mizan-tərəzisinə qoyulmuş, öz səviyyə-
sinə uyğun dünya şöhrətli əsərlərlə müqayisə edilmiş, ona yalnız onu yaradan xalqın 
gözü ilə  yox, bütöv bəşərin,  insanlığın gözü  ilə  baxılmış  və  yalnız  bundan sonra öz 
həqiqi qiymətini almışdır. 
Hər təcümə bir dünyagörüşünün, ifadə sisteminin canlandırması, bərpa edilmə-
si deməkdir. Başqa dil sistemlərində adekvat dil vasitələrinin tapılması, tipoloji-para-
lel  özəlliklərin  müəyyənləşdirilməsi  tərcüməçinin  savadı,  bacarığı,  bu  sahədəki 
ustalığı və təcrübəsi ilə ölçülür. 
Qədim  abidələrin  tərcüməsi  kimi  bir  işdə  belə  bir metodoloji  vəzifəni  unutmaq 
olmaz:  insan  psixologiyasında  geden  dəyişmələri  nəzərə  almadan,  qədim  ədəbiyyat 
(ümumən mənəviyyat!) öyrənilə bilməz. Bu zaman paralelliyi, qədim dünyanın struk-
turunu,  düzümünü,  ümumbəşəri  ab-havasını,  insan-təbiət  münasibətlərini  və  bütün 
bunların  yekunu olaraq insan təfəkkürünü, psixologiyasını  nəzərə almadan, universal-
tipoloji  amilləri təməl,  əsas  kimi  götürmədən tərcümə  dəqiqliyi,  zənginliyi,  etibarlığı, 
ortaya çıxa bilməz. Bu metodologiyanı hərtərəfli şəkildə şərh və izah edən M.İ.Steblin 
– Kamenski “Saqa dünyası. Ədəbiyyatın yaranması” əsərində fəlsəfi – estetik, üslubi-
poetik aspektlərdə təhlil apararaq bu qənaətə gəlir ki, tarixi həqiqətlə bədii yalanı, “sin-
kretik  həqiqəti”,  ifadə  vasitələrinin  tarixiliyini,  əşya-məfhum-söz  üçlüyünün  ayrı-ayrı 
zamanlarda,  ayrı-ayrı  dəyər  daşıdığını  nəzərə  almadan  qədim  ədəbiyyatı  dərk  etmək 
(həm də tərcümə etmək) mümkün deyil (9, 4-130). 
Ümumiyyətlə,  “Dədə  Qorqud  kitabı”nın  müxtəlif  dillərə  tərcümə  materialları 
göstərir  ki,  qədim  Oğuz  –  Azərbaycan  abidəsini  öz  dillərinə  çevirən  mütəxəssislər 
ümumi, qədim türk şeirini, türk folklorunu, türk şeir mədəniyyətinin aparıcı qanuna-
uyğunluqlarını  gözəl  bilmiş  və  tərcümə  prosesində  ümumtürk  folklor,  şeir,  dastan 
tərcümə  ənənəsini  lazımınca  öyrənmiş  və  öyrəndiklərini  konkret tərcümə  örnəyində 
gerçəkləşdirmişlər. 
Bu mənada P.Mirabilin “Dədə Qorqud kitabi”nın ingilis dilinə tərcüməsi oriji-
nalın  bədii-poetik strukturuna  yaxınlığı  ilə seçilir. Tərcüməçi eposun  bədii ovqatını, 
poetik  vüsətini  saxlamaq  üçün  oğuz  türkcəsinin,  konkret  olaraq  Azərbaycan  dilinin 
özəlliklərini, xüsusilə onun fonetik, leksik, qrammatik özəlliklərini qoruyub saxlama-
ğa çalışmışdır. 
“Dədə Qorqud kitabı”nın C.Luis tərəfindən böyük ustalıqla ingiliscəyə tərcümə 
edildiyini nəzərə alan P.Mirabil özünün gördüyü işi adi bir tərcümə hesab etmir. “Bi-
zim  işimiz türkcəni  ingilis oxucusuna çatdırmaq  üçün edilən  bir cəhddir. Bu səbəb-
dən biz tərcümədən yox “tər tökməkdən” danışardıq. Bu ingilis “formasında” türkcə-
nin  dəqiq  mənası  iki  laylı  dərin  tekst  strukturu  kimi  tədricən  üzə  çıxır.  Biz  əslində 
sözləri tərcümə etmişik və ya daha dəqiq desək tərcümədə kalkadan istifadə etmişik. 
İki qat lay türk-ingilis laylarıdır və ola bilsin ki, bu ingiliscə, müəyyən müddətə, an-
qlo-sakson qulaqları üçün qəribə səslənsin, bu sadəcə olaraq “hibrit” bir tekst yarat-
maq üçün bizim etdiyimiz bir cəhddir”(7, 62.) 
İstər  Avropa,  istərsə  də  türk  qəhrəmanlıq  eposları  bədii  əsər  olmazdan  qabaq 
təmsil  etdikləri  xalqların  ulu  keçmişlərini  təsvir  və  təcəssüm  etdirən  salnamələr 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     10 
 
 
olmuşdur. Təbii ki,  bütün qəhrəmanlıq dastanları  kimi  “Dədə Qorqud” adlı oğuzna-
mə də dövründən uzaqlaşdıqca, tarixin sırf tarix əsərlərində əks olunması ilə bağlı el-
mi diqqətin bu abidələrə yönəlməsi seyrəldikcə, bədiilik faktı hegemonlaşmış, salna-
mə-dastan dastanlığa doğru inkişaf etmişdir (4, 151). 
P.Mirabil qəhrəmanlıq salnamələri əsasında epik-qəhrəmanlıq dastanlarının ya-
ranmasında  ozanların  əməyinə  və  istedadına  böyük önəm  verir  və  onların  “səsinin” 
sehri ilə ayrı-ayrı motivlərin birləşib bir tama-dastana çevrildiyini göstərir. P.Mirabil 
ozanın səsi dedikdə, onun  işlətdiyi  bədii təsvir vasitələrini  nəzərdə tutur. Bu baxım-
dan o, dastanlarda işlənən təsvirlərə xüsusi önəm verir və dastanların dəyərini onlar-
da işlənən təsvirlərin zənginliyi ilə əlaqələndirir. 
Həm türk, həm də Avropa eposlarında ozanlar məcazlardan istifadə etməklə or-
ta əsr düşüncəsini şəkil dəyişdirməklə (metafora vasitəsi ilə) verməyə çalışmışlar. 
“Reallığı  dəyişməklə  sonsuz  olaraq  bir  əşyadan  başqasına  keçmə,  ardıcıl  şə-
kildə əşyadan sözə və  ya sözdən əşyaya keçmə Avropa-türk ağız ədəbiyyatını  yara-
dan  əsas  keyfiyyətlərdir.  Hiperbola,  metafora,  bənzətmə,  metonimiya,  təşxis  qəhrə-
manlıq  dünyasını  təsvir  etmək  üçün  aşıqların  istifadə  etdikləri  texniki  vasitələrdir: 
bunlar qəhrəmanlıq səhnələrini çəkmək üçün aşıqların işlətdikləri rənglərdir (7, 45). 
“Dədə  Qorqud  kitabı”nın  dilində  şeir-nəsr probleminin  həllində,  eləcə  də  başqa 
dillərə, o cümlədən ingilis dilinə tərcümədə şeir-nəsr nisbətinin, bədii-poetik nitq sruk-
turunun  adekvat  təqdimində  poetik  leksikanın  forma  və  məzmun  özəllikləri  çox  mü-
hüm rol oynayır. 
“Dədə Qorqud kitabı”nın ingilis dilinə P.Mirabil tərəfindən edilmiş tərcüməsinin 
leksik sistemi və poetik-linqvistik özəllikləri xüsusi bir araşdırma mövzusudur. 
Poetik  leksika  və  ya  üslubi-poetik  leksika  linqvistik  poetikanın  tərkib  hissəsi-
dir. Sözün bir dil vahidi kimi semasioloji təhlili dilçilikdə nə qədər zəruridirsə və bu 
təhlilə uyğun metodlara söykənirsə, poetik-leksik təhlil də sözün bədii-obrazlı, ədəbi-
estetik  imkanlarına  bağlıdır.  Hətta  konkret  bir  ədəbi-bədii  əsərin  həm  sırf  leksik  və 
ya leksikoloji təhlili aparıla bilər, həm də bədii-poetik və linqvopoetik təhlili gerçək-
ləşdirilə bilər. 
Bu anlamda Azərbaycan dilçiliyində DQK-nın sırf leksikoloji təhlili (Ə.Dəmir-
çizadə, V.Aslanov, İ.Məmmədov …) bədii-poetik, üslubi-estetik təhlili də yox deyil-
dir (T.Hacıyev, K.Abdulla, K.Vəli, A.Hacıyev…).  
Poetika  tarixində  Aristotel,  Bualo,  X.Təbrizi,  Ə.Nəvai,  M.Füzuli,  A.N.Vese-
lovski,  A.Potebnya,R.Yakobson,  Ş.Balli,  Y.Lotman,  V.Vinoqradov,  İ.Qalperin, 
V.Qriqoryev,  Ə.Cəfər,  M.Rəfili…  sözün  (ümumiyyətlə  mətnin)  poetik  dəyərliliyin-
dən, daşıdığı estetik funksiyadan geniş bəhs etsələr də, bu zəngin və geniş mövzuda 
deyilməmiş, yazılmamış məsələlər də kifayət qədərdir. 
Azərbaycan  dilçiliyində  B.Çobanzadənin,  Ə.Dəmirçizadənin,  T.Hacıyevin,  A. 
Axundovun, K.Vəlinin, K.Abdullanın və başqalarının linqvistik poetika, konkret ola-
raq poetik leksika haqqında yazdıqlarını dəyərləndirməmək mümkün deyil. Azərbay-
can  dilçiliyinin  bu  xətti,  metod  və  metodologiyası  türkologiyada  seçilir,  məktəb  sə-
ciyyəsi daşıyır. 
Hələ  1958-ci  ildə  ədəbiyyatşünas  alim  M.Rəfili  “Ədəbiyyat  nəzəriyyəsinə  gi-
riş”  adlı  məşhur  kitabında  poetik  fonetika,  poetik  sintaksis  anlayışlarını  işləyib  və 
şərh edib (8, 139). 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə